The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---218---
ci illərindən 2020-ci ilə qədər türk dünyasını ayıran, azərbaycanlı qardaşları bir-birindən təcrid edən,
bölgə xalqlarının əlaqələrini kəsən, dünya ticarətinin bu coğrafiyadakı yoluna ciddi əngəl olan bir məkana
çevrildi” (12). Bütün bunları nəzərə alaraq, demək olar ki, Vətən müharibəsində qələbə və Zəngəzurun
perspektivliyi həm region, həm dünya, həm də türk dövlətləri üçün yeni imkanlar açmaqla, iqtisadiyyata
müsbət təsir göstərəcək.
Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci
illərində - Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən xüsusi
diqqətində olub. “Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu
yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyev
Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu türklərin
Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Ermənistan KP MK katibi
Dəmirçiyanın etirazlarından sonra layihə dayanmışdı” (Heydər Əliyev ideyaları: Zəngəzur və Şuşa vəsiyyətləri
bizə nə deyir? (https://ikisahil.az/post/234054-heyder-eliyev-ideyalari).
Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi konsepsiyası 44 günlük Vətən müharibəsinin başa
çatmasından sonra Azərbaycan və Türkiyə tərəfindən təkid olunur, lakin rəsmi Ermənistan buna qarşı çıxır.
Təbii ki, bu etiraza səbəb
Ermənistan rəhbərliyinin məğlubiyyətin ağır yükünün çiyinlərində hiss etməsi və
əhalisinin bu məğlubiyyətlə əlaqədar qəzəbini duymasıdır. “Görünən odur ki, ermənilər müxtəlif manevrlərlə
prosesi ləngidir, heç kimə faydası olmayan hərəkətlər edirlər. İqtidarda olan şəxslər fərqli fikirlərlə erməni
xalqının onsuz da dumanlı düşüncələrini bir qədər də bulandırır. Ermənistan baş nazirinin bir-biri ilə heç bir
əlaqəsi olmayan vədlər verməsi, açıqlamalar etməsi də bunu təsdiqləyir. Bir gün Zəngəzur dəhlizinin
yaradılmasının öz ölkəsi üçün faydalarından danışan erməni rəhbər, ertəsi gün bununla heç bir əlaqəsi olmayan
ifadələr işlədir” (Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanları artacaq,
https://www.azerbaijan-news.az/az/posts/deta). Görünən odur ki, hazırda Ermənistan rəhbərliyi bu addımı
atmaqda tərəddüd keçirir, halbuki dəhlizin açılması onların özü üçün də böyük perspektivlər vəd edir və ölkəni
iqtisadi böhrandan çıxarmaqda böyük rol oynayacaq. Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdir:
“Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Bu iki il ərzində Laçın yolu ilə
Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə
yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar
Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə
hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə qədər gözləməliyik?” (3).
Zəngəzur dəhlizinin açılması 30 il işğal altında qalmış Qarabağın bərpasının və ölkəyə
reinteqrasiyasının tərkib hissəsidir. Bölgədə quruculuq işləri davam edir və bu işdə paralel olaraq müxtəlof
beynəlxalq şirkətlər də cəlb edilib. “Ağıllı şəhər”, “ağıllı kənd” kimi layihələr artıq istifadəyə
verilməkdədir. Bu layihələrlər yanaşı, hava limanlarının tikilməsi, yolların salınmasl, turizm sektoruna
aid müxtəlif işlərin həyata keçirilməsi də reallaşmaqdadır. Bütün bu proseslər iqtisadi, maliyyə, geosiyasi,
tranzit-logistika aspektlərini də özündə cəmləşdirir. Çünki hər hansı bir ölkə quruculuq, bərpa işlərinə
start verirsə, məntiqi olaraq, sabit, təhlükəsiz hərəkət dəhlizinə də ehtiyac yaranır. Bu baxımdan Zəngəzur
dəhlizinin istifadəyə verilməsi beynəlxalq aləmdə də mühüm strateji əhəmiyyət kəsb edir.
Bu gün Çin Xalq Respublikasının dövlət xadimləri, politoloqları, media vasitələri “Bir kəmər, bir
yol” layihəsi çərçivəsində “Orta yol” adlandırdıqları nəqliyyat marşrutuna ciddi fikir verir. Qeyd edək ki,
“Bir kəmər, bir yol” layihəsi Çin Xalq Respublikasının 2013-cü ildə elan etdiyi iqtisadi inkişaf
strategiyasıdır. Bu strategiya Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı
münasibətlərin qurulmasına yönlənmişdir və iki əsas inkişaf istiqamətini nəzərdə tutur – “İpək Yolu
İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Əsas məqsəd Şərqdən Qərbə güzəştli şərtlərlə malların daşınması
məqsədilə ticarət dəhlizinin yaradılmasından ibarətdir. “Bir kəmər, bir yol” strategiyasının həyata
keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.” (2).
Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı infrastruktur layihələri Avropa ilə Çin
arasında ən qısa əlaqəni təmin edir və “Bir kəmər, bir yol” təşəbbüsü ümumilikdə regional əməkdaşlıq üçün
böyük əhəmiyyət daşıyır. Bu baxımdan Zəngəzur dəhlizinin imkanları Asiya-Sakit okean regionu ölkələri üçün
mühüm əhəmiyyət daşıyır. Azərbaycan ərazisindən keçən Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin tərkib hissəsi
olub, Asiya və Avropanı birləşdirir. “Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi
kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş
ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm” (11).
Zəngəzur dəhlizinin açılması 30 il işğal altında qalmış Qarabağın bərpasının və ölkəyə
reinteqrasiyasının tərkib hissəsidir. Bölgədə quruculuq işləri davam edir və bu işdə paralel olaraq müxtəlof
beynəlxalq şirkətlər də cəlb edilib. “Ağıllı şəhər”, “ağıllı kənd” kimi layihələr artıq istifadəyə