IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1682
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
636-cı ildə baş verən Qadisiyyə savaşında müsəlmanlar qalib gələrək İrana doğru olan qapını
aça bildilər. Qadisiyyə döyüşü nəticəsində müsəlmanlar Dəclə çayını keçərək Mədain şəhərinə daxil
olmağı bacarmışdırlar. Müsəlmanların əlinə Sasani Kisrasına məxsus bir çox mal, xəzinə və qiymətli
bəzək əşyaları keçmişdi. Üç gün davam edən müharibədə Sasanilər tərəfindən iştirak edən Alban
hökmdarı Varaz Qriqorun oğlu Cavanşir göstərdiyi qəhrəmanlığa görə III Yezdigərd tərəfindən
qiymətli hədiyyələrlə təltif olunmuşdur. Bir neçə il Cavanşirin başçılığı altında Sasaniləri dəstəkləyən
Alban döyüşçüləri Sasani İmperiyasının məğlubiyyətinin qaçılmaz olduğunu gördükdə, daha sonralar
öz ölkələrinə qayıtmışdırlar.
Müsəlmanlar Mədain şəhərini ələ keçirtdikdən sonra bu ərazidə bir müddət qaldılar. Bu müddət
ərzində III Yezdigərd ordu toplayaraq Cəlula şəhərinə doğru göndərir və bunun müqabilində
müsəlmanlar Haşim ibn Ütbə ibn Əbi Vəqqasın başçılığı altında həmin şəhərə doğru istiqamətlənirlər.
638-ci ildə baş verən Cəlula döyüşündə müsəlmanlar qalib gələrək zəifləmiş Sasani İmperiyasına bir
daha ağır zərbə vurdular.
Cəlula müharibəsindən sonra III Yezdigərd Rey, İsfahan, Həmədan və sairə şəhərlərin əhalisi ilə
məktublaşaraq yeni bir ordu yığmağa nail olur. Bu hadisədən xəbərdar olan müsəlmanlar Hüzeyfə ibn
əl-Yəmaninin başçılığı altında Nihavənd şəhərinə doğru istiqamətlənirlər. 642-ci ildə baş verən
müharibədə müsəlmanlar bir daha qalib gələrək Sasani İmperiyasının toplaya biləcəyi son ordusunu
məğlub edirlər. “Fəthlər fəthi” adı verilən Nihavənd döyüşündən sonra İran, Azərbaycan və Şimal
ərazilərinə doğru yol açılır. Müsəlmanlar daha sonra geostrateji əhəmiyyətə malik “Babul-əbvab”
adlanan Dərbənd şəhərinə irəliləmək üçün ilk olaraq Muğan ərazisini ələ keçirmək niyyətində idilər.
643-cü ildə Bukeyr ibn Şəddad başçısı olduğu ordu ilə tam qələbə qazanaraq Muğan vilayətinə sahib
olur və əhalini cizyə vergisinə təhkim edərək şimala doğru hərəkət edir. Muğanın fəthindən sonra
Bukeyr ibn Abdullah Xəzər sahili ilə hərəkət edərək 643-cü ilin sonlarında Dərbənd şəhərinə çatır.
Ömər ibn əl-Xəttab 645-ci ildə vəfat etdikdən sonra xilafətin başına keçən Osman ibn Əffanın
(645-656) hakimiyyəti illərində də fəth siyasəti davam etdirilərək Azərbaycan ərazisində yerləşən
Bərdə, Naxçıvan, Beyləqan, Qəbələ, Şəki və başqa şəhərlər ələ keçirilir.
Əli ibn Əbu Talibin (656-661) hakimiyyəti dövründə xilafətdə bəzi daxili narazıçılıqlar və
üsyançı qüvvələrin baş qaldırması fəth hərəkatının sona çatmasına səbəb olmuşdur. Əli ibn Əbi
Talibin Osman ibn Əffanın bölgələrə təyin etdiyi valiləri dəyişməsi, Müaviyə tərəfdarlarını bir daha
qızışdıraraq açıq müharibəyə girməyə sövq etmişdir. Əli ibn Əbi Talibin Azərbaycanla bağlı ilk
münasibəti vali təyin etməklə başlayır. Bu ərazilərə vali olaraq Azərbaycanın idarəçiliyində əvvəllər
əhəmiyyətli rol oynayan Əşəs ibn Qeys təyin olunur və o, əhalini xəlifəyə beyət etməyə dəvət etməklə
işə başlayır. Bir çox danışıqlardan sonra Azərbaycanda yaşayan müsəlmanlar Əşəsin başçılığı ilə Əli
ibn Əbi Talibə beyət edirlər. Beləliklə bu dövrdə Azərbaycan əhalisi Əli ibn Əbi Talibi xəlifə olaraq
tanımış və onun tərəfində yer almışdır. Bu dövrdə fəthlər müşahidə olunmasa da Əli ibn Əbi Talibin
əmri ilə Azərbaycanda islami elmlərin tədris olunması və islamın yayılması danılmaz bir faktdır.
Azərbaycanın daha sonra İslam aləmində elm mərkəzinə çevrilməsinin əsasını Əli ibn Əbi Talibin
apardığı siyasətin nəticəsində olmuşdur.
VIII əsrdə Azərbaycan ərazilərində hakim dinə çevrilən İslam dini bu regionda yaşayan xalqların
dini, mədəni, iqtisadi və siyasi həyatına müsbət təsir göstərərək xalqın formalaşmasına və dövlətçilik
ənənələrinin möhkəmlənməsinə bir başa təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan
intibah dövründə XI-XIII əsrlərdə və daha sonralar İslam mədəniyyətinin formalaşmasına və inkişaf
etməsinə səbəb olan böyük töhvələr vermişdir. Belə ki, müxtəlif dini və rasional elmlərin
sistemləşdirilməsində və inkişaf etdirilməsində azərbaycanlı alimlərin əvəzsiz rolu olmuşdur.
Azərbaycan ərazilərində Quran təfsiri, kəlam, hədis, fiqh, əxlaq dilçilik sahəsi ilə bağlı sərf, nəhv,
bəlağət həmçinin fəlsəfə və məntiq kimi rasional-əqli elmlərdə yüzlərlə alimlər yetişmiş və dəyərli
əsərlər yazmışdırlar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1683
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ERMƏNİ DAŞNAKLARIN 1918-1920-Cİ İLLƏRDƏ
NAXÇIVANDA TÖRƏTDİKLƏRİ SOYQIRIMLAR
Mehman ŞABANOV
Naxçıvan Universiteti
serxanoqlu@mail.ru
Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırım siyasətinin dərin sosial-siyasi kökləri
vardır. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsi ilə indiki Ermənistan ərazisində
min illər boyu yaşayan türk boylarının ağrılı-acılı günləri başlamışdır. İmperiya siyasətinin nəticəsi
kimi türklərə qarşı törədilən qırğınlar, soyqırımlar, deportasiyalar nəticəsində onlar həmin ərazilərdən
sonuncu nəfərinədək qovulmuş, kütləvi və son dərəcə dəhşətli surətdə qırğınlara məruz qalmışlar.
Tarix boyu türkdilli xalqların torpaqlarında gözü olan ermənilərin “Böyük Ermənistan” dövləti
yaratmaq kimi sərsəm xülyası müstəmləkəçilik siyasəti yeridən Rusiyanın şərqdəki mənafeyinə
uyğun gəlirdi. Türkiyə torpaqlarında, boğazlarda, İstanbulda gözü olan Rusiya imperiyasına Türkiyə,
İran və Azərbaycan sərhədləri yaxınlığında etibarlı dayaq lazım idi ki, həmin etibarlı ərazidən lazım
gəldiyi zaman plasdarm kimi istifadə olunsun.
Rusiyadan dəstək alan ermənilər öz qəyyumlarına və onların silahlarına arxalanmaqla, onlardan
istifadə etməklə xalqımızın başına olmazın bəlalar gətirmiş, soyqırımlar törədmişlər. Xalqımıza qarşı
aparılan soyqrım siyasətinın nəticəsi olaraq ermənilər Azərbaycanın əksər bölgələrində: Bakı, Şamaxı,
Quba bölgələrində, Gəncə quberniyası, İrəvan quberniyası ərazisində, cənubi Azərbaycanda, şərqi
Anadoluda və başqa ərazilərdə etnik təmizləmə apararaq on minlərlə insanı amansızcasına məhv
etmişlər. Bu soyqırıma məruz qalan ərazilərdən biri də Naxçıvan bölgəsidir. Bu bölgə strateji
baxımdan çox əhəmiyyətli bir yerdə yerləşdiyi üçün bütün dövrlərdə böyük güclərin maraq dairəsində
olmuşdur. İstər Rusiya, istər İngiltərə, istərsə də ABŞ ermənilərə maddi və silahla dəstək verməklə bu
ərazidə soyqırımların törədilməsində əhəmiyyətli rol oynamışlar.
Beləliklə 1918-ci ilin yayında ingilislərdən yardım alan Andranik Culfanı ələ keçirərək
Naxçıvanın içərilərinə doğru hərəkət etdi. İngilis-Fransız müstəmləkəçilərinin əlaltısı olan Andranik
Naxçıvanın şəhər və kəndlərini talan edir, adamları kütləvi surətdə qırırdı. Süst, Çeşməbasar, Tumbul
və digər kəndlər Andranikin basqınları nəticəsində tamamı ilə dağıdılmışdı.
1918-ci ilin aprel ayının 13-də ermənilər Əlincəçay vadisində yerləşən Bənənyar, Qızılca, Saltaq,
Noraşen, Xoşkeşin və s. kəndlərə hücum edərək dağıtdılar. Bu kəndlərin əhalisi qırıldı, sağ qalanları
isə müxtəlif ərazilərə səpələndi. Nehrəm kəndi ilə Qaraxanbəyli erməniləri arasında döyüş başlandı.
Bu hadisədən əvvəl isə ermənilər bu regionda 400-dən çox müsəlman kəndini dağıdaraq əhalisini
qırmışdılar. Dağıntı və qırğınların mənzərəsi insanı dəhşətə gətirirdi. Evlər yandırılır, əhali talan
olunur, uşaqları, qocaları, qadınları doğrayırdılar.
Bu qəzaların əhalisini tamamı ilə qırılmaqdan qurtara biləcək yeganə qüvvə , şübhəsiz ki, türk
qoşunları idi. Hələ 1918-ci ilin mayın sonunda Şərur-Dərələyəz və Naxçıvan qəzalarının əhalisi Kərim
xan İrəvanlının başçılığı ilə Mehmet Vahib paşanın yanına xüsusi nümayəndə heyəti göndərərək,
Andranikin quldur dəstələrini dağıtmağı və Naxçıvan diyarına qoşun yeritməyi xahiş etdi. 1918-ci ilin
iyunun əvvəllərində 9 və 11-ci türk diviziyaları Uluxanlıdan Naxçıvana hərəkət etdilər və iyunun 4-də
türk qoşunları Naxçıvana daxil oldular. Şəhər əhalisi türk qoşunlarını toy-bayramla qarşıladılar.
Naxçıvan üzərində Türkiyə himayəsi bərqərar oldu. Türk qoşunlar və Naxçıvan könüllü qoşunları
daşnak quldur dəstələri darmadağın edib bölgədən qovdular. Naxçıvanda Milli Şura sədri Çəfərqulu
xan, onun oğlu Kalbalı xan, Rəhim xan, Kamran xan, Cabarağa Bağırov və başqalarının səyləri ilə
inzibati komitə bərpa olundu.
Gənc Azərbaycan hökuməti hələ Azərbaycanın bütün ərazilərinə hakim deyildi. Bakı və ətrafı
bolşevik rus, erməni komissarlarından ibarət Bakı komunnasının əlində idi. Həm daşnaklara, həm də
bolşeviklərə qarşı mübarizə aparan ADR hökuməti Naxçıvanın, Zəngəzurun müdafiəsində ciddi
çətinliklərlə qarşılaşmışdı. Dəmir yolunun İrəvandan, avtomobil yolunun isə Zəngəzurdan keçməsi
Naxçıvana yardım göstərməyə çətinlik yaradırdı. Yaranmış şərait elə idi ki, Naxçıvan bölgəsi
təkbaşına erməni daşnaklarına davam gətirə bilməzdi. Türkiyədə işğalçılıq planları boşa çıxan və türk
qoşunları tərəfdən sıxışdırılan erməni daşnakları Naxçıvan ərazisinə həmlələr edirdilər. Avqustun 7-də
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1684
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
1-ci Qafqaz ordusuna başçılıq edən K. Qarabəkir paşanın qərargahı Təbrizdən Naxçıvana köçürməsi
ilə Qafan tərəfdən Naxçıvana hücuma hazırlaşan ermənilərin planları pozulmuş oldu. 30 oktyabr 1918-
ci ildə ayında bağlanmış Mudros müqaviləsinin şərtlərinə görə Türkiyə məğlub dövlət kimi bir sıra
sərt tələblər qarşısında qaldı. Bu şərtlərdən biri də türk qoşunlarının Qafqazı tərk etməsi idi. Türk
qoşunları Qafqazı tərk edərkən ərazisi Naxçıvan və Şərur-Dərələyəz qəzalarından ibarət olan Araz-
türk Respublikasını yaratdılar ki, bu bölgənin əhalisi erməni hücumlarında müdafiə oluna bilsinlər.
Mudros müqaviləsinin Azərbaycan üçün də ağır nəticələri oldu. Gənc ADR hökuməti türk
köməyindən məhrum oldu. Bundan sonra daşnaklar bölgədə fəallaşdılar. Osmanlı ordusunun getməsi
bölgə əhalisinin yenidən silahsız halda düşmənlə üz-qzə qalması demək idi.
1919-cu ildə daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutaraq Araz-Türk Respublikasını süquta
uğratdılar. Naxçıvanda təşkil edilmiş general-qubernatorluğuna əvvəllər keçmiş çar generalı
Şelkovnikov, sonra isə qəddar daşnak Varsamyan rəhbərlik etmişdi. Bundan sonra daşnak quldur
dəstələri Naxçıvanı, Şərur-Dərələyəzi, Culfa- İrəvan dəmir yol xətti boyu əraziləri çapıb talayır, dinc
müsəlman əhalini kütləvi şəkildə qırırdılar. Bu dövrdə Naxçıvana faktiki olaraq Cəfərqulu xan
rəhbərlik edirdi. Kalbalı xan isə respublikanın silahlı qüvvələrinə başçılıq edirdi. Bölgənin
müdafiəsində türklərin burda qoyub getdiyi 300 əsgər və 5 zabit yaxından iştirak edirdilər. Qeyd
etmək lazımdır ki, 1919-cu ilin yayında ingilislər və daşnaklar yalnız Naxçıvan şəhərinə və Naxçıvan-
İrəvan dəmir yolu xəttinin ətrafına hakim idilər. Bu dövrdə erməni daşnaklarına və ingilislərə qarşı
xalqın mübarizəsini təşkil edən Kəlbalı xan, Cəfərqulu xan və Xəlil bəy düşmənin planlarını alt-üst
edir, bütün əli silah tutan kişiləri öz ətrafına toplayırdılar.
Ermənilərin Naxçıvanı müvəqqəti də olsa, işğal etmələrinin qarşısını almaq mümkün olmadı.
1919-cu ilin may ayının ortalarından iyulun sonlarınadək – təxminən iki ay müddətində Naxçıvan
bölgəsində erməni idarəçiliyi mövcud oldu. Bu müddətdə işğalçılar nəinki bölgəni tam nəzarətə ala
bildilər, əksinə, qəhrəman naxçıvanlılar onları ermənilərə tabe olmağa dəvət edən şəxsləri nifrətlə
qarşılayıb silaha sarıldılar. Bunu bəhanə edən daşnaklar silahları yığmaq bəhanəsi ilə kəndlərə hücuma
keçir, qarətlə məşğul olur və qırğın törədirdilər. Naxçıvan və Şərur ətrafındakı 45 kənd erməni
əsgərlərinin təcavüzünə məruz qalmış dəmiryoluna yaxın bölgələr zirehli vaqonlardan atəşə tutulmuş,
əhali məhv edilmişdi. Daşnaklar Naxçıvan və Şərurda bir nəfər müsəlman qalmayanadək əhalini
qıracaqlarını və ya Araz çayına tökəcəkləri barədə qərar qəbul etmiş, hətta Şərur əhalisini Araz çayına
tökmək daşnakların üçüncü alay komandanlığına tapşırılmışdı.
İyulun 25-i ermənilərin Naxçıvan şəhərindən qovulub çıxardılmasında mühüm tarixi gün oldu.
İrəvan-Culfa dəmiryol xətti boyu gərgin döyüşlər getdi. Şahtaxtı stansiyasındakı erməni qarnizonu və
daşnak dəstə komandiri Yaponun silahlı qüvvələri də dağıdıldı. Naxçıvanlılar 42 pulemyot, 4 top,
zirehli qatar və xeyli silah-sursat ələ keçirdilər. 8 erməni zabiti və 800 erməni əsgəri əsir alındı.
Beləliklə, Naxçıvan əhalisinin iyulun18-dən25-dək ermənilərə qarşı apardıqları inadlı silahlı mübarizə
işğalçıların bölgədən qovulması ilə nəticələndi.
ДЕПОРТАЦИИ НАРОДОВ В СССР
Günel TAĞIZADƏ
AMEA, Tarix institutu
AZƏRBAYCAN
Накануне Великой Отечественной Войны в СССР складывалась непростая политическая
ситуация. В частности 30-е гг. знаменуются резкой активизацией миграционных потоков,
которые не просто стимулируются тоталитарным государством, но и организуются и
направляются им вплоть до депортации целых народов на территорию Казахстана.
Ужесточались меры, применяемые к отдельным народам и группам населения, выступавшим в
открытой или скрытой форме против режима. Среди мер наказания неблагонадежных
использовалась и депортация. Как правило, все меры по переселению того или иного народа,
групп населения имели юридическую базу: постановления ГКО, Президиума Верховного
Совета Союза ССР, решение ЦК партии, указы Совнаркома или другой государственной
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1685
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
структуры, что и придавало им якобы законный характер. Правда, некоторые из этих правовых
актов появлялись уже после выдворения людей с территорий проживания. Депортация как
элемент классовой борьбы и элемент наказания, несомненно, была одной из самых
значительных составляющих репрессивной политики советского государства в сталинскую
эпоху. Как в предвоенные, так и в военные годы депортация решала экономические и
политические проблемы государства. Проводимые депортации объяснялись целым
комплексом причин: неблагонадежность, превентивность мер, конфессиональный фактор,
выступление против преобразовательных мер, участие в бандформированиях и т.д. Решения о
депортации принимались на уровне руководства партии и правительства по инициативе
органов ОГПУ-НКВД, что ставит депортации вне компетенции советского суда и резко
отличает систему спецпоселений от системы исправительно-трудовых лагерей и колоний.
Важно также отметить и тот факт, что инициатором большинства депортаций был народный
комиссар внутренних дел СССР Лаврентий Берия, именно он подавал главнокомандующему
докладные с рекомендациями.
Со второй половины 30-х гг. стала проводиться политика насильственного переселения
людей по этническому признаку. В 1936 г. по постановлению СНК СССР от 28 апреля 1936 г.
из пограничных районов Украинской ССР были высланы поляки, преимущественно в северные
области Казахстана. В 1940 -- начале 1941 г. в восточные районы СССР были высланы, по
постановлению от 10 апреля 1940 г., так называемые "польские осадники". Так называли
переселенцев из Польши, получивших в 20-30-х гг. земли в Западной Украине и Западной
Белоруссии. Подписанное в августе 1937 г. постановление Совета Народных Комиссаров и ЦК
ВКП (б) о выселении корейского населения привело к тому, что в 1937 г. в Казахстан и
Среднюю Азию из пограничных районов Дальневосточного края было депортировано
корейское население.
В ходе войны перманентно продолжалась депортация многих народов на территорию
Казахстана. Началась она в предвоенный период. В 1941--1942 гг. в СССР было переселено 1
209 430 немцев. В 1943—1944 гг. были проведены массовые депортации калмыков, ингушей,
чеченцев, карачаевцев, балкарцев, крымских татар, ногайцев, турок-месхетинцев, понтийских
греков, болгар, крымских цыган, курдов — в основном по обвинению в коллаборационизме,
распространённому на весь народ. Были ликвидированы (если они существовали) автономии
этих народов. Всего в годы Великой Отечественной войны подверглись переселению народы и
группы населения 61 национальности. Положение спецпоселенцев было очень тяжелым, им не
хватало жилья, продовольствия, тысячи людей умирали от голода и болезней.
В 1948 г. был принят указ, запрещавший немцам, а также другим депортированным
народам (калмыкам, ингушам, чеченцам, финнам и т. д.) покидать районы депортации и
возвращаться на родину. Те, кто нарушал этот указ, приговаривались к лагерным работам на 20
лет.
Необходимо отметить, что представители депортированных народов не исключались из
ВКП(б) и ВЛКСМ, не лишались избирательных прав.
Особенно важно отметить и тот факт, что депортационная политика коснулась и
азербайджанского народа. Весной 1944 года принудительные переселения были проведены в
Грузии. В конце марта 608 курдских и азербайджанских семей численностью 3240 человек —
жители Тбилиси были переселены внутри Грузинской ССР, в Цалкинский, Борчалинский и
Караязский районы. В городе была оставлена только 31 семья военнослужащих, инвалидов
войны, педагогов и учащихся вузов. В соответствии с постановлением ГКО № 6279сс от 31
июля того же года из пограничных районов Грузинской ССР были выселены турки-
месхетинцы, курды, хемшилы и другие, причём подконтингент «другие» состоял в основном из
азербайджанцев. В марте 1949 года численность азербайджанских спецпоселенцев, выселенных
из республики, составляла 24 304 человека, которые в течение 1954—1956 гг. фактически были
сняты с учёта спецпоселений.
В 1948—1953 гг. переселению подверглись азербайджанцы, проживавшие в Армении. В
1947 году первый секретарь Коммунистической партии Армянской ССР Григорий
Арутинов добился принятия Советом министров СССР постановления «О переселении
колхозников и другого азербайджанского населения из Армянской ССР в Кура-Араксинскую
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1686
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
низменность Азербайджанской ССР», в результате чего до 100 тысяч азербайджанцев
подверглись депортации в Азербайджан. 10 000 человек было переселено в 1948 году, 40 000 —
в 1949 году, 50 000 в 1950 году.
Восстановление законности в отношении репрессированных народов началось после XX
съезда КПСС (февраль 1956 г.), когда Верховный Совет СССР принял постановление «О
снятии ограничений по спецпереселению с чеченцев, ингушей, карачаевцев и членов их
семей». 8 января 1957 г. Чечено-Ингушская АССР была в основном восстановлена в своих
прежних границах.
Дагестан же получил в 1957 г. из Ставрополья Кизлярский, Ногайский, Тарумовский и
Крайновский районы.
9 января 1957 г. Кабардинская АССР была преобразована в Кабардино-Балкарскую АССР,
а Черкесская автономная область - в Карачаево-Черкесскую автономную область с
присоединением к ней территории бывшей Карачаевской области. Была восстановлена прежняя
граница Грузии со Ставропольским краем, в который входила Карачаево-Черкесская
автономная область.
Однако процесс реабилитации депортированных народов в 50-е гг. не был завершен и был
продолжен в период перестройки. 14 ноября 1989 г. Верховный Совет СССР принял
Декларацию о признании незаконными всех репрессивных актов против народов,
подвергшихся насильственному переселению. 7 марта 1991 г. было принято постановление об
отмене законодательных актов против данных народов, а 26 апреля 1991 г. Верховный Совет
РСФСР принял Закон «О реабилитации репрессированных народов».
Несмотря на то, что о массовых этнических депортациях на территории бывшего СССР
написано немало научных трудов, нельзя утверждать, что в науке освещен весь круг проблем,
связанных с этим процессом, что изучены все исторические свидетельства того времени и
вполне осознаны размеры и последствия трагедии репрессированных этносов. Тема депортиро-
ванных народов и сегодня продолжает оставаться крайне политизированной и зачастую
используется в политическом пространстве в качестве прикладного инструмента разными
политическими силами, что является еще одним доказательством необходимости более
глубокого исследования истории массовых этнических репрессий и масштабов преступлений
тоталитарного режима в СССР.
Dostları ilə paylaş: |