The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---206---
biliklərinin sintezindən yaranır. Bu baxmdan “kiçik təsir və həyəcan” effekti əsasında Azərbaycanın
yataqlarında neftvermə əmsalının artırılması üzrə geniş eksperimental tədqiqatlar və real quyularda tətbiq-
sınaq işləri aparılmışdır. Nanotexnologiyanın işlənməsi və sınaqlarının nəticəsində “Azneft” İB-nin
“Siyəzənneft”, “Abşeronneft”, “Bibiheybətneft” və “Suraxanıneft” NQÇİ-nin azdebitli və sulaşmış
quyularında neftin istehsalı 2 dəfəyədək artmış, neftçıxarmada enerji məsrəfi 15% azalmış, çıxarılan mayenin
tərkibindəki su 50% qədər azalmışdır (Алиев, 2008).
Aparılmış sınaqların nəticələri göstərir ki, nanokomponentlərin “lay-quyu” sisteminə təsirinin
effektini artırmaq məqsədi ilə bu prosesin intellektual idarəetmə sistemi yaradılmalıdır. Bu sistem giriş
paramaetrlərini: temperatur – (T), təzyiq – (P), həcm – (V), keçiricilik – (k), özlülük – (η), neftin və lay
suyunun sıxlığı – (ρ), nanotəbəqənin konsentrasiyanı – (c%) müəyyən diapazonda dəyişməklə hasilatın
maksimum və lay suyunun minimum olmasına imkan yaratmalıdır.
Məlumdur ki, quruda yerləşən neftqazçıxarma müəssisələri mürəkkəb strukturlu avadanlıqlarla təchiz
olunmuşdur. Bu avadanlıqlarda yaranmış çoxsaylı qəzalar hesabına ümumilikdə neft hasilatının rentabelliyi
xeyli aşağı düşür. Bu hal xüsusi ilə işlənmənin son mərhələsində olan yataqlarin quyuları (azdebitli quyular)
üçün daha səciyəvidir. Hal-hazırda azdebitli neft quyularında istifadə olunan avadanlıqlar və sistemlərin çoxu
40-50 il əvvəl yaradılmış texniki baza əsasında qurulmuşdur və neftçıxarma prosesinin idarəedilməsi və
avadanlıqların nazaslıqlarının müəyyən edilməsi proseslərinə tam nəzarət etməyə imkan vermir.
Son on ildə [3-5] Azərbaycan alimləri tərəfindən aparılmış tədqiqatlar göstərmişdir ki, sənaye
obyektlərinin qəza vəziyyətinə keçidinin gizli dövrünün monitorinqi məsələlərinin həlli üçün siqnalların
tərkibində olan küylərin daşıdığı informasiyanın qiymətləndirilməsi zəruridir. Ənənəvi texnologiyaların tətbiqi
zamanı həll edilən məsələlərin nəticələrinə küyün təsirini aradan qaldırmaq üçün bir çox hallarda süzgəclər
tətbiq edilir. Lakin məlum olmuşdur ki, obyektlərin qəza vəziyyətinə keçidinin gizli dövründə küyün
xarakteristikaları geniş diapazonda dəyişir və bu da obyektin fəaliyyəti barədə qiymətli diaqnostik məlumat
verir. Lakin ənənəvi texnologiyaların tətbiqi zamanı siqnalların işlənməsinin nəticələrinə “süzgəcin” tətbiqi
zamanı məlumat daşıyıcısı olan küy silinib atılir və ya tətbiq edilən texnologiyalar onu nəzərə almağa imkan
vermir. Beləliklə də mühüm və bir çox hallarda obyektin fəaliyyəti barədə yeganə olan qiymətli məlumat
itirilir.
Bunları nəzərə alaraq, AMEA-da noise-lə (küylə) qarışıq siqnalların tərkibində olan, qiymətli
diaqnostik məlumat daşıyıcısı olan noise-dən informasiya daşıyıcısı kimi istifadə etməyə imkan verən noise
monitoring (NM) texnologiyaları yaradılmışdır. NM texnologiyalarının tətbiqi nəticəsində dünyada ilk dəfə
olaraq obyektlərin texniki vəziyyətində baş verən dəyişiklikləri onlarin gizli dövründə aşkar edən texniki
vasitələr və sistemlər yaratmaq üçün imkanlar yaranmışdır (Алиев, Гулуев, Рзаев, Пашаев, Саттаров,
Казымов, 2012). Noise monitoring və digər texnologiyalardan istifadə etməklə son illər işlənmənin son
mərhələsində olan yataqlarda neft hasilatının texnoloji prosseslərinin və avadanlıqlarının nasazlıqlarının,
onların gizli dövründə aşkarlanması və diaqnoz edilməsi üçün siqnalların keyfiyyətcə yeni analiz metod və
alqoritmləri işlənilmişdir. Bu metod və alqoritmlər əsasında, informasiya texnologiyalarının son
nailiyyətlərindən istifadə etməklə NM texnologiyalı telemetrik ölçü, nəzarət, diaqnostika və idarəetmə
sistemlərinin işlənməsi, sınaqların keçirilməsi, istehsalının mənimsənilməsi və sənayedə tətbiqi problemləri
həll oluna bilər. Bu da öz növbəsində işlənmənin son mərhələsində olan yataqlarin rentabelliyinin kəskin
surətdə (15%-dən çox) artmasına imkan verər.
Təklif olunan texnologiyalar və sistemlər Şirvan Oyl, Binəgədi Oyl, Bibiheybət mədənlərində
müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. Sınaqların nəticəsi avadanlıqların nasazlıqlarının yaranmasının ilkin
dövrünü təyin etməklə qəzaların vaxtında aradan qaldırılması hesabına neft quyularının rentabelliyinin
artmasını sübut etmişdir. Eyni zamanda məlum olmuşdur ki, quruda neftçıxartma müəssəsələrinin
rentabelliyinin yüksədilməsi üçün ehtiyyatlar heç də tükənməmişdir. Belə ki, neftçıxarma müəssəsində olan
proseslərin və qurğuların (neftçıxarma quyuları, quyuların hasilatının olçülməsi, yığcam nasos stansiyaları və
laya su vurma) həm fərdi, həm də kompleks şəkildə nəzarət, diaqnostika və robast idarə olunması yolu ilə
rentabelliyi xeyli artırmaq mümkündür (Алиев, Искендеров, Гулуев, Рзаев, Резван, 2014; Алиев,
Нусратов, Гулуев, Пашаев, Рзаев, Саттаров, 2011; http://arxiv.az/az/news.lent.az/31701491)
Su vurma prosesi zamanı laya vurulan nanokomponentin miqdarının və keyfiyyət göstəricilərinin layın
hidrodinamikasını və hər bir quyunun hasilatını əks əlaqə hesabına operativ nəzərə alınmaq yolu ilə,
ümumilikdə, məhsuldar layda baş verə biləcək qəzaların qarşısını almaqla rentabelliyin yüksəlməsinə xidmət
edəcək. Bu baxımdan neftqzçıxarmada nanotexnologiyaların səmərəli tətbiqini həyata keçirməyə imkan verən
və eyni zamanda proseslərin və avadanlıqların nasazlıqlarının gizli dövrünü təyin edən yeni nəsil telemetrik
ölçü, nəzarət, diaqnostika və idarəetmə sistemlərinin işlənməsi və eyni zamanda bu sistemlərin birgə kompleks