Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə137/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   133   134   135   136   137   138   139   140   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---104--- 
Tədris və təlimin düzgün metodologiyasını müəyyən etmək üçün uşaqların yaş və cinsi 
xüsusiyyətlərini nəzərə almaq çox vacibdir. Planlaşdırılmamış məşq prosesi təkcə sağlamlıq problemlərinə 
deyil, həm də uşaqların gələcəkdə yüksək idman nəticələrinə nail olmaq qabiliyyətinin azalmasına gətirib 
çıxarır. Uşaq orqanizmi daim, lakin qeyri-müntəzəm inkişaf edir. Anatomik və funksional dəyişikliklərin öz 
xüsusiyyətləri var, ona görə də həm motor keyfiyyətlərinin inkişafı, həm də digər qabiliyyətlərin təzahürü üçün 
müəyyən şərtlər yaranır. Qızlarda və oğlanlarda yaşla bağlı dəyişikliklər müxtəlif vaxtlarda baş verir və 
templərinə görə uyğun gəlmir. Məsələn, bütün bioloji proseslərin aktivləşməsi ilə müşaiyyət olunan yetkinlik 
dövrü qızlarda oğlanlara nisbətən daha tez baş verir. 11-12 yaşlarında qızlar bədənin uzunluğuna və çəkisinə 
görə oğlanları qabaqlayırlar. Oğlanlarda əzələ gücü xüsusilə 13-14 yaşlarında, qızlarda isə 11-12 yaşlarında 
intensiv şəkildə artır (Игнатьева, 2016: s.72).
Orqanizmdə maddələr mübadiləsi gənc yaşda daha yüksək olur. Yaşa dolduqca fiziki inkişafın 
göstəriciləri dəyişir: cəldlik reaksiyası 15 yaşa qədər artır, maksimal artım 13-14 yaşa qədər baş verir, 15 
yaşdan sonra isə azalır. Oğlanlarda tullanma qabiliyyətinin ən yüksək göstəriciləri 9 yaşdan 13 yaşa qədər 
müşahidə olunur, sonra dayanır, qızlarda isə 15 yaşdan sonra azalır. Qızlarda atışların dəqiqliyi 13 yaşdan 15 
yaşa qədər, oğlanlarda isə 12-14 yaşa qədər artır (Кубраченко, 2010: s.108). 
Orqannizmin yaşla bağlı olan anatomik-fizioloji və psixi xüsusiyyətlərini nəzərə alaraq idman 
məşğələlərində yük və intensivliyin həcminə nəzarət etmək, gənc həndbolçuların imkanlarının vaxtından əvvəl 
məhdudlaşdırılmasına və “qocalmasına” səbəb olmamaq, daha yetkin yaşda nailiyyətlərinin yüksək 
səviyyəsinə çatdırmaq olar. Buna görə də, uşaq gənclər idman məktəbində şagirdləri aşağıdakı yaş qruplarına 
bölmək tövsiyə olunur: hazırlıq (9-10 yaş); ibtidai hazırlıq (11-12 yaş); yeniyetmə (13-14 yaş); kiçik gənclər 
(15-16 yaş); böyük gənclər (17-18 yaş). Bu effektiv məqsədə çatmaq üçün hər bir mərhələdə təlim-məşq işini 
daha dəqiq və səmərəli aparmağa imkan verir.
Çoxillik hazırlıq sisteminin hər bir mərhələsində müxtəlif tapşırıqlar icra olunur.
Hazırlıq mərhələsində (9-10 yaş) idmana maraq yaradılır. Bu mərhələdə aşağıdakılar icra olunur: 
həndbolçu üçün zəruri olan xüsusi keyfiyyətlərin və qabiliyyətlərin inkişafı; həndbol texnikasının və oyun 
fəaliyyətinin əsaslarının öyrədilməsi; uşaq-gənclər idman məktəblərində və olimpiya ehtiyyatları uşaq-gənclər 
idman məktəblərində məşq etmək üçün perspektivli gənc idmançıların müəyyən edilməsi (Зайцев, 2020: s.13).
İbtidai hazırlıq mərhələsində (12-14 yaş) universal tapşırıqlar, geniş təlim vasitələri və metodları 
istifadə olunur və növbəti mərhələ üçün gənc idmançılar seçilir. Bu mərhələdə aşağıdakılar icra olunur: 
həndbol oynamağı bacaran uşaqların müəyyən edilməsi və növbəti mərhələdə iştirak etmək üçün seçilməsi; 
ümumən idmana və xüsusən də həndbola marağı qoruyub saxlamaq; sürətin, gücün, çevikliyin, elastikliyin 
inkişafı, dayaq-hərəkət sistemin gücləndirilməsi; həndbol bacarıqlarının uğurla mənimsənilməsi, xüsusi 
keyfiyyət və bacarıqların inkişaf etdirilməsi; həndbol oyununun texnika və taktikasının əsaslarının 
öyrədilməsi; oyun fəaliyyətinə uyğunlaşması.
Xüsusi hazırlıq mərhələsində (15-17 yaş) həndbolçular oyun funksiyalarına görə bölünür, ixtisas 
elementləri ilə universallıq tərbiyə olunur və növbəti mərhələ üçün idmançılar seçilir. Bu mərhələdə 
aşağıdakılar icra olunur: ümumi fiziki hazırlığın və funksional imkanların səviyyəsinin artırılması; həndbol 
oynamaq vərdişlərini təkmilləşdirmək üçün zəruri olan xüsusi keyfiyyət və qabiliyyətlərin inkişaf etdirilməsi; 
texnika və taktikanın əsaslarına, həndbol oynamaq vərdişlərinə mükəmməl yiyələnməsi; hər bir həndbolçunun 
oyun ampluasının müəyyən edilməsi və idmançının fərdi xüsusiyyətlərinə uyğun olaraq məşqlərin 
fərdiləşdirilməsi.
İdman təkmilləşdirmə mərhələsi (18-20 yaş) əsasən çox yönlülüyə əsaslanan ixtisaslaşmadır 
(Игнатьева, 1996: s.176). Bu müddət ərzində aşağıdakılar icra olunur: həndbolçuların funksional 
imkanlarının, ümumi və xüsusi fiziki hazırlığının yüksək dərəcəli komandaların səviyyəsinə yüksəldilməsi; 
təlim prosesini fərdiləşdirməklə yüksək texniki-taktiki hazırlığa nail olması; komandada bu və ya digər 
ampluanın yüksək funksional hazırlıq səviyyəsi ilə yerinə yetirilməsi zamanı idman məharətinin yaradılması; 
oyun zamanı sabitliyə nail olması (çətin yarış şəraitində oyun qabiliyyətlərinin etibarlılığı); gənc 
həndbolçuların yüksək dərəcəli komandalardakı idmançıların hazırlanması sisteminə daxil edilməsi.
Çoxillik məşq prosesinin bütün mərhələlərində idmançının sağlamlığının yaxşılaşdırılması, düzgün 
fiziki inkişafını və hərtərəfli fiziki hazırlığın təşviq edilməsi əsas vəzifə olmalıdır. Həndbol idman 
məktəblərinin işinin əsas göstəricisi, idmançıların hər tədris ilinin sonunda hazırlıq səviyyəsinə dair proqram 
tələblərinin yerinə yetirilməsidir. Bu da texniki, taktiki, fiziki, inteqral, nəzəri hazırlığı, fiziki inkişafın 
göstəriciləri, o cümlədən şəhər, rayon, ölkənin yeniyetmə, gənclər və yüksək dərəcəli komandalarının uğurlu 
çıxışına hər bir idman məktəbinin verdiyi töhfə, yarışlarda iştirakın nəticələri ilə bağlıdır (Игнатьева, 2015: 
s.4). İdman məktəblərində əsas şərt – idmançılar tərəfindən normativlərin yerinə yetirilməsidir. 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin