Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə287/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   283   284   285   286   287   288   289   290   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---219--- 
verilməkdədir. Bu layihələrlər yanaşı, hava limanlarının tikilməsi, yolların salınmasl, turizm sektoruna 
aid müxtəlif işlərin həyata keçirilməsi də reallaşmaqdadır. Bütün bu proseslər iqtisadi, maliyyə, geosiyasi, 
tranzit-logistika aspektlərini də özündə cəmləşdirir. Çünki hər hansı bir ölkə quruculuq, bərpa işlərinə 
start verirsə, məntiqi olaraq, sabit, təhlükəsiz hərəkət dəhlizinə də ehtiyac yaranır. Bu baxımdan Zəngəzur 
dəhlizinin istifadəyə verilməsi beynəlxalq aləmdə də mühüm strateji əhəmiyyət kəsb edir.
Bu gün Çin Xalq Respublikasının dövlət xadimləri, politoloqları, media vasitələri “Bir kəmər, bir 
yol” layihəsi çərçivəsində “Orta yol” adlandırdıqları nəqliyyat marşrutuna ciddi fikir verir. Qeyd edək ki, 
“Bir kəmər, bir yol” layihəsi Çin Xalq Respublikasının 2013-cü ildə elan etdiyi iqtisadi inkişaf 
strategiyasıdır. Bu strategiya Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı 
münasibətlərin qurulmasına yönlənmişdir və iki əsas inkişaf istiqamətini nəzərdə tutur – “İpək Yolu 
İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Əsas məqsəd Şərqdən Qərbə güzəştli şərtlərlə malların daşınması 
məqsədilə ticarət dəhlizinin yaradılmasından ibarətdir. “Bir kəmər, bir yol” strategiyasının həyata 
keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.” (2). Çin rəsmiləri “Bir kəmər, 
bir yol” layihəsi çərçivəsində “Orta yol” kontekstində son zamanlar Zəngəzur dəhlizinin vacibliyini mütləq 
şəkildə qeyd edirlər. “Bu dəhliz Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla yanaşı, Asiya-Sakit okean 
regionu ölkələrində də böyük fayda verə bilər. Təbii ki, burada Çinin qazana biləcəyi daha çoxdur” (Zəngəzur 
dəhlizinin reallaşması “Orta Dəhliz”in işə düşməsi deməkdir. https://www.yeniazerbaycan. com/YAPxeber _e 
77846_az.html). 
“Bir kəmər, bir yol” layihəsi quru və dəniz nəqliyyat marşrutları üzrə dünyanın müxtəlif ölkələrini 
əhatə edən nəhəng bir sistemə bənzəyir. Bu “sistem”ə Avropa və Asiya dövlətləri qatılmaqda davam edir. Təbii 
ki, layihə üçün əsas məqsəd təhlükəsiz və sürətli və ucuz yolla ticari-iqtisadi əlaqələrin qurulmasıdır. Bununla 
əlaqədar olaraq, “Şimal yolu”, “Orta yol” və “Cənub yolu” istiqamətləri də müəyyənləşdirilmişdir. “Şimal 
yolu” Rusiya, “Orta yol” Mərkəzi-Asiya-Azərbaycan-Gürcüstan-Türkiyə, “Cənub yolu” isə Cənubi Asiyadan 
İrana doğru uzanır. Hər üç yol Azərbaycan ərazisində kəsişir. Maraqlıdır ki, “Cənub yolu” üçün Azərbaycanda 
iki istiqamət müəyyənləşmişdir. Birincisi, Gürcüstan, digəri isə Zəngəzur vasitəsilə Türkiyə-Avropa 
istiqaməti. Digər tərəfdən isə “Bir kəmər, bir yol” layihəsi çərçivəsinfə “Şimal-Cənub” və “Şimal-Qərb” 
nəqliyyat marşrutları Azərbaycanda kəsişərək, Zəngəzur dəhlizindən Avropaya çıxış əldə edir. Bütün bu 
imkanları təhlil edərək, belə bir qənaətə gəlmək olur ki, Azərbaycan beynəlxalq layihələrin reallaşdırılmasında 
birbaşa olaraq, regionda nəqliyyat yollarının əlaqələndiricisidir. Bu baxımdan Zəngəzur dəhlizi ölkəmizi bir 
neçə istiqamətdə Avropa və Asiya ilə birləşdirən strateji ərazi sayıla bilər. Son zamanlarda baş verən hadisələr 
sübuta yetirir ki, böyük dövlətlərin Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına dəstək vermələri zamanın 
tələbidir. Buna görə də beynəlxalq aləmdə Zəngəzur dəhlizinin yuxarıda sadalanan funksiyası qəbul 
edilməkdədir.
İlk növbədə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın qlobal logistik-tranzit mövqeyini 
möhkəmlədəcək. Bəllidir ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikasının arasında hava və quru əlaqəsi 
məlum səbəblər üzündən hələlik Türkiyə və İran üzərindən mümkündür. Dəhlizin istifadəyə verilməsi 
Naxçıvanı Azərbaycan və Türkiyə ilə birləşdirəcək. Dəhliz Cənubi Qafqazda inteqrasiyanı təmin etməklə 
yanaşı, işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri və dirçəliş üçün yeni imkanlar açacaq. Uzun illər 
blokada şəraitində qalmış Naxçıvan ölkə iqtisadiyyatına tam inteqrasiya edə biləcək imkan qazanacaq, 
hərtərəfli iqtisadi inkişafa nail olacaq. Dəhlizin açılmasının digər maraqlı və perspektiv tərəfi isə nəqliyyat 
qovşağı ilə Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə Çin, Orta Asiya-
Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Bu isə Türk 
dünyasının birləşməsi anlamındadır. Bunun nəticəsində isə ölkəmizin Bakı-Tbilisi-Qars nəqliyyat xətti ilə 
yanaşı, Naxçıvan vasitəsilə Türkiyə, oradan da Avropaya çıxış təmin ediləcək. “Zəngəzur dəhlizinin açılması 
nəinki Azərbaycanda, bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı 
bağlayacaq əsas xətt türk dünyası arasında yaranmış körpü olacaq” (13), 
 
“Uzaq Şərq və Türk 
Cümhuriyyətlərindən Türkiyəyə tranzit əlaqə heç bir ölkənin müdaxiləsi, icazəsi və ya razılığı olmadan həyata 
keçiriləcək”
 
(14). Onu da qeyd etmək vacibdir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Türkiyə-
Azərbaycan arasında müttəfiqlik haqqında 2021-ci ilin iyunun 15-də imzalanan Şuşa bəyannaməsinə müddəa 
kimi daxil edilmişdir. “Ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların və ixracın 
şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması 
istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha 
da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat 
sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə 
hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən "Zəngəzur 
dəhlizi”nin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin