Тойретепе. Среди поселений городского типа можно отметить Тойретепе в селении
Шенлик Агджабединского района. Оно было обнаружено на холме, площадью 1,5 га и высотой
5-6 м. В результате разведочных работ были выявлены крашеная и некрашеная керамика
раннего средневековья, украшенные линиями, геометрическими и природными узорами. Судя
по подъёмному материалу, поселение ошибочно относили к средневековью. Однако, вокруг
этого городища находится некрополь кувшинных погребений, площадью более 10 га, что
указывает на то, что этот памятник скорее всего более древний и многослойный и его нижние
горизонты относятся к периоду античности.
Гаракобар. Расположено в 4 км восточнее селения Узеиркенд. Поселение было
обнаружено случайно, в результате проводимых здесь в 1974 г. хозяйственных работ, когда
были частично разрушены кувшинные погребения и выявлены многочисленные предметы
материальной культуры. Было установлено, что территория древнего поселения Гаракобар и
его некрополь расположены на площади более 20 га.
Ф. Османовым было изучено несколько кувшинных погребений некрополя Гаракобар.
Погребальные кувшины здесь имеют отверствия и изготовлены специально для захоронения.
По мнению исследователя, эта особенность отличает их от поздних кувшинных погребений и
данный памятник относится к VI-III вв. до н.э.
Следует отметить, что стационарные археологические раскопки в Галатепе дали толчок
комплексному изучению античных памятников Агджабединского района.
I DÜNYA MÜHARİBƏSİNDƏN SONRA FRANSANIN
TÜRKİYƏYƏ MÜNASİBƏTDƏ SİYASƏTİ
Şəfa ƏBDÜRRƏHİMOVA
Azərbaycan Dillər Universiteti
chafouniya85@yahoo.fr
AZƏRBAYCAN
I dünya müharibəsində Fransa və Osmanlı kimi iki böyük dövlət fərqli cəbhələrdə döyüşmüşdü-
lər. I dünya müharibəsindən məğlub çıxan və Dördlər İttifaqının üzvlərindən biri olan Osmanlı
İmperiyasının ərazisinin qalib ölkələr arasında bölüşdürülməsi labüd idi.
Beləliklə, Osmanlı dövləti Mudros barışığını imzalamağa məcbur oldu, bununla da dövlətin
vəziyyəti xeyli ağırlaşaraq müttəfiqlərdən asılı hala düşdü. 1919-cu il Paris Sülh konfransında Fransa,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1648
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İngiltərə və Birləşmiş Ştatların liderləri "Avropanın xəstə adamı" adlandırdıqları Osmanlı imperiyasını
tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu həm də,
Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının beş yüz illik arzusunun
reallaşması demək idi.
Osmanlı imperiyası ilə 1920-ci il avqustun 10-da Paris yaxınlığındakı Sevrdə müqavilə
imzalandı. Tarixə Sevr müqaviləsi adı ilə düşən bu müqaviləyə görə Türkiyəyə aid olan mülklər qalib
dövlətlər arasında bölüşdürüldü. Müqaviləyə əsasən Urfa, Antep, Mardin ve Suriya Fransaya
verilməli, Adanadan Kayseri və Sivasın şimalına qədər uzanan ərazi Fransanın əsarəti altına düşməli
idi. Beləliklə, Osmanlı Dövlətinin müharibədə məğlubiyyəti ilə Fransa Anadolu torpaqlarını işğal
etmiş oldu. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr
müqaviləsi Mustafa Kamal Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna
müqaviləsi ilə əvəz olunmasına səbəb oldu.
Milli istiqlaliyyət uğrunda mübarizə illərində türklər ilə fransızlar arasında Adana, Urfa, Antep və
Maraş bölgəsində 1920-ci ilin sonlarından 1921-ci ilin ortalarına qədər çətin keçən hərbi döyüşlər
davam etmişdir. Öz müttəfiqi İngiltərədən fərqli olaraq Fransa Türkiyənin parçalanmasında və onun
dövlət müstəqilliyinin ləğv edilməsində maraqlı deyildi. Çünki təsadüfi deyildir ki, hələ müharibədən
öncə fransız kapitalı Osmanlı bankında və tütün inhisarında hakim mövqeyə malik idi və Türkiyə
müəssisələri fransız kapitalı üçün ən əlverişli investisiya obyektinə çevrilmişdi. Belə ki, Fransa
Türkiyə iqtisadiyyatına qoyulan investisiyanın 63%-nə malik idi. Hətta XIX əsrin sonlarında Fransa
Türkiyəyə 2 milyard 240 milyon frank kapital qoymuşdu. Fransız hakim dairələrinin Türkiyəyə
münasibətdə siyasətində iqtisadi, maliyyə, mədəni və digər amillərlə bərabər, dini amil də mühüm rol
oynayırdı. Fransız müstəmləkələrində yaşayan əhalinin əksəriyyəti müsəlmanlar olduğu üçün Fransa
hökuməti tez-tez türk sultanı – bütün müsəlmanların xəlifəsini müdafiə edirdi. Məşhur fransız
publisisti J.Kayzer yazırdı: “Fransa müsəlmanların tərəfdarıdır. Onun belə olması ənənəyə, öz alicənab
cəhdlərinə və öz mənafelərinin müdafiəsinə görədir”.
Müharibə dövründə müttəfiq olmuş dövlətlər, xüsusilə də İngiltərə və Fransa, arasında torpaqların
bölüşdürülməsi uğrunda gedən diplomatik mübarizə vəziyyəti məğlub ölkələrin xeyrinə dəyişirdi. Belə
ki, müharibə bitər-bitməz Аntаntа dövlətlərinin türk mülklərinə sаhib оlmаq və Rusiyаdа bоlşеvizmi
«bеşiyində bоğmаq» istəyi Аnkаrа və Mоskvаnı müttəfiqə çеvirdi. Rusiyа-Türkiyə yахınlаşmаsı
Yахın Şərqdə qüvvələr nisbətini dəyişdirdiyindən Аvrоpа dövlətlərini nаrаhаt еtməyə bаşlаdı. Bеlə
şərаitdə Frаnsа Türkiyəni Rusiyаdаn аyırаrаq öz müttəfiqinə çеvirməyə və Yахın Şərqdə İngiltərəyə
qаrşı istifаdə еtməyə cəhdlər göstərirdi. 1921-ci ilin yayında yunanların Ankara istiqamətində
irəliləməsi və nəticədə milliyyətçilər tərəfindən məğlubiyyətə uğradılmaları fransızları türklərlə
danışıqlara və mühаribəni dаyаndırıb sülh bаğlаmаğa sövq etdi. Bеləliklə, Sеvr sülh müqаviləsinin
şərtləri ilə bаrışmаyаn türk хаlqı istiqlаl sаvаşındа qаlib gələrək оnа sаrsıdıcı zərbə vurdu.
1921-ci il оktyаbrın 20-də Türkiyə ilə Fransa аrаsındа bаrışıq sаzişi imzаlаndı. Bu, tarixə Ankara
Andlaşması kimi düşdü. Müqavilənin başlıca şərtləri bunlardan ibarət idi: Türkiyə ilə Fransa arasında
müharibə vəziyyəti sona çatacaq; iki xalqın orduları yeni sərhəddi nəzərə alaraq öz tərəflərinə
çəkiləcəklər; orduların geri çəkilməsinə və əsirlərin dəyişdirilməsinə qarışıq bir komissiya nəzarət
edəcək; əlaqədar bölgələrdə ümumi əfv elan ediləcək; türklər azlıqların “Milli and”da elan edilən
hüquqlarını Avropa sülh müqavilələrinin azlıqlarla əlaqədar maddələrinin əsaslarına görə
düzəldəcəklər; Türkiyənin Suriya ilə sərhəddi London müqaviləsində təsbit edildiyi kimi (London
müqaviləsinə görə Bağdad dəmir yolunun böyük bir qismi türk sərhədləri daxilində qalmalı, Fransanın
hərbi nəqliyyat vasitələri üçün bu dəmir yolundan faydalanmağa icazə veriləcək və dəmir yolunun bir
qismi bir fransız qrupuna veriləcəkdi), lakin bir qədər dəyişik olacaq; Bağdad dəmir yolu bir fransız
qrupuna veriləcək, lakin Türkiyə və Suriya dəmir yolunun öz sərhədləri içindəki bölümlərini qarşılıqlı
olaraq hərbi nəqliyyat vasitələri üçün istifadə edə biləcəklər.
Milli mübarizə dövründə 20 oktyabr 1921-ci ildə Fransa ilə imzalanan Ankara müqaviləsi ilə
birlikdə başlayan türk-fransız yaxınlaşması Lozan sülh konfransına qədər davam etmişdir.
1922-ci ilin noyabrın 22-dən 1923-cü ilin 24 iyulunadək davam etmiş Lozan konfransı I dünya
müharibəsindən sonra baş tutmuş ən əhəmiyyətli diplomatik toplantı hesab olunur. Bu konfrans
Mustafa Kamal başda olmaqla türk milliyyətçilərinin aşkar qələbəsini, həmçinin Yaxın Şərqdə Fransa
siyasətinin Britaniya siyasəti üzərindəki zəfərini ifadə edirdi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1649
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Fransa Mudaniya sazişinə özünün Türkiyəyə olan təsirinin nəticəsi kimi baxırdı və güman edirdi
ki, Lozan konfransında da o, Türkiyəyə belə təsir edə biləcəkdir. Lakin türklər İngiltərə-Fransa
arasında həm Avropa məsələlərində, həm də Yaxın Şərq məsələlərində baş verən ziddiyyətlərdən
istifadə edə bildilər və fransızlara güzəştə getmədilər.
Konfransın gedişində Türkiyə qoşunlarının Suriya sərhədlərində toplanması haqqında və buna
cavab olaraq fransızların da Kiçik Asiyadakı qarnizonlarını gücləndirməsi xəbərləri yayılmağa başladı.
Fransa özünün 8-ci müstəmləkə diviziyasını Yaxın Şərqdə olan fransız qoşunlarına qoşmaqla Suriya
əhalisini (xüsusən orada yaşayan erməniləri) türklərə qarşı qaldırmağa cəhd edirdi. Bu hərəkətlə
fransız hökuməti Türkiyə qarşısında öz gücünü nümayiş etdirməyə çalışır və maliyyə-iqtisadi
məsələlərin həllində Türkiyəyə təzyiq göstərmək istəyirdi.
Konfransın gedişində Suriya sərhədi məsələsi yenidən qaldırıldı. Halbuki bu məsələ haqqında
1921-ci il oktyabarın 20-də Türkiyə Böyük Millət Məclisi hökuməti ilə Fransa hökuməti arasında
imzalanan Ankara sazişində razılıq əldə edilmişdi.
Suriya sərhədi məsələsi Fransa-Türkiyə münasibətlərinin pozulmasına səbəb olan problemlərdən
hələ yalnız biri idi.
Lozan konfransı haqqında materialların öyrənilməsi göstərir ki, sonda mandatlar sisteminin
təsdiqlənməsi ilə müttəfiq dövlətlər, o cümlədən Fransa, müvafiq mövqelərə nail oldular. Və beləliklə,
Lozan müqaviləsi 1699-cu il Karlovits müqaviləsi ilə başlanmış Osmanlı imperiyasının uzun dağılma
prosesinin sonu idi.
Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə Sevr müqaviləsinin ləğv olunub Lozanna
müqaviləsinin imzalanması hadisəsini obrazlı şəkildə belə ifadə edirdi: "Mənhus Sevr müahidəsi
yırtıldı, məsud Lozan müahidəsi yazıldı!... Birincisi, çökən imperatorluğun ölüm baratı idi; ikincisi isə
yüksələn cümhuriyyətin doğum vəsiqəsi oldu".
XINALIQ UNİKAL YAŞAYIŞ MƏSKƏNİ KİMİ
Gülnarə MƏMMƏDOVA
Azərbaycan Turizm və Menecment Universiteti
gulyamamedzade15@mail.ru
AZƏRBAYCAN
Azərbaycan tarixən zəngin mədəni irsə və rəngarəng təbiətə malik əlverişli coğrafi məkanda
yerləşmişdir. Ölkəmizdə bir sıra azsaylı xalqların və etnik qrupların məskunlaşması Azərbaycanın
etnoqrafik cəhətdən də rəngarəng olduğunu göstərir. Azərbaycanda ahıska və krım türkləri ilə yanaşı,
yəhudilər, talışlar, tatlar, gürcülər, ruslar, molokanlar, ləzgilər, avarlar, eləcə də “Şahdağ xalqları” na
daxil olan buduqlular, ceklilər, haputlular, əliklilər, qrızlılar və xınalıqlılar kimi etnik qruplar da
yaşayırlar. Etnik qruplar öz mənşəyi, dili, adət-ənənələri, yaşayış tərzi və bir sıra xüsusiyyətlərinə görə
ölkənin əsas xalqından fərqlənirlər.
Azsaylı xalqlar içərisində özünəməxsus etnoqrafik xüsusiyyəti
ilə seçilən xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən hesab olunur. “Şahdağ xalqları” nın tərkib
hissəsinə aid olan bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə məxsusdur. Xınalıq dilinin
özünəməxsus yazı və əlifbası olmasa da, kənddə yerləşən abidələrdən birinin üzərində aşkar edilmiş
11 ədəd işarənin qədim əlifbalardakı hərflərlə oxşar olmadığı aydın görünür. Həmin işarələrin Xınalıq
əlifbasının hərfləri olduğu, lakin zaman keçdikcə bu əlifbanın istifadə edilməyərək unudulduğu güman
olunur. Tədqiqatçılar xınalıqlıların dilini İber-Qafqaz dil qrupuna aid edirlər. Lakin yerli əhali bu dili
Nuhun dili adlandırır. Belə ki, özlərini “kətdid” (mənası “özümüzünkülər” deməkdir) adlandıran bu
əhali hesab edir ki, onlar Nuh peyğəmbərin nəslindəndir. Rəvayətə görə, tufandan sonra Nuhun
oğulları Sim və Xam digər yerlərə köç etdiyi halda, Yafət öz oğulları ilə bu ərazidə qalmış və buradan
da Qafqaz xalqları törəmişdir. Həmin ərazidə rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri
burada həqiqətən baş vermiş daşqından xəbər verir.
Baş Qafqaz silsiləsi ilə Yan silsilə arasında, Quba rayon mərkəzindən 65 km məsafədə yerləşən
Xınalıq və ya yerli dildə adlandırılan Kətiş Azərbaycanın ən yüksək dağ kəndidir. Quba xanlığı
dövrünə aid olan sənədlərdə Xınalıq kəndinin məhz Xınalıq mahalının mərkəzi olduğu qeyd olunur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1650
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Xanlıqlar dövründə Quba malikanəsinin 10 mahalından biri hesab olunan bu ərazi zəngin etnoqrafik
dəyərlərə malik yaşayış məntəqəsidir. Kiçik, lakin bənzəri olmayan bu kəndin 5000 illik tarixə malik
olduğu ehtimal edilir. Dünyanın ən hündür yaşayış məskənlərindən olan Xınalıq el arasında “Dağlarda
ada” kimi də adlandırılır. Xınalıq adını isə evlərin qarşısında yerləşən dağın günəş çıxarkən sarı-
qəhvəyi rəngə boyanması ilə əlaqələndirirlər. Başqa bir fərziyyəyə görə isə, əhali burada həna, yəni
xına becərməklə məşğul olduğuna görə kəndin adı xınalıq adlandırılmışdır.
Xınalıqda məskunlaşan yerli əhalinin əcdadları barədə məlumatlara isə Strabonun, Plinin
əsərlərində rast gəlinir. Yunan alimi Strabonun “Coğrafiya” əsərində göstərilən xüsusi dilləri olan 26
alban tayfası içərisində “qat” adlanan tayfanın, yəni “ket” tayfasının məhz xınalıqlılar olduğu iddia
olunur. Erkən orta əsrlərdə Qafqaz Albaniyasının şimal-qərb hissəsində Xeni əyalətinin mövcud
olduğunu sübut edən bəzi mənbələrə də rast gəlinir. Belə ki, alban tarixçisi Musa Kalankatuklu “Alban
tarixi” əsərində “Xeni” adlanan bir əyalətdən bəhs etmişdi. Tədqiqatçılar hesab edirlər ki, əsərdə adı
çəkilən həmin əyalət, məhz Xınalıqdır. Hətta yerli əhali indiki yaşayış yerinə zəlzələ nəticəsində
dağılmış Xeno şəhərindən köçüb gəldiyini söyləyir. Xına komponentinin, məhz xeni toponiminin
dəyişikliyə uğramış forması olduğu ehtimal edilir. Antik və erkən orta əsr müəlliflərinə istinad etsək,
Xeni toponiminin III və IV əsrlərdə Dağıstan düzlərində və Azərbaycanın Şimal bölgəsinin Xəzər
sahili boyunca məskunlaşan hunlarla bağlı olmasını da güman etmək olar. Xınalığın qədim dövrlərə
aid olduğunu təsdiqləyən isə burada 8 nəhəng məzarlığın və 3-4 mərtəbəli qəbirlərin olmasıdır.
Xınalıqlıların əsas məşğuliyyətinə gəldikdə, onlar əsasən heyvandarlıqla məşğul olurlar. Kənddə
yetərincə ağac olmadığı üçün qızınma vasitəsi kimi heyvan təzəklərindən istifadə olunur. Sovetlər
dövründə Qafqazda ən böyük qoyunçuluq sovxozu məhz Xınalıqda qurulmuşdu. Yerli əhali hələ
qədim çağlarda xalça və gil qablar da istehsal edirdi. Kənd ən çətin vaxtlarını II Dünya müharibəsi
zamanı yaşamışdır, belə ki, müharibə illərində ərzaq əhalinin əlindən alınaraq cəbhəyə göndərilirdi.
Aclıq çəkən insanların bir qismi Qubanın başqa kəndlərinə, digərləri isə Qəbələnin Vəndam kəndinə
köçmüşdülər. Xınalığın təxminən 2000-ə yaxın əhalisi var və onlar da 4 nəslə bölünürlər. Hər nəslin
də öz məzarlığı, xalça ornamentləri və geyimləri vardır. Bu kəndin aborigen sakinləri olan xınalıqlılar
islam dinini qəbul etməzdən əvvəl bütpərəst olmuşlar. Buna isə İslamla heç bir əlaqəsi olmayan bəzi
yarıbüdpərəst ənənələr və od məbədləri sübutdur. Qızıl qaya dağı yaxınlığında yerləşən və gecə-
gündüz durmadan yanan təbii qazın çıxdığı yeri əhali “Atəşgah” adlandırır. Xınalıq dilində “Ca yuvr
ciqa” (od yeri) deyilən ziyarətgaha gələnlər kəsilən qurbanlıq heyvanın ətini gətirərək həmin ocağda
bişirirdilər. Yerli əhali indiyədək müqəddəs ocaq kimi bu məkanı ziyarət edir. Əhali arasında odla fala
baxma ənənənəsi də mövcuddur. Xınalıqlıların məişətində, toy və yas mərasimlərində yağışla,
əkinçiliklə bağlı adətlərə də rast gəlinir. Təbiətlə bağlı olan inanclarına gəldikdə isə, xınalıqlılar səma
cisimlərindən olan günəşi müqəddəs hesab edərək ona and içirdilər. Bu hətta onların geyimində də öz
əksini tapmışdır. Belə ki, bu dövrdə qadınlar günəşi simvolizə edən qırmızı rəngli paltar geyinirdilər.
Unikal memarlıq görkəminə malik olan Xınalıqda Atəşpərəstlik məbədi ilə yanaşı, Əbu Müslim,
Pir Comərd kimi məscidlər, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, İsrafil baba pirləri, eləcə də, mağaralar
və çoxlu sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Xınalıqda yerləşən 31 türbədən yalnız 16-
sı İslam dövrünə aiddir. Memarlıq abidələri içərisində məscidlərin xüsusi yeri vardır. Hal-hazırda
Xınalıqda 7 məscid fəaliyyət göstərir. Xınalıq kəndinin ən hündür yerində yerləşən Əbu Müslimin
adını daşıyan Cümə məscidi VIII-XII əsrlərdə inşa edildiyi güman olunur. Əbu Müslim bu kənddə
İslamın banisi hesab edilir. Məscidin girişində 2 fərqli daş üzərində runik yazılar həkk olunmuşdur.
Həmin yazılar günəşin doğması və yeni tarixin başlanması mənasını verir. Xınalıqlılar bütün
məscidləri pir adlandırırlar. Buradakı məscidlər evlərə bənzəyir və onların minarələri yoxdur. İlk
məscidlərdən biri də Pir Comərd (comərd “alicənab”, “humanist”, “müdrik” deməkdir) məscididir. Pir
Comərd məscidinin divarlarındakı yazılara nəzər salsaq, burada ərəb əlifbası ilə “Kəlməyi - şəhadət”
və “Qurani - Kərim” dən ayələrin olduğunu görmək olar.
Deyilənlərə görə, yerli əhali islam dinini ilk
dəfə məhz bu məsciddə qəbul etmişdi. Xınalıqlılar islam dininin süni təriqətinə mənsubdurlar.
Xınalıq bir çox yazıçıların qələmə aldığı əsas mövzulardan biri olmuşdur. Rəsul Rza “Xınalıq
kəndinin adamları” oçerkində Xınalıq kəndindəki evləri əbəs yerə üst-üstə qurulmuş qartal yuvalarına
bənzətməmişdi. Çay daşlarından tikilmiş, 200-300 il yaşı olan bu evlər çoxmərtəbəli binaları
xatırladır. Ən maraqlısı isə, aşağıdakı evlərin damının yuxarıda yerləşən evlərin həyəti kimi istifadə
olunmasıdır. Evlərin tikintisində qaya və çay daşlarından, həmçinin samandan, gil məhluldan geniş
istifadə olunmuşdur. İlkin memarlıq üslubunu qoruyan bu kənd hələki ənənəvi inşaat üsullarından
istifadə etməkdədir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1651
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“ KİTABİ DƏDƏ QORQUD” DASTANININ TƏDQİQAT TARİXİ
Xəyal NƏSİBOV
Gəncə Dövlət Universiteti
AZƏRBAYCAN
Azərbaycan Xalqının qədim mədəniyyət abidələrindən biri də “Kitabi Dədə Qorqud” adı ilə
məşhur olan qəhrəmanlıq dastanıdır. Xalqımızın orta əsrlər həyatında baş vermiş tarixi mədəni
hadisələrin öyrənilməsi üçün çox böyük əhəmiyyətə malik olan bu zəngin xalq yaradıcılığı məhsulu
hələ XIX əsrin əvvələrindən başlayaraq məhşur şərqşunasların diqqətini cəlb etmişdir.Əsərin ilk
nüsxəsinə XIX əsrin əvvələrində Almaniyada Drezden kitabxanasında təsadüf edilmişdir. Həmin
kitabxananın kataloqunu tərtib edən Fleyşer əlyazmanın üstündə bir qeydə əsaslanaraq əsəri XVI əsr
kataloquna daxil etmişdir.
1815-ci ildə Şərqşunas Fridrix Fon Dits həmin əlyazmanın üzünü çıxararaq Berlin kitabxanasına
gətirmiş və “Təpəgöz” boyunu alman dilinə tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. Dits həmin nəşr
münasibəti ilə yazdığı məqalədə “ Təpəgöz” boyunu Homerin “Odisseya”sı ilə müqayisə etmiş, hətta
“Odisseya”nın yaradılmasında bu boydan istifadə olunduğunu söyləməklə əsərin çox qədim olması
iddiasını irəli sürmüşdür. “Odisseya” poeması e.ə VIII əsrdə Yunanıstanda meydana gəlmişdir.
Digər Alman şərqşunası Teador Neldeke dastanı 1859-cu ildə alman dilinə tərcümə edir, lakin
çap etdirmək imkanı olmur. Həmin materialları 1892-ci ildə Almaniyada təhsil alan böyük rus
şərqşunası Bartolda verir. Bununlada bu abidə ilə tanış olan rus alimi Bartoldun böyük marağına səbəb
olur. Bartold ilk olaraq 1894-cü ildə “Duxa Qoca oğlu Dəli domrul boy”nu ruscaya tərcümə etmiş və
bu tərcüməni nəşr etdirmişdir.Akademikin bu təşəbbüsü rus şərqşunasları içərisində böyük maraq
oyatmış, digər alimlər də Tumanski, Divaev və başqaları bu dastan haqqında elmi tənqidi məqalələr
yazmışlar. Sonrakı illərdə Bartold eposun daha 3 boyunu ruscaya tərcüməsi ilə birlikdə çap etdirmişdir
Bartold yazmışdır ki,”Kitabi –Dədə Qorqud” dastanı Qafqaz mühitindən kənarda formalaşa
bilməzdi.Bartoldun bu tərcümələri 1950-ci ildə “Nizami adına ədəbiyyat və dil instutu” tərəfindən nəşr
edilmişdir.
“Kitabi Dədə Qorqud”eposu haqqında Türkiyə alimləri də tədqiqat aparmışlar. 1916-cı ildə Kilisli
Müəllim Rifət əsəri Drezden nüsxəsi əsasında ərəb əlifbası ilə nəşr etmişdir. Lakin naşir əsərin bir sıra
yerlərini oxuya bilməmiş,bəzən təhrif etmiş, bəzən də oxuya bilmədiyini göstərən xüsusi işarələr
qoymuşdur. 1938-ci ildə yenə də türk alimi Orxan Şaiq Gökyay əsəri yeni əlifbada nəşr etdirmişdir.
XX əsrin ortalarında İtaliya şərqşunası, professor Ettari Rossi bu abidənin başqa bir nüsxəsini
Vatikan kitabxanasından tapıb, 1952-ci ildə böyük bir müqqədimə ilə nəşr etmişdir. Tədqiqatçının
fikrincə Drezden nüsxəsi Azərbaycan dilinə, Vatikan nüsxəsi isə türk dilinə aiddir. Ola bilsin ki, bu
əsər İtaliyaya türklər tərəfindən aparılmışdır.
“Kitabi Dədə Qorqud” dastanı İngilislərin də maraq dairəsində olmuş, 1974 –cü ildə İngilis alimi
Cofrey Lyuns Londonda çap etdirdiyi “Dədə Qorqudun müdrikliyi” adlı müqəddimədə dastanın isla-
miyyətdən əvvəl yarandığını və dastandakı hadisələrin Azərbaycan ərazisində baş verdiyini qeyd edir.
Dünya tədqiqatçıları ilə yanaşı bir çox Azərbaycan tədqiqatçıları da “Kitabi Dədə
Qorqud”dastanının tədqiqi ilə məşğul olmuşdur. 20-ci illərin əvvələrində “Kitabi Dədə
Qorqud”dastanı ilə ilk dəfə fundamental sürətdə Əmin Abid məşğul olmuşdur.O,”Azərbaycan
türklərinin ədəbiyyat tarixi”nin I cildinin böyük bir qismini“Kitabi Dədə Qorqud” və digər
oğuznamələrə həsr etmişdir. Azərbaycan ədəbiyyatını “Əşirət dövrünə aid ən qədim vəsiqə” oğuznamə
hesab edir onun yazıya alınması, ifadə etdiyi geniş tarixi informasiya, dastanın boyları və obrazları,
bədii poetik səciyyəsi haqqında maraqlı mülahizələr irəli sürür.
30-cu illərin ədəbiyyatşunasları “Kitabi Dədə Qorqud” dastanlarından bu və ya başqa dərəcədə
bəhs etmişlər. “Kitabi Dədə Qorqud” görkəmli dilçi, ədəbiyyatşunas və türkoloq Bəkir Çobanzadənin
diqqət mərkəzində olmuş,o,dastanları yüksək qiymətləndirmişdir. Təəssüf ki, “Kitabi Dədə Qorqud”
haqqında yazdığı elmi əsər indiyədək tapılmamışdır.
Ümumiyyətlə 30-cu illər “Kitabi Dədə Qorqud” dastanlarına maraqın artdığı dövrdür. Şair və
müəllim Ə.Sultanzadə Ədəbiyyat qəzetinə göndərdiyi məktubda təklif edirdi ki, “Kitabi Dədə
Qorqud” şifahi deyil, yazılı ədəbiyyatımızın ilk abidəsi və tarixi şəxsiyyətin ədəbi irsi hesab
edilməlidir.
|