The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"
The 25
th
of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye
---210---
Neft vermə əmsallarının zəif fontan zamanı və yaxud fontandan sonra artırılması üçün istifadə olunan
qaz-lift quyularının istismarı prosesinin səmərəliliyinin təhlili önəmli məsələrdən biridir. Belə ki, baxılan
üsulda quyu hasilatlarını müqayisəli təhlil etdikdə, bəzi quyularda səmərəliliyin aşağı düşdüyünü və bəzi
quyularda isə səmərəliliyin artmasını müşahidə edirik. Ümumi hasilatda isə biz xeyir qazanırıq. Bu məqsədlə
texnoloji sistemlərindən əldə edilən qaz-lift quyularının hasilat göstəricilərini sistemli şəkildə təhlil edirik.
Təhlil nəticəsində quyulardaki hidrodinamiki sistemin nizamlı, nizamsız, idarə olunan yaxud olunmayan
olduğunu müxtəlif üsullarla müəyyən edəcəyik. Bunlara çoxfaktorlu modellərin qurulması, texnoloji
obyektlərin qruplaşdırılması, parametrik və qeyri-parametrik üsullar kimi yanaşmalar daxildir.
Dostları ilə paylaş: