"
Multidisciplinary Studies of the Turkish World
", dedicated to the 125
th
anniversary of
Amin Abid Gultekin
The 25
th
of March ISBN: Eskishehir / Türkiye
---267---
Koun mərtəbəsi – litoloji olaraq nazik mergelli əhəngdaşları, qumdaşları, alevrit laycıqları ilə zəngin olan
qalın gil təbəqələrindən ibarətdir. Kəsilişdə iştirak edən ayrı – ayrı layların qalınlıqları 0,1 – 0,25 m – dən artıq
olmur. Mərtəbənin çöküntüləri zəif sululuğa malikdir. Müxtəlif dövrlərdə qazılan hidrogeoloji quyuların
debitləri 0,2 – 0,3 l/san – dir. Kimyəvi tərkibinə görə hidorkarbonatlı və kalsiumlu olaraq, 0,7 q/l quru qalıqla
səviyyələnir.
Paleogen çöküntülər kompleksinin sululuğu.
Bu çöküntülər rayonun şimal hissəsində dağlıq
ərazilərdə inkişaf etmişdir. Kompleksin daxilində litoloji nöqteyi nəzərdən daha çox sabit tərkibə malik olan
iki fasiya qeyd edilir. Çöküntülər əsasən maykop lay dəstəsinə aid edilir. Maykop lay dəstəsinin çöküntüləri
xırda saçaqvari çatlılığa malik və qumdaşı laycıqları olan gillərdən ibarətdir. Çöküntülər arasında mövcud olan
qumdaşı laycıqları yeraltı suların zəif də olsa formalaşmasında əsas rol oynayırlar. Qumdaşları incə təbəqəli,
aşınma zonalarında yüksək çatlılığa malikdirlər. Bunların yer səthinə çıxdığı ərazilərdə onların
atmosfer
çöküntüləri ilə qidalanması üçün əlverişli şərait mövcud olduğuna görə zəif olsa
da sululuğu əsasən səthi
hidrogeoloji xəritəalma ilə öyrənilmişdir. Həmin xəritələrdən relyejin aşağı
mütləq yüksəkliyə malik
sahələrində bulaqlar, su sızmaları və bataqlıqlar qeyd edilmişdir. Bu göstərilən su çıxışlarından götürülən su
nümunələrinin kimyəvi tərkibi onların sulfatlı, xloridli, natriumlu tipinə aid olunurlar.
Qeyd edək ki, maykop lay dəstəsinin qumdaşlarında həm də mineral kükürdlü sular da geniş yayılmışdır.
Kükürdlü suların minerallaşması 1 q/l – dən 8,5 q/l qədərdir. Bu sularda hidrogen sulfidin miqdarı 7 – 8 mq/l
– dən 12 – 13 mq/l qədər dəyişir.
Dostları ilə paylaş: