Conference Paper · March 023 citations reads 163 authors


Neogen çöküntülər kompleksinin sululuğu



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə355/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   349   350   351   352   353   354   355   356   357
Eskisehir-25.03.23

Neogen çöküntülər kompleksinin sululuğu
. Neogen çöküntülər kompleksində nisbətən sabit sululuğa 
malik pont mərtəbəsinin süxurlarıdır. Pont mərtəbəsinin sululuğu əhəngdaşları ilə əlaqədardır. Bu çöküntülər 
Şamaxı rayonunun şimal və şimal – qərb hissələrində daha çox yayılmışdır. Pont mərtəbəsinin çöküntüləri ilə 
əlaqədar olan bulaqlara Kərkəc və Muğanlı kəndləri ərazilərində rast gəlinmişdir. Bu bulaqlardan götürülmüş 
su nümunələrinin kimyəvi analizi bunların sulfatlı – hidrokarbonatlı kalsiumlu maqneziumlu və natriumlu 
tipinə aid olmasını göstərir. Suların ümumi minerallaşması 0,4 – 3,5 q/l arasında dəyişir. Ayrı – ayrı bulaqlarda 
aparılan ölçmələr bu buların debitinin 1,2 – 4,5 l/san arasında dəyişdiyini göstərir.
Qrunt suları
. Ərazidə Dördüncü dövr çöküntülərində qrunt suları sporadik olaraq çayların yataqaltı allüvial 
çöküntülərində, elüvial – delüvial və delüvial – prolüvial çöküntülərində yayılmışdır. Tədqiqatlar nəticəsində müəyyən 
edilmişdir ki, qrunt suları əsasən atmosfer çöküntülərinin fəal dövr etdiyi 30 m – dək dərinlikdə yayılmışdır. Qrunt 
sularının səviyyəsinin yatma dərinliyi müxtəlif olaraq 4,3 – 13,5 m arasındadır. 
Şamaxı platosunun şimal – qərb yamaclarında çoxlu sayda qrunt suları ilə əlaqədar olan bulaqlara rast 
gəlinmişdir. Bu bulaqların sərfi ən çox halda 0,1 – 0,2 l/san təşkil edir. Allüvial çöküntülərin qrunt suları 
Pirsaatçayın yataqaltı allüvial qatında yayılmışdır. Allüvial çöküntülərin qalınlığı bir neçə metrdən 60,0 – 70,0 
m - ə qədərdir. Bəzi yerlərdə Pirsaatçayın allüvial çöküntülərinin yayılma sahələrinin eni 3,0 km - ə qədər çatır. 
Allüvial çöküntülərin litoloji kəsilişi çaqıl – çınqıl, qum, qumca, gilcə laylarının növbələşməsindən ibarətdir. 
Çaqılların doldurucuları qum, qumca və gilcələrdən ibarətdir. 
Allüvial çöküntülərində qrunt suları bulaqlar şəklində yer səthinə çıxırlar. Belə bulaqların sərfi 10,0 l/san 
– dən artıq olur və adətən 1,0 – 3,0 l/san arasındadır. Bəzi sahələrdə allüvial çöküntülərdə sulu layların qalınlığı 
15,0 – 37,0 m arasında dəyişir. Çox yerlərdə isə bu qalınlıq 1,0 - 3,0 m – dən çox deyildir. Susaxlayan 
süxurlarda süzülmə əmsalı 1,0 – 10,0 m/gün arasındadır. Suyun minerallaşma dərəcəsi 0,5 – 0,75 q/l, kimyəvi 
tərkibi əsasən hidrokarbonatlıdır. 
Alüvial – prolüvial çöküntülərlə əlaqədar olan sulu horizontların süzülmə əmsallarının qiyməti çay 
yatağının kəskin şəkildə meandrlaşması ilə əlaqədar olan iki – üç və daha çox müxtəlif litoloji tərkibli layların 
yatım şəraitindən və qalınlığından asılı olaraq müxtəlif olur. Layların kəsilişində bu cür növbələşməsi 
yuxarıdan aşağıya doğru kobud dənəli qumların xırda və incə dənəli qumlarla əvəz olunmasına gətirib çıxarır. 
Çay yatağının alüvial çöküntüləri toz fraksiyası ilə zəngin olan doyma materialları ilə örtülür. Poymaüstü 
aşağı terraslarda çaqıllı – çınqıllı gil və gilcə dolduruculu qrunt sularının dövr etdiyi çöküntülərin süzülmə 
əmsallarının qiyməti süzülmə əmsallarının və bununla əlaqədar olaraq bu çöküntülərə qazılm hidrogeoloji 
quyuların debitlərinin kəskin şəkildə dəyişməsi çay vadisində getmiş kalmatasiya hadisəsi ilə əlaqədardır. 
Terraslarda qrunt sularının səviyyəsi müxtəlif dərinliklərdə yatımı 3,5 m – dən 8 – 10 və daha çox metrə 
qədər təşkil edir. Çay yatağından yamaclara doğru getdikcə qrunt sularının yatma dərinliyi qanunauyğun 
olaraq artır. Daha doğrusu aşağı poymaüstü terraslarda qrunt sularının yatma dərinliyi 2 – 3 m, vadinin 
yamaclarında isə bu dərinlik 8 – 10 m daha çox olur. Qrunt sularının qidalanması əsasən yerüstü su axımlardan 
olan infiltrasiya hesabınadır.
Elüvial – delüvial çöküntülərdə qrunt suları məhdud sahələrdə sporadik yayılmaya malikdir. Onlara 
yüksəkliklərin yastı yamaclarında rast gəlinir. Elüvial – delüvial çöküntülərinin qalınlığı 1,0 – 3,0 m – dir. 
Nadir hallarda onların qalınlığı 15,0 – 20,0 m - ə çatır. Litoloji tərkibi ərazidə yayılan çöküntülərin aşınma 
materiallarından təşkil olunmuşdur. Litoloji kəsilişdə gilcə, qumca, qum daha geniş yayılmışdır. Bəzi yerlərdə 


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin