Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə281/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   277   278   279   280   281   282   283   284   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---215--- 
Гасанова М,2018) 
Azərbaycanın iqtisadi inkişafının müasir mərhələsində innovasiya fəaliyyətini həyata keçirən və ya 
həvəsləndirən amillərdən biri investisiya təminatıdır. Bununla əlaqədar bazar iqtisadiyyatlı ölkələrin son illər 
dövlət büdcəsindən elmin inkişafına ayrılan vəsaitin həcmi artsa da, onun ÜDM-dəki payı 0,16%-dir ki, bu da 
inkişaf etmiş ölkələrin eyni adlı göstəricisindən aşağıdır. Ölkəmizə gətirilən məhsulların sayı ixrac edilən 
məhsulların sayından xeyli çoxdur. İxrac edilən məhsulların 95%-ə yaxını xam neft, təbii qaz, neft məhsulları, 
az sayda kənd təsərrüfatı məhsulları təşkil edir. Ölkəmizdə sənaye sahələrinin mövcud texniki-texnoloji 
durumu yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan vermir. Hələ ki, beynəlxalq standartlar emal sənayesi 
müəssisələrində özünə yer tapa bilmir. İqtisadi inkişafın bazisini xammal və qiymət amili təşkil edir. İşlənib 
hazırlanan elmi-tədqiqat işlərinin cüzi bir hissəsi istehsalata tətbiq edilir.
Son illərdə innovasiyanın təşkili və onun ayrı-ayrı sənaye sahələrində tədqiqinin zəruriliyi bir sıra 
namizədlik dissertasiyalarında, elmi məqalələrdə, konfrans materiallarında şərh edilmiş və ilkin addımlar 
atılmışdır. Lakin həmin əsərlərdə sistemli və kompleks yanaşmaya az diqqət yetirilmiş və MİS-in formalaşması 
və inkişafı məsələlərinə toxunulmamışdır. Bununla əlaqədar bazar iqtisadiyyatlı ölkələrin iş təcrübəsinin 
öyrənilib milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla iqtisadi fəaliyyət sahələrində tətbiqi vacibdir. 
Respublikamızda Milli İnnovasiya Sisteminin (MİS) formalaşması və inkişafını, bütün iqtisadi fəaliyyət 
sahələrində sistemli şəkildə nəzəri-metodoloji və əməli səpkidə əlavə tədqiqini, elmi cəhətdən əsaslandırılmış 
tövsiyələrin işlənib hazırlanmasını təkidlə tələb edir. 
MİS-in formalaşmasında əsas mövqe MİS-in fəaliyyəti qaydalarını müəyyən edən maliyyələşmə də 
aid olmaqla lazımi ehtiyat dəstəyini təmin edən dövlətə məxsusdur. Bu gün elmi tədqiqatların və işləmələrin 
maliyyələşmə miqyasının artması meylləri baş verir. Yüksək texnoloji müəssisələrin yaradılması və artımının 
dövlət dəstəyi sxemi xüsusi halda dövlət investisiyası və vençur fondu, vergi güzəştləri, sürətlənən aşılanma 
vasitəsi ilə həyata keçir. (Qasımov, 2009:s.4)
MİS-in sonrakı inkişafı onun regional və qlobal sistemlərə birləşməsi ilə bağlıdır. Bu gün ümumi 
innovasiya inkişafı strategiyası və ilk növbədə innovasiya sistemləri, insan ehtiyatlarının inkişafı, informasiya 
və kommunikasiya texnologiyaları, işgüzar mühit kimi sahələrdə bu proseslərin həyata keçmə mexanizmi üzrə 
aktiv siyasət aparılmağa başlanmışdır. (Hüseynova, 2020: s.69) 
Azərbaycanın inkişaf etmiş ölkələrdən elmi-texniki geriliyini aradan qaldırmaq və onun tam tərəfdaş 
kimi qlobal innovasiya mühitinə daxil olması üçün iqtisadi inkişafın müəyyən olunmuş prioritet istiqamətləri, 
onların həyata keçmə mexanizmləri və mütərəqqi üsullarla proqnozlaşdırılması üzrə sistemli tədqiqatların 
aparılmasına ciddi ehtiyac duyulur. 
Azərbaycanda elmi-texniki potensiallardan səmərəli istifadə etməklə, innovasiya meylli iqtisadiyyatın 
intensiv inkişafına, onun rəqabət qabiliyyətinin yüksəldilməsinə və ölkənin beynəlxalq miqyasda mövqeyinin 
möhkəmləndirilməsinə təminat yaradan milli innovasiya sisteminin formalaşmasının nəzəri-metodoloji
təşkilati-iqtisadi və informasiya təminatının konseptual aspektlərinin işlənilməsi və həyata keçirilməsi üzrə 
kompleks xarakterli əməli təkliflərin hazırlanmasından ibarətdir. 
Yeni texnoloji proseslərin yaradılması, tətbiqi və geniş istifadəsi - məhsulun rəqabət qabiliyyətinin və 
həcminin artmasının, məşğulluğun, investisiyanın, xarici ticarətin, materiala qənaətin, əmək və maliyyə 
ehtiyatlarının, istehsal təşkilinin təkmilləşməsinin və onun səmərəliliyinin artmasının əsas amilidir. 
Qeyd etmək lazımdır ki, bu gün elmin inkişafı və maliyyələşdirməsi əsas üç sektorda: dövlət, özəl və 
qarışıq 

aparılır. Ölkənin elmi-tədqiqat təşkilatlarından 90-nı dövlət sektoruna, 7-si sahibkrlıq sektora, 37-si 
isə ali təhsil sektoruna aiddir. 
Xüsusilə elm və təhsilə ayrılan vəsait hər il davamlı olaraq artırılır. Məsələn, Azərbaycanda son 19 
ildə elmin inkişafına ayrılan vəsaitlərə nəzər yetirək. Əgər 2003-cü ildə dövlət büdcəsindən bu sahəyə ayrılan 
xərclər 16,6 milyon manat olmuşdusa, 2022-ci ildə bu, 202,79 milyon manat təşkil edib. Bu, o deməkdir ki, 
ölkəmizin başçısı elmin inkişafına daim önəm verir. Bundan başqa Prezident İlham Əliyevin 4 may 2009–cu 
il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə 
Milli Strategiya» və «Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli 
Strategiyanın keçirilməsi ilə bağlı Dövlət Proqramı»nda Azərbaycan elminin beynəlxalq elmi məkanına 
inteqrasiyasına son dərəcə yüksək diqqət yetirilmişdir. Lakin müsbət tendensiyalara rəğmən ölkəmizdə elmi 
kəşflər sahəsində hələ də ciddi uğurlar yoxdur.(Zaman:2022)
Ölkənin innovasiya potensialını xarakterizə edən göstəricilər içərisində tədqiqat və işləmələr 
aparanların iqtisadiyyatda məşğul olan ümumi işçilərdən payı göstəricisi mühüm əhəmiyyət kəsb edir: ET 
işləri aparan təşkilatların sayının artmasına baxmayaraq, tədqiqat aparan işçilərin sayı xeyli azalmışdır. 
Ölkənin elmi-tədqiqat sektorunda çalışan 19754 nəfərin 14351-i tədqiqatçılardır. Elmin sahələri üzrə isə
tədqiqatcıların sayı təbiət elmləri üzrə 4445 nəfər, texniki elmləri üzrə 2501 nəfər, tibb elmləri üzrə 1864 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin