The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---205---
Zaman-impuls çevrilməli ARÇ. Bu ARÇ-lərin qurulma prinsipi ölçülən kəmiyyətin sabit tezlikli
impulslarla (say impulsları ilə) doldurulan zaman intervalına çevrilməsinə əsaslanmışdır və zaman intervalının,
gərginliyin, tezliyin, fazalar fərqinin və digər kəmiyyətlərin koda çevrilməsi üçün tətbiq olunurlar.
Zaman-impuls çeviricili ARÇ-nin sadələşdirilmiş funksional sxemini şəkil 2-də verilmiş kimi təsvir
etmək olar. Onun tərkibinə iki çevirici daxildir.
Birinci çevirici girişdəki X kəmiyyətini ∆t zaman intervalına, ikincisi isə ∆t intervalını N impulslar
ardıcıllığına (rəqəm koduna) çevirir. Giriş kəmiyyəti X-in növündən asılı olaraq birinci çeviricinin strukturu
müxtəlif, ikinci çeviricinin strukturu isə bütün bu tip ARÇ-lər üçün eynidir.
Şəkil 2.Zaman-impuls çeviricili ARÇ-nin sadələşdirilmiş struktur sxemi
Adətən, bu tip ARÇ-lərin birinci bloku giriş kəmiyyətini ona mütənasib gərginliyə və öz növbəsində
bu gərginliyi onun qiymətinə düz mütənasib olan zaman intervalına çevirir. Ona görə birinci blok iki hissədən:
miqyas gücləndiricisindən və “gərginlik – zaman” çeviricisindən ibarətdir. Ona görə də çox vaxt zaman-impuls
çevrilməli ARÇ-ləri “gərginlik-zaman” çeviricili ARÇ-lər də adlandırırlar.
Ədəbiyyat 1.
Гальперин М.В. (2005). Электронная техника: Учебник. – 2-е изд. Перераб. и доп. – М.: ФОРУМ: ИНФРА-М. – 352 с.
2.
Avionics fundamentals. (2007). Jeppesen. – USA. – 432 p.
3.
Нефёдов В.И. (2009). Основы радиоэлектроники и связи: Учебное пособие. – М.: Высшая Школа. – 735 с.
4.
Лачин В.И., Савёлов Н.С. (2005). Электроника: Учебн. пособие. 5-е изд., перераб. и доп. – Ростов-на-Дону: «Феникс» –
704 с.
5.
Петров К.С. (2003). Радиоматериалы, радиокомпоненты и электроника. Учебн. пособие. – СПб., Питер. – 512с
6.
Тугов Н.М., Глебов Б.А., Чарыков Н.А. (1990). Полупроводниковые приборы. М.: Энергоатомиздат, 576с.
7.
Гольденберг Л.М. (1985). Импульсные устройства. – М.: Радио и связь. – 287 с.
8.
Крылов Н.П. (1984). Авиационная радиоэлектроника. – М.: Машиностроение. – 196 с.