The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"
The 25
th
of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye
---216---
nəfər, kənd təsərrüfatı elmləri üzrə 775 nəfər, ictimai elmləri üzrə 1894 nəfər, humanitar elmləri üzrə isə 2872
nəfərdir. (Azərbaycanın statistik göstəriciləri,2021)
Respublikada elm əsasən dövlət büdcəsi və təsərrüfat hesablı təşkilatların vəsaitləri hesabına
maliyyələşdirilir.2021-cu ildə dövlət büdcəsindən elmin inkişafına 151,8 mln. manat vəsait ayrılmışdır ki, bu
da ÜDM-in 0,16 %-ni təşkil edir.Elmin maliyyələşdirilməsi məqsədi ilə ayrılan vəsait 56,4% fundamental,
20,3% tətbiqi, 23,3% innovasiya işləmələrinə ayrılmışdır.
Qeyd etmək lazımdır ki, respublikada elm sahəsində maliyyə çatışmamazlığı, yüksək ixtisaslı elmi
kadrların qocalması kimi bəzi çətinliklər mövcuddur. Ancaq əsas odur ki, Azərbaycanda elmi qoruyub
saxlamaq mümkün olmuşdur və o, ölkə iqtisadiyyatının həlledici həlqəsinə çevrilmişdir. Azərbaycanın elmi-
texniki potensialı ölkə iqtisadiyyatının və ictimai həyatın bütün sahələrində səmərəli innovasiya siyasəti üçün
əlverişli şərait yaratmağa qadirdir.
Aparılan tədqiqat nəticəsində Azərbaycanda elmlər doktoru və namizədləri haqqında məlumat bankı
yaradılmışdır. Məlumat bankı (MB) yaratmaq üçün xüsusi sorğu formaları hazırlanmış, bütün nazirlik,
müəssisə və təşkilatlara göndərilmiş və nəticələr ümumiləşdirilmişdir. Məlumat bankına 1343 elmlər doktoru
və 5726 fəlsəfə doktoru haqqında məlumat daxil edilmişdir. MB üzrə doktor və namizədlərin sayı, elmi sahələr,
yaş qrupları, cinsi üzrə qruplaşdırılaraq təhlil edilmişdir.
Tədqiqatçılar
onlardan alimlik dərəcəsi olanlar
elmlər doktorları
fəlsəfə doktorları
cəmi
kişilər
qadınlar
cəmi
Dostları ilə paylaş: |