The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---109---
3. Manipulyasiya. Manipulyasiyada, tələbələr morfoloji və qrammatik biliklərinə istinad edərək
frazaların elementlərini yenidən yerləşdirirlər. Məsələn, sözləri yaratmaq üçün köklər və affikslərdən istifadə
edirlər.
4. Şərh etmə: Tələbələrdən mətndə mövcud olan sözlər arasındakı əlaqəlilik soruşulur. Sözlərin
sinonimi və ya antonimini göstərmək buna nümunə ola bilər.
5. Nitq çalışmaları: Müxtəlif yollarla sözlərin parafraz edilməsi və sinonimlərinin tapılması kimi
çalışmalar buraya aid edilir.
Lüğətin öyrənilməsində mətnin oxunulması da vacib rol oynayır. Dunmor yeni leksik vahidlərin başa
düşülməsində və öyrənilməsində mətnin oxunulmasının əhəmiyyətini vurğulamışdı. Lüğətli çalışmalardan
ibarət olan mətnlər tələbələrin diqqətini xüsusi leksik vahidlərə yönəldir, hədəf sözlərin mənalarının və
funksiyalarının təhlil edilməsi və başa düşülməsinə imkan yaradır. Nəticə etibarı ilə, mətnlərdən istifadə
etməklə gizli və aşkar yolla lüğət öyrənməni birləşdirmək, mətnlərə aid çalışmalar sistemini və fəaliyyət
növlərini təşkil etmək lüğətin mənimsənilməsini və yadda saxlanılmasını daha səmərəli edir.
Çalışmaların səmərəliliyinə təsir edən iki əsas amil dilin mənimsənilməsi üzrə araşdırmalarda
vurğulanır. Sezmək və diqqət. Sezmək hər hansı bir leksik vahidə diqqət yetirilməsi prosesidir. Karqozari və
Qemi vurğulayırlar ki, sezmə prosesində leksik vahid kimi araşdırılan söz müəyyən zaman ərzində öz
məzmunundan çıxarılır. Müxtəlif çalışma növləri də tələbələrin diqqətini xüsusi leksik vahidə yönəldir.
Məsələn, verilmiş naməlum sözlər əsasında cümləni tamamlamaq və ya yeni cümlələr yazmaq tələbələrin
diqqətini xüsusi leksik vahidə istiqamətləndirir.
Neyşn isə xarici dildə lüğətin inkişafına təsir edən digər 3 əsas amili göstərib:Diqqət, yadda saxlama
və yaratma. Tələbə sözə lüğətdə baxdığı zaman diqqət prosesi baş verir. Eyni sözün müxtəlif kontekslərdə
təkarı zamanı yadda saxlama prosesi baş verir. Sözlər məqsədli olaraq nə qədər çox təkrarlanarsa öyrənmə
prosesi də bir o qədər səmərəli olur. Üçüncü amil kimi tanınan yaratma müxtəlif kontekslərdə eyni sözün
müxtəlif mənaları ilə qarşılaşmaqdır.
İngilis dili fakültələrinin yuxarı kurslarında nitqin leksik aspektinin aşılanması zamanı aşağıda
sadalanan 9 növ çalışma tipinin də vacibliyi vurğulanır :
boşluqların doldurulması;
sözün izahına uyğun yerləşdirilməsi;
düzgün sözün seçilməsi;
kateqoriyalaşdırma;
artıq olan sözün çıxarılması;
söz yaradıcılığı;
birlikdə işlənən sözlər;
dialoqun tamamlanması;
sözün sinonim və ya antoniminin tapılması.
Boşluqların doldurulması üzrə olan çalışma növlərində uyğun söz boşluğa yerləşdirilir. Prosedura
aşağıdakı şəkildə baş verir:
ilk öncə boşluqdan əvvəlki və sonrakı mətn düzgün sözün seçilməsi üçün diqqətlə oxunulur;
bəzən söz qutusunda boşluqlardan daha çox söz olur, bunun üçün boşluqlara ən münasib sözlərin
seçilməsi üçün diqqətli olmaq lazımdır;
tələbələr bildikləri sözlərlə boşluqları doldurmağa başlamalıdırlar və həmin sözləri işlətdikdən sonra
qarışdırmamaq üçün işarələməlidirlər;
bütün boşluqları doldurduqdan sonra, tələbələr bütün mətni yenidən oxuyaraq, onun nə dərəcədə
məntiqli səsləndiyinə diqqət yetirməlidirlər.
Sözün izahına uyğun yerləşdirilməsi zamanı hər söz öz definisiyasına uyğun qoyulmalıdır.
Tələbələr bu tipli çalışma növlərini yerinə yetirərkən aşağıdakı mərhələlərə diqqət yetirməlidirlər:
ilk olaraq definisiyalar diqqətlə oxunmalıdır;
tələbələr bildikləri sözlərlə çalışmanı yerinə yetirməyə başlamalıdırlar;
oxşar sözləri definisiyalarına uyğun yerləşdirən zaman diqqətli olmaq lazımdır;
qurtardıqdan sonra cavabları diqqətlə yoxlamaq vacibdir.
Düzgün sözün seçilməsi-bu tip çalışmalarda iki və ya üç mümkün cavabdan düzgün olanı
seçilməlidir.Bu sıralama aşağıdakı şəkildə aparılır:
sözdən əvvəlki və sonrakı cümə diqqətlə oxunulur;
mətnin mənası diqqətli şəkildə düşünülür;
düzgün hesab edilən sözlər seçilir;