Conference committees conference chairs c


ÜMUMDÜNYA NEFT HASİLATI VƏ AZƏRBAYCAN RESPUBLİKASININ



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə173/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   169   170   171   172   173   174   175   176   ...   189

ÜMUMDÜNYA NEFT HASİLATI VƏ AZƏRBAYCAN RESPUBLİKASININ 

XƏZƏR DƏNİZİNDƏKİ KARBOHİDROGEN EHTİYYATLARI 

 

A.T. HÜSEYNOV 

A.Bakıxanov adına Tarix institutu 

hato1976@mail.ru 

AZƏRBAYCAN 

 

Yer  kürəsinin  təbii  ehtiyatları  müxtəlif  və  rəngarəngdir.  Bura  enerji,  torpaq,  su,  meşə,  bioloji 



(bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar böyük rola malikdir. Mineral 

ehtiyatların  istehsalı  və  istehlakı  beynəlxalq  əmək  bölgüsü  vasitəsi  ilə  bütün  dünya  ölkələrini  əhatə 

edir.  Geoloji  proqnoza  görə  mineral  yanacağın  həcmi  12.5  trln.  ton  təşkil  edir.  Bu  ehtiyatlar  kömür 

(60%), neft və qaz (27%) və eləcə də yanar şist və torfdan ibarətdir.. Dünya miqyasında kəşfi məlum 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1643

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

olan neft ehtiyatı 90-cı illərdə 270-350 mlrd ton (proqnoza görə isə 800 mlrd ton) qiymətləndirilir. İldə 

orta hesabla 3.0 mlrd ton neft çıxarılır.  Dünya üzrə neft və qaz çıxarılmasının 40%-ə qədəri  (OPEK)* 

neft ixrac edən ölkələrin payına düşür. Son hesablamalara neft ehtiyatları 1 trilyon 637 milyard barrelə 

çatıb. Bu da o deməkdir ki, ən azı 2062-ci ilə qədər dünyada neft ehtiyatı var. 

Neft resursları bol olan ölkələri ehtiyatların miqdarına görə 4 qrupda toplamaq olar: 1. Küveyt, 

BƏƏ və Səudiyyə Ərəbistanı daxildir ki, bu ölkələr üzrə ümumi neft ehtiyatı 61,7 mlrd. ton. təbii qaz 

ehtiyatı  isə  12,8  trln.  m3-dur.  2.  İraq,  Rusiya,  Azərbaycan,  Türkmənistan,  Norveç  daxildir  ki,  bu 

ölkələr  üzrə neft ehtiyatı  təxminən  30  mlrd.  ton. təbii  qaz  ehtiyatı isə  60  trln. m3-  dur.  3.  Meksika, 

Özbəkistan,  Nigeriya,  Kanada  ABŞ,  Böyük  Britaniya,  (ümumi  neft  ehtiyatı  təxminən  16  mlrd.  ton. 

təbii qaz ehtiyatı isə 16 trln. m3). 4.  İndoneziya, Braziliya, Çin, Perunu daxil etmək olar. (ümumi neft 

ehtiyatı təxminən 5 mlrd. ton. təbii qaz ehtiyatı isə 4 trln. m3). 

 

Ölkə  Sübut edilmiş neft ehtiyatları, mlrd. ton  Dünya ehtiyatlarında xüsusi çəki, % 



1 

Venesuela 



46,6 

17,7 

2 

Səudiyyə Ərəbistanı  



36,5 

15,8 

3 

Kanada 


28,1 

10,3 

4 

İran 


21,6 

9,3 

5 

İraq 


20,2 

8,9 

6 

Küveyt  


14,0 

6,0 

7 

BƏƏ 


13,0 

5,8 

8 

Rusiya 


12,7 

5,5 

9 

ABŞ 


5,4 

2,6 

10 

Qazaxıstan 



3,9 

1,8 

 

Ən böyük ehtiyatları Yaxın Şərq ölkələrindədir.  Burada dünyadakı neft ehtiyatlarının 47,9%-i və 



ya 109,4 mlrd. ton neft cəmlənib.  

2002-ci  ildə  dünyada  neft  istehsalı  4,3  milyard  tondan  çox  olmuşdur.  Dünyada  təqribən  28-30 

min neft yatağı məlumdur. Bunların 15-20% neft-qaz yatağıdır. Kiçik neft yataqları ilə yanaşı ehtiyatı 

0,5  milyard  tondan  çox  olan  nəhəng  yataqlarda  var.  Ən  nəhəng  neft  yataqları  Qavar  (Səudiyyə 

Ərəbistanı) və Əl-Burqan (Küvyet) neft yataqlarıdır. Bu iki yatağın ehtiyyatı kəşf edilmiş dünya neft 

ehtiyyatlarının 20%-dən çoxdur



.

                 

Son  dövrlərdə  neft  istehlakında  da  ciddi  artım  müşahidə  olunmuşdur.  Belə  ki,  2003-cü  ildə 

dünyada neft istehlakı 3,6 mlrd. ton təşkil etmişdir ki, bu da son 10 ildə istehlakın 500 mln. ton və 

yaxud 14 faiz artdığını göstərir. Keçən əsrdə yerin təkindən 130 mlrd. ton neft çıxarılmışdır və 2020-ci 

ildə  illik  neft  istehlakının  5,3  mlrd.  tona  çatacağı  proqnozlaşdırılır.  Hazırda  dünyada  təxminən 

gündəlik 11-12 milyon barel neft hasil olunur. Neftin istehlak payı da artaraq istehsalla uzlaşır. Müasir 

dövrdə neft istehlakında ABŞ (21,7 faiz), Çin (10,4 faiz), Yaponiya (5,1 faiz) əsas yerləri tutur.  Qeyd 

olunmalıdır  ki,  son  dövrdə  neft  istehlakındakı  ümumi  artışda  Çin  əsas  pay  sahibidir  Dünyada  neft 

ixracının təxminən 17 faizini Səudiyyə Ərəbistanı, 10 faizini Rusiya, 7 faizini Norveç, qalan hissəsini 

isə hər birinə 5-7 faiz olmaqla İran, İraq, Venesuela, Nigeriya, BƏƏ və Meksika gerçəkləşdirir.Bir sıra 

ölkələr  külli  miqdarda  neft  ehtiyatlarına  malik  olsalarda  yüksək  iqtisadi  nəticələr  əldə  edə 

bilmirlər.Meksika,Venesuela,İndoneziya,Nigeriya  kimi  ölkələr  ÜDM-in  adambaşına  düşən  payına 

görə Qərbi Avropanın kiçik dövlətləri olan Lüksenburq və İslandiyadan bir neçə dəfə geri qalır130 

ildən  artıq  sənaye  üsulu  ilə  neft  hasil  edən  Azərbaycan  Respublikası  üçün  də  belə  bir  vəziyyət 

xarakterik  ola  bilər.Növbəti  20  il  ərzində  neftə  olan  təlabat  32%  artacaq.2010-cu  ildə  bu  1,3  defe 

artmışdır. 

Azərbaycan Respublikası 5 milyard tona yaxın neft və 5-6 triliyon kubmetr qaz ehtiyyatları dünya 

enerji  ehtiyyatlarının  təxminən  4  %-ni  təşkil  edir.Azərbaycan  Republikasında  sənaye  üsulu  ilə  neft 

hasilatı XIX-cu əsrin ortalarından başlanılmışdır (1847-ci ildən) və bu günədək 1,392 miliyon ton neft 

çıxarılmışdır.Aşkar  edilmiş  68  neft-qaz  yataqlarından  42-si  quruda,26-sı  dənizdədir.  1990-cı  ilin 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1644

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

əvvəllərinə qədər Sabunçu regionunda Bakı neftinin 35%-i, Bibiheybət vilayətində isə 28%-i istehsal 

edilirdi. 

1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” adını almış müqavilə  bağlandı. Dənizin 

dərinliyində  yerləşən  “Azəri”(sahildən  113km  aralı),  “Çıraq”(94km),  “Günəşli”(82km)   yataqlarının 

işlənilməsi və məhsulun pay bölgüsü haqqında  ümumi investisiya məbləği 7,4 milyard ABŞ dolları 

olan müqavilə dəniz yatağının 30 il müddətinə işlənməsi üçün nəzərdə tutulmuşdur. Yataqların ümumi 

ehtiyatları 4milyard barel neft və 55 milyard kub metr qaz olması bildirilsədə, sonradan 2009-cu ildə 

BP  şirkəti  3  yataqda  ehtimal  olunan  ehtiyatların  5,7  mlrd.  barel  həcmində  dəyərləndirdi.  “Əsrin 

müqaviləsi”ndə 8 ölkədən 13 şirkət iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft 

şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı. Azərbaycan Respublikası dünyanın 33 ölkəsinə neft 

və neft məhsulları ixrac edir. BTC işə düşəndən indiyədək Azərbaycan beynəlxalq bazarlara təxminən 

260 milyon ton neft ixrac edib. 

2010-cu ilin sonlarında Azərbaycanda sübut edilmiş 7 mlrd. barel ehtiyat var idi, bu da dünyada 

mövcud olan bütün ehtiyatların 0,5 faizini təşkil edir. 2001-2002-ci illərdə bu rəqəm birdən-birə 1,2 

milyarddan 7 milyarda sıçrayıb. Xəzər dənizindəki ehtiyatlar miqyasına görə Fars körfəzindən sonra 

ikinci  yeri  tutur.  Məsələn,  1997-ci  ildə  ABŞ  Dövlət  Departamentinin  məruzəsində  yer  alan 

qiymətləndirmələrə görə, təkcə Azərbaycanda 3,6 mlrd. barelə yaxın neft olduğu deyilirdi, lakin dövlət 

neft  şirkəti SOKAR-ın  məlumatına  görə,  bu  rəqəm  yüksək  –  40  mlrd.  barelə  yaxındır.  2010-cu  ildə 

Azərbaycan gündə 1037 min barel neft çıxarırdı ki, bu da 2009-cu ildəki rəqəmlərlə müqayisədə və 

ümumi dünya istehsalının 1,3%-i olduğunu nəzərə almaqla, 0,5 faiz çoxdur. Bu məlumatlara görə, ən 

aşağı  istehsal  templəri  1997-ci  ildə  qeydə  alınıb  (gündə  182  000  barel),  bundan  sonra  istehsal 

göstəriciləri ildən ilə artmağa başlayıb. 

Bu  sektora qaçılmaz  olan irimiqyaslı investisiyalar,  ilk  növbədə Şahdəniz qaz  layihəsinin ikinci 

mərhələsinə 20 milyard investisiya növbəti 10 il ərzində istehsalın artımına səbəb ola bilər. 2010-cu 

ilin  sonlarında  Azərbaycanın qaz  ehtiyyatları  1,3  trilyon  kub  metr  təşkil  edib  ki,  bu  da  dünyadakı 

bütün ehtiyatların 0,7%-nə bərabərdir. Həmin ildə Azərbaycan Respublikasında təxminən 15100 mln. 

kubmetr (mlrd. kubmetr), əvvəlki illə müqayisədə 2,2 faiz çox qaz çıxarılıb və bu dünya istehsalının 

0,5%-ni  təşkil  edir.Azərbaycanda “Şahdəniz” yatağı  dünyanın  hər  yerində  30  trilyon  kubmetr  futdan 

çox qaz olan ən böyük qaz-kondensat yataqlarından biridir. 

        

 

QIZILBAŞLAR KİMDİR 



 

Günel RƏHİMLİ 

Bakı Dövlət Universiteti 



gunelrahimli1@gmail.com 

AZƏRBAYCAN 



 

Bütün  tarixi  dövrləri  incələdiyimiz  zaman  görürük  ki,  bir  çox  güclü  dövlətlər  yeni  fikrə  inam 

bəsləyən,  güclü  rəhbərə  bağlı,  daha  firavan  həyat  uğrunda  ayağa  qalxan  kütlələrin  mübarizəsi 

nəticəsində  yaranmışdır.  Əgər  hərəkata  arxa  dayaq  olan  qüvvələr  güclüdürsə  və  doğru  zamanda  və 

doğru  liderlə  mübarizə  başlamışsa,    mövcud  şərait  də  uyğundursa  mübarizə  çox  vaxt  uğur 

qazanırdı.Qızılbaş ideologiyasına içdən inanaraq mübarizəyə başlayan Səfəvi müridlərinin də doğru və 

uyğun zamanda güclü rəhbərlə hərəkət etmələrinin nəticəsi olaraq  Səfəvilər dövlətini yarada bildilər. 

Bu məqaləmizdə Qızılbaş kimliyini, ideologiyaya bağlı tayfalları araşdırmağa çalışacayıq. 

Qızılbaş dedikdə Şeyx Səfiyəddin İshaq tərəfindən əsası qoyulan Səfəvi təriqətinə bağlı müridlər 

nəzərdə  tutulur.  Sufi  dərviş  təriqətinin  bir  qolu  olaraq  yaranan  Səfəvi  təriqəti,  sonradan  ideoloji 

istiqamətini şiəliyə doğru dəyişdi. Bu ideologiyaya bağlı olan müridlər Şeyx Heydərin təriqətin başına 

keçəsindən sonra xüsusi bir ad altında -  qızılbaş adı altında birləşdilər. Qızılbaş adının ortaya çıxması 

haqqında  dövrün  tarixçisi  İsgəndər  bəy  Münşi  geniş  məlumat  vermişdir.  O,  yazir  ki,  bir  gecə  Şeyx 

Heydər  sonradan  həqiqətə  çevrilən  bir  yuxu  görür.  Qeyb  aləminin  xəbər  gətirənləri  onun  öhdəsinə 

qoyurlar  ki,  o  gərək  on  iki  imam  əlaməti  olan  qırmızı  zolaqlı  bir  papaqla  öz  tərəfdarlarının  başını 

bəzəyə. Bu yuxunu gördükdən sonra Şeyx başına şadimanlıq papağı qoyur və o vaxtlarda dəbdə olan 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1645

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

türkman papağını on iki zolaqlı "Heydər papağı" ("tərəke-Heydəri") əvəz edir. Şeyxin arxasınca gedən 

və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe olurlar. Həmin vaxtdan xanədanın bütün üzvləri 

o dəyərli papağı başlarına qoymaqla başqalarından seçilirlər. Elə buna görə də, o şanşöhrətli adamlar 

"qızılbaş" ifadəsi ilə məşhur oldular. Tarixçi Wolter Hinz bu məsələ haqqında yazır ki, peyğəmbərlə 

qan  bağlılığı  səbəbi  ilə  yalnız  bu  12  imam  onun  sələfləri  sayıldığından  adları  12  dilimin  üzərində 

işlənmişdir.  Fəzlullah  ibn  Ruzbihan  Şeyx  Heydərin  bu  dəyişikliyi  etməsində  məqsədinin  öz 

müridlərini digər təriqətlərin müridlərindən fərqləndirmək olduğunu yazır.  

 

Şeyxlərinə  möhkəm  bağlı  olan  Səfəvi  müridləri  həmin  vaxtan  etibarən  bu  papağı  sevə  sevə 



başlarına  qoyurdular  və  zamanla  qızılbaş  adlanmağa  başladılar.  Şeyx  Heydər  öz  müridlərinin  təkcə 

geyim  kecimində  dəyişiklik  etməklə  kifayətlənmədi,  həmçinin  öz  müridlərindən  ibaret  mütəşəkkir 

ordu hissələri yaratmağa başladı. Həmin qızılbaş ordusu  Şeyxlərinin hər sözünü ilahi ifadə kimi qəbul 

edir,  başçiları  və  idealları  üçün  heç  çəkinmədən  canlarını  qurban  verməyə  hazır  idi.  Şərq  tarixinin 

araşdırmaçısı  Petruşevski  yazır  ki,  Şeyx  Heydər  zamanından  Qızılbaş  qaziləri  döyüşə  girərkən 

Azərbaycan  dilində  "  ey  mənim  rəhbərim  və  mürşidim  sənin  uğrunda  qurban  gedirəm"  sözlərini 

söyləməyə başladılar.  Qızılbaşların rəhbərlərinə bağliliği haqqında Türk tarixçisi Faruk Sümər o dövr 

Osmanlı qaynaqlarına istinad edərək yazır ki, Şeyx Heydər zamanında Anadoludakı təriqət mənsubları 

çoxalmış  və  onlar  nəzir  və  hədiyyələrlə  dərgahı  ziyarət  etməyə  etməyə  başlamışlar.  Hətta  bu  qədər 

zəhmət  çəkib  Mədinəyə  gedib  həzrəti  peyğəmbərin  türbəsini  ziyarət  etmələrini  tövsiyyə  edən 

qonşularına  "biz  ölünü  deyil,  diriyə  gedərik"  cavabını  verirdilər.  Faruk  Sümər  onu  da  qeyd  edir  ki, 

qızılbaş  türklər  Şeyxləri  və  şahları  uğrunda  hər  cür  fədakarlığa  sevə  -  sevə  qatlaşmaqda  idilər.  Bu 

xüsusiyyət  dövlətin  qurulmasında  və  yaşaya  bilməsində  çox  mühüm  amillərdən  biri  olmuşdur. 

Süleyman Əliyarlı da qızılbaş hərəkatının dövlətin yaranmasında əhəmiyyətindən bəhs edərkən yazır 

ki, "Səfəvilər dövlətinin qurulması bir sıra daxili amillər, o sıradan Azərbaycan və bəzi qonşu ölkələri 

burumuş  qızılbaş  hərəkatı  sayəsində  yaranmışdı.  Bu  hərəkat  ideoloji  baxımdan,  şahlıq  uğrunda 

mübarizə üçün uyğunlaşdırılmış şiəlik bidətçiliyi bayrağı altında çıxış etmişdi". 

Qızılbaş  hərəkatını  uzun  müddət  ayaqda  diri  tutan  da  onların  inancı  olmuşdur.  3  dəfə  döyüşdə 

rəhbərini itirdiyi halda hərəkatın dağılmamasının səbəbi də elə bu güclü inanc idi. Seyvoriyə görə 3 

təməl element bu ideologiyanı dinamik saxlamışdır. 

1.

 

Səfəvi  təriqətində,  Sufi  disiplinində  müridlərin  təriqət  liderinə  şərtsiz  itaətinin  məcbur 



sayılması. 

2.

 



Müridlərin  Şeyxi  Allahın  yaşayan  üzü  kimi  görmələri  və  onu  müqəddəs  hesab  etmələri. 

Cüneyd dövründə müridləri açıqca onu Allah və onun oğlu olaraq adlandırırdılar. 

3.

 

Bu  element  Səfəvilər  dövlətinin  qurulmasından  sonra  böyük  önəm  daşıdı.  Onların  iddiasına 



görə Şeyx 12 imamın, Mehdinin yer üzündəki təmsilçiləri idilər. 

Bəs Qızılbaş ideologiyadı kimlər və hansı tayfalar arasında yayılmışdı. Bu haqda dövrün bir çox 

mənbələrində  məlumatlar  verilmiş,  əsərlər  yazılmışdır.  Günümüzdə  də  bu  mövzuda  araşdərmalar 

aparılmaqdadır. Maraqlısı orasındadır ki, təriqətin mərkəzi Ərdəbildə olsa da qızılbaş ideologiyası ən 

çox  Şərqi  Anadoludakı  tayfalar  arasında  yayılmışdı.  Bu  bir  çox  amillərə  bağlı  idi.  Aləm-arayi 

Abbasiyə  görə  Teymur  Osmanlı  səfərindən  qayıdarkən  40  min  Anadolu  türk  ailəsini  də  özü  ilə 

aparmış,  ölkəsinə  gedərkən  Ərdəbil  dərgahında  Şeyx  Xacə  Əlini  ziyarət  etmiş,  onun  istəyi  ilə  bu 

ailələri azad etmiş və şeyxin himayəsinə vermişdir .  Bu hadisədən sonra ailələrin bəziləri geri qayıtsa 

da  bəziləri  də  dərgahda  təriqətə  qulluq  etmişlər.Geri  qayıdanlar  isə  içlərindəki  təriqət  sevgisini 

yaymağa başlamışlar. Bu da müəyyən mənada ideologiyanın Anadolu tayfaları arasında yayılmasına 

təsir  edən  amillərdən  biridir.  Faruk  Sümərə  görə,  II  Bəyazidin  siyasi  fəaliyətindəki  uğursuzluq  da 

qızılbaş  ideologiyasının  Anadoluda  yayılmasına  rəvac  verən  amillərdən  biridir.  Anton  Cozef  Dierl 

"Anadolu Aleviliyi" kitabında Qızılbaş ideologiyasının Anadoluda yayılmasının səbəbini Cüneyd və 

Heydərin  Şərqi  Anadoludakı  fəaliyyətləri  ilə  əlaqələndirir.  Cüneydin  Ərdəbildən  ayrıldıqdan  sonra 

Anadoluya yönəldiyini və öz təbliğatı ilə buradakı qızılbaş müridlərinin sayını artırdığını yazır. 

 

Müəllifi məlum olmayan "Tarixi Qızılbaşan" adlı mənbə qızılbaş ideologiyasına qulluq edən 



tayfalar  və  onların  nümayəndələri  haqqında  məlumat  verir.  Mənbədə  Anadolu,  Suriya,  İraq,  İran, 

Azərbaycan  ərazisində  yaşayan  bir  sıra  tayfaların-  Şamlı,  Rumlu,  Qacar,  Təkəli,  Türkman,  Əfşar, 

Ustaclı,  Qaramanlı,  Bayramlı,  Varsax  və  bir  neçə  digər  tayfaların  adı  çəkilir.  Səfəvilər  dövrünün 

araşdırmaçısı  Oktay  Əfəndiyevin  "Azərbaycan  Səfəvilər  dövləti"  kitabında      Qızılbaş  tayfaları 

içərisində Rumlu sufi tayfalarının və Şamlı, Varsax, Qacar, Qaramanlı tayfalarının adı verilmişdir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1646

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

 

Süleyman  Əliyarlının  qeyd  etdiyi  kimi:  "sözün  əsl  mənasında  bu  dövlətin  yaranmasına  arxa 



olmuş  sosial  zümrələr  çox  idi.  Onlar  soy  baxımından  deyil,  həm  də  sosial  baxımdan  çoxçeşidli  bir 

kütlə  yaratmış  idilər.  Xətainin  aşağıdakı  beyti  deyilənlərə  örnək  sayıla  bilər  "Şahın  övladına  iqrar 

edənlər əxilər, qazilər abdallar oldu" ". 

 

Qızılbaşlıq  və  bu  ideologiyaya  qulluq  edən  qızılbaş  tayfaların  uzun  sürən  mübarizəsinin 



nəticəsi olaraq  tarixdən  dərin  izlər  buraxmış  və  200 ildən  artıq  bir  hökm  sürmüş  Səfəvilər  dövlətini 

yarandı. Müasir dövrümüzdə də Səfəvilər və Qızılbaş mövzusu öz aktuallığıni ilə seçilir. 

 

 

ОБ АНТИЧНЫХ ПАМЯТНИКАХ НА ТЕРРИТОРИИ 



АГДЖАБЕДИНСКОГО РАЙОНА 

 

Гюлана АЛИЕВА 

Института Археологии и Этнографии НАНА 



gulanahuseynova@gmail.com 

АЗЕРБАЙДЖАН 



 

Территория  Агджабединского  района  насыщена  многочисленными  археологическими 

памятниками  различных  исторических  эпох,  значительная  часть  которых  относится  к 

античному периоду. В результате разведочных работ и археологических исследований в разные 

времена  были  выявлены  античные  поселения  и  могильники,  которые  имеют  научно-

историческую  ценность  для  изучения  истории  и  культуры  Кавказской  Албании.  Среди  них 

необходимо  указать  такие  памятники,  как  городища  Галатепе,  Тойретепе  и  их  некрополи, 

поселение  сельского  типа  Гурдтепе,  могильники Гаракобар  и  Гиямадинли.  Проведем  краткий 

обзор степени изученности перечисленных памятников.  

Галатепе. Общая площадь городища Галатепе составляет около 26 га. Он расположен на 

естественной возвышенности с относительно ровной поверхностью. С северо-востока памятник 

окружен Гявурархом, с северо-запада широким руслом Гаргарчая, со стороны которой высота 

холма достигает более 20 м. С других сторон Галатепе окружен рвом.  

Изучение  памятника  началось  с  конца  ХIХ  века,  после  того,  как  в  1895  году  учитель 

Шушинской  Реальной  школы,  немец  Э.  Реслер  обнаружил  и  зафиксировал  в  4  км  к  северо-

западу  от  селения  Салманбейли  следы  обширного  некрополя  с  погребениями  в  кувшинах.  В 

1927  г.    А.К.Алекперовым  были  проведены  раскопки  вблизи  Галатепе,  в  результате  которых 

было  исследовано  несколько  кувшинных  захоронений.  Итоги  раскопок  были  изданы  в 

фундаментальном  труде,  где  было  доказано  существование  в  Галатепе  поселения 

раннеантичного периода.  

В  1974  г.  Ф.Османов  заложил  здесь  разведочный  шурф  и  обнаружил  следы    гончарной 

печи,  а  также  образцы  архаичной  (энеолитической  и  раннебронзовой),  античной  и 

раннесредневековой керамики, в результате чего предположил, что жизнь здесь продолжалась с 

энеолитического периода  до  средневековья. 

В  2008  году  Мильско-Гарабагская  археологическая  экспедиция  во  главе  с  Т.Алиевым 

приступила  к  стационарным  раскопкам  в  многослойном  поселении  Галатепе.  В  верхнем  слое 

памятника, толщиной 0,7 м. и относящемся к средним векам, были выявлены редкие образцы 

керамики IX-XII вв, аналогичные с керамикой городища Оренкала, строительные материалы из 

обожженного  кирпича,  а  также  часть    пола,    на  глубине  65-70  см.  После  очищения  верхнего  

культурного    слоя  были  обнаружены  остатки    крепостных  стен    из    сырцового    кирпича 

размеры которых достигают 55-58 x 46-47 x 16-19 см.  Выявлены  остатки комнаты площадью 

56 кв.м., часть улицы, контрофос и др. Высота стен комнаты из 32 рядов  кладки  достигает 5,7 

метров, а ширина - 1,5 метров. Под основаниями стен был обнаружен новый культурный слой, 

относящийся  к  более  раннему  периоду  античности  (конец  I  тысячилетия  до  н.э.).  Этот  слой 

насыщен толстым слоем пепла, следами очагов и пожара.  

Большой интерес представила выявленная на глубине 8 метров известковая база колонны 

торовидной  формы.  Ее  поверхность  долгое  время  использовалась  как  место  для  очага.  Пол 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1647

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

вокруг базы колонны был обмазан глинистым раствором, который под воздействием сильного 

огня получил керамические оттенки. Образец угля был отправлен в Берлин, где был установлен 

возраст памятника. Радиоуглеродный анализ датировал его рубежом двух эр - 40 гг. до н.э. - 70 

гг.н.э.  

Особенность  Галатепе  состоит  в  том,  что  восточнее  от  него,  на  противоположной  части 

Гявурарха находится большой некрополь, площадью 5 га. На территории, площадью 170 кв.м. 

были  открыты  14  кувшинных  и  3  грунтовых  погребений.  Сравнительный  анализ 

археологических материалов дает основание датировать некрополь Галатепе III в. до н. э. - II-III 

вв. н.э. 

Гурдтепе. Поселение расположено на левой стороне Гявурарха, в селе Аран. Оно округлой 

формы,  диаметром  110  м,  высотой  1,7  м.  Еще  в  1976  г.  в  120  метрах  от  Гурдтепе  был 

обнаружен  большой  хозяйственный  кувшин,  свидетельствующий  о  том,  что  памятник  в 

древности  занимал  большую  территорию.  В  результате  раскопок  канала  вблизи  памятника 

были обнаружены две каменные базы колонн. 

Наряду  с  керамическими  изделиями  средневековья  в  Гурдтепе  были  обнаружены  и 

материалы, относящиеся ко второй половине I тысячелетия до н.э., что дает основание считать 

этот памятник многослойным. Нижний слой памятника аналогичен с нижним слоем Гаратепе. 

К сожалению интенсивные раскопки здесь не проводились и все обнаруженные находки были 

случайными. 



Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin