Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə273/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   269   270   271   272   273   274   275   276   ...   357
Eskisehir-25.03.23

Keywords:
gaslift wells, identification, main features. 
Eksperimental tədqiqatların səmərəliliyinin qiymətləndirilməsi meyarı kimi qeyri-istehsal itkiləri 
götürülmüşdür. Bunlara quyuların rejimin dəyişdirilməsi zamanı keçid proseslərinin qərarlaşma müddəti ilə (3 
saatdan bir neçə günədək), ölçmələrin (hər bir tədqiqat nöqtəsində bir neçə - azı 3 ölçmə) aparılması ilə bağlı 
olan itkiləri, qazlift quyusuna vurulan işçi agentin miqdarı kifayət qədər olmadığı hallarda onun paylanması 
və yenidən paylanması ilə əlaqədar xərclər və itkiləri (buraya rejimlərin qərarlaşması ilə əlaqədar olan, yəni 
keçid prosesinin müddəti ilə bağlı itkilər daxildir), tədqiqatlar zamanı quyularda və avadanlıqlarda baş verə 
biləcək nasazlıqlar səbəbindən, periodik qazlift quyularında və aktiv eksperimentlərin aparılması mümkün 
olmayan, rejim dəyişmələrinə çox həssas olan quyuların təsirindən yaranan və ölçmə cihaz və qurğularının 
dəqiqliyi və idarəetmə-nəzarət sisteminin etibarlılığı ilə əlaqədar itkilər, quyuların təmirlərarası müddəti və 
digərləri aid edilmişdir [1, s.61]. 
Tədqiqatların səmərəliliyini təyin etmək üçün tədqiqatlarla əlaqədar müddəti iki dövrə bölək: birinci 
dövr sırf eksperimental tədqiqatlar dövrü, ikinci dövr isə tədqiqatdan dərhal sonra tədqiqat nəticələrinə əsasən 
hesablanmış iş rejimləri təyin edilməsindən başlayaraq, həmin rejimlərdən əldə edilən nəticə alınanadək keçən 
dövrü əhatə edir. Bu zaman səmərəlilik tədqiqatdan sonrakı 2,5-3 ay ərzində əldə edilən gəlirlə tədqiqat 
dövründəki bütün itkilərin fərqi ilə müəyyən ediləcəkdir. İkinci dövrün göstərilən hüdudlarda olması 
tədqiqatların ildə 3-4 dəfə aparılması metodikasına uyğun olaraq seçilmişdir. Adətən, göstərilən dövr üçün 
təyin edilmiş iş rejiminin dəyişdirilməməsinə, yaxud kəskin dəyişdirilməməsinə səy göstərilir, çünki hər bir 
rejim dəyişməsi ayrıca götürülmüş quyuda və ümumilikdə quyular sistemində keçid proseslərinin artması və 
hasilatın aşağı düşməsi ilə nəticələnə bilər [3, s.42]. 
Aktiv eksperimental tədqiqatlar zamanı ölçmə nəticələrinin və quyuların normal iş rejimlərinin (passiv 
eksperiment) verilənlərinin təhlili quyuların işçi diapazonu haqqında informasiya qeyri-müəyyən olduqda, 
aktiv tədqiqatların keçirilməsi qeyri-mümkün olduğu hallarda statistik identifikasiya nəticələri 
eksperimentlərin təshih edilməsi, emal nəticələri quyunun xarakteristikasını məqbul adekvatlıqla təsvir etdiyi 
hallarda isə quyuların identifikatorlu idarə və nəzarət olunması üçün istifadə edilə bilər. Bu zaman 
identifikasiya fasiləsiz olaraq aparılır. 
Təsvir olunan yanaşmaya və qazlift quyularında eksperimental tədqiqatların keçirilməsi konsepsiyası və 
ardıcıllığına müvafiq olaraq quyuların tədqiqat prosesinin identifikatorlu idarəetmə və nəzarət sisteminin 
strukturunu aşağıdakı kimi təqdim etmək olar (şək.1.). Sistemin iş prinsipi aktiv eksperiment aparılması 
mümkünlüyü şübhə altında olan quyuda normal iş rejimində passiv eksperimentlər əsasında işçi agentin 
sərfinin mümkün dəyişmə diapazonu haqqında çatışmayan əlavə informasiya əldə etməkdən ibarətdir. Passiv 
eksperiment nəticələri (normal iş rejimində ölçülmüş) periodik olaraq identifikator tərəfindən emal edilir, 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin