The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---115---
salınması” deyilərdi. O iş gərək zərrəbin dəqiqliyi ilə qurulardı ki, dərslik yazanlar yazı işlərinin növündə və
həcmində heç bir xırda səhvə belə yol verməyəydilər. Fənn müəllimlərini dolaşdıran heç nədə yalnışlıq ola
bilməzdi.
Professor Əziz Əfəndizadə dil və ədəbiyyat müəllimlərinin ixtisas jurnalı vasitəsilə də onlara strateji
istiqamətləri verirdi. Biz belə dərslərin pedaqoji – psixoloji əhəmiyyətini yüksək dərk edərək yüksək
qiymətləndirdik.
Açıq dərslərin də ümumiləşdirici mövzulardan seçilməsini təklif edərdik. Müasir texnoloji
innovasiyalarla zəngin olan dərsliklərdə dair. (1;3;5). Metodik vəsaitlərdə (2;4;6) belə dərslərin didaktik
planlaşdırılması dərsliklərdəki materiallarla kordinasiya şəklində verilir. Həmin kordinasiya bizi, təbii ki,
müəyyən cəhətlərdən, razı salır.
Eyni zamanda cümlədə bir sıra say, sifət, zərf kimi işlənə bilən sözlər isimləşir və isim kimi hallana,
cəmlənə və mənsubiyyətə görə dəyişə bilir. Məsələn :
O bizə səhər gəldi, axşam getdi. Gecələr ay işığı necə də gözəl görünür və s.
“Bunlar omomorfem sözlərdir” ifadəsi ümumiləşmiş qrammatik ifadədir. Hansı təcrübədən yaranmış
termindir ? Əlbəttə, cümlədə bir neçə oxşar və mənaca fərqli antonimlərdə işlənən sözlərdir. Anoloji sözlər və
ifadələr olmasa, ümumiləşmiş ifadələr də, təbii ki, yaranmaz.
Bunlar təbiidir ki, dil qaydalarına dair ümumiləşmiş nümunələrdir. Ənənəvi təlimdə də, müasir təlimdə
də vardı və indi də var.
Söz də, söz birləşməsi də, cümlə də diferensasiya olunaraq, yəni tərkibi mövzulara parçalanaraq
öyrədilir və axırda ayrı-ayrı hallar bir ümumidə birləşir. Bəs axı elə keçmişdə də, indinin özündə də oxu, yazı,
dinləyib-anlama, danışma və s. dərslərində ümumiləşdirmə aparmaq lazım deyilmi ?
Dərslərin növləri, tipləri varsa, oxu və yazı dərslərinə dair ümimiləşdirici materiallarda bunlar niyə
nəzərə alınmasın ?
Məgər bu sualın qoyuluşu özü düzgün deyil ? Sualın qoyuluşu düzgündür. Ənənəvi didaktikanın
məntiqinə görə bu mövzu elmi əsaslarla qurulmamışdır. Bu, birinci çıxardığımız nəticədir. İkinci nəticə odur
ki, rus dilindən əxz olunan təhsil metodologiyasında bu boşluq mövcud olmuşdur. Biz onu heç bir dəyişiklik
etmədən, aksiomatik qəbul etmişdik. Metodik təfəkkürümüz o səviyyədə deyildi ki, dəyişməyə cəhd göstərək.
Əsaslandırmalar gətirək və deyək ki, rüb ərzində şifahi və yazılı dil bacarıqları da öyrənilibsə, bunların
hamısına aid sual-tapşırıqlarla birlikdə ümumiləşdirici dərs olmalıdır.
Müasir təhsil fəlsəfəsində də 7-8 çalışma ilə ümumiləşdirici təkrar keçirilir, lakin morfologiya və
sintaksisdən dil qaydaları sistemi üzrə oxu, yazı, dinləyib-anlama və danışma standartlarına dair bacarıqlar
nəzərə alınmır.
Bəs vəzifə nələrdən ibarətdir? Biz həmin vəzifələri nəzəri cəhətdən tezislər şəklində qeyd edir və
magistrant, aspirant, yaxud da doktorantlara ümumiləşdirici təkrar dərslərin yeni sistemini yaratmaq üçün
tədqiqat mövzuları seçməyi məsləhət görərdik. Həmin tipdən olan mövzuların bəzilərini aşağıda verir və bu
məqsədlə dərslikləri, metodik vəsaitləri, məktəb təcrübəsini təhlil etməyi fərziyyələr müəyyənləşdirib
eksperimentlər keçirməyi məsləhət bilərdik. Biz öz təcrübəmizdə Azərbaycan dilindən V-VII siniflərdə
ümumiləşdirici təkrar dərslərin didaktik sisteminin tədqiqinə başlamışıq. Güman edirik ki, aşağıdakı
mövzularla da ümumiləşdirici təkrar dərslərin metodik arsenalını zənginləşdirmək mümkündür :
1.
İbtidai siniflər üzrə Azərbaycan dilindən cari və ümumiləşdirici təkrar dərslərin didaktik
sistemlərinin yaradılması:nəzəriyyə və təcrübə.
2.
V sinifdə Azərbaycan dilindən ümumiləşdirici təkrar dərslərin nitq inkişafı aspektlərinin
qüvvətləndirilməsi: təlim məqsədləri, təlim nəticələri və standartları əsasında.
3.
VI-VII siniflərdə təhsil məzmun xətləri arası fəndaxili inteqrasiya üzrə ümumiləşdirici təkrar
dərslərin qurulması şagirdlərin təfəkkür və nitq inkişafının əsası kimi.
4.
Şagirdlərin mədəni nitq bacarıqlarının təkmilləşdirilməsində inkişafetrici və ümumiləşdirici təkrar
dərslərin imkanları və yolları.
5.
VIII-IX siniflər üzrə Azərbaycan dilindən ümumiləşdirici dərslərdə ifadə, inşa, esse və hekayə
qurma səriştəsi nitq mədəniyyətinin əsası kimi.
6.
Azərbaycan dilində cari və ümumiləşdirici təkrar dərslər qurmağın strukturunda diferensasiya və
inteqrasiya yeni didaktik sistemin əsası kimi.
7.
Azərbaycan dilindən V-IX siniflərdə oxu və yazı məzmun xətləri arası dialektik əlaqələrin
qurulması ilə təlim məqsədləri və təlim nəticələrinin yaradılması yeni metodik sisteminin əsası kimi.
8.
V-XI siniflərdə Azərbaycan dilindən innovasiya məzmunlu və məqsədli ümumiləşdirici dərslərin
nəzəriyyəsi və təcrübəsi və s.