Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə145/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   141   142   143   144   145   146   147   148   ...   357
Eskisehir-25.03.23

Key words:
Exercise system, selective attention, cognitive exercises, manipulation, interpretation, 
synonyms of words, speech exercises. 
 
Leksikanın mənimsənilməsi üzrə çalışmalar sistemi tərtib edilən zaman sözlərin dolayı və birbaşa yolla 
öyrənilməsi diqqət yetiriləsi məsələlərdən biridir. Dolayı yolla lüğət öyrənmə sözün qarşıya heç bir şüurlu 
məqsəd qoyulmadan öyrənilməsidir; birbaşa yolla lüğətin öyrənilməsi isə məqsədli şəkildə verilən 
informasiyanın yaddaşda saxlanılması prosesidir.Nəticə etibarı ilə, lüğətin öyrənilməsi üzrə təşkil edilən 
çalışmalarda həm dolayı, həm də birbaşa yolla öyrənməni birləşdirmək lazımdır. Buna əlavə olaraq, bir sözün 
yadda saxlanılması üçün, həmin söz fəaliyyət və tapşırıqlarda tələbənin 5-16 dəfə qarşısına çıxmalıdır. Bu 
səbəbdən, müxtəlif leksik vahidlərin fərqli çalışmalar və fəaliyyət növlərində təkrarlanması tələbələrin lüğət 
bazasını böyük dərəcədə zənginləşdirə bilər.Nitqin leksik aspektinin təkmilləşdirilməsinin effektivliyi 
çalışmalar sisteminin düzgün seçilməsindən asılıdır. Yuxarı kurslarda nitqin leksik aspektinin aşılanmasına 
dair təklif edilən çalışmalar sistemi haqqında bir çox alimlərin fikirləri olmuşdur. Komkov qeyd edir ki, əsas 
çalışma növləri nitq kommunikasiyası mexanizmlərinə kömək edir, özündə nitq və nitqin başa düşülməsini 
ehtiva edir [5,331]. Raxmanov çalışmaların vacibliyini həm dil materiallarının mənimsənilməsi, həm də nitq 
bacarıqlarının inkişafı məzmununda vurğulayır [6. 235]. Dunmorun apardığı tədqiqatda da lüğətin öyrənilməsi 
zamanı çalışmalar sisteminin vacibliyi və naməlum sözlərin başa düşülməsində məzmunun əhəmiyyəti qeyd 
edilir. 
Paribəkt və Veşe lüğət üzrə çalışmalar sisteminin iyerarxiyasını yaratmışdı:
1. Selektiv diqqət. Bu növ çalışmalar, tələbələrin diqqətini xüsusi növ leksik vahidə yönəldir. Məsələn, 
mətndən əvvəl sözlərin siyahısını təqdim edilir, tələbələrə sözlər oxudulur və onların diqqəti bu sözlərin mətnin 
hansı hissəsində olduğuna yönəldilir. 
2. Tanınma çalışmaları. Bu növ çalışmalarda tələbələr sözlərin formasını və mənasını assosiasiya 
edirlər. Məsələn, mətndəki və ya cümlələrdəki boşluqları doldurur, sözlərin düzgün mənalarını tapırlar. 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin