„NO DISH WITHOUT FISH!”– THE SCIENTIFIC MYTHOLOGY
OF RATIONAL NUTRITION IN SOCIALIST ROMANIA
Ella STINIGU
Ț Ă
Babe
ș -Bolyai University of Cluj-Napoca
ella.stiniguta@yahoo.ro
ROMANIA
In the 80’s, the communist regime in Romania tried to accomplish an impossible task: to build an
entire mythology under the mask of science and reason.
Although there are numerous publications on
the history of communism, few authors highlighted the importance of myth and mythology in the
general structuring of communist project. Consequently, they focused on analyzing how different pre-
existing myths were reinvented and used by the communist states and how they influenced and
legitimatized the political, social and economical practices of these regimes. Among the myths that
formed the “scientific mythology of communism”, that of the New Man held a special place for two
reasons. Firstly, the project of building socialism and communism aimed not only at generating new
ideological, social and political changes but at specifically relating them to a higher purpose, that of
fostering the creation of the New Man. Secondly, while the New Man was to be shaped by his new
living and working conditions, he was also responsible for carrying out the plan for building the
communist society as envisioned by the official ideology. Therefore, given his significant role in
constructing the new world, the communist regimes took great interest in creating and promoting the
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1687
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
New Man and his myth. The party propaganda took the leading role in this official endeavor using the
printed press as its main loudspeaker. Thus, the Party entrusted its propaganda and press with the task
of educating people in order to transform them into New Socialist Men. To fulfill this mission, the
press produced “numerous models of New Man, ideological symbols in flesh” represented by model
workers or peasants, exemplary cadres “who consciously worked for the new state.” This created a
socialist pantheon populated by ordinary heroes, “warrior(s) for socialism” whose exemplary work
elevated them to status of model of New Man. Moreover, not only work, but also living a “cultured”
existence functioned as a means for defining and identifying the New Man. This propagandistic
making of extraordinary people out of ordinary individuals reflected the ideologically motivated faith
that each of them was a potential hero, had a fullness of life, strength, and beauty which were realized
by mobilizing the will and serving a larger, trans-individual whole: society, humanity, or even the
course of history.
I use the term propaganda to define the organized and deliberate process of communicating
certain ideas and values. The main purpose of this process is to convince people to think and act in a
certain way that would ensure the fulfillment of some specific objectives which would bring benefits
to the organizers of this process. The Romanian communist regime used various propaganda
instruments, such as the printed press, and radio, in order to broadcast its ideological message to the
population at large.
According to Matthew Lenoe, who analyzed the Soviet newspapers and their contribution to “the
production of culture” during the NEP years, propaganda performed exclusively an educational role: it
taught “peasants and proletarians to read, drawing them into political life, transforming their worldview
(…)” and thus being “with the long-term project of educating the downtrodden (…) masses to be
worthy citizens of the socialist utopia.”. Similar to the Soviet case, as my paper will show, the Romanian
communist regime used propaganda as the main means of educating population. Consequently, raising
people’s “cultural level” aimed at eradicating illiteracy or acquiring professional knowledge or any
other type of knowledge as “cultured” existence became the defining feature of the New Man.
In order to create and then to complete the creational process of the New Man, the communist
ideology promoted a new “life style” for this Man, who had to be the most diligent and also the
healthiest human ever. Besides the fact that the state – by the introduction of censorship and other
types of limitations – decided what kind of books are likely to be read, what kind of movies to be
watched, which countries to be visited by the New Man, at the beginning of the 9
th
decade of the last
century, the Party decided to control even one of the most intimate activity of people: eating. The new
alimentation system imposed by the regime was said to be based on the newest nutrition research, but
in fact, it was a consequence of the disastrous economical situation of Romania. The austerity laws
elaborated in the 80s (food, electricity and gas shortenings) were not an expression of the benevolent
attitude of the Party for the health of the people as all the papers wrote, but a real „domestic genocide”.
This paper aims to describe how the scientific mythology of the New Alimentation was created (the
nutritional propaganda – posters, commercials) and what was hidden behind it, by analyzing the
Romanian papers, periodicals and medical writings of the 80’s. Also, an important part of the research
is dedicated to the study of the collective mentality and the elements which continue to punctuate the
Romanian collective mental state even after 25 years since the fall of the Communist regime.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1688
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MONQOLLAR DÖVRÜ İSLAM TARİXŞÜNASLIĞININ
XÜSUSİYYƏTLƏRİ
Arzu XASIYEVA
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
AZƏRBAYCAN
İslam tarixşünaslığı dedikdə isə tarixşünaslığın İslamdan sonra yaranan və külli miqdarda tarixi
əsərlərin yaranmasına səbəb olan dövrü nəzərdə tutulur. Hz. Peyğəmbər dövründən başlayaraq Qurana
şərhlər verən və ya Hz. Peyğəmbərin həyatından bəhs edən əsərlər yaranmağa başlayır. Məhz İslamın
ilkin dövrlərində yaranan tarixşünaslıq ədəbi və şifahi ənənə ilə zəngin idi, yaranmış əsərlərdə tarixi
metodologiya, məqsəd, faydalılıq, zəruri məlumatlar demək olar ki yox idi. Əsərlərin mövzuları adətən
antik ərəb dövrü, müqayisəli xronolgiya, Quranda tarixi qeydlərin tərcüməsi, Hz.Peyğəmbərin həyatı
(Sira) və onun hərbi səfərləri (Magazi), ərəb qəbilələrinin şəcərənaməsi və onların qəhrəmanlıq
fəaliyyətləri.Tarixi hadisələrin yazılma üslublarında da bəzi dəyişikliklər mövcud idi, bir qisim əsərlər
tarixi hadisələri olduğu kimi çatdırırdı, bir qismində xronoloji ardıcıllığa riayət olunurdu, digər
qismində isə hadisələr əlifba sırası ilə şərh olunur, bir qismi isə şəcərə prinsipinə görə yazılırdı.
Monqol istilaları Orta və Yaxın Şərqi öz dağıdıcı təsirinə məruz qoymuş və bu proses zamanı
nəzm tənəzzül etmə dövrünü yaşasa da, tarixşünaslıq inkişaf mərhələsinə qədəm qoymuşdur. Ərəb
dilində geniş yayılmış İslami tarixşünaslıq bu proseslərdən sonra Elxanilər dövründə fars dilli
ölkələrdə öz yerini fars dilinə verdi. Ancaq qeyd olunmalıdır ki, Monqol dövrü tarixşünaslığı
Samanilər, Qəznəvilər və Səlcuqilər dövrünün tarixşünaslığının imtiyazlarından öz təcrübəsində
bəhrələnmişdir. V.Bartoldun da qeyd etdiyi kimi, Müsəlman əsrinin ilk üç yüzilliyində ərəb dili demək
olar ki, bütün elmi və ədəbi əsərlərin dili idi, lakin hicri ilə dördüncü əsrdən fars dili tədricən
Müsəlman Şərqinin ədəbi dilinə çevrilir. Tarixçi Abbas İqbala görə XIII əsrdə yazılmış bir çox tarixi
əsərlər içərisində 4 kitab- Cəlaləddin Nəsəvinin “Seyret” əsəri, Cüveyninin “Cahanqoşa”sı, “Tarixi
Vəssaf” və Rəşidəddinin “Tarixi Qazani” əsərləri Monqol tarixinin 4 mühüm sütunlarıdırlar.
Monqolların öz kökləri, nəsilləri ilə fəxr etmələri, etdikləri zəfərlərin tarixdə həkk olunmasına olan
istəkləri, zikr olunan dövr və şəraitdə baş vermiş müharibə və istilalar, Avropa xalqları və xristian
dövlətləri ilə əlaqələrin yaranması, bu əlaqələr nəticəsində geniş məlumatların əldə olunması, çin və
monqol elmləri (texniki), dövrün tarixçilərinin digər xalqların tarixinə maraq göstərməsi, monqol
tarixi barədə yeni məlumatlar əldə etmək, Qazan xan kimi hakimin tarixşünaslığı inkişaf etdirmək
üçün səyləri, Cüveyni və Rəşidəddin kimi divan nümayəndələrinin
idarəçiliyi, geniş biliyi, Səlib
yürüşlərinin səbəbləri və s. səbəblər tarixi əsərlərin geniş rəvac tapmasına güclü təsir etmişdir. Ancaq
yaranmış tarixi əsərlərin adları ərəbcə verilirdi, bunun əsas səbəbi kimi isə islamın ilkin dövrlərində
qonşu ölkələr kimi İranda da ərəb dilinin dominant mövqe qazanıb İslam tarixşünaslığının rəsmi və əsl
dili olmasıdır.
Yuxarıda qeyd etdiyimiz tarixşünaslığın mühüm xüsusiyyətlərini şərh etdikdən sonra dövrün
tarixi əsərlərini qruplaşdırıb belə qeyd etmək olar:
1) Ümum tarixçilik: Nəsrullah Əbdullah bin Ömər Beyzəvinin 4 hissədən ibarət “Nizam ət-
təvarix” əsəri (başlanğıcdan Monqol hücumunadək İran tarixi), Fəzlullah Rəşidəddin Həmədaninin 3
cildlik “Cami ət-təvarix” əsəri, Əbu Süleyman Davud bin Əbülfəzl Məhəmməd Bənakətinin 9 hissəli
“Tarixi Bənakəti” əsəri (müsəlman və qeyri müsəlman- ingilislər, portuqaliyalılar, polşalılar, şimali
İtalyanın Lombardi nahiyəsinin əhalisi- xalqların tarixi), Həmdullah ibn Əbubəkr Mustovfi Qəzininin
6 babdan ibarət “Tarixi qozidə” əsəri (yaradılışdan Xacə Qiyasəddin Rəşidinin zamanınadək olan
hadisələr tarixi), Mirxondun “Rozət əs-səfa” əsəri (dünyanın yaradılışından tarixçinin dövrünədək olan
hadisələri əhatə edir), İbn Təqtəqi kimi tanınan Məhəmməd bin Əli Təbatəbaiyinin “Tarixi Fəxri” əsəri
müxtəsər yazdığı sözləri sıxışdırıb mənanı qəliz verdiyi bu əsər də
bəzi mühüm məlumatları özündə
ehtiva edir (İslam xəlifləri, onların vəzirləri, xilafət dönəminin arasında hakim olan sultan və padşahlar
haqqında məlumat), Əbubəkr Əl-qutbi Əl-əhərinin “Tarixi Şeyx Üveys” əsəri (Hz.Adəmdən müəllifin
dövrünədək olan hadisələr), Hafiz Əbru kimi tanınan Şəhabəddin Əbdullah bin Əburəşidin 4 cildli 4
hissəli “Zobdət ət-təvarix və ya Məcmə ət-təvarix” əsəri, Xandəmir kimi tanınan Qiyasəddin bin
Həmaməddin Hüseyninin 4 cildlik “Həbib əs-siyar fi əxbar əfrad bəşər” əsəri (əvvəlki hissələri
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1689
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
kompilyasiya xarakteri daşıyan bu əsər Teymurilər dövrü və Səfəvilərin ilkin dövrü üçün mühüm
mənbədir).
2) Xüsusi tarixçilik: Nəsəvi kimi tanınan Məhəmməd bin Əhməd bin Əli bin Məhəmmədin “Si-
rəti Cəlaləddin Mənkberni” (Sultan Məhəmməd Xarəzmşahın oğlunun 11 illik sərgüzəşti, onun Çingizlə
döyüşləri əks olunub) və “Nəfsə tul-məsdur” (Monqol istilasından şikayət) əsərləri, Molana Kəmaləd-
din Əbdürrizaq Səmərqəndinin 2 cildlik “Mətlə əs-səədeyn va məcməə bəhreyn” əsəri (Sultan Əbu Səid
Qorqaninin həyat döövrünün hadisələrini, Sultan Hüseyn Bayqaranın 2 illik hakimiyyət tarixini verir).
3) Nəsil ya tayfaya həsr olunan tarixi əsərlər: Kərim Aqsarayi kimi məşhur olan Mahmud bin
Məhəmmədin “Tarixi Səlaceqe və ya məsameratol əxbar və masayeratol əxyar” əsəri (əsər Səlcuq
sultanları haqqında faydalı məlumat versə də, müəyyən qismləri Monqollar və Xarəzmşahlar haqda
məlumat verir), Mahmud Kutbinin “Tarixi Al-i Müzəffər” əsəri (Al-i Müzəffər sultanlarının şərhi
halı), Nasirəddin Monşi Kirmaninin “Səmtul ala hadratal ulya” əsəri (Kirman Qaraxitaylarının
padşahlığı (619-703 q.) tarixini), Əlaəddin Ata Məlik bin Məhəmməd Cüveyninin “Cəhanqoşayi
Cüveyni” (Monqollar, Xarəzmşahlar, İsmaililər tarixi) əsəri, Vəssaf əl-Həzrətin “Tarixi Vəssaf və ya
təcziyət əl-əmsar təzhiyət ol-əsar” əsəri (Elxanilər tarixindən bəhs edir) əsəri, Muinəddin bin
Cəmaləddin Məhəmməd Moəllem Yəzdinin “Məvahib ol-elahi dər tarixi ali müzəffər” əsəri (Əmir
Mübarizəddin Məhəmməd Müzəffərin həyatından başlayaraq Şah Şücanın hakimiyyətinin
ortalarınadək olan dövrü əhatə edir).
Məhəmməd Əli bin Məhəmməd Şəbankareinin “Məcmə ol-ənsab” əsəri (Elxani hakimiyyətinin
son dövrü 720-740 h.q. mühüm məlumat verir).
4) Vəzirlik və idarəçilik tarixçiliyi: Məhəmməd bin Hinduşah bin Səncər Naxçivaninin 2
hisssəli “Dəstur əl-katib fi təyin əl-məratib” əsəri, Nəsirəddin Monşi Kirmaninin “Nəsaim əl-əshar min
lətayem ol-əxbar” əsəri (əsərdə Elxani vəzirlərinin əksəriyyətinin adı zikr olunduğundan
əhəmiyyətlidir), Xandəmirin “Dəstur əl-vuzəra” əsəri, Monşi ləqəbi ilə tanınmış Məhəmməd bin Əli
bin Cəmal əs-Səlamın “Homayunnamə” əsəri (Monqollar dövrü idari quruluşu haqda məlumat verir).
Həmdulllah Mustovfinin “Nuhzətəl qolub” əsəri (Elxanilər dövründə İranın iqtisadi coğrafiyasından
bəhs edir), Xacə Nəsirəddin Tusinin “Tarixi Fəthi Bağdad” əsəri (Bağdadın fəthindən bəhs edir).
5) Lokal (yerli) tarixçilik: Abdullah bin Ömər Səfiəddin Bəlxinin yazdığı və Abdullah
Məhəmməd bin Hüseyn Bəlxinin tərcümə etdiyi “Fəzayele Bəlx” əsəri (Monqol hücumundan 10 il
əvvəlki hadisələrə dair məlumat verən mühüm mənbə), Əhməd bin Əbülxeyr Zərkub Şirazinin
“Şiraznamə” əsəri (Şirazın alimləri, məşhur şəxsiyyətləri haqda, eləcə də Al-i Buyedən Al-i
Müzəffərədək olan hadisələri ehtiva edib), Molana Oliyallah Amelinin “Tarixi Ruyan” əsəri (qədim
dövrdən 764-cü h.q. ilədək hadisələrdən bəhs edir).
6) Mənzum tarixçilik: Şəmsəddin Kaşaninin “Tarixi Qazan xan” əsəri (Monqolların mənzum
tarixini Qazan xanın əmri ilə yazıb), Xacə Nurəddinin “Qazannamə” əsəri (Qazan xanın hakimiyyəti
dövründən 798-ci ilin h.q. hadisələrinədək), Əhməd Təbrizinin “Şahənşahnamə” əsəri, Həmdullah
Mustovfinin “Zəfərnamə” əsəri (Müəllif Firdovsinin ”Şahnaməsi”nin yolunu davam etdirmək
niyyətində olmuşdur).
I ŞAH ABBASIN DÖVRÜNDƏ SƏFƏVİ DÖVLƏTİNİN AVROPA
DÖVLƏTLƏRİ İLƏ ƏLAQƏLƏRİ
Sevinc İSMAYILOVA
Azərbaycan Dillər Universiteti
seva_adu@yahoo.com
AZƏRBAYCAN
Dövrünün ən güclü dövlətlərindən olan Səfəvi dövlətinin tarixində özünəməxsus yer tutan
görkəmli şəxsiyyətlərdən biri dövlət xadimi I Şah Abbas olmuşdur. Şah Abbasın həyata keçirdiyi
islahatlar nəticəsində Səfəvi dövləti yenidən dirçəlmiş və özünün inkişaf dövrünü yaşamışdı. Onun
nəticəsində səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Şah
Abbas Səfəvi dövlətində mərkəzi hakimiyyəti möhkənləndirmişdi. O, ölkədaxili keçirdiyi islahatlarla
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1690
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yanaşı, ölkənin xarici siyasətinə də xüsusi önəm vermiş və xarici siyasətdə uğurları sayəsində Səfəvi
dövlətinin inkişafına müsbət təsir etmişdi.
Şah Abbas hakimiyyətə gəldikdə Səfəvilər dövlətinin daxili və xarici vəziyyəti ağır idi. Ölkənin
xarici və daxili ticarəti azalmışdır. Bu və digər səbəblərə görə dövlət iqtisadiyyatı böhran keçirirdi.
Onun hakimiyyəti dövründə Səfəvi dövləti digər dövlətlərlə, xüsusilə bir sıra Avropa dövlətləri ilə
diplomatik münasibətlər qurmuşdur. O, Venesiya, İtaliya, Almaniya, İspaniya, İngiltərə, Hollandiya,
İsveç, Rusiya və digər Avropa dövlətləri ilə əlaqə qurmuş və elçilər mübadiləsi etmişdi.
Şah Abbasın Avropa dövlətləri ilə münasibətlər qurmasının bir sıra səbəbləri var idi. O dövrdə
Səfəvi dövləti ilə Osmanlı dövləti arasında münasibətlər gərgin idi. Osmanlı dövləti ilə müharibəyə
hazırlaşan Şah Abbas ilk öncə Avropa ölkələri ilə əlaqələrin qurulmasına çalışırdı və onların
timsalında özünə mütəffiq qazanmaq istəyirdi. Bu İtaliya dövlətlərinin, Venesiya və Papalığın da
mənafeyinə uyğun idi. Şah Abbas 1602-1612-ci illər müharibəsi dövründə Osmanlı imperiyasına qarşı
vahid hərbi ittifaq yaratmaq məqsədilə Avropa dövlətlərinə müraciət etmişdi. O, 1599-cu ildə
Hüseynəli bəyin timsalında nümayəndə heyətini Avropaya göndərir. Hüseynəli bəyi bu səyahətdə
Səfəvi sarayında İngiltərə elçilərindən biri Antoni Şerli müşayiət etmişdi. Səfər yoluna və apardığı
danışıqların miqyasına və əhəmiyyətinə görə tarixə “Böyük elçilik” kimi düşən bu səfər Səfəvi dövləti
tarixində böyük önəm kəsb edir. Səfəvi dövləti ilk növbədə İtaliya ilə əlaqələrini genişləndirməyə
başladı. 1600-1601-ci illərdə Almaniya imperatoru və Roma papası tərəfindən Səfəvi elçiləri qəbul
edilmişdi. 1600-1603-cü illər ərzində Şah Abbas nümayəndə heyətini Venesiyaya da göndərimişdi.
Şah Abbas İffət bəylə Venesiya hökumətinə göndərmiş məktubunda bildirirdi ki, onun ən böyük
arzusu və məqsədi xristian ölkələri ilə dostluq və ittifaqı əbədi olaraq qoruyub saxlamaqdır.
Şah Abbasın Avropa dövlətləri ilə əlaqə yaratmasının digər bir səbəbi ölkənin iqtisadiyyatını
dirçəltmək üçün ticarət münasibətlərinin qurulması idi. Şah Abbas Suriya vasitəsilə Venesiya və digər
Avropa ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. Venesiya hökuməti
də öz növbəsində Şah Abbasa cavab məktublarından birində iki ölkə arasında davam edən ticarət
əlaqələrini daha da genişləndirmək niyyətinin olduğunu bildirirdi. Qarşılıqlı olaraq, Alman
imperatoru, İspaniya və Portuqaliya səfirləri də Səfəvi dövlətinə səfirlər göndərmişlər. Səfəvi dövləti
ilə ticarət əlaqə qurmağa həmçinin İngiltərənin də maraq göstərirdi. 1610-cu ildə şahzadə Yakov I
Stüart Robert Şerlini qəbul etmiş və onun gətirdiyi Şah Abbasın məktubu ilə tanış olduqdan sonra
Səfəvi dövləti ilə ticarət münasibətlərinin imkanlarını genişləndirməyi Ost-Hind şirkətinə tapşırmışdı.
Şah Abbas 1616-cı ildə xüsusi fərmanla ingilis tacirlərinə ölkənin ərazisində sərbəst ticarət etmək
hüququ vermişdi. 1625-ci ildə Şah Abbasın İngiltərəyə göndərdiyi nümayəndələri iki dövlət arasında
ticarət münasibətlərini genişləndirmək üçün yenidən danışıqlar aparmışlar. Bununla, hər iki ölkə
arasında münasibətlər Şah Abbasın səyi nəticəsində genişlənmişdi.
Səfəvi dövləti və Portuqaliya arasında əsas mübahisə məsələsi Hörmüz idi. Portuqaliya Hörmüzə
sahib olduqdan sonra Səfəvi dövlətinin Hind okeanına çıxış yolu bağlanmışdı. Digər tərəfdən, Osmanlı
imperiyası Səfəvi tacirlərinin Aralıq dənizinə girməsinə mane olurdu. Ona görə Şah Abbasın xarici
siyasətinin əsas istiqamətlərindən biri portuqaliyaları körfəzdən çıxarmaq idi. Səfəvi dövləti üçün
Hörmüz çox böyük əhəmiyyət daşıyırdı, bu liman vasitəsilə Qərbi Avropaya Azərbaycan ipəyini ixrac
edirdi. Səfəvi dövlətinə Portuqaliyadan Hörmüzü almaqda ingilis Ost-hind şirkəti köməklik
göstərmişdi. Uzun sürən mübarizədən sonra Hörmüzün zəbt olunması ilə portuqaliyalılar oradan
sıxışdırılır. Bununla da, I Şah Abbasın hakimiyyəti dövründə Səfəvi dövləti daha da güclənmişdi.
Səfəvilər dövlətinə öz elçisini göndərmiş Avropa dövlətlərindən biri Fransa olmuşdu. 1628-ci ildə
elçilərini Səfəvi dövlətinə göndərmiş Fransanın məqsədi Körfəz bölgəsində imtiyazlar əldə etmək
niyyəti idi.
XVI əsrin sonu – XVII əsrin əvvəllərində Səfəvi-Avropa əlaqələrinin daha da genişlənməsi qərb
dövlətlərinin də marağı ilə üst-üstə düşürdü. Bundan əlavə, Avropa dövlətlərinin hər birinin Şərqdə öz
marağı var idi. Avropa ölkələrinin İngiltərə və Hollandiya İran körfəzi vasitəsilə Səfəvi dövləti ilə
əlaqələrini genişləndirməyə çalışırdı. Qərb dövlətləri arasında İran körfəzində möhkəmlənmək üstündə
rəqabət kəskinləşmişdi. Portuqaliyaların Hörmüzdən sıxışdırılması ilə İngiltərə burada xüsusi
imtiyazlar əldə etməyi nəzərdə tuturdu.
Beləliklə, Səfəvi dövlətinin Avropa dövlətləri ilə əlaqələri Şah Abbasın hakimiyyəti dövründə
daha da genişləndi. Bu dövlətləri yaxınlaşdıran başlıca səbəb Osmanlı imperiyasına qarşı birgə
mübarizə aparmaq zərurəti idi. Digər vacib səbəb isə Səfəvi dövlətini iqtisadi cəhətdən gücləndirən
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1691
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ticarət münasibətlərini qurmaq olmuşdu. Eyni zamanda Avropa dövlətlərinin Səfəvi dövləti ilə
əlaqələrinin qurulmasının öz səbəbləri var idi. Avropa ölkələri iki güclü müsəlman dövlətini bir-birinə
qarşı qaldırmaqla, hər ikisini zəiflətmək niyyəti güdürdü. Digər səbəb isə Avropa dövlətlərinin Səfəvi
dövləti ilə geniş əlaqə yaratmaqla müstəmləkəçilik siyasəti ilə bağlı idi. Beləliklə, I Şah Abbasın
uğurlu xarici siyasəti nəticəsində Səfəvilər dövləti Avropa dövlətləri ilə münasibətlərini genişləndirmiş
və Səfəvi dövləti özünü inkişaf dövrünü keçmişdi.
Dostları ilə paylaş: |