Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə274/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   270   271   272   273   274   275   276   277   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---209--- 
Q=f(V) asılılığı identifikasiya edilir, quyunun riyazi modelinin əmsalları, optimal və maksimal iş rejimlərinin 
qiymətləri hesablanır [2., s.97]. 
Şəkil 1. İdentifikatorlu sistemin strukturu

İdarəetmə və nəzarət sisteminə identifikatorun daxil edilməsi kritik quyularda passiv eksperimentlər 
əsasında riyazi modeli identifikasiya etməklə yanaşı, digər quyuların xarakteristikalarının dəyişməsini 
izləməyə və quyuların iş rejimlərini operativ surətdə təshih etməyə imkan verir. Funksional imkanları böyük 
olan kontrollerin tətbiqi sistemin realizə edilməsi üçün əlavə imkan yaradır. Baxılan sistem həm konkret kritik 
quyulara, həm də aktiv eksperimentlərin aparılması icazə verilən quyulara da qoşula bilər [6., s.61]. Cari 
qiymətləri ölçmək mümkün olduğu hallarda sistemin effektivliyi daha da yüksəlir, çünki bu zaman bütün 
qazlift quyularının riyazi modelinin parametrlərinin, həmçinin onun vasitəsilə təyin edilən iş rejimlərinin 
müntəzəm olaraq izlənməsi prosesini həyata keçirmək, riyazi modellə real göstəricilər arasında fərq böyük 
olduğu halda, vəziyyətdən asılı olaraq, əldə edilmiş məlumatların təhlili yolu ilə ya quyunun iş rejimlərinin 
dəyişdirilməsi (təshih edilməsi), ya da aktiv eksperimentlərin aparılması barədə tövsiyə hazırlanır. Kontrollerin 
tətbiqi bu sistemin daha çevik və səmərəli işləməsi üçün geniş imkanlar açır. Belə ki, bu halda ümumi 
idarəedici kompüter əvəzinə idarəetmə-nəzarət funksiyalarını yerinə yetirən əsas PMK1 və identifikasiya 
funksiyalarını yerinə yetirən ikinci - köməkçi PMK2 istifadə edilir (şək.2.). 
Şəkil 2. Köməkçi kontrollerli idarəetmə-nəzarət sistemi. 
Alqoritm tədqiqatların aparılması ardıcıllığı və digər zəruri əməliyyatları təfsilatı ilə təsvir edilməklə 
yanaşı, müşahidələr, ölçmələr, aralıq və yekun nəticələrin qeyd və emal edilməsi üçün konkret hesabat 
formalarının olmasını, eyni zamanda emal bütün məlumatların sistemləşdirilməsi, təsnifatı və təhlilini əhatə 
edərək, alınmış nəticələri asanlıqla müqayisə etməyə imkan verən cədvəl, qrafik, nomoqramların tərtib 
olunmasını da nəzərdə tutur [7., s.32]. Cədvəl 1.-də konkret quyularda tədqiqat nəticələrinin emalı variantları 
verilmişdir.

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin