IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1662
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
şəhərlərini ələ keçirib Snaima yaxınlığında Sultan II Muradın qoşunları üzərində qələbə çaldı [3,210].
Sultan II Murad eyni vaxtda Anandoluda Qaraman bəyliyi, Albaniyada Qeorqi Kastriotla, Moreyada
imperatorun qardaşı Konstantin Paleloqla mübarizə apardığından Ədirnədə macarlarla sülh bağladı.
Bu xəbər IV Yevgeniyə çatanda o, öz sağ əli olan kardinal Culiano Sezarinini kral I Ulaslonun
sarayına göndərdi. Sezarini kralı sultana verdiyi anddan azad etdi və tələsik türklərə qarşı xaç
yürüşünün bərpa olunmasını əmr verdi.
1444- cü ildə Ulaslo I ordusuyla Bolqarıstandan keçərək Varnaya hərəkət etdi. Sultan macar
kralının müqaviləni pozmasını eşidərək böyük bir orduyla Anadoludan Varnaya gəldi. Türk ordusunun
70 minə yaxın əsgəri vardı. Sultanın əmriylə təpəyə iki nizə sancılır. Birinə Uoslonun pozduğu
andlaşmanın mətnini keçirərək ucadan qışqırır: “İsa! əgər sən həqiqətən, davamçılarının dediyi kimi
Allahsansa onları andı pozduqlarına görə cəzalandır”. Ikinci nizə vədini pozan kral Uaslonun başı
üçün nəzərdə tutulmuşdu .
Döyüş türklərin üstünlüyü ilə keçdi. Yanoşun mərkəzə girməyə çalışdığını görən II Murad
yeniçərilərə yanlara çəkilmək əmri verdi. Macarıstan kralı Uaslonun da içərisində olduğu düşmən
qüvvələrin sürətlə boşalan sahəyə dolmağı düşmənin öz ayağıyla mühasirəyə girməsi demək idi.
Yanlara çəkilib araya saldıqları düşmənə doğru fədakar və cürətli bir hücum başladı. Türk qılıncları
xaçlı əsgərləri amansızcasına qırdılar. Bu vaxt Teymurtaş adında bir türk əsgəri balta ilə Uaslonun
atının ayağını yaraladı. Yeniçəri piyadabaşı Qoca Qaraca Xızır ağa isə özünü yetirib, kralın boynuna
qılınc endirdi. Kralın kəsilən başı Segedin anlaşması mətninin asıldığı nizənin yanındakı boş nizəyə
keçirildi.
1447- ci ildə papa Yevgeninin ölümü ilə Tomasso Parentuçelli V Nikolay(1447-1455) adıyla
taxta çıxdı. O, ilk vaxtlar Bizansa vədlər verərək açıq kömək etməkdən boyun qaçırdı. Romada yeni
kilsələr tikdirməklə məşğul olarkən Bizansı yolxucu xəstəlik bürüdü. Əhalinin əksəriyyəti Rusiyaya,
Serbiyaya, İtaliyaya köç etdi. Bizans tarixçilərinə görə şəhərdə 96 min bizanslı, 50 min qul
ümumilikdə 146 min insan qalmışdı. Lakin 1448- ci ildə II Kosova döyüşündə türklərin parlaq
qələbəsi və artıq Osmanlının Avropanın astanasında dayanması onu təcili tədbirlər görməyə məcbur
etdi.
3 fevral 1451- ci ildə Sultan II Muradın ölümü, taxta çıxan II Mehmedin azyaşlı olması papa
başda olmaqla Qərb ölkələri tərəfindən sevinclə qarşılandı. Şahzadə Mehmedin taxta çıxması xəbəri
Avropaya yayılan kimi Ədirnəyə xarici səfirlər axın etməyə başlad .10 sentyabr 1451- ci ildə II
Mehmed Venesiya nümayəndə heyətini qəbul etdi və rəsmi olaraq sultan II Muradın zamanında
bağlanmış müqaviləni yenilədi. Bundan 10 gün sonra Yanoş Hunyadi ilə 3 il müddətinə barışıq
imzalandı. Valaxiya, Lesbos, Rodos, Xios da əlverişli şərtlərlə müqavilə bağladı. Serb çarının sultan II
Mehmedlə apardığı danışıqlar nəticəsində qızı ilə bərabər Yuxarı Strumada olan şəhərləri geri ala
bildi. Sultanın yenilədiyi müqavilələr arasında Bizansla imzalanan müqavilə də vardı.Şərtlərə görə
sultan Qurana and içərək ərazi bütövlüyünə hörmət edəcəyini, hər il üç min asper qızıl pul, Aşağı
Strumada olan yunan şəhərlərini imperatora verməyi öhdəsinə götürürdü. Bu üç min asper Bizans
sarayında saxlanılan şahzadə Orxan üçün nəzərdə tutulmuşdu. Sultan II Muradın Bizansla bağladığı
müqavilənin şərtinə görə şahzadə Orxan Konstantinopola göndərilmişdir. Bizans şahzadənin xərclərini
Osmanlıdan alırdı.
Əslində imperatorla II Mehmedin münasibətlərinin pozulmasında XI Konstantin özü günahkar
idi. 1451- ci ilin payızında Qaraman əmiri İbrahim bəy Aydın, Germian, Mentəşə bəylikləri ilə əlaqə
yaradaraq sultana qarşı üsyan qaldırdı. II Mehmedin üsyanın yatırılması üçün ölkənin Asiya hissəsinə
getdi. Usyanı yatırıb geri qayıdarkən yeniçəri qiyamları ilə qarşılaşdı. Sultanın qarşılaşdığı
çətinliklərdən istifadə etməyə qərara gələn imperator Mehmedin yanına elçi göndərdi. Elçiyə tapşırıldı
ki, şahzadə Orxanın saxlanılması üçün nəzərdə tutulan məbləğin ödənmədiyini sultana bildirsin. Həm
də sultana Bizans sarayında Osmanlı taxtına sahib ola biləcək ideal namizədin olduğunu xatırlatmaq
tapşırılmışdı. Elçini Bursada qəbul edən II Mehmed Bizansın təhqiramiz tələbləri qarşısında
qəzəblənsə də elçiyə soyuq şəkildə Ədirnəyə qayıdan kimi bu məsələlərlə məşğul olacağını bildirdi.
Artıq andlaşmanı pozmaq üçün sultanın əlində səbəb yaranmışdı.II Mehmed geri qayıdarkən ona
Dardaneldə italyan eskadrasının üzdüyü xəbər verildi və sultan ənənəvi yolla – Dardanellə qayıda
bilmədi. İstiqaməti Bəyazidin tikdirdiyi Anadoluhisara doğru dəyişdi. Anadoluhisarın qarşı tərəfində
yunan kəndləri vardı və bu ərazilər Bizansa məxsus idi. Ərazini gözdən keçirən sultan burada növbəti
bir istehkamın tikilməsinə qərar verdi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1663
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
31 avqust 1452- ci ildə Boğazkəsən ( indiki Rumelihisar) qalasının tikintisi başa çatır. Bu artıq
Konstantinopolun mühasirəsi demək idi.
V Nikolay sultanın bu hərəkətindən təşvişə düşərək 1452- ci ildə Romaya tac qoyma üçün gələn
alman kralı III Fridrixdən tez- tələsik II Mehmedə ultimatum göndərməyi tələb etdi . Amma bu sadəcə
göstəriş idi. III Fridrixin bunu reallaşdırmaq üçün nə kifayət qədər qüvvəsi, nə də istəyi var idi.
Neopol kralı Alfons kömək vəd etsə də ancaq 10 gəmini Egey dənizinə göndərə bildi. Bu gəmilər də
papanın verdiyi pullarla alınmışdı.
Papa Macarıstan və Araqon krallarına məktub yazaraq əgər kömək edilməzsə Konstantinopolun
sonunun gələcəyini qeyd edirdi. Eyni vaxtda V Nikolay Venesiyaya məktub yazdı. Romanın Bizansa
kömək göstərməyə hazır olduğunu və 5 gəmini Şərqə göndərə biləcəyini Venesiya senatına çatdırdı.
Senat cavabında papaya hələ borclarını qaytarmadığını xatırlatdı. Məktubda həm də Venesiya
gəmilərinin Dardanelə 31 martdan gec olmayaraq çatacağını, lakin bu vaxtlar güclü şimal küləklərinə
görə boğazı keçməyin mümkün olmadığı qeyd olunurdu. Venesiya gəmilərinin 17 apreldə yola
çıxması qərara alındı. Lakin gəmilərin hərəkəti müxtəlif bəhanələrlə yubadıldı. Və nəhayət gəmilər
Venesiyanı tərk edəndə Konstantinopol artıq iki həftə idi ki, mühasirədə idi.
1453- cü il 29 mayında Sultan II Mehmed Konstantinopolu fəth edərək Bizans dövlətinə son
qoydu. Lakin Bizansın süqutu provaslav kilsəsinin də süqutu olmadı. Əksinə provaslav kilsəsi papa
asılılığından çıxaraq yenidən öz qüdrətini bərpa etdi..
Qeorqi Fransisin yazdıqlarına görə yeni patriarx sultanla bərabər “Osmanlının yunan təbəəsi”
üçün qanunların hazırlanmasında iştirak etdi. II Mehmed Müqəddəs sinoda daxil olan bütün kilsələrə
və mitropolitlərə toxunulmazlıq və azadlıq hüququ verdi. Kilsə provaslav əhalisi ilə bağlı məsələləri
həll edə bilərdi və Pasxa bayramının keçırılməsi üçün üç gün icazə verilmişdi. Sultanın digər fərmanı
ilə artıq heç bir kilsə məscidə çevrilməyəcəkdi.
DAŞNAK-BOLŞEVİK BİRLƏŞMƏLƏRİNİN 1918-Cİ İLDƏ BAKIDA
TÜRK-MÜSƏLMAN ƏHALİSİNƏ QARŞI SOYQIRIMI FÖVQƏLADƏ
TƏHQİQAT KOMİSSİYASININ SƏNƏDLƏRİNDƏ
Tural VƏLİZADƏ
Bakı Dövlət Universitetinin
turallachin@mail.ru
AZƏRBAYCAN
1918-ci ilin yazında Bakıda və Azərbaycanın digər bölgələrində törədilən soyqırımı əslində
Rusiyadakı mərkəzi bolşevik hökuməti ilə Cənubi Qafqazda hakimiyyəti yalnız Bakı ilə məhdudlaşan
yerli bolşevik təşkilatının bu hakimiyyətin coğrafiyasını Azərbaycanda daha da genişləndirmək üçün
birgə həyata keçirdikləri plan idi. Elə bu səbəbdən də istər Bakıda, istərsə də Azərbaycanın digər
bölgələrində bu soyqırımı xüsusi qəddarlıqla həyata keçirilirdi.
1918-ci ilin martında Bakıda siyasi vəziyyət olduqca gərgin idi. Cənubi Qafqazda sayca üstünlük
təşkil edən azərbaycanlıların haqları nə qərb dövlətləri, nə də Bakını ümumiyyətlə Azərbaycan şəhəri
hesab etməyən rus siyasi qüvvələri tərəfindən qəti nəzərə alınmırdı. Belə bir vəziyyətdə Azərbaycanda
geniş xalq kütlələrinin dəstəyini qazanmış “Musavat”ın Bakı Sovetinə keçirilən seçkilərdə böyük səs
çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi şəkildə təşvişə salmışdı. Azərbaycan
milli qüvvələri ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı.
Azərbaycanın muxtariyyəti uğrunda inamlı mübarizə “Musavat” partiyasını bolşevik-daşnak
alyansının əsas hədəfinə çevirmişdi. 1918-ci il Mart soyqırımı da başlıca olaraq Azərbaycanın
istiqlaliyyəti əleyhinə yönəlmişdi.
Məhz bu səbəbdəndir ki, Stepan Şaumyan öz xəstə təfəkkürü və daha çox erməni milli
maraqlarından çıxış edərək “Müsavat”la mübarizəsini “Sovet hakimiyyətinin əksinqilabi
müsavatçılara qarşı silahlı mübarizəsi” kimi qələmə verir və yazırdı: “Əgər biz bu mübarizəni
aparmasaydıq, ona görə də axıdılan qanlar bundan on dəfələrlə çox olar, müəssisə və zavodlar
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1664
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yandırılar, Sovet hakimiyyəti burada birdəfəlik dəfn olunar, Bakı isə indi Azərbaycan xalqının
paytaxtına çevrilərdi” (Шаумян С.Г. Статьи и речи. Баку, Бакинский рабочий nəş., 1924).
Bakıda Azərbaycanın muxtariyyətini tələb edən musavatçıların sosial bazasını məhv etmək, türk-
müsəlman əhalisinin soyunu tükətmək düşüncəsində olan bolşevik-daşnak alyansı bu məqsədlə mart
ayının son günlərində əməli fəaliyyətə keçdi. 1918-ci ilin martın 30-dan aprelin 2-dək Bakı və ətraf
kəndlərin müsəlman əhalisi planlı surətdə soyqırım və talanlara, 11 mindən artıq günahsız insan
itkisinə məruz qaldı. Soyqırımına məruz qalanların çoxunun cəsədləri tapılmamışdır. Çünki, ermənilər
cəsədləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.
Ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərini araşdırmaq
üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat
Komissiyası yaradıldı. Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu ilin avqust ayına qədər topladığı
materiallar 36 cild və 3500 səhifə təşkil edirdi ki, bunların da 6 cildi (740 səhifə) Bakı şəhəri və onun
ətraf kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq aktlarını əhatə edirdi. Komissyanın
üzvlərinin əksəriyyəti azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri – rus, polyak, alman,
yəhudi və başqaları təşkil edirdi. Bu, Cümhuriyyət hökumətinin baş vermiş qanlı hadisələrə obyektiv,
ədalətli və vicdanlı yanaşmasının təzahürü idi.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge tərəfindən bu komissiyanın sədrinə
ünvanlanan məruzədə Bakıda Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım cinayətlərinə
rəhbərlik edən silahlı dəstələrin rəhbərləri bir-bir ifşa olunur, onların adları ortaya qoyulurdu. Daha
sonra xüsusi olaraq o da qeyd olunurdu ki, 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən
soyqırım cinayətləri hələ 1917-ci ildə “Daşnaksütyun” və Erməni Milli Şurası tərəfindən
planlaşdırılmış və əvvəlcə Bakıda, daha sonra ucqarlarda türk-müsəlman əhalisinin fiziki olaraq məhv
edilməsinə, bütün əmlakının mənimsənilməsinə və onun bütün rifahının və siyasi üstünlüyünün təbii
surətdə ermənilərin əlinə keçməsinə nail olmaq məqsədi ilə törədilmişdir.
Həmçinin Fövqəladə Təhqiqat Komissiyası tərəfindən zərər çəkmiş kimi dindirilən müxtəlif
millətlərdən olan Bakı sakinləri də baş verən hadisələri – ermənilər tərəfindən Bakıda türk-müsəlman
əhalisinə qarşı törədilən soyqırımını öz şahid ifadələrində çılpaqlığı ilə göz önünə sərirdilər.
Azərbaycan hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş
yəhudi əsilli Bakı şəhəri sakini Aleksandr Naumoviç Kvasnik öz ifadəsində baş vermiş hadisələrə dair
çox qiymətli məlumatlar verir: “Bu ilin 17-21 mart (köhnə stillə - T.V) tarixlərində Bakı şəhərində baş
vermiş hadisələrə təmiz vicdanla belə ad vermək lazımdır: “Müsəlmanların fiziki olaraq məhv
edilməsi, bütün əmlakının mənimsənilməsi və onların bütün rifahının və siyasi üstünlüyünün
ermənilərin əlinə keçməsi məqsədilə, əvvəlcə Bakı şəhərində, sonra isə ucqarlarda erməni əhalisinin
müsəlman əhalisinə qarşı təşkil edilmiş qanlı sui-qəsdi” (ARPİİSSA, f. 276, s. 2, iş 27, v. 20).
1918-ci ilin yazında erməni-daşnak, bolşevik birləşmələrinin Bakıda və ətraf kəndlərdə törətdiyi
soyqırımı, talanlar bizdən keçmişin ibrət dərslərini bilməyi, toqquşmaların güclənib faciəyə
çevrilməsinin səbəb-nəticə əlaqəsini dərindən dərk etməyi, ictimai inkişaf qanunauyğunluqlarını,
xalqın azadlıq uğrunda mübarizəsində mərhələlərin dəyişməsini yaddan çıxarmamağı tələb edir.
Müstəqil Azərbaycan dövləti istər XX əsrin əvvəlləri, istərsə də sonlarında əvəzedilməz
qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, o ağır sınaq günlərində müstəsna iradə və
cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Həm ötən əsrin əvvəlində, həm də
sonlarında minillərdən bəri malik olduğu qədim dövlətçilik ənənələrini bərpa etdi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1665
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI AVRASİYAÇILIQ
VƏ MULTUKULTURALİZM KONTEKSTİNDƏ
İsa HÜSEYNOV
AMEA, A.A. Bakıxanov adına Tarix İnstitutu
İsa_Hüseynov@mail.ru
AZƏRBAYCAN
Müasir avrasiyaçılıq və azərbaycançılığın (azərbaycanşünaslığın) problemlərinin eyni bir
müstəvidə nəzərdən keçirilməsi, ümumiyyətlə, azərbaycançılıq ideyalarına belə böyük və geniş
məsafədən yanaşma parodoksal görünə bilər. Birincisi, rus alimləri tərəfindən irəli sürülmüş bu elmi-
nəzəri istiqamət ilk növbədə nəhəng Avrasiya dövləti olan Rusiyanın maraqlarına cavab verir, digər
tərəfdənsə, məsələnin aktuallığı nə Azərbaycanda, nə də digər türk dövlətlərində qədərincə dərk
edilmir. Lakin müzakirə edilən problemin geosiyasi, mədəni-tarixi, sosial-etnik və s. aspektləri mövzu
ilə bağlı və onun ölkəmiz, xalqımız, mədəniyyətimizlə əlaqəli şəkildə diskussiyaya cəlb olunmasını
aktuallaşdırır. Təqdim edilən mövzuda biz heç də azərbaycanşünaslığın türkologiya və avrasiyaçılıqla
mexaniki qovuşmasının tərəfdarı deyilik. Azərbaycanşünaslıq olduqca perspektivli və çoxplanlı
elmdir. Nəzəri məsələlərlə yanaşı praktik yönümlü sahələr diqqət çəkir. Heç kəsə sirr deyil ki,
azərbaycanlıların böyük qismi xaricdə yaşayır. Onların böyük sayda yaşadığı ölkələrdə orta məktəb
səviyyəsində etnokultur komponentli təhsilin təşkili önəmli məsələdir. Lakin azərbaycanşünaslıq elmi
təkcə azərbaycançılıq və türk birliyi ideologiyaları ilə qidalanmamalıdır. Azərbaycanşünaslığın
türkologiya və ya avrasiyaçılıqla qovuşması perspektivini elm içində elm, dünya içində başqa bir
dünya, üfüqi xətlər və diaqonallar üzrə virtual birləşmə kimi dərk edirik.
Azərbaycançılıq ideologiyasının tarixi, əslində, Azərbaycan xalqının tarixi qədər qədimdir; hər
şeydən əvvəl ona görə ki, bu və ya digər xalq, etnos özünün ümummilli məfkurəsini - həyat fəlsəfəsini
bütün mövcudluğu boyu formalaşdırır.
Azərbaycanda Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ortaya qoyulmuş
"Azərbaycançılıq" ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına
dair maraqlarının ümumiliyi, demokratiyanın, bazar iqtisadiyyatının, sosial həyat şəraitinin inkişafı
uğrunda mübarizəsinin məqsədləri öz əksini tapdı. Məhz, ideologiya kimi “Azərbaycançılıq” müstəqil
Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosio-mədəni və etnik-geosiyasi cəhətlərini özündə
birləşdirdi və o, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil etdi. (1,s.3)
Bununla da, Azərbaycançılıq ideologiyası şovinizm əvəzinə cəmiyyətə vətənpərvərlik gətirməklə,
etnoeqoizmi məhv etdi və Azərbaycanda kütləvi şüurun transformasiyası üçün məqbul olan ilkin amili
formalaşdırdı.
Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi
hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən
etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və
azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik
inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi, "dinindən, dilindən, irqindən
asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik" olmalarını təmin etməli
idi.(2,s.3)
Qeyd edək ki, müasir dövrdə Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu,
təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya,
milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Məhz buna görə “Azərbaycançılıq idealogiyası”
Azərbaycan multikulturalizm ənənəvi siyasətinin çox yaxşı modelidir.
Azərbaycançılıq – respublikanı məskunlaşdıran xalqlarda Azərbaycan dövlətinə mənsubluq
hisslərinin formalaşdırılması, ölkədə vahid vətəndaş siyasi mədəniyyətini inkişaf etdirmək
vəzifələrinin yerinə yetirilməsini tələb edir. Bu gün Azərbaycanlı mentalitetində siyasi mədəniyyətin
inkişafı son nəticədə müasir hüquqi dövlətin yaranmasına gətirib çıxarmışdır.(3, s.33)
Yalnız Azərbaycan torpağında yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara
ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhədlərin ayırdığı soydaşlarımızı bizimlə bir ideya-mənəvi
məkanda bütövləşdirən qüvvə də məhz azərbaycançılıq ideologiyasıdır. Mənəvi dəyərlərimizin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1666
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
əbədiyaşarlığında dini dəyərlərin səmərəli istifadə olunması hər bir ölkə və hər bir xalq üçün zəruri
məsələlərdəndir. Belə ki, humanizm, xeyirxahlıq, ədalətlik və sülh amalları dünyanın bütün dinləri
üçün xasdır. Dini-mənəvi dəyərlər mədəniyyətin sakral fondunu təşkil edir. Tarix boyu keçid və
böhran dövrlərində sabahın yolları qeyri-müəyyən olanda, ictimai şüurun ən dərin köklərində qərar
tutan din və dini təsəvvürlər dəyişiklik və böhrana qarşı sosial-mənəvi müqavimət, “instinkt” rolunda
çıxış edir.
Qeyd etdiyimiz kimi, müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi,
mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Dünya İqtisadi Forumu, Krans Montana
Forumu, Cənubi Qafqaz Forumu, "Eurovision" musiqi yarışması, Beynəlxalq Humanitar Forum,
Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə
ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərdən biri kimi qəbul olunur.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində
inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi, o cümlədən, bu ənənələrin inkişafını
özündə ehtiva edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, tariximizin ayrı-ayrı dövrlərində bu ciddi
məsələ özünü müsbət tərəfdən büruzə verib. Məsələn, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər
maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik
xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə ehtiva etmiş bu siyasi davranış XX
əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına gətirilib. Bu da
faktdır ki, Heydər Əliyev bu ideologiyanın ən gözəl izahını 2001-ci il noyabrın 9-da Dünya
Azərbaycanlılarının Birinci Qurultayı zamanı etdiyi çıxışında «Mən həmişə fəxr etmişəm, bu gün də
fəxr edirəm ki, azərbaycanlıyam» sözləri ilə ifadə edib və dünya azərbaycanlılarını öz milli-mənəvi
dəyərlərini unutmamağa, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası ətrafında
birləşməyə çağırıb.
CƏLİLABAD RAYONU ƏRAZİSİNDƏ AŞKARLANAN KÜP
QƏBİRLƏRİN SAXSI MƏMULATI
Könül KƏRİMOVA
Azərbaycan Müəllimlər İnstitutu
konulkerimova33@gmail.com
AZƏRBAYCAN
Şimali Azərbaycan ərazisində ölüləri küp içərisində dəfn etmə adəti uzun bir müddət mövcud
olmuş (e.ə. V – er. VIII əsrləri), başqa qəbir tipləri ilə yanaşı tətbiq edilmiş, hətta bəzi dövrlərdə (e.ə.
II – er. II əsrləri) əsas dəfn adətlərindən birinə çevrilmişdir. Bu dəfn adətinin izlərinə Azərbaycanın bir
çox regionlarında rast gəlinir. Belə ərazilərdən biri də, qoynunda zəngin tarixi miraslar və hələ çox
açılmayan sirlər saxlayan Muğan düzündə, Mişarçayın sahilində yerləşən Cəlilabad torpağıdır.
XX əsrdə arxeoloji baxımdan Şimali Azərbaycanın ən zəif öyrənilən bölgələrindən biri olan
rayon ərazisində, XXI əsrin əvvəllərindən başlayaraq geniş arxeoloji kəşfiyyat və tədqiqat işlərinə
başlanılmışdır. Əsrin ilk illərindən arxeoloq A.İ.Ələkbərovun rəhbərliyi ilə tədqiqatlara başlayan
“Cəlilabad” arxeoloji dəstəsi, həmçinin 2008-ci ildən buyana “Cənub Şərqi Azərbaycan abidələrinin
arxeoloji tədqiqi” ekspedisiyası tərəfində rayon ərazisində çox sayda qədim yaşayış yeri və qəbir
abidələri müəyyən edilib qeydə alınmışdır. Bunların da çox hissəsini məhz küp qəbir abidələri təşkil
edir. Yeddi-bulaq kəndindən şimal-şərqdə “Tamerlan təpə” adlı yerdə(II-IV əsrlər), Sədəbazar kəndi
ərazisində, Məşədivəlili kəndinin şərqində(II-IV əsrlər), Qarayar kəndi ərazisində “Narlıq” adlanan
yerdə, Təklə kəndi ərazisində, Böyük Bəcirəvan kəndinin qərb hissəsində “Quş təpəsi” deyilən
ərazidə, Komanlı çayının sol sahilində “Noxudlu” deyilən yerdə, Həziabad kəndinin şimalında (III-VII
əsrlər), Günəşli, Boyxanlı, Simirlik, Şatırlı, Mikayıllı, Kürünc, Lallar, Nərgiztəpə adlı ərazidə
aşkarlanan küp qəbirlər nekropolları bu illərdə qeydə alınmış və onlarda ilkin tədqiqat işləri
aparılmışdır. Küp qəbirləri avadanlığı içərisində ən çox aşkar edilən arxeoloji materiallar gildən
hazırlanmış müxtəlif təyinatlı və formalı, cürbəcür ölçü və naxışlanma üsuluna malik, bəzən dulus
çarxında, əsasən əllə hazırlanmış qab nümunələridir. Öz dövrünə aid digər abidələrdən əldə olunmuş
|