The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"
The 25
th
of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye
---10---
AMIN ABID GULTEKIN – 125 / AMİN ABİD GÜLTEKİN / ƏMİN ABİD GÜLTƏKİN - 125
ƏMİN ABİDİN ƏDƏBİYYAT TARİXÇİLİYİ KONSEPSİYASI VƏ ƏDƏBİYYAT TARİXLƏRİ
Bədirxan Əhmədli
Prof.Dr.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
20-ci yüzilin 20-30-cu illərində ictimai-siyası həyatda olduğu kimi, ədəbi mühitində də bir dəyişmə baş
verdi. Ədəbiyyat tarixi, dilçilik, tarixşünaslıq və b. sahələrdə Avropa metodlarının mənimsənilməsinə meyil
artdı. Ədəbiyyatımızın tarixi inkişafı ilə bağlı bir çox fakt və hadisələrin araşdırılması, klassiklərin yaradıcılığı
haqqında məqalələrin, ədəbiyyat tarixlərinin yazılması, ədəbi dövrləşdirmənin aparılması, nəhayət elmi-nəzəri
konsepsiyaların yaradılması məhz bu illərdə baş verdi
1
. Ədəbiyyatşünaslığın bir neçə istiqamətində eyni vaxtda
iş aparılımağa başlandı. Yəni yazıçı və şairlərimizin, filosoflarımızın ömür yolları, əsərlərinin yaranma tarixi
öyrənilməklə, əsərlərin ideya-estetik mayiyyəti təhlil edilməklə yanaşı, ədəbiyyat tarixini bir sistem halına
salmaq, ədəbiyyat tarixini formalaşdırmaqda da önəmli işlər görülürdü.
Firudin Köçərlinin bu illərdə çap olunmuş "Literatura Azerbaydjanskix tatar" (1903), "Azərbaycan
ədəbiyyatı tarixi materialları" (1925, 1926) kitabı 20-ci yüzilin ilk onilliklərində qələmə alınmışdı. Maliyyə
vəsaiti olmadığından çapı ləngimişdi. Bolşeviklər Azərbaycanı 1920-ci il 28 aprelində işğal etdikdən sonra ilk
güllələdikləri şəxslardən biri də Qazax Pedaqoji Seminariyasının müdiri, Müsavat Partiyası Qazax bölgə
təşkilatının rəhbəri Firudun Köcərli olmuşdu. Bolşeviklər Firudin Köçərlini düşmən kimi güllələsələr də, bunu
xalqdan gizlətmişdilər. Ali və orta ixtisas məktəblərində, ümumtəhsil ocaqlarında tədris vəsaiti çatmadığından
araşdırmalarını 1925-1926-cı illərdə Azərbaycan ədəbiyyatı tarixi materialları adı altında nəşr etdirməli
olmuşlar.
Abdulla Surun ehtimal edilən min səhifəlik ədəbiyyat tarixindən yalnız bəzi parçalar qalmışdı. Salman
Mümtazın ayrı-ayrı şəxsiyyətlərlə bağlı əldə etdiyi əlyazmalar və bioqrafik məlumatlar da yeni ədəbiyyat tarixini
yazmaq üçün xammal material olaraq qalırdı. Əliabbas Müznibin Azərbaycan yazıçı və şairləri haqqında yazdığı
məqalələr, nəşr etdiyi kitablar ədəbiyyat tarixinin yazılması üçün zəngin qaynaq rolunu oynayırdı. Lakin peşəkar,
yəni elmi üsullarla ədəbiyyat tarixi hələ ki, yazılmamışdı. Bunları nəzərdə tutan Əli Nazim 1925-ci ildə "Ədə-
biyyatımız və ədəbiyyat tariximiz" məqaləsində yazırdı:
"Nə ədəbi təhlilimiz, nə tənqidimiz, nə ədəbiyyat
tariximiz... -Heç biri yoxdur"
(Nazim, 1925:1 yanvar). Onun bu sərt, bir az da nihilist görünən fikri həmin
dövrün ictimai-siyasi havasından doğurdu. Tənqidçiyə görə ədəbiyyat tarixinin hələ ortaya çıxmaması, yaxud
ortaya çıxan bədii nümunələrin isə elmi cəhətdən sistemli şəkildə obyektiv qiymətini almamışdı.
20-ci illər ədəbi prosesinin yeni qüvvələri İsmayıl Hikmət, Əli Nazim, Əmin Abid, Bəkir Çobanzadə,
Atababa Musaxanlı, Cabbar Əfəndizadənin araşdırmalarında yeni tipli ədəbiyyat tarixinin yazılması və
ədəbiyyat tarixçiliyinin formalaşdırılması məsələləri başlıca yer tuturdu. Ədəbiyyat tarixinin yeni meyarlarla
yazılması üçün müəyyən şərait də vardı. Firudin Köçərli, Hüseyin Əfəndi Qayıbov, Salman Mümtaz, Əliabbas
Müznib və. b. kimi araşdırıcıların səyi nəticəsində müxtəlif dövrlərdə yaşamış ədəbi şəxsiyyətlər və onların
əsərləri haqqında yeni materiallar əldə edilmişdi. Artıq əldə olan materiallar elmi döviyyəyə daxil etmək və
mövcud ədəbiyyat tarixi ətrafında bir konsepsiya formalaşdırmağın vaxtı çatmışdı.
Seyid Hüseyn, Əmin Abid, Hənəfi Zeynallı, Mehdi Hüseyn, Əli Nazimin məqalələrində çağdaş ədəbiyyatın
qarşısında duran vəzifələr incələnirdi. Yeni meyarların əsasını elmilik, sistemlilik və nəzəri yanaşma təşkil edirdi.
Bu meyarlarla yazan müəlliflərin hamısının yazılarında Avropada ədəbiyyat tarixinin bir elm dərəcəsinə gəldiyi
vurğulanır və Azərbaycan ədəbiyyat tarixçiliyinin də bu şəkildə formalaşdırılmasının vacibliyi söylənilirdi. Artıq
ədəbiyyat tariximizin bioqrafik statistikadan elm sahəsinə keçməsi ilə bağlı yalnız nəzəri fikirlər səsləndirilmir,
1
Кочарлинский Ф. Литература азербайджанских татар. Тифлис, 1903, с. 54; Y.V.Çəmənzəminli. Azərbaycan ədəbiyyatına bir
nəzər. İstanbul, 1921; Köçərli Firudin. Azərbaycan ədəbiyyatı tarixi materialları, 2 cilddə, I c., Bakı, 1925; Köçərli Firudin.
Azərbaycan ədəbiyyatı tarixi materialları, 2 cilddə, II c., Bakı, 1926; Əmin Abid. Azərbaycan türklərinin ədəbiyyatı tarixi. Birinci
kitab. Avtoqraf. Salman Mümtaz adına Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivi. Fond 170, siya. 1, sax. vah. 1-2;
Hikmət İsmayıl. Azərbaycan ədəbiyyatı tarixi. I kitab, Bakı, "Azərnəşr", 1928; Hikmət İsmayıl. Azərbaycan ədəbiyyatı tarixi. II
kitab, Bakı, "Azərnəşr", 1928; Köprülüzadə Mehmed Fuad. Azərbaycan ədəbiyyatı tarixi nasıl yazıla bilər? "Maarif və mədəniyyət",
1925, N2, s. 4; Köprülüzadə Mehmed Fuad. Azəri ədəbiyyatına aid tədqiqlər. Bakı, "Azərnəşr", 1926; Ələkbərli Məmmədkazım.
Azərbaycan ədəbiyyatı. Bakı, Azərnəşr, 1935 Musaxanlı Atababa. Yazı ədəbiyyatı. Ədəbiyyatdan iş kitabı. Bakı, Azərnəşr, 1928;
Nazim Əli. Ədəbiyyatımız və ədəbiyyat tariximiz. "Yeni yol", 1925, 1 yanvar; Şaiq Abdulla, Musaxanlı Atababa, Əfəndizadə
Cabbar. Ədəbiyyatdan iş kitabı. Bakı, Azərnəşr, 1928; Çobanzadə Bəkir. Azəri ədəbiyyatının yeni dövrü. ADETİ nəşriyyatı, Bakı,
"Azərnəşr", 1930; və s.
|