Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə288/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   284   285   286   287   288   289   290   291   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---220--- 
dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır” (15). Qeyd edək ki, Zəngəzur dəhlizinin 
istifadəyə verilməsi məsələsini Azərbaycan rəhbərliyi ilə yanaşı, Türkiyə də gündəmdə saxlayır.
Dəhlizin istifadəyə verilməsi Rusiya Federasiyasının və eləcə də, Ermənistanın maraqları daxilindədir. 
Çünki dəhliz hər iki ölkə üçün dividentlər gətirəcək. Ermənistan Zəngəzur dəhlizinin açılmasıyla uzun illər 
davam edən blokadadan çıxacaq və maddi gəlir əldə edəcək. Bundan başqa, Rusiyaya birbaşa nəqliyyat 
marşrutu əldə edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının dövlət başçısı ilə baş 
tutan görüşlərində dəhlizin açılması mütəmadi olaraq, müzakirə edilir. RF Prezidenti Vladimir Putin də 
dəhlizin açılmasında həm siyasi, həm də iqtisadi baxımdan maraqlıdır və öz qəti mövqeyini ortaya qoymuşdur 
və 2020-ci il 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərə əməl etməsini Ermənistandan tələb 
edir.
Zəngəzur dəhlizinin açılması regional əməkdaşlıq və beynəlxalq layihələrin icrası aspektlərində 
region ölkələrin maraqlarına xidmət edir. Çünki dəhliz Cənubi Qafqazdan keçən marşrutlar sisteminin
fəaliyyətini dirçəldəcək. Dəhliz, eyni zamanda, Azərbaycan və İran İslam Respublikası arasında dəmir 
yol xəttinin çəkilməsinə və İranın dəmir yollarına çıxışını təmin edəcək. Zəngəzur dəhlizi müxtəlif 
istiqamətlərdə əməkdaşlığın mühüm bəndlərindən biri kimi qəbul edilir.
Nəticə 
Deyilənləri yekunlaşdıraraq, belə bir nəticəyə gəlmək olar ki, Zəngəzur dəhlizinin istifadəyə 
verilməsi regionda sülhün və təhlükəsizliyin qorunmasına töhfə verməklə yanaşı, türk dünyasını 
birləşdirəcək, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiya arasında əlaqələrin daha 
da sıxlaşmasına, regionun geosiyasi əhəmiyyətinin artmasına səbəb olacaq, Azərbaycanı regionun nəqliyyat 
qovşaqlarının mərkəzinə çevirəcək. 

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin