Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə180/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   176   177   178   179   180   181   182   183   ...   189

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1677

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



ORTA ƏSR BEYLƏQAN ŞƏHƏRİNİN TARİXİ-ARXEOLOJİ 

CƏHƏTDƏN ÖYRƏNİLMƏ TARİXİ HAQQINDA 

 

Şəfəq AĞAYEVA  

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 

AZƏRBAYCAN 

  

Bir  xalqın  formalaşmasında,  onun  ictimai-siyasi  və  mədəni  həyatının  öyrənilməsində  yaşayış 



yerlərinin, xüsusilə orta əsr şəhər yerlərinin öyrənilməsinin olduqca böyük əhəmiyyəti vardır. Orta əsr 

şəhər yerlərinin tədqiqi arxeoloqlar tərəfindən XX əsrin 40-cı illərindən başlanmışdır. Azərbaycanda 

orta  əsrlərdə  Gəncə,  Qəbələ,  Şamaxı,  Bərdə,  Beyləqan,  Şabran,  Bakı  və  digər  şəhərlər  mövcud 

olmuşdur.  

Beyləqan  orta  əsr    şəhər  yerində  İ.İ.Meşşaninov,  Ə.K.Ələkbərov,  Q.M.Əhmədov  və  başqaları 

tədqiqatlar  aparmışlar.  Paytakaran  xarabalıqları  Mil  düzündə  Örənqala  adı  ilə  məşhur  olan  və  ərəb 

mənbələrində “Beyləqan” adlanan, şəhərin ilk orta əsr mənbələrindəki tələffüz formasıdır. Y.Paxomov 

və S.T.Yeremyan Paytakaranın və Beyləqanın eyni şəhər olduğunu yazmışlar. O zaman belə bir sual 

ortaya  çıxır  ki,  bunların  hansı  şəhərin  əsl  adıdır?  Örənqalada  arxeoloji  qazıntılar  zamanı  arxeoloq 

Q.M.Əhmədovun aşkar etdiyi saxsı qab üzərində ərəb əlifbası ilə Beyləqan yazılması şəhərin adının 

Beyləqan olduğunu göstərir. IV əsrin ortalarına aid hadisələrlə əlaqədar olaraq mənbələrdə bu şəhərin 

adı Paytakaran kimi yazılır. Bu  toponimin mənşəyi haqqında çox yazılır və mübahisə obyekti olaraq 

da qalmaqdadır. Q.Kapansyan belə bir fikir irəli sürmüşdür ki, Paytakaran e.ə VII əsrdə kimmerlərin 

Ön Asiyaya hərəkatı ilə əlaqədar olaraq Kiçik Asiyadan şimala çəkilən palay adlı tayfanın adından və 

qədim fars dilindəki kara-ördü xalq sözündən ibarətdir. Bunu sonralar İqrar Əliyev də dəstəkləmiş və 

bu  fikirdə  olduğunu  bildirmişdir.  Qafqaz  Albaniyası  dövründə  Paytakaran  (Kaspiana)  vilayətində 

formalaşmış Beyləqan sonradan böyük bir şəhərə çevrilmişdir.  

Beyləqanda əsaslı arxeoloji qazıntılar 1953-cü ildən başlamışdır. Bir şeyi qeyd etmək lazımdır ki, 

şəhər  yerində  qazıntı  aparmaq  başqa  arxeoloji  abidələrə  nisbətən  daha  çətin  və  məsuliyyətli  işdir. 

Şəhərin  Örənqala  adı  ilə  tanınan  xarabalığı  indiki  Beyləqan  rayonu  ərazisindəki  Kəbirli  kəndi 

yaxınlığında  yerləşir.  Beyləqanın  ən  qədim  mədəni  təbəqəsi  sarımtıl  rəngli  xam  torpaq  süxurun 

üstündə  yerləşmişdir.  Birinci  təbəqənin  1-1,5    m-dən  çox  olmayıb  az  və  nadir  materiallar  vermişdir. 

Əsas material mal-qara, davar sümükləri, quş balıq sümükləri və müxtəlif meyvə tumları qalıqlarından 

ibarət  olmuşdur.  Təbəqə  üçün  səciyyəvi  cəhət  burada  diametri  1-1.5-dən  2-3.5  m-dək    olan  dairəvi 

quyuların  olmasıdır  ki,  buradan  da  əsasən  şirsiz  saxsı  məmulatı,  şüşə  və  metal  əşya  qırıqları 

tapılmışdır.  Qazan,  çıraq,  səhəng,  bardaq,  kirəmit  parçaları  bu  təbəqə  üçün  səciyyəvidir.  Geniş 

diametrli quyular adətən təsərrüfat üçün istifadə olunurdu.  

Sahəsi  Paytakarandan  səkkiz  dəfə  geniş  olan  Beyləqanın  (Örənqalanın)  ətrafına  6  m  enində 

möhtəşəm  qala  divarları  tikilmişdir.  Orta  əsrlərdə  qala  divarları  şəhərin  müdafiəsini  təşkil  edən  ən 

önəmli vasitə idi. Qala divarları xüsusən də düzən ərazidə yerləşən şəhərlər üçün səciyyəvi idi. Belə ki 

orta  əsrlərdə  şəhərləri  qalasız  təsəvvür  etmək  qeyri-mümkün  idi.  Beyləqanda  isə  şəhərin  qala 

divarlarından  içəridə  olan  sahəsi  40  hektara  yaxın  idi.  Örənqalanı  arxeoloqlar  elmi  ədəbiyyatda  iki 

hissədən ibarət şəhər kimi adlandırmışlar ki, bu da “Böyük” və “Kiçik” şəhər adı ilə tanınır. Hər iki 

hissədə arxeoloji qazıntılar aparmış arxeoloqlar belə bir nəticəyə gəlmişlər ki, aşkar edilmiş mədəni 

təbəqə  və  tikili  qalıqları  bunları  bir  birindən  heç  də  fərqləndirmir.  Yaşayışın  XIII  əsrə  qədər  ara 

kəsilmədən  mövcud  olmuş  Beyləqanda  əsas  tikinti  vasitələri  kimi  çiy  və  bişmiş  kərpicdən  istifadə 

olmuşdur.  Həmin  materiallardan  istifadə  edilməklə  iki  dəfə  VI-VII  əsrlərdə  və  IX-X  əsrlərdə  qala 

divarı  çəkilmişdir.  Beyləqanın  qala  divarlarının  hündürlüyü  8-10  m  olmuş,  müxtəlif  ölçülü  çiy 

kərpicdən tikilmişdir. Qala divarlarını salamat qalan hissəsinin hündürlüyü 3,5 m-ə çatır. Divarların 1 

m-ə qədər torpaqdan bünövrəsi olmuşdur. Bünövrənin isə eni 6 m-ə qədərdir. Divarlar içəri və bayır 

tərəfdən  3-7  sm-ə  qədər  samanlı  palçıqla  suvanmışdır.  Qala  bürcləri  uzunsov  yarımdairəvi  şəkildə 

olmuşdur.  Bürclər  də  çiy  kərpiclə  hörülmüşdür.  Burada  aparılan  arxeoloji  qazıntlar  zamanı  şəhər 

iqtisadiyyatının  və  sənətkarlıq  istehsalının  yüksək  səviyyəsini  təsdiq  edən  xeyli  materiallar  əldə 

olunmuşdur.  Qala  divarlarının  içərisində  metalişləmə,  dulusçuluq,  toxuculuq,  dabbaqlıq,    şüşə 

istehsalı, daşişləmə, ipəkçilik və digər sahələrə məxsus maddi mədəniyyət nümunələri, eyni zamanda 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1678

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

istehsalat ocaqları, əmək alətləri və s. tapılmışdır. Məsud ibn Namdar XII əsrdə Beyləqanda dəmirçi, 

bənna, dulusçu, toxucu kimi sənətkarların yaşadığını yazmışdır. Beyləqanda zərgərlik də digər sənət 

sahələrindən  heç  də  geri  qalmırdı.  Belə  ki,  zərgərlər  qızılın  emalına  mürəkkəb  texniki  üsullar- 

məftilçəkmə, dənə düzmə, cilalanmanın təkilləşdirilməsi və s. kimi tədbiq edirdilər.  

Beyləqandan aşkar olunmuş numizmatik materiallar şəhərin orta əsr ticarət əlaqələrinin inkişafını 

göstərir. Bizans imperatoru Anastasinin mis pulu, Sasani şahı II Xosrovun gümüş pulu və s. tapılması 

sənətkarlıq  və  ticarətin,  əmtəə-pul  münasibətlərindən  xəbər  verir.  Burada  ayrıca  sənətkar 

məhəllələrinin  formalaşdığı  da  məlumdur.  Ticarətin  inkişafı  isə    Beyləqanın  bilavasitə  Azərbaycanı 

cənub ölkələri ilə birləşdirən Bərdə-Ərdəbil ticarət yolunun üzərində yerləşməsi ilə əlaqəlidir. IX-XI 

əsrlərdə Beyləqan şəhəri beynəlxalq ticarətdə əhəmiyyətli yer tuturdu.  

Çox  böyük  elmi  əhəmiyyət  kəsb  edən  qazıntılardan  biri  də  Böyük  şəhərin  şimal-qərb  qala 

darvazalarında aparılan qazıntılar olmuşdur. Bu qazıntılarda əsas məqsəd şəhərin heç olmasa bir qala 

darvazasını  aşkara  çıxarıb  tədqiq  etməkdən  ibarət  olmuşdur.  Burada  şəhərin  şimal-qərb  qala 

darvazalarının müxtəlif dövrlərə aid izləri aşkara çıxarılaraq, onun tam stratiqrafiyası əldə edilmişdir. 

VI sahədə aparılan qazıntılar nəticəsində məlum olmuşdur ki, ilk orta əsrlərdən başlanmış XIII əsrin 

20-ci  illərinə  qədər  şəhərin  şimal  qərb  qala  darvazaları  burada  yerləşmişdir.  XIII  əsrin  əvvəllərində 

monqol  dağıntılarına  məruz  qalmış  qala  darvazalarının  izləri  aşkara  çıxarılmışdır.  Bu  Azərbaycanın 

orta əsr şəhərlərində arxeoloji qazıntılar zamanı ilk dəfə aşkara çıxarılmış qala darvazası qalıqları idi.  

Beyləqan  orta  əsr  şəhəri  XI-XIII  əsrlərdə  özünün  çiçəklənmə  dövrünü  keçirir.  Lakin  tarixdən 

məlum  olduğu  kimi  monqolların  Azərbaycana  yürüşü  zamanı  şəhər  tamamilə  dağıdılmışdır. 

Həmdullah Qəzvini qeyd edir ki, 1340-cı ildə Beyləqan xarabalıq içində idi. Sonradan şəhərin bərpası 

üçün bütün cəhdlər boşa çıxdı. Bundan sonrakı dövrdə Beyləqan bir daha inkişaf etmək baxımından 

digər şəhərlərdən geri qaldı. Aparılan arxeoloji tədqiqatlar VI-XIII əsrlərdə Beyləqanın Mil düzündə 

mühüm sənətkarlıq və ticarət mərkəzi kimi mövcud olmuş bir şəhər olduğunu sübuta yetirmişdir.  

 

 

ERKƏN ORTA ƏSRLƏRDƏ QARABAĞ ƏRAZİSİNDƏ  



DULUSÇULUĞ SƏNƏTİ 

 

Z.N. QƏHRƏMANOVA 

Azərbaycan Dövlət Aqrar Universiteti 



zumrud.q@mail.ru 

AZƏRBAYCAN 

 

Azərbaycan  tarixinin  mühüm  məsələlərindən  biri  də  sənətkarlığın  öyrənilməsidir.  Onun  tədqiqi 



cəmiyyətin  inkişafının  müxtəlif  pillələrində  məhsuldar  qüvvələrinin  və  istehsal  münasibətlərinin 

vəziyyətini müəyyənləşdirməkdə böyük əhəmiyyətə malikdir. Ən qədim köklərə malik və ən kütləvi 

sənət  sahələrindən  biri  olan  dulusçuluğun  bu  məsələlərin  təhlilində  köməyi  daha  böyükdür.  Bu 

cəhətdən  ilk  orta  əsrlər  dövründə  dulusçuluğun  vəziyyətinin  öyrənilməsi  daha  maraqlı  nəticələr 

çıxarmağa imkan verir. Məqalədə orta əsrlərdə Qarabağda  dulusçuluğun vəziyyəti nəzərdən keçirilir, 

həmin  dövr  dulusçuluq  məmulatının  təsnifatı  verilir.  dulusçuluq  məmulatının  istehsalından  bəhs 

edilərkən dövrün tarixi şəraiti, regionların arxeoloji materialları da araşdırılır. 

Azərbaycan  xalqı  əsrlər  boyu  bəşər  mədəniyyəti  xəzinəsinə  çoxsaylı  nadir  sənət  inciləri  bəxş 

edib.  Bütün  bunlar  isə  əlbəttə  ki,  xalqın  çoxəsrlik  tarixi  ənənələri  üzərində  yaranıb.  Belə  bir  cəhəti 

xüsusi olaraq qeyd etməyə dəyər ki, erkən sivilizasiyanın beşiyi olan Azərbaycan yerləşdiyi geosiyasi 

məkanla  bağlı,  həm  də,  mədəniyyətləri  transformasiya  edən  bir  məmləkət  olub.  [1,  227  .] 

Azərbaycanda  zəngin  gil  yataqlarının  olması  dulusçuluğun  minilliklər  boyu  var  olmasını  təmin 

etmişdir[2, 72-81.] 

 Dulusçuluq  dedikdə,  gildən  hazırlanan  məmulatlar  nəzərdə  tutulur.  A.Mustafayev  gil  məmulatı 

istehsalını dulusçuluq, kərpickəsmə, suvaqçılıq və kaşıçılıq kimi sahələrə bölür[3,440 s]. Gil qabların 

formaları və onların üzərindəki bəzəklər həmin dövrdə yaşamış xalqların məişətini öyrənmək üçün ən 

dəqiq  vasitələrdəndir.  Ən  qədim  zamanlardan  insanların  təsərrüfat  həyatında  müəyyən  rol  oynamış 

bəsit üsullarla hazırlanmış gil qablar uzun bir inkişaf yolu keçərək müasir dövrə kimi gəlib çatmışdır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1679

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Gildən hazırlanan məmulatlar su daşımaq üçün( səhəng, cürdək, bardaq, kuzə, küp), su saxlamaq üçün 

qablar( sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq üçün ( aftafa, lüləyin, fəşir), mətbəx qabları 

(çölmək,  qazança,  küvəc,  piti  dopuları, çilovsüsən,  həlimdan), çörəkbişirmə  vasitələri (  kürə, təndir, 

sac, manqal) çoxluğu ilə fərqlənir. [2,səh 72-81]   

    Dulusçuluq  sənətinin  tarixən  təşəkkül  tapdığı  və  inkişaf  etdiyi  ərazilərdən  biri  olan  Qarabağ 

ərazisi  olmuşdur.  1965-ci  ildən  R.  B.  Göyüşov  tərəfindən  tədqiq  edilən  Dağlıq  Qarabağın  Sığnaq 

yaşayış yeri, Çarabert qalası və Amaras şəhər yerindən də, başqa arxeoloji materiallarla yanaşı, ilk orta 

əsrlərə  aid  yağdanlar,  dopular,  küplər,  qazanlar,  xeyrələr  və  s.  aşkar  edilmişdir.  Buranın  gil  qabları 

Azərbaycanın digər ilk orta əsrlərə aid abidələrindən tapılmış qablarla eyniyyət təşkil edir [4,səh186. ] 

       İlk  orta  əsr  abidələri  sırasına  son  zamanlar  Q.  M.  Əhmədov  tərəfindən  tədqiq  olunmuş 

Muğan  düzü  abidələri  daxil  olmuşdur.  Arxeoloji  cəhətdən  zəif  öyrənilmiş  Muğan  düzündə  İçəri 

Ağdam,  Çöl  Ağdam,  Şəhriyar,  Qala  yeri  adlı ilk  orta  əsr  yaşayış  yerləri aşkar  edilmişdir. Təzəkənd 

yaşayış  yerində  1957-ci  ildə  kiçik  bir  kəşfiyyat  qazıntısı  aparılmış,  Şəhriyar  və  Çöl  Ağdam  şəhər 

yerlərində  isə  1968-ci  ildə  xeyli  yerüstü  material  toplanmışdır.  Həmin  abidələrdən  kasa  qırıqları, 

səhəng və küp qulpları, qazan ağzının qırığı və s. məişət qabları tapılmışdır. Belə qablar əsasən kobud 

və çox bəsit olurdu.,  ilk orta əsr abidələrindən əldə edilmiş gil məmulatlar  Dağlıq Qarabağın Amaras 

şəhərində daha çox rast gəlilinr. [6,səh74. ] 

Azərbaycanın  ilk  orta  əsr  dulus  məmulatını  formasına  və  daşıdığı  məqsədə  görə  bölmək  daha 

məqsədəuyğundur.  Bu cəhətdən gil məmulatını:  

1) məişətdə və təsərrüfatda işlənən qablara; 

2) zoomorf və antropomorf qablara;   

3) uşaq oyuncaqlarına ayırmaq olar. 

    Bəhs etdiyimiz dövrə aid dulus məmulatı içərisində miqdarına və müxtəlifliyinə görə məişət və 

təsərrüfat qabları üstünlük təşkil edir. Məişət qablarına bardaqlar, sərniclər, çıraqlar, küplər, dolçalar, 

kuzələr, şamdanlar, bərnilər, dopular, camlar, su qabları, çaynikvarı qablar və qapaqlar daxildir. [ 5,  

8-9 

  Qaraköpəktəpə  arxeoloji  abidəsindən  Sasani  və  Eldənizlərin  hakimiyyəti  dövrünə  aid  çoxlu 

sayda müxtəlif rənglərlə boyanmış dolça nümunələrinə rast gəlinir.[7, s. 49].Yedditəpə yaşayış yerində 

qəbir abidəsində aparılan arxeoloji qazıntılar zamanı  erkən orta əsrlər dövrünə aid müxtəlif formalı gil 

dopu  qab  nümunələrinə  rast  gəlinmişdir.[  8,  32]  Belə  dopulara    Qarabağ  bölgəsinin  Amaras    və 

Şəhriyar  yaşayış  yerlərindən  aşkar  edilmişdir.  Qarabağ  bölgəsində  Ana  şəhər  yaşayış  yerində  və 

Çaraberd qalasında xeyrə tipli qablar tapılmışdır.  

        Nəhayət  arxeoloji  tədqiqatlara,  araşdırmalara    əsasən  belə  bir  nəticəyə  gəlirik  ki,  Qarabağ 

ərazisi  erkən  orta  əsrlərdə  sənətkarlığın  xüsussilə  dulusçuluğun  inkişaf  etdiyi  ərazilərdən  biri 

olmuşdur. 

 

 



AZƏRBAYCAN DÖVLƏT RAYON ELEKTRIK STANSIYASININ 

TARIXI HAQQINDA 

 

Vüsalə MÖVLAYEVA  

Mingəçevir Dövlət Universiteti 

AZƏRBAYCAN 

 

     



Məlumdur  ki,  Mingəçevir    respublikamızın  enerjiyə  olan  tələbatının  böyük  hissəsini  təmin 

edən  şəhərlərdən  biridir.  Mingəçevirdə  enerji  hasilatı  Mingəçevir  Su  Elektrik  Stansiyası  və 

Azərbaycan  Dövlət  Rayon  Elektrik  Stansiyası tərəfindən  həyata  keçirilir.  Qeyd  edək  ki,  Mingəçevir 

SES 1954-cü ildə tikilib istifadəyə verildikdən sonra respublikada elektrik stansiyalarının tikintisində 

böyük  fasilə  yaranmışdır.  Əslində  Mingəçevir  SES  tikilib  istifadəyə  verildikdən  sonra  respublikada 

Mingəçevir ərazisində yeni  İstilik Elektrik Stansiyasının tikilməsi barədə Azərbaycan SSRİ Nazirlər 

Sovetinin  3 fevral 1958-ci il tarixli qərarı qəbul edilsə də bu qərar 10 ildən artıq bir müddət ərzində  

kağız üzərində qaldı.  Yalnız ötən əsrin 70-ci illərində respublikanın enerji təchizatının gücləndirilməsi 

istiqamətində həyata keçirilən layihələr zamanı bu qərar özünü reallaşdıra bildi. Bu tikintiyə konkret 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1680

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

olaraq  1974-cü  ildə  başlanıldı    Mingəçevir  su  anbarının    və  bu  SES-dən  çəkilən  elektrik  xətlərinin, 

Yuxarı Qarabağ kanalının ərazidə mövcudluğu bu layənin reallaşdırılması üçün vacib amillərdən idi.  

     Ümumiyyətlə  ötən  əsrin  70-ci  illərində  respublikda  mövcud  enerji  sistemlərinin,  onların 

istehsal  gücünün,  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  ilə  bərabər,  yeni  stansiyaların  da 

tikintisinə  başlanılmışdır.  1971-ci  ildə  Araz  çayı  üzərində  gücü  220  MVt-a  çatdırılmış  Sərsəng  su 

anbarı  və  gücü  50  MVt  olan  eyni  adlı  su  elektrik  stansiyası  istifadəyə  verilmişdi.  Keçmiş  Sovetlər 

İttifaqında həcminə və görülən işlərin miqyasına görə nəhəng tikintilər sırasında duran DRES Cənubi 

Qafqazın  ən  böyük  enerji  müəssiəsidir.  Bu  müəssisənin  Azərbaycanda  tikilməsi  keçmiş  Sovet 

rəhbərliyində  heç  də  birmənalı  qarşılanmayıb.  Stansiyanın  Gürcüstan  və  Özbəkistan  SSRİ-də 

tikilməsinin  tərəfdarları  daha  çox  olub.  DRES-in  Azərbaycanda  tikintisinin  reallaşdırılmasının 

əleyhdarları  müxtəlif  bəhanələr  gətirərək  daha  çox  olub.  Hətta  SSRİ  Energetika  nazirinin  müavini 

A.Dyakov    bu  məsələ  ilə  bağlı  keçirilən  müşavirədə  “DRES-i  işlətmək  Azərbaycanın  xörəyi  deyil” 

ifadəsini  işlətmişdir.  Əlbəttə  ki,  əsl  səbəb  gizli  imperiya  siyasəti  idi.  İttifaq  ölkələrinin  tam  olaraq 

inkişafı,  tərəqqisi  SSRİ-nin  hakim  dairələrinin  maraq  dairəsində  deyildir.  Lakin  H.Əliyevin  bu 

məsələlərlə bağlı qətiyyətli mövqeyi respublikada bir deyil iki güclü elektrik stansiyasının tikintisinə 

imkan  yaratdı.  DRES-in  tikintisi  baş  podratçı  olan  “Azərenerjitikinti”  trestinin    DRES  tikinti 

quraşdırma  idarəsinə,  “Qafqazenerjiquraşdırma”  tresti  Mingəçevir  quraşdırma  sahəsinə  və  digər 

podratçı  təşkilatlara  həvalə  edilmişdir.  DRES-in  texniki  layihəsi  Ümumittifaq  İstilik  Elektrik 

Stansiyalarını  Layihələndirmə  İnstitutunun  Orta  Asiya  şöbəsinin  kollektivi  tərəfindən  hazırlanmışdı. 

Qeyd  edəki,  bu  layihə  institutu  1954-cü  ildə  Daşkənddə  yaradılmış  və  1961-ci  ildən  yuxarıda  qeyd 

etdiyimiz ad altında öz fəaliyyətini davam etdirmişdir. Bu tikintinin hazırlıq mərhələsi üçün 5 milyon 

manatlıq iş görülmüşdü. Azərbaycan KPMK-nın I katibi H.Əliyevin Azərbaycan DRES-nə diqqət və 

qayğısı böyük olmuşdur. H.Əliyev dəfələrlə respublika partiya təşkilatlarının ali məclislərində, fəallar 

yığıncağında DRES-in iqtisadiyyatımız üçün cox mühüm rol oynayacağını qeyd etmişdir. Azərbaycan 

DRES respublikamızın həyatında yeni texniki yüksəlişin bariz nümunəsi olduğu kimi onun tikintisində 

həddindən  artıq  mühəndis  səyi,  elmi  axtarışlar,  səmərələşdirci  təkliflər  və  ixtiralar  həyata 

keçirilmişdir.  DRES  öz  layihəsinin  orijinallığına  və  bir  çox  texniki,  texnoloji  xüsusiyyətlərinə  görə 

keçmiş  ittifaqda  əvvəlki  İstilik  Elektrk  Stansiyalarından  fərqlənən  bir  layihə  olmuşdur.  Qeyd 

edilməlidir ki, stansiyada quraşdırma işləri görülərkən təkcə yeni texnikanın tətbiqi sayəsində layihə 

dəyərinə nisbətən iki milyon vəsaitə qənaət edilmişdir. DRES əməkçilərinin işə yaradıcı, məsuliyyətli 

münasibəti  tikintinin  bütün  sahələrində  hiss  olunmuşdur.  Energetika  təcrübəsində  ilk  dəfə  olaraq  50 

ton  yük  qaldıra  bilən  böyük  kran  yerdən  on  beş  metr  hündürlüyündə  qoyulmuşdur.  Şəhər  və  ətraf 

ərazilərin  atmosfer  çirklənməsinin  qarşısını  alamaq  məqsədilə  330  metrlik  hündürlükdə  qoyulmuş 

dəmir-beton boru Azərbaycanda ən hündür tüstü borusudur. Qeyd edək ki, boru Leninqradda (Sankt-

Peterburqda) hazırlanmışdır. 

    Azərbaycan  DRES-in  buraxılışı  ərəfəsində    Azərbaycan  KP  MK-nın  I  katibi  H.Əliyev  20 

oktyabr  1981-ci  ildə  Mingəçevirdə  olmuş,  stansiyanın  ilk  blokunun  vaxtından  əvvəl  tikilib  başa 

çatdırılmasını böyük cəsarət, fədakarlıq və vətənpərvərlik kimi yüksək qiymətləndirmişdir. H.Əliyev 

bu  müəssisəni  tükənməz  həyat  çeşməsi  adlandırmış  Zaqafqaziyanın  (Cənubi  Qafqazın)  bu  nəhəng 

enerji  müəssisəsinin  məhz  Azərbaycanda  tikilməsini  gələcək  nəsillərə  böyük  töhfə  olduğunu  qeyd 

etmişdir. DRES-in tikilməsi respublikada bu sahə üzrə yerli energetika, mühəndis, inşaatçı  heyət üçün 

böyük  təcrübə  məktəbi  oldu.  Eyni  zamanda  bu  sahə  üzrə  milli  mütəxəssislərin  ehtiyat  fondunun 

yaradılmasında  mühüm  rol  ounadı.  DRES-in  sonuncu  8-ci  bloku  1988-ci  ildə  istifadəyə  verilmişdir. 

Həmçinin  bu  tikinti  Mingəçevir  ərazisində  yeni  yaşayış  qəsəbəsinin  salınması  üçün  zəmin  yaratdı. 

Energetiklər adlanan bu qəsəbədə sənayenin. tikintinin, səhiyyənin, təhsilin, mədəniyyətin, rabitənin, 

ticarətin və ictimai iaşənin geniş şəbəkələri işə düşümüşdür. 

  Qeyd edək ki, Mingəçevir DRES və Şəmkir SES istifadəyə verilməmişdən əvvəl respublikamız 

enerjiyə  olan  tələbatını  digər  itifaq  ölkələrindən  alınan  enerji  ilə  ödəyirdi.  Lakin  80-ci  illərin 

ortalarından  etibarən  Azərbaycan  enerji  ixrac  edən respublikalardan  biri  oldu. Respublikada elektrik 

enerjisi istehsalı  11,5  dəfə artaraq  1940-cı ildəki  1,8 milyard  kVt  saatdan  1985-ci ildə  20,7  milyard 

kVt saata çatdırıldı. 

   Bəhs olunan dövrdə həyata keçirilən enerji proqramı təkcə yeni enerji stansiyalarının istismara 

verilməsi ilə kifayətlənmirdi. Bu sahə üzrə lazımi material, qurğu hissə və avadanlıqların təminatını 

həyata  keçirmək  məqsədilə  Bakı  transformatorlar,  Elektrk  lampaları,  Keşlə  qazan  qurğuları, 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1681

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Mingəçevirkabel, Azərelektoizolyasiya və s. yeni zavodların yaradılması və yenidən qurulması həyata 

keçirilən  enerji  proqramının  tərkib  hissəsi  idi.  Əlbəttə  ki,  bəhs  olunan  dövrdə DRES  kimi  bu  və  ya 

digər  enerji  obyektlərinin  istifadəyə  verilməsinin  əhəmiyyətini  və  mahiyyətini  sovet  planlı 

təsərrüfatının  məhdud  şəbəkəli  pəncərəsindən  baxmaqla  real  qiymətləndirmək  və  dəyərləndirmək 

əksəriyyət üçün mümkünsüz idi. Lakin H.Əliyev bu  layihənin reallaşmasını həyata keçirməklə  milli 

energetikamızın yaradılması və bü günki, inkişaf səviyyəsinə çatdırılması üçün böyük əməli işin siyasi 

müəllifi  oldu.  Təkcə  respublikamızın  deyil  bütün  Cənubi  Qafqazın  ən  böyük  istilik  stansiyası  olan 

Azərbaycan DRES-də hal-hazırda hər birinin gücü 300 MVt olan 8 blok fəaliyyət göstərir. Məhz bu 

stansiyanın fəaliyyəti bu gün müstəqil respublikamızın enerji təhlükəsizliyinə qarşı bir səddir. 

 

 



İSLAMIN AZƏRBAYCANA GƏLİŞ TARİXİ 

 

Elnur MUSTAFAYEV 

Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu 



elnur.mustafayev88@mail.ru 

AZƏRBAYCAN 



 

Qədim  dövrlərdən  bəri  müxtəlif  mədəniyyətlərin  və  dinlərin  beşiyi  olan  Azərbaycan  xüsusi  ilə 

səmavi  və  qeyri-səmavi  dinlərin  yayıldığı  bölgələrdən  biri  olmuşdur.  Qeyd  etmək  yerinə  düşər  ki, 

rəngarəng  mədəni  və  dini  inancları  ilə  zəngin  olan  Azərbaycan  yəhudilərin,  xristianların, 

müsəlmanların və zərdüştlərin yaşadığı və fəaliyyət göstərdiyi nadir ərazilərdən olması ilə seçilmişdir. 

Sübut  olaraq  Azərbaycanda  yerləşən  təxminən    1700  ilə  yaxın  tarixi  olan  Alban  Apostol  Avtokefal 

kilsəsini,  müxtəlif  ərazilərdə  yerləşən  yəhudilərə  məxsus  sinaqoqları,  müsəlmanlara  məxsus  ibadət 

mərkəzi olan məscidləri və zərdüştlərin tapındığı atəşgahları misal göstərmək olar.  

VII  əsrdə  Ərəbistan  yarmadasında  işıq  üzü  görən  İslam  dini  az  müddətdə  23  il  ərzində 

möhkəmlənərək  sürətlə  Ərəbistan  ərazilərinə  yayıldı.  İslamdan  əvvəl  mərkəzləşmiş  bir  dövlətin 

mövcud olmadığı Ərəbistan yarmadasında idarəçilik müxtəlif qəbilələrin və zəngin insanların əlində 

cəmləşmişdi. Məkkə şəhərində hakimiyyət Qureyş tayfasının müxtəlif qəbilələri arasında bölünmüşdü 

ki,  bir  çox  hallarda  hakimiyyətin  bölünməsi  məsələsində  narazıçılıqlar,  aralarında  əlaqələrin 

pozulmasına və münaqişələrə səbəb olurdu. Hicaz bölgəsinin ikinci ən böyük şəhəri olan Yəsribdə isə 

Ovs və Xəzrəc qəbilələri arasındakı düşmənçilik və mənfi münasibətlər vahid idarəçiliyin qurulmasına 

imkan  vermirdi.  İslamın  gəlişindən  sonra  Məhəmməd  peyğəmbərin  apardığı  təbliğatlar  nəticəsində 

qəbilələr  arası  düşmənçiliyə  və  müharibələrə  son  qoyularaq  tam  vahid  mərkəzləşdirilmiş  dövlətin 

qurulması mümkün oldu.  

Miladi  VI  əsrin  sonları  və  VII  əsrin  əvvəllərində  Bizanslılarla  Sasanilər  arasında  olan  uzun 

müddətli  müharibələr  hər  iki  dövlətin  zəifləməsinə  səbəb  olmuş  və  İslam  fəthləri  üçün  münbit  bir 

şərait yaranmışdı. Birinci xəlifə Əbu Bəkrin hakimiyyəti illərindən (632-634) başlayan islam fütuhatı 

Ömər  ibn  əl-Xəttab  (634-644)  və  Osman  ibn  Əffanın  (644-656)    hakimiyyəti  dövrünə  qədər  davam 

etmişdir. Ömər ibn əl-Xəttabın hakimiyyəti illərində İslam dövlətinin ərazisi 2251000 km²-ə çatırdı.  

Bizans və Sasani arasında gedən müharibələr Azərbaycanda vəziyyəti gərginləşdirmiş və bu iki 

dövlətdən  asılı  vəziyyətə  salaraq  sosial-iqtisadi  problemlərə  yol  açmışdı.  Sasani  imperatoru  II 

Xosrovun Bizanslılarla apardığı müharibələr nəticəsində I İrakli hərbi əməliyyatlarda uğur qazanaraq 

Azərbaycan  da  daxil  olmaq  şərti  ilə  Zaqafqaziyanın  böyük  bir  hissəsini  işğal  etmişdi.  Lakin  İslam 

fəthləri  ilə  Azərbaycanda  istiqrar  və  sosial  rahatlıq  bərpa  olmuş  və  uzun  müddət  gedən  dağıdıcı 

müharibələr sona çatmışdı. Müsəlmanların Azərbaycana ilk gəlişi ikinci xəlifə Ömər ibn əl-Xəttabın 

hakimiyyətdə  olduğu  illərdə  baş  vermişdi.  Azərbaycan  Ömər  ibn  əl-Xəttabın  fəth  siyasətində 

əhəmiyyətli yer tutan ərazilərdən biri idi. Həmin dövrdə müsəlmanların dəniz müharibələri sahəsində 

təcrübələri  olmadığı  üçün  Qara  və  Xəzər  dənizlərini  aşmaq  maneə  törətdiyindən,  şimala  doğru 

irəliləmək  üçün  Azərbaycan  ərazisi  strateji  mövqe  baxımından  əhəmiyyətli  rol  oynayırdı. 

Müsəlmanlarla Sasani imperiyası arasında baş verən Qadisiyyə və Nihavənd döyüşləri İslam dininin 

İran, Azərbaycan və Xəzəryanı ölkələrdə yayılmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bir çox 

tarixçilər  müsəlmanların  Azərbaycana  gəlişini  hicri  18-22-ci,  miladi  639-643-cü  illər  arasında 

olduğunu qeyd etmişdirlər. 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin