Keywords: gaslift wells, identification, main features.
Eksperimental tədqiqatların səmərəliliyinin qiymətləndirilməsi meyarı kimi qeyri-istehsal itkiləri
götürülmüşdür. Bunlara quyuların rejimin dəyişdirilməsi zamanı keçid proseslərinin qərarlaşma müddəti ilə (3
saatdan bir neçə günədək), ölçmələrin (hər bir tədqiqat nöqtəsində bir neçə - azı 3 ölçmə) aparılması ilə bağlı
olan itkiləri, qazlift quyusuna vurulan işçi agentin miqdarı kifayət qədər olmadığı hallarda onun paylanması
və yenidən paylanması ilə əlaqədar xərclər və itkiləri (buraya rejimlərin qərarlaşması ilə əlaqədar olan, yəni
keçid prosesinin müddəti ilə bağlı itkilər daxildir), tədqiqatlar zamanı quyularda və avadanlıqlarda baş verə
biləcək nasazlıqlar səbəbindən, periodik qazlift quyularında və aktiv eksperimentlərin aparılması mümkün
olmayan, rejim dəyişmələrinə çox həssas olan quyuların təsirindən yaranan və ölçmə cihaz və qurğularının
dəqiqliyi və idarəetmə-nəzarət sisteminin etibarlılığı ilə əlaqədar itkilər, quyuların təmirlərarası müddəti və
digərləri aid edilmişdir [1, s.61].
Tədqiqatların səmərəliliyini təyin etmək üçün tədqiqatlarla əlaqədar müddəti iki dövrə bölək: birinci
dövr sırf eksperimental tədqiqatlar dövrü, ikinci dövr isə tədqiqatdan dərhal sonra tədqiqat nəticələrinə əsasən
hesablanmış iş rejimləri təyin edilməsindən başlayaraq, həmin rejimlərdən əldə edilən nəticə alınanadək keçən
dövrü əhatə edir. Bu zaman səmərəlilik tədqiqatdan sonrakı 2,5-3 ay ərzində əldə edilən gəlirlə tədqiqat
dövründəki bütün itkilərin fərqi ilə müəyyən ediləcəkdir. İkinci dövrün göstərilən hüdudlarda olması
tədqiqatların ildə 3-4 dəfə aparılması metodikasına uyğun olaraq seçilmişdir. Adətən, göstərilən dövr üçün
təyin edilmiş iş rejiminin dəyişdirilməməsinə, yaxud kəskin dəyişdirilməməsinə səy göstərilir, çünki hər bir
rejim dəyişməsi ayrıca götürülmüş quyuda və ümumilikdə quyular sistemində keçid proseslərinin artması və
hasilatın aşağı düşməsi ilə nəticələnə bilər [3, s.42].
Aktiv eksperimental tədqiqatlar zamanı ölçmə nəticələrinin və quyuların normal iş rejimlərinin (passiv
eksperiment) verilənlərinin təhlili quyuların işçi diapazonu haqqında informasiya qeyri-müəyyən olduqda,
aktiv tədqiqatların keçirilməsi qeyri-mümkün olduğu hallarda statistik identifikasiya nəticələri
eksperimentlərin təshih edilməsi, emal nəticələri quyunun xarakteristikasını məqbul adekvatlıqla təsvir etdiyi
hallarda isə quyuların identifikatorlu idarə və nəzarət olunması üçün istifadə edilə bilər. Bu zaman
identifikasiya fasiləsiz olaraq aparılır.
Təsvir olunan yanaşmaya və qazlift quyularında eksperimental tədqiqatların keçirilməsi konsepsiyası və
ardıcıllığına müvafiq olaraq quyuların tədqiqat prosesinin identifikatorlu idarəetmə və nəzarət sisteminin
strukturunu aşağıdakı kimi təqdim etmək olar (şək.1.). Sistemin iş prinsipi aktiv eksperiment aparılması
mümkünlüyü şübhə altında olan quyuda normal iş rejimində passiv eksperimentlər əsasında işçi agentin
sərfinin mümkün dəyişmə diapazonu haqqında çatışmayan əlavə informasiya əldə etməkdən ibarətdir. Passiv
eksperiment nəticələri (normal iş rejimində ölçülmüş) periodik olaraq identifikator tərəfindən emal edilir,