Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə96/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

91



göstərilir, belə ki, CPM-nin 237.2 maddəsi tələb edir ki, ekshumasiya 

məhkəmə-tibb ekspertinin iştirakı ilə aparılmalıdır. 

Qanun müstəntiq və ya məhkəmə  tərəfindən prosessual 

hərəkətlərə  iştirak etməsi üçün cəlb olunan mütəxəssislərin sayına 

məhdudiyyət qoymur. Qarşıya qoyulmuş sualların xüsusi ilə 

mürəkkəb olduğu, bu məsələlərin həllinin kompleks xarakter daşıdığı 

və qarşıdakı  işin həcminin böyük olduğu hallarda mütəxəssislər 

qrupunun cəlb edilməsi məqsədə müvafiqdir. Bir neçə mütəxəssisin 

iştirak etdiyi halda onların hər biri sərbəstdir və başqalarından heç bir 

asılılığı yoxdur. 

Çağırışa gələn mütəxəssis istintaq hərəkətinin icrasında mütləq 

iştirak etməlidir. O xüsusi biliklərindən və  vərdişlərindən istifadə 

etməklə müstəntiqə predmetlərin və nümunələrin aşkar olunması  və 

götürülməsində, texniki vasitələrin tətbiqində köməklik 

göstərməlidir. 

Lakin, CPM mütəxəssisi bu vəzifələrdən azad edən və konkret 

şəxsin işdə  iştirakını istisna edən bir sıra hallar nəzərdə tutur. 

Mütəxəssis barəsində belə hallar CPM-nin 96.6 maddəsində 

göstərilmişdir. Mütəxəssis aşağıdakı hallarda istintaq hərəkətinin 

icrasında iştirak edə bilməz: 

•   əgər o, ekspert kimi iştirakı istisna olunmaqla, hazırkı iş üzrə 

digər qisimdə iştirak edirsə (zərərçəkmiş, mülki iddiaçı və ya mülki 

cavabdeh, şahid, onların nümayəndəsi və s.); 

•   əgər o hazırkı cinayət işi iştirakçılarından hər hansı birinin 

qohumudursa; 

•   əgər o tərəflərdən və ya onların nümayəndələrindən xidməti 

yaxud  

•   digər formada asılıdırsa; 

•   onun səlahiyyəti olmaması aşkar olunarsa

•   əgər mütəxəssisin işin nəticəsində birbaşa və ya dolayısı ilə 

maraqlı olduğuna əsas verən digər hallar olarsa. 

Göstərilən halların aydınlaşdırılması - müstəntiqin, təhqiqatçının 

və  məhkəmənin səlahiyyətlərinə aiddir. Bunun üçün o, istintaq 

hərəkəti başlanmazdan  əvvəl, mütəxəssisin  şəxsiyyətini və 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin