NEFTÇIXARMA PROSESLƏRİNİN “NOİSE MONİTORİNG” VƏ İNTELLEKTUAL İDARƏ OLUNMASI YOLU İLƏ NEFT HASİLATININ RENTABELLİYİNİN ARTIRILMASI Zeynalov Vüsal Mübariz oğlu Magistrant
ADNSU, Azərbaycan
Abstract. It is known that there are a number of negative factors in the oil industry (salt precipitation,
paraffin precipitation, sand formation, water wells, elimination of known complications during the
unobstructed passage of anomalous low and high pressure cuts during drilling, protection of the collector
properties of productive layers, etc.), which in production causes the expected effect to decrease. At the same
time, because it is difficult to extract high-viscosity oils, currently the oil yield coefficient is around 40-45%.
Many studies have been conducted and new methods have been developed to increase the oil yield. One of
them is increasing the oil yield coefficient through nanotechnology.
The main purpose of the study is the analysis of the management mechanism of oil wells operated in
periodic mode. The subject of the research work is based on the investigation of the management mechanism
of oil wells operated in periodic mode. The object of research is oil wells operated in periodic conditions.
Keywords: oil extraction process, intellectual control systems, “noise monitoring” system
Məlumdur ki, neft sənayesində bir sıra mənfi amillər (duzçökmə, parafinçökmə, qum təzahürü,
quyuların sulaşması, qazma zamanı anomal alçaq və yüksək təzyiqli kəsilişlərin maneəsiz keçilməsi zamanı
məlum fəsadların aradan qaldırılması, məhsuldar layların kollektor xassələrinin qorunması və s.) var ki, bunlar
hasilatda gözlənilən səmərənin aşağı düşməsinə səbəb olur. Bununla yanaşı yüksək özlülüklü neftlərin
çıxarılması çətin olduğu üçün hazırda neftvermə əmsalı 40-45 % ətrafındadır. Neftvermə əmsalının artırılması
üzrə xeyli tədqiqatlar aparılmış və yeni üsullar işlənmişdir. Bunlardan biri də nanotexnologiya vasitəsilə
neftvermə əmsalının artırılmasıdır.
Nanotexnologiya – innovasiya texnologiyalarının tərkib hissəsi kimi müasir texnologiya olaraq atom
və molekulların manipulyasiyası əsasında yeni unikal xassələrə malik olan geniş çeşidli məmulatların alınması
və tətbiqidir. Nanotexnologiya elmin fundamental və praktiki sahələrinə aid olmaqla elmi və mühəndis