IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1677
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ORTA ƏSR BEYLƏQAN ŞƏHƏRİNİN TARİXİ-ARXEOLOJİ
CƏHƏTDƏN ÖYRƏNİLMƏ TARİXİ HAQQINDA
Şəfəq AĞAYEVA
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
AZƏRBAYCAN
Bir xalqın formalaşmasında, onun ictimai-siyasi və mədəni həyatının öyrənilməsində yaşayış
yerlərinin, xüsusilə orta əsr şəhər yerlərinin öyrənilməsinin olduqca böyük əhəmiyyəti vardır. Orta əsr
şəhər yerlərinin tədqiqi arxeoloqlar tərəfindən XX əsrin 40-cı illərindən başlanmışdır. Azərbaycanda
orta əsrlərdə Gəncə, Qəbələ, Şamaxı, Bərdə, Beyləqan, Şabran, Bakı və digər şəhərlər mövcud
olmuşdur.
Beyləqan orta əsr şəhər yerində İ.İ.Meşşaninov, Ə.K.Ələkbərov, Q.M.Əhmədov və başqaları
tədqiqatlar aparmışlar. Paytakaran xarabalıqları Mil düzündə Örənqala adı ilə məşhur olan və ərəb
mənbələrində “Beyləqan” adlanan, şəhərin ilk orta əsr mənbələrindəki tələffüz formasıdır. Y.Paxomov
və S.T.Yeremyan Paytakaranın və Beyləqanın eyni şəhər olduğunu yazmışlar. O zaman belə bir sual
ortaya çıxır ki, bunların hansı şəhərin əsl adıdır? Örənqalada arxeoloji qazıntılar zamanı arxeoloq
Q.M.Əhmədovun aşkar etdiyi saxsı qab üzərində ərəb əlifbası ilə Beyləqan yazılması şəhərin adının
Beyləqan olduğunu göstərir. IV əsrin ortalarına aid hadisələrlə əlaqədar olaraq mənbələrdə bu şəhərin
adı Paytakaran kimi yazılır. Bu toponimin mənşəyi haqqında çox yazılır və mübahisə obyekti olaraq
da qalmaqdadır. Q.Kapansyan belə bir fikir irəli sürmüşdür ki, Paytakaran e.ə VII əsrdə kimmerlərin
Ön Asiyaya hərəkatı ilə əlaqədar olaraq Kiçik Asiyadan şimala çəkilən palay adlı tayfanın adından və
qədim fars dilindəki kara-ördü xalq sözündən ibarətdir. Bunu sonralar İqrar Əliyev də dəstəkləmiş və
bu fikirdə olduğunu bildirmişdir. Qafqaz Albaniyası dövründə Paytakaran (Kaspiana) vilayətində
formalaşmış Beyləqan sonradan böyük bir şəhərə çevrilmişdir.
Beyləqanda əsaslı arxeoloji qazıntılar 1953-cü ildən başlamışdır. Bir şeyi qeyd etmək lazımdır ki,
şəhər yerində qazıntı aparmaq başqa arxeoloji abidələrə nisbətən daha çətin və məsuliyyətli işdir.
Şəhərin Örənqala adı ilə tanınan xarabalığı indiki Beyləqan rayonu ərazisindəki Kəbirli kəndi
yaxınlığında yerləşir. Beyləqanın ən qədim mədəni təbəqəsi sarımtıl rəngli xam torpaq süxurun
üstündə yerləşmişdir. Birinci təbəqənin 1-1,5 m-dən çox olmayıb az və nadir materiallar vermişdir.
Əsas material mal-qara, davar sümükləri, quş balıq sümükləri və müxtəlif meyvə tumları qalıqlarından
ibarət olmuşdur. Təbəqə üçün səciyyəvi cəhət burada diametri 1-1.5-dən 2-3.5 m-dək olan dairəvi
quyuların olmasıdır ki, buradan da əsasən şirsiz saxsı məmulatı, şüşə və metal əşya qırıqları
tapılmışdır. Qazan, çıraq, səhəng, bardaq, kirəmit parçaları bu təbəqə üçün səciyyəvidir. Geniş
diametrli quyular adətən təsərrüfat üçün istifadə olunurdu.
Sahəsi Paytakarandan səkkiz dəfə geniş olan Beyləqanın (Örənqalanın) ətrafına 6 m enində
möhtəşəm qala divarları tikilmişdir. Orta əsrlərdə qala divarları şəhərin müdafiəsini təşkil edən ən
önəmli vasitə idi. Qala divarları xüsusən də düzən ərazidə yerləşən şəhərlər üçün səciyyəvi idi. Belə ki
orta əsrlərdə şəhərləri qalasız təsəvvür etmək qeyri-mümkün idi. Beyləqanda isə şəhərin qala
divarlarından içəridə olan sahəsi 40 hektara yaxın idi. Örənqalanı arxeoloqlar elmi ədəbiyyatda iki
hissədən ibarət şəhər kimi adlandırmışlar ki, bu da “Böyük” və “Kiçik” şəhər adı ilə tanınır. Hər iki
hissədə arxeoloji qazıntılar aparmış arxeoloqlar belə bir nəticəyə gəlmişlər ki, aşkar edilmiş mədəni
təbəqə və tikili qalıqları bunları bir birindən heç də fərqləndirmir. Yaşayışın XIII əsrə qədər ara
kəsilmədən mövcud olmuş Beyləqanda əsas tikinti vasitələri kimi çiy və bişmiş kərpicdən istifadə
olmuşdur. Həmin materiallardan istifadə edilməklə iki dəfə VI-VII əsrlərdə və IX-X əsrlərdə qala
divarı çəkilmişdir. Beyləqanın qala divarlarının hündürlüyü 8-10 m olmuş, müxtəlif ölçülü çiy
kərpicdən tikilmişdir. Qala divarlarını salamat qalan hissəsinin hündürlüyü 3,5 m-ə çatır. Divarların 1
m-ə qədər torpaqdan bünövrəsi olmuşdur. Bünövrənin isə eni 6 m-ə qədərdir. Divarlar içəri və bayır
tərəfdən 3-7 sm-ə qədər samanlı palçıqla suvanmışdır. Qala bürcləri uzunsov yarımdairəvi şəkildə
olmuşdur. Bürclər də çiy kərpiclə hörülmüşdür. Burada aparılan arxeoloji qazıntlar zamanı şəhər
iqtisadiyyatının və sənətkarlıq istehsalının yüksək səviyyəsini təsdiq edən xeyli materiallar əldə
olunmuşdur. Qala divarlarının içərisində metalişləmə, dulusçuluq, toxuculuq, dabbaqlıq, şüşə
istehsalı, daşişləmə, ipəkçilik və digər sahələrə məxsus maddi mədəniyyət nümunələri, eyni zamanda
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1678
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
istehsalat ocaqları, əmək alətləri və s. tapılmışdır. Məsud ibn Namdar XII əsrdə Beyləqanda dəmirçi,
bənna, dulusçu, toxucu kimi sənətkarların yaşadığını yazmışdır. Beyləqanda zərgərlik də digər sənət
sahələrindən heç də geri qalmırdı. Belə ki, zərgərlər qızılın emalına mürəkkəb texniki üsullar-
məftilçəkmə, dənə düzmə, cilalanmanın təkilləşdirilməsi və s. kimi tədbiq edirdilər.
Beyləqandan aşkar olunmuş numizmatik materiallar şəhərin orta əsr ticarət əlaqələrinin inkişafını
göstərir. Bizans imperatoru Anastasinin mis pulu, Sasani şahı II Xosrovun gümüş pulu və s. tapılması
sənətkarlıq və ticarətin, əmtəə-pul münasibətlərindən xəbər verir. Burada ayrıca sənətkar
məhəllələrinin formalaşdığı da məlumdur. Ticarətin inkişafı isə Beyləqanın bilavasitə Azərbaycanı
cənub ölkələri ilə birləşdirən Bərdə-Ərdəbil ticarət yolunun üzərində yerləşməsi ilə əlaqəlidir. IX-XI
əsrlərdə Beyləqan şəhəri beynəlxalq ticarətdə əhəmiyyətli yer tuturdu.
Çox böyük elmi əhəmiyyət kəsb edən qazıntılardan biri də Böyük şəhərin şimal-qərb qala
darvazalarında aparılan qazıntılar olmuşdur. Bu qazıntılarda əsas məqsəd şəhərin heç olmasa bir qala
darvazasını aşkara çıxarıb tədqiq etməkdən ibarət olmuşdur. Burada şəhərin şimal-qərb qala
darvazalarının müxtəlif dövrlərə aid izləri aşkara çıxarılaraq, onun tam stratiqrafiyası əldə edilmişdir.
VI sahədə aparılan qazıntılar nəticəsində məlum olmuşdur ki, ilk orta əsrlərdən başlanmış XIII əsrin
20-ci illərinə qədər şəhərin şimal qərb qala darvazaları burada yerləşmişdir. XIII əsrin əvvəllərində
monqol dağıntılarına məruz qalmış qala darvazalarının izləri aşkara çıxarılmışdır. Bu Azərbaycanın
orta əsr şəhərlərində arxeoloji qazıntılar zamanı ilk dəfə aşkara çıxarılmış qala darvazası qalıqları idi.
Beyləqan orta əsr şəhəri XI-XIII əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Lakin tarixdən
məlum olduğu kimi monqolların Azərbaycana yürüşü zamanı şəhər tamamilə dağıdılmışdır.
Həmdullah Qəzvini qeyd edir ki, 1340-cı ildə Beyləqan xarabalıq içində idi. Sonradan şəhərin bərpası
üçün bütün cəhdlər boşa çıxdı. Bundan sonrakı dövrdə Beyləqan bir daha inkişaf etmək baxımından
digər şəhərlərdən geri qaldı. Aparılan arxeoloji tədqiqatlar VI-XIII əsrlərdə Beyləqanın Mil düzündə
mühüm sənətkarlıq və ticarət mərkəzi kimi mövcud olmuş bir şəhər olduğunu sübuta yetirmişdir.
ERKƏN ORTA ƏSRLƏRDƏ QARABAĞ ƏRAZİSİNDƏ
DULUSÇULUĞ SƏNƏTİ
Z.N. QƏHRƏMANOVA
Azərbaycan Dövlət Aqrar Universiteti
zumrud.q@mail.ru
AZƏRBAYCAN
Azərbaycan tarixinin mühüm məsələlərindən biri də sənətkarlığın öyrənilməsidir. Onun tədqiqi
cəmiyyətin inkişafının müxtəlif pillələrində məhsuldar qüvvələrinin və istehsal münasibətlərinin
vəziyyətini müəyyənləşdirməkdə böyük əhəmiyyətə malikdir. Ən qədim köklərə malik və ən kütləvi
sənət sahələrindən biri olan dulusçuluğun bu məsələlərin təhlilində köməyi daha böyükdür. Bu
cəhətdən ilk orta əsrlər dövründə dulusçuluğun vəziyyətinin öyrənilməsi daha maraqlı nəticələr
çıxarmağa imkan verir. Məqalədə orta əsrlərdə Qarabağda dulusçuluğun vəziyyəti nəzərdən keçirilir,
həmin dövr dulusçuluq məmulatının təsnifatı verilir. dulusçuluq məmulatının istehsalından bəhs
edilərkən dövrün tarixi şəraiti, regionların arxeoloji materialları da araşdırılır.
Azərbaycan xalqı əsrlər boyu bəşər mədəniyyəti xəzinəsinə çoxsaylı nadir sənət inciləri bəxş
edib. Bütün bunlar isə əlbəttə ki, xalqın çoxəsrlik tarixi ənənələri üzərində yaranıb. Belə bir cəhəti
xüsusi olaraq qeyd etməyə dəyər ki, erkən sivilizasiyanın beşiyi olan Azərbaycan yerləşdiyi geosiyasi
məkanla bağlı, həm də, mədəniyyətləri transformasiya edən bir məmləkət olub. [1, 227 .]
Azərbaycanda zəngin gil yataqlarının olması dulusçuluğun minilliklər boyu var olmasını təmin
etmişdir[2, 72-81.]
Dulusçuluq dedikdə, gildən hazırlanan məmulatlar nəzərdə tutulur. A.Mustafayev gil məmulatı
istehsalını dulusçuluq, kərpickəsmə, suvaqçılıq və kaşıçılıq kimi sahələrə bölür[3,440 s]. Gil qabların
formaları və onların üzərindəki bəzəklər həmin dövrdə yaşamış xalqların məişətini öyrənmək üçün ən
dəqiq vasitələrdəndir. Ən qədim zamanlardan insanların təsərrüfat həyatında müəyyən rol oynamış
bəsit üsullarla hazırlanmış gil qablar uzun bir inkişaf yolu keçərək müasir dövrə kimi gəlib çatmışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1679
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Gildən hazırlanan məmulatlar su daşımaq üçün( səhəng, cürdək, bardaq, kuzə, küp), su saxlamaq üçün
qablar( sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq üçün ( aftafa, lüləyin, fəşir), mətbəx qabları
(çölmək, qazança, küvəc, piti dopuları, çilovsüsən, həlimdan), çörəkbişirmə vasitələri ( kürə, təndir,
sac, manqal) çoxluğu ilə fərqlənir. [2,səh 72-81]
Dulusçuluq sənətinin tarixən təşəkkül tapdığı və inkişaf etdiyi ərazilərdən biri olan Qarabağ
ərazisi olmuşdur. 1965-ci ildən R. B. Göyüşov tərəfindən tədqiq edilən Dağlıq Qarabağın Sığnaq
yaşayış yeri, Çarabert qalası və Amaras şəhər yerindən də, başqa arxeoloji materiallarla yanaşı, ilk orta
əsrlərə aid yağdanlar, dopular, küplər, qazanlar, xeyrələr və s. aşkar edilmişdir. Buranın gil qabları
Azərbaycanın digər ilk orta əsrlərə aid abidələrindən tapılmış qablarla eyniyyət təşkil edir [4,səh186. ]
İlk orta əsr abidələri sırasına son zamanlar Q. M. Əhmədov tərəfindən tədqiq olunmuş
Muğan düzü abidələri daxil olmuşdur. Arxeoloji cəhətdən zəif öyrənilmiş Muğan düzündə İçəri
Ağdam, Çöl Ağdam, Şəhriyar, Qala yeri adlı ilk orta əsr yaşayış yerləri aşkar edilmişdir. Təzəkənd
yaşayış yerində 1957-ci ildə kiçik bir kəşfiyyat qazıntısı aparılmış, Şəhriyar və Çöl Ağdam şəhər
yerlərində isə 1968-ci ildə xeyli yerüstü material toplanmışdır. Həmin abidələrdən kasa qırıqları,
səhəng və küp qulpları, qazan ağzının qırığı və s. məişət qabları tapılmışdır. Belə qablar əsasən kobud
və çox bəsit olurdu., ilk orta əsr abidələrindən əldə edilmiş gil məmulatlar Dağlıq Qarabağın Amaras
şəhərində daha çox rast gəlilinr. [6,səh74. ]
Azərbaycanın ilk orta əsr dulus məmulatını formasına və daşıdığı məqsədə görə bölmək daha
məqsədəuyğundur. Bu cəhətdən gil məmulatını:
1) məişətdə və təsərrüfatda işlənən qablara;
2) zoomorf və antropomorf qablara;
3) uşaq oyuncaqlarına ayırmaq olar.
Bəhs etdiyimiz dövrə aid dulus məmulatı içərisində miqdarına və müxtəlifliyinə görə məişət və
təsərrüfat qabları üstünlük təşkil edir. Məişət qablarına bardaqlar, sərniclər, çıraqlar, küplər, dolçalar,
kuzələr, şamdanlar, bərnilər, dopular, camlar, su qabları, çaynikvarı qablar və qapaqlar daxildir. [ 5,
8-9 ]
Qaraköpəktəpə arxeoloji abidəsindən Sasani və Eldənizlərin hakimiyyəti dövrünə aid çoxlu
sayda müxtəlif rənglərlə boyanmış dolça nümunələrinə rast gəlinir.[7, s. 49].Yedditəpə yaşayış yerində
qəbir abidəsində aparılan arxeoloji qazıntılar zamanı erkən orta əsrlər dövrünə aid müxtəlif formalı gil
dopu qab nümunələrinə rast gəlinmişdir.[ 8, 32] Belə dopulara Qarabağ bölgəsinin Amaras və
Şəhriyar yaşayış yerlərindən aşkar edilmişdir. Qarabağ bölgəsində Ana şəhər yaşayış yerində və
Çaraberd qalasında xeyrə tipli qablar tapılmışdır.
Nəhayət arxeoloji tədqiqatlara, araşdırmalara əsasən belə bir nəticəyə gəlirik ki, Qarabağ
ərazisi erkən orta əsrlərdə sənətkarlığın xüsussilə dulusçuluğun inkişaf etdiyi ərazilərdən biri
olmuşdur.
AZƏRBAYCAN DÖVLƏT RAYON ELEKTRIK STANSIYASININ
TARIXI HAQQINDA
Vüsalə MÖVLAYEVA
Mingəçevir Dövlət Universiteti
AZƏRBAYCAN
Məlumdur ki, Mingəçevir respublikamızın enerjiyə olan tələbatının böyük hissəsini təmin
edən şəhərlərdən biridir. Mingəçevirdə enerji hasilatı Mingəçevir Su Elektrik Stansiyası və
Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası tərəfindən həyata keçirilir. Qeyd edək ki, Mingəçevir
SES 1954-cü ildə tikilib istifadəyə verildikdən sonra respublikada elektrik stansiyalarının tikintisində
böyük fasilə yaranmışdır. Əslində Mingəçevir SES tikilib istifadəyə verildikdən sonra respublikada
Mingəçevir ərazisində yeni İstilik Elektrik Stansiyasının tikilməsi barədə Azərbaycan SSRİ Nazirlər
Sovetinin 3 fevral 1958-ci il tarixli qərarı qəbul edilsə də bu qərar 10 ildən artıq bir müddət ərzində
kağız üzərində qaldı. Yalnız ötən əsrin 70-ci illərində respublikanın enerji təchizatının gücləndirilməsi
istiqamətində həyata keçirilən layihələr zamanı bu qərar özünü reallaşdıra bildi. Bu tikintiyə konkret
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1680
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
olaraq 1974-cü ildə başlanıldı Mingəçevir su anbarının və bu SES-dən çəkilən elektrik xətlərinin,
Yuxarı Qarabağ kanalının ərazidə mövcudluğu bu layənin reallaşdırılması üçün vacib amillərdən idi.
Ümumiyyətlə ötən əsrin 70-ci illərində respublikda mövcud enerji sistemlərinin, onların
istehsal gücünün, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bərabər, yeni stansiyaların da
tikintisinə başlanılmışdır. 1971-ci ildə Araz çayı üzərində gücü 220 MVt-a çatdırılmış Sərsəng su
anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verilmişdi. Keçmiş Sovetlər
İttifaqında həcminə və görülən işlərin miqyasına görə nəhəng tikintilər sırasında duran DRES Cənubi
Qafqazın ən böyük enerji müəssiəsidir. Bu müəssisənin Azərbaycanda tikilməsi keçmiş Sovet
rəhbərliyində heç də birmənalı qarşılanmayıb. Stansiyanın Gürcüstan və Özbəkistan SSRİ-də
tikilməsinin tərəfdarları daha çox olub. DRES-in Azərbaycanda tikintisinin reallaşdırılmasının
əleyhdarları müxtəlif bəhanələr gətirərək daha çox olub. Hətta SSRİ Energetika nazirinin müavini
A.Dyakov bu məsələ ilə bağlı keçirilən müşavirədə “DRES-i işlətmək Azərbaycanın xörəyi deyil”
ifadəsini işlətmişdir. Əlbəttə ki, əsl səbəb gizli imperiya siyasəti idi. İttifaq ölkələrinin tam olaraq
inkişafı, tərəqqisi SSRİ-nin hakim dairələrinin maraq dairəsində deyildir. Lakin H.Əliyevin bu
məsələlərlə bağlı qətiyyətli mövqeyi respublikada bir deyil iki güclü elektrik stansiyasının tikintisinə
imkan yaratdı. DRES-in tikintisi baş podratçı olan “Azərenerjitikinti” trestinin DRES tikinti
quraşdırma idarəsinə, “Qafqazenerjiquraşdırma” tresti Mingəçevir quraşdırma sahəsinə və digər
podratçı təşkilatlara həvalə edilmişdir. DRES-in texniki layihəsi Ümumittifaq İstilik Elektrik
Stansiyalarını Layihələndirmə İnstitutunun Orta Asiya şöbəsinin kollektivi tərəfindən hazırlanmışdı.
Qeyd edəki, bu layihə institutu 1954-cü ildə Daşkənddə yaradılmış və 1961-ci ildən yuxarıda qeyd
etdiyimiz ad altında öz fəaliyyətini davam etdirmişdir. Bu tikintinin hazırlıq mərhələsi üçün 5 milyon
manatlıq iş görülmüşdü. Azərbaycan KPMK-nın I katibi H.Əliyevin Azərbaycan DRES-nə diqqət və
qayğısı böyük olmuşdur. H.Əliyev dəfələrlə respublika partiya təşkilatlarının ali məclislərində, fəallar
yığıncağında DRES-in iqtisadiyyatımız üçün cox mühüm rol oynayacağını qeyd etmişdir. Azərbaycan
DRES respublikamızın həyatında yeni texniki yüksəlişin bariz nümunəsi olduğu kimi onun tikintisində
həddindən artıq mühəndis səyi, elmi axtarışlar, səmərələşdirci təkliflər və ixtiralar həyata
keçirilmişdir. DRES öz layihəsinin orijinallığına və bir çox texniki, texnoloji xüsusiyyətlərinə görə
keçmiş ittifaqda əvvəlki İstilik Elektrk Stansiyalarından fərqlənən bir layihə olmuşdur. Qeyd
edilməlidir ki, stansiyada quraşdırma işləri görülərkən təkcə yeni texnikanın tətbiqi sayəsində layihə
dəyərinə nisbətən iki milyon vəsaitə qənaət edilmişdir. DRES əməkçilərinin işə yaradıcı, məsuliyyətli
münasibəti tikintinin bütün sahələrində hiss olunmuşdur. Energetika təcrübəsində ilk dəfə olaraq 50
ton yük qaldıra bilən böyük kran yerdən on beş metr hündürlüyündə qoyulmuşdur. Şəhər və ətraf
ərazilərin atmosfer çirklənməsinin qarşısını alamaq məqsədilə 330 metrlik hündürlükdə qoyulmuş
dəmir-beton boru Azərbaycanda ən hündür tüstü borusudur. Qeyd edək ki, boru Leninqradda (Sankt-
Peterburqda) hazırlanmışdır.
Azərbaycan DRES-in buraxılışı ərəfəsində Azərbaycan KP MK-nın I katibi H.Əliyev 20
oktyabr 1981-ci ildə Mingəçevirdə olmuş, stansiyanın ilk blokunun vaxtından əvvəl tikilib başa
çatdırılmasını böyük cəsarət, fədakarlıq və vətənpərvərlik kimi yüksək qiymətləndirmişdir. H.Əliyev
bu müəssisəni tükənməz həyat çeşməsi adlandırmış Zaqafqaziyanın (Cənubi Qafqazın) bu nəhəng
enerji müəssisəsinin məhz Azərbaycanda tikilməsini gələcək nəsillərə böyük töhfə olduğunu qeyd
etmişdir. DRES-in tikilməsi respublikada bu sahə üzrə yerli energetika, mühəndis, inşaatçı heyət üçün
böyük təcrübə məktəbi oldu. Eyni zamanda bu sahə üzrə milli mütəxəssislərin ehtiyat fondunun
yaradılmasında mühüm rol ounadı. DRES-in sonuncu 8-ci bloku 1988-ci ildə istifadəyə verilmişdir.
Həmçinin bu tikinti Mingəçevir ərazisində yeni yaşayış qəsəbəsinin salınması üçün zəmin yaratdı.
Energetiklər adlanan bu qəsəbədə sənayenin. tikintinin, səhiyyənin, təhsilin, mədəniyyətin, rabitənin,
ticarətin və ictimai iaşənin geniş şəbəkələri işə düşümüşdür.
Qeyd edək ki, Mingəçevir DRES və Şəmkir SES istifadəyə verilməmişdən əvvəl respublikamız
enerjiyə olan tələbatını digər itifaq ölkələrindən alınan enerji ilə ödəyirdi. Lakin 80-ci illərin
ortalarından etibarən Azərbaycan enerji ixrac edən respublikalardan biri oldu. Respublikada elektrik
enerjisi istehsalı 11,5 dəfə artaraq 1940-cı ildəki 1,8 milyard kVt saatdan 1985-ci ildə 20,7 milyard
kVt saata çatdırıldı.
Bəhs olunan dövrdə həyata keçirilən enerji proqramı təkcə yeni enerji stansiyalarının istismara
verilməsi ilə kifayətlənmirdi. Bu sahə üzrə lazımi material, qurğu hissə və avadanlıqların təminatını
həyata keçirmək məqsədilə Bakı transformatorlar, Elektrk lampaları, Keşlə qazan qurğuları,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1681
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Mingəçevirkabel, Azərelektoizolyasiya və s. yeni zavodların yaradılması və yenidən qurulması həyata
keçirilən enerji proqramının tərkib hissəsi idi. Əlbəttə ki, bəhs olunan dövrdə DRES kimi bu və ya
digər enerji obyektlərinin istifadəyə verilməsinin əhəmiyyətini və mahiyyətini sovet planlı
təsərrüfatının məhdud şəbəkəli pəncərəsindən baxmaqla real qiymətləndirmək və dəyərləndirmək
əksəriyyət üçün mümkünsüz idi. Lakin H.Əliyev bu layihənin reallaşmasını həyata keçirməklə milli
energetikamızın yaradılması və bü günki, inkişaf səviyyəsinə çatdırılması üçün böyük əməli işin siyasi
müəllifi oldu. Təkcə respublikamızın deyil bütün Cənubi Qafqazın ən böyük istilik stansiyası olan
Azərbaycan DRES-də hal-hazırda hər birinin gücü 300 MVt olan 8 blok fəaliyyət göstərir. Məhz bu
stansiyanın fəaliyyəti bu gün müstəqil respublikamızın enerji təhlükəsizliyinə qarşı bir səddir.
İSLAMIN AZƏRBAYCANA GƏLİŞ TARİXİ
Elnur MUSTAFAYEV
Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu
elnur.mustafayev88@mail.ru
AZƏRBAYCAN
Qədim dövrlərdən bəri müxtəlif mədəniyyətlərin və dinlərin beşiyi olan Azərbaycan xüsusi ilə
səmavi və qeyri-səmavi dinlərin yayıldığı bölgələrdən biri olmuşdur. Qeyd etmək yerinə düşər ki,
rəngarəng mədəni və dini inancları ilə zəngin olan Azərbaycan yəhudilərin, xristianların,
müsəlmanların və zərdüştlərin yaşadığı və fəaliyyət göstərdiyi nadir ərazilərdən olması ilə seçilmişdir.
Sübut olaraq Azərbaycanda yerləşən təxminən 1700 ilə yaxın tarixi olan Alban Apostol Avtokefal
kilsəsini, müxtəlif ərazilərdə yerləşən yəhudilərə məxsus sinaqoqları, müsəlmanlara məxsus ibadət
mərkəzi olan məscidləri və zərdüştlərin tapındığı atəşgahları misal göstərmək olar.
VII əsrdə Ərəbistan yarmadasında işıq üzü görən İslam dini az müddətdə 23 il ərzində
möhkəmlənərək sürətlə Ərəbistan ərazilərinə yayıldı. İslamdan əvvəl mərkəzləşmiş bir dövlətin
mövcud olmadığı Ərəbistan yarmadasında idarəçilik müxtəlif qəbilələrin və zəngin insanların əlində
cəmləşmişdi. Məkkə şəhərində hakimiyyət Qureyş tayfasının müxtəlif qəbilələri arasında bölünmüşdü
ki, bir çox hallarda hakimiyyətin bölünməsi məsələsində narazıçılıqlar, aralarında əlaqələrin
pozulmasına və münaqişələrə səbəb olurdu. Hicaz bölgəsinin ikinci ən böyük şəhəri olan Yəsribdə isə
Ovs və Xəzrəc qəbilələri arasındakı düşmənçilik və mənfi münasibətlər vahid idarəçiliyin qurulmasına
imkan vermirdi. İslamın gəlişindən sonra Məhəmməd peyğəmbərin apardığı təbliğatlar nəticəsində
qəbilələr arası düşmənçiliyə və müharibələrə son qoyularaq tam vahid mərkəzləşdirilmiş dövlətin
qurulması mümkün oldu.
Miladi VI əsrin sonları və VII əsrin əvvəllərində Bizanslılarla Sasanilər arasında olan uzun
müddətli müharibələr hər iki dövlətin zəifləməsinə səbəb olmuş və İslam fəthləri üçün münbit bir
şərait yaranmışdı. Birinci xəlifə Əbu Bəkrin hakimiyyəti illərindən (632-634) başlayan islam fütuhatı
Ömər ibn əl-Xəttab (634-644) və Osman ibn Əffanın (644-656) hakimiyyəti dövrünə qədər davam
etmişdir. Ömər ibn əl-Xəttabın hakimiyyəti illərində İslam dövlətinin ərazisi 2251000 km²-ə çatırdı.
Bizans və Sasani arasında gedən müharibələr Azərbaycanda vəziyyəti gərginləşdirmiş və bu iki
dövlətdən asılı vəziyyətə salaraq sosial-iqtisadi problemlərə yol açmışdı. Sasani imperatoru II
Xosrovun Bizanslılarla apardığı müharibələr nəticəsində I İrakli hərbi əməliyyatlarda uğur qazanaraq
Azərbaycan da daxil olmaq şərti ilə Zaqafqaziyanın böyük bir hissəsini işğal etmişdi. Lakin İslam
fəthləri ilə Azərbaycanda istiqrar və sosial rahatlıq bərpa olmuş və uzun müddət gedən dağıdıcı
müharibələr sona çatmışdı. Müsəlmanların Azərbaycana ilk gəlişi ikinci xəlifə Ömər ibn əl-Xəttabın
hakimiyyətdə olduğu illərdə baş vermişdi. Azərbaycan Ömər ibn əl-Xəttabın fəth siyasətində
əhəmiyyətli yer tutan ərazilərdən biri idi. Həmin dövrdə müsəlmanların dəniz müharibələri sahəsində
təcrübələri olmadığı üçün Qara və Xəzər dənizlərini aşmaq maneə törətdiyindən, şimala doğru
irəliləmək üçün Azərbaycan ərazisi strateji mövqe baxımından əhəmiyyətli rol oynayırdı.
Müsəlmanlarla Sasani imperiyası arasında baş verən Qadisiyyə və Nihavənd döyüşləri İslam dininin
İran, Azərbaycan və Xəzəryanı ölkələrdə yayılmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bir çox
tarixçilər müsəlmanların Azərbaycana gəlişini hicri 18-22-ci, miladi 639-643-cü illər arasında
olduğunu qeyd etmişdirlər.
|