The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---11---
həm də bu sahədə müəyyən işlər görülürdü. Bəkir Çobanzadə ədəbiyyat tarixçisinin qarşısında duran vəzifələri
belə müəyyənləşdirirdi:
"Ədəbiyyat tarixçisi müəyyən dövrdəki ədəbi cərəyanları, ədəbi zövq və üslubları və bunların sinfi münasibətlərlə əlaqəsini meydana çıxarmaq yolunda çarpışır. O, həqiqi həyatı, ölmüş, bitmiş deyil, bəlkə müəyyən dövrün həqiqi həyatını o zamanın şair və sənətkarlarının necə gördüklərini, necə təsəvvür etdiklə- rini əvvala göstərməyə, sonra izah etməyə çalışır" (Çobanzadə, 2007:344).
20-ci illər ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Əmin Abid ədəbiyyat tarixinin yazılması məsələsinə
xüsusi əhəmiyyət vermişdir. Türkiyədə Azərbaycan ziyalısının üzərinə düşdüyü iki böyük missiyanı həyata
keçirməyə çalışırdı: birincisi, xüsusi olaraq "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini yazmaq, ikincisi,
Azərbaycan mühacirlərinin içərisində vətənin müstəqilliyi və istiqlalı amalını yaşatmaq. O, Azərbaycan ədəbiyyatı
tarixinin yazılması zəruriliyini dərk edən və bu istiqamətdə sistemli araşdırmalar aparanlardan biridir. Onun əldə
olan ədəbiyyat tarixi materialları nəzəri fikirlərində irəli sürdüyü konsepsiyaya uyğun şəkildə yazılmışdı. Əlimizdə
olan ədəbiyyat tarixi materialları sistemlilik, ardıcılllıq, elmilik baxımından Avropa metodlu ədəbiyyat tarixinin
tələblərinə cavab verir. Ədəbiyyat tarixi ilə yanaşı ədəbi tənqid və ədəbiyyatşünaslıq məsələləri ilə də məşğul
olurdu. Çünki ədəbiyyatşünaslıq və ədəbi tənqid mövcud ədəbi materialları sistemləşdirir, onu elmi istiqamət və
mərhələlərə ayırır, qiymət verir, eyni zamanda çağdaş ədəbiyyatın qarşısında duran vəzifələri müəyyənləşdirir.
Bugünkü ədəbi tənqid sabahkı ədəbiyyat tarixinin istinad etdiyi ən etibarlı mənbələrdən olur. Bu mənada
Əmin Abidin bir çox fikirləri onun ədəbiyyat tarixi ilə bağlı müəyyən təsəvvürə və konsepsiyaya malik olduğunu
göstərir. Ədəbiyyat tarixinin yazılmasını zəruri və məsuliyyətli bir iş hesab etmiş, məqalə və araşdırmalarında bu
elmi prinsipi mümkün qədər gözləməyə çalışmışdır.
Bu cəhətdən İstanbul orta məktəb müəllimlərindən olan Rafət Evenin "Azərbaycan şairləri" ("Türk yurdu"
məcmuəsi, 1341, Eylul və Təşrini əvvəl nüsxələri) məqalələrindəki metodoloji səhvləri ilə bağlı fikirlərini
göstərmək olar. Əsasən "Riyazül-aşiqin" və "Təzkireyi Nəvvab" mənbələrindən istifadə edən müəllifin ədəbiyyat
tarixi haqqında söz demək, fikir söyləmək cəhdi Əmin Abidin sərt tənqidi ilə qarşılanır. Əmin Abid yazırdı:
"Me- tod bilmədigi və məlumatı olmadığı halda bir ədəbiyyat tarixi yazmaq qəbul olacağını zənn edəcək dərəcədə za- vallı olan bu müəllim Xorasandan Bayburda qədər geniş bir ərazi tutan ləhcəmizi və dolayısı ilə ədəbiyyatımızı çox kiçildərək "Qarabağ, Şirvan, Şəki" olmaq üzrə üç yerə ayırıb. Məqalələrdə Vidadi, Vaqif, Ağabəyim ağadan gayət ibtidai bir surətdə bəhs ediliyor. Uzaqlarda oturub da bir qaç kitab oxumaqla bir millətin ədəbiyyat tarixi yazılmayacağı fikrini bu hərəkət də bütün gülünclüyü ilə göstəriyor" (Əmin, 2016: 51).
Əmin Abidin düşüncəsinə görə ədəbiyyat tarixinin yazılmasında ciddilik və məsuliyyətlilik əsas
şərtlərdəndir. Ədəbiyyat tarixi hər hansı bir ədəbi prosesin inştirakçısı olaraq bu ədəbiyyata xüsusi metodoloji
yanaşma ilə sistemli şəkildə araşdırıla bilər. Türkiyədən Azərbaycanda dərs deməyə dəvət edilən İsmayıl Hikmətin
"Azərbaycan ədəbiyyatı tarixi" adlı əsəri barədə yazdığı "Azərbaycan ədəbiyyatı tarixi ərafında" və tənqidçi Əli
Nazimin "Azərbaycan ədəbiyyatı" məqaləsi haqqında "Zərərli tənqidlər", eləcə də "Ədəbiyyat və elm"
məqalələrində ədəbiyyat tarixinin yazılmasının metodoloji elmi prinsiplərini aydınlaşdırmağa çalışır.
Özünün ədəbiyyat tarixi çoxcildliyi nəşrini gözləyərkən İsmayıl Hikmətin ədəbiyyat tarixi haqqında
fikirlərində problemə hərtərəfli yeni metodoloji meyarlarla baxır. Əsəri geniş təhlil edən ədəbiyyatşünas onun
qiymətini verməklə yanaşı, qüsurlarını da göstərir. Onun fikrincə, İsmayıl Hikmətin əsərində Qaraqoyunlu
zamanında feodalların bir-birilə etdiyi müharibə Qaraqoyunlu zamanınındakı "ədəbi yaradıcılığın iqtisadi və ic-
timai səbəblərini" təyin edəməmişdir
. Halbuki, "Azərbaycan türklərinin ədəbiyyatını doğru öyrənə bilmək üçün təhlilləri mühəqqəq onların müəyyən istehsal şəraiti üzərində qurduqları ictimai həyatın tarixi ilə bərabər yürütmək lazımdır" (Əmin, 1929:46, sayı 1).
Əmin Abidin bu əsərə iradları çoxdur, ancaq əsas iradlarından biri əsərin mahiyyətcə "...təzkirəçiliyi"
keçməkdə çətinlik çəkməsidir ki, bu da ədəbiyyat tarixinin yazılması üçün çox ciddi faktordur. Əmin Abid
feodalizm dövrünün "ədəbiyyat tarixi" olan təzkirəçiliyə pis baxmır, sadəcə olaraq indiki zamanda onun müasir
ədəbiyyat tarixçiliyi konsepsiyasına uyğun gəlmirdi və Avropa ədəbiyyatşünaslığının inkişaf etdiyi bir dövrdə
təzkirəçilikdən çıxmağın yollarını arayırdı.
Onun ədəbiyyat tarixçiliyi təfəkküründə yeni metodoloji meyillər başlıca yer tuturdu. Doğrudur, bunu
çox zaman marksist metodologiya ifadəsi ilə qeyd edirdi. Elə İsmayıl Hikmətin ədəbiyyat tarixini
dəyərləndirərkən bu termindən istifadə edir. Bunu nəzərdə tutan ədəbiyyatşünas Nizaməddin Şəmsizadə yazır:
"Cəmiyyətin şəxsiyyət, tarixin təfəkkür üzərində təsir problemini həlledici amil, ədəbi-tarixi inkişafın hərəkətverici qüvvəsi hesab etmək meyli Əmin Abidin yaradıcılığında əsas yer tutan ədəbiyyat tarixi konsepsiyası üçün də çıxış nöqtəsi olmuşdur. Məhz bu, ədəbiyyat tarixçisi kimi Əmin Abidin iş üsulunu da, araşdırmalarını da müasirlərindən fərqləndirirdi" (Şəmsizadə, 1998:127). Əmin Abidin "Zərərli tənqidlər"
məqaləsində isə Əli Nazimin "Azərbaycan ədəbiyyatı" araşdırmaına münasibət bildirərək yanlışlıqları 16