The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---209---
Q=f(V) asılılığı identifikasiya edilir, quyunun riyazi modelinin əmsalları, optimal və maksimal iş rejimlərinin
qiymətləri hesablanır [2., s.97].
Şəkil 1. İdentifikatorlu sistemin strukturu
.
İdarəetmə və nəzarət sisteminə identifikatorun daxil edilməsi kritik quyularda passiv eksperimentlər
əsasında riyazi modeli identifikasiya etməklə yanaşı, digər quyuların xarakteristikalarının dəyişməsini
izləməyə və quyuların iş rejimlərini operativ surətdə təshih etməyə imkan verir. Funksional imkanları böyük
olan kontrollerin tətbiqi sistemin realizə edilməsi üçün əlavə imkan yaradır. Baxılan sistem həm konkret kritik
quyulara, həm də aktiv eksperimentlərin aparılması icazə verilən quyulara da qoşula bilər [6., s.61]. Cari
qiymətləri ölçmək mümkün olduğu hallarda sistemin effektivliyi daha da yüksəlir, çünki bu zaman bütün
qazlift quyularının riyazi modelinin parametrlərinin, həmçinin onun vasitəsilə təyin edilən iş rejimlərinin
müntəzəm olaraq izlənməsi prosesini həyata keçirmək, riyazi modellə real göstəricilər arasında fərq böyük
olduğu halda, vəziyyətdən asılı olaraq, əldə edilmiş məlumatların təhlili yolu ilə ya quyunun iş rejimlərinin
dəyişdirilməsi (təshih edilməsi), ya da aktiv eksperimentlərin aparılması barədə tövsiyə hazırlanır. Kontrollerin
tətbiqi bu sistemin daha çevik və səmərəli işləməsi üçün geniş imkanlar açır. Belə ki, bu halda ümumi
idarəedici kompüter əvəzinə idarəetmə-nəzarət funksiyalarını yerinə yetirən əsas PMK1 və identifikasiya
funksiyalarını yerinə yetirən ikinci - köməkçi PMK2 istifadə edilir (şək.2.).
Şəkil 2. Köməkçi kontrollerli idarəetmə-nəzarət sistemi.
Alqoritm tədqiqatların aparılması ardıcıllığı və digər zəruri əməliyyatları təfsilatı ilə təsvir edilməklə
yanaşı, müşahidələr, ölçmələr, aralıq və yekun nəticələrin qeyd və emal edilməsi üçün konkret hesabat
formalarının olmasını, eyni zamanda emal bütün məlumatların sistemləşdirilməsi, təsnifatı və təhlilini əhatə
edərək, alınmış nəticələri asanlıqla müqayisə etməyə imkan verən cədvəl, qrafik, nomoqramların tərtib
olunmasını da nəzərdə tutur [7., s.32]. Cədvəl 1.-də konkret quyularda tədqiqat nəticələrinin emalı variantları
verilmişdir.