Conference Paper · March 023 citations reads 163 authors


Multidisciplinary Studies of the Turkish World



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə352/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   349   350   351   352   353   354   355   356   357
Eskisehir-25.03.23

Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin 
The 25
th
 of March ISBN: Eskishehir / Türkiye
---265--- 
measures to be carried out in the area; the areas where physical-geological phenomena are most common are 
selected and characterized as a separate engineering-geological area; due to the extreme predominance of clay 
facies in the lithological section of the parent rocks, the decrease in the infiltration of atmospheric sediments 
and molten waters, and in this connection, the saturation of wear products with water and the increase in their 
weight. 
Key words: 
groundwater, pressurized water, hydrogeological conditions, degree of mineralization, 
chemical composition, physical-geological phenomena, geological structure, engineering-geological 
conditions. 
Tədqiqat rayonunun mühəndis-geoloji şəraiti qiymətləndirilərkən ərazidə yayılmış yeraltı suların 
təhlilinin aparılmasına çox böyük ehtiyac vardır.
 
1858-1906-cı illərdə görkəmli alim geoloq Abix Böyük 
Qafqazda geoloji tədqiqat almış ilk alimlərdəndir. Abixin apardığı geoloji tədqiqatların nəticələri Böyük 
Qafqazın struktur-tektonik quruluşunu, ümumi stratiqrafiyasını və litologiyasını qısa şəkildə 
səciyyələndirməyə əsas verən ilk geoloji məlumatlardır (Геология Азербайджана, том I, II.2007 ).
1927-1931-ci illərdə görkəmli alim geoloqlar Veber, Şat, Mirçin, Fyedorov, Kazen və Arutyunov Böyük 
Qafqazın cənub şərq hissəsinin Qobustan ərazisinin 1:42000 miqyasda geoloji xəritəsini tərtib etmişdir. Bu 
tədqiqatçılar apardıqları geoloji xəritəalma işlərini bir az da genişləndirərək ərazinin Çuxuryurd və Kirovka 
kəndlərinin sahələrini də bu geoloji xəritəyə daxil etmişlər. Tərtib edilmiş bu geoloji xəritədə təbaşir 
çöküntülərinin çıxışları, tektonik pozulmalar və onların istiqamətləri, eləcə də ərazidə mövcud olan mineral və 
şirin su bulaqları qeyd edilmişdir (Геология Азербайджана, том IV.2005 )..
1956-cı ildə Şirinov və onun rəhbərlik etdyi dəstə tərəfindən zəngin mineral su bulaqlarının inkişaf 
etdiyi Çuxuryurd yaylasının 1:25000 miqyasında xəritəsinin tərtib etmişdir. 
1937-1944-cü illərdə Azərbaycanın görkəmli alim geoloqu Mirəli Qaşqayın rəhbərliyi altında təşkil 
edilmiş geoloji dəstə tərəfindən Şamaxı rayonunun mineral suları, onların genezisi və müailcə əhəmiyyəti 
ətraflı şəkildə öyrənilmişdir. Akademik Mirəli Qaşqayın rəhbərlik etdiyi geoloji dəstənin aparıcı işlərin 
nəticələri 1952-ci ildə «Azərbaycanın mineral suları» adlı monoqrafiyada dərc edilmişdir. Bu monoqrafiyada 
mineral suların kimyəvi tərkibi, debiti, onların çıxdığı süxurların litologiyası, stratiqrafik yaşı göstərilir (Mirəli 
Qaşqay, 1952
Şamaxı rayonunun mineral sularının öyrənilməsində Az. BDU-nin professor görkəmli mineral sular 
tədqiqatçısı, Ə.H.Əskərovun da rolu böyükdür. Onun rəhbərliyi və iştirakı ilə Azərbaycanın kurortologiya 
institutunun bir qrup əməkdaşı tərəfindən Çuxuryurdun mineral kükürdlü sularının müalicəvi əhəmiyyəti və 
onların təbabətdə istifadəsi müəyyənləşdirilmişdir. A.H. Əskərovun apardığı tədqiqatlar «Минеральные 
источники Азербайджанской СССР» adlı monoqrafiyasında 1954-cü ildə nəşr edilmişdir (Аскеров А.Г. 
1954).
1961-ci illərdə T.M.Həsənov və T.Q.Raşkova tərəfindən SSRİ-nin hidrogeoloji xəritəsinə əlavə kimi 
İsmayıllı rayonunun 1:200000 miqyasında hidrogeoloji xəritəsi tərtib edilir.
Şahsuvarov A.S., Əliyev A.Q. və başqaları tərəfindən Şamaxı və Ağsu rayonları ərazidə sürüşmələr 
üzərində tədqiqat işləri aparılmış və onların nəticələri hesabat şəkildə 1964-cü ildə geoloi fondda saxlanılır. 
Bu hesabatda sürüşmələrin morfoloji quruluşu, əmələgəlmə səbəbləri verilmişdir. 
Mustafayev T.R., Həsənov C.N. tərəfindən nəzərdən keçirilən ərazidə 1978-1979-cu illərdə 
hidrogeoloji kəşfiyyat işləri aparılmış və bu kəşfiyyat işlərinin nəticələri Pirsaat hidrogeoloji dəstəsinin 
hesabatında öz əksini tapmışdır.
1978-1981-ci illərdə Azərbaycanın hidrogeoloji və mühəndisi-geologiyası idarəsinin Şamaxı rayonunun 
hidrogeoloji şəraitini, oranın mineral sularını öyrənmək məqsədilə bu ərazidə hidrogeoloji kəşfiyyat işlərinin 
nəticələri hesabat şəklində Az. Dövlət Geol. Komun. fondunda saxlanılır. Bu geoloji hesabatda ərazidə 
mövcud olan şirin və mineral su bulaqlarının əksəriyyətinə dair məlumatlar verilir, perspektivli sahələr qeyd 
edilir. Yeraltı sular Şamaxı regionu üçün şərti olaraq qrunt sularının, təzyiqli şirin suların və təzyiqli mineral 
sulara ayrılır. Sonra ayrılmış hər bir yeraltı su tipinin qısa səciyyəsi verilir
(F.Ş.Əliyev, 2000).
1982-ci ildə Mustafayev T.R., Sadıxova A.E. tərəfindən İsmayıllı rayonunda aparılmış geoloji, 
hidrogeoloi axtarış işlərinin nəticələrinə dair hesabat tərtib edilmişdir. Bu hesabatda şirin su bulaqları, Ağsu 
və Pirsaat çayları vadilərində mövcud olan qrunt su linzalarına dair məlumatlar verilir.
1984-1986-cı illərdə Şamaxı-İsmayıllı ərazisi hüdudlar aparılmış geoloji-hidrogeoloji tədqiqat işlərinin 
nəticələrinə dair geoloji hesabat Məmmədov F.Ş., Xəlilov R.S. tərəfindən tərtib edilmişdir. Geoloji hesabatda 
Böyük Qafqazın cənub-şərq batımının şirin yeraltı su pespektivli sahələri bu və ya digər dərəcədə 
qiymətləndirilmişdir. 


"

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin