The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"
The 25
th
of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye
---68---
hökümdarları Asparux,VII əsr) “aspar” və “uk” hissələrindən ibarətdir; aspar titul bildirən sözdür - qədim
türklərdə İşbari xan; uk-oğul, varis deməkdir” [14, 383].
Z.Budaqova və T.Hacıyevin “Azərbaycan dili kitabı”nda diqqəti cəlb edən bir məqama rast gəlirik:
“Asparoq / İşparoq- II əsrdə sarmat sərkərdələrinin adı, etnik mənşəyinə görə skif sayılı [6,129].
N.A.Baskakova görə, söz bu hissələrdən ibarətdir: eş / es (dost, yoldaş)+börü (canavar) və yəqin ki, +oq
(Баскаков, 1985: c.29).Yenə N.A.Baskakova müraciət edək:
apraksa
türk sözü olan
apuraq/apuran
kəlmələrindən ibarət olub üç mənası var.1)sakit, diqqət; 2) dişsiz 3) ədəbaz sözləridir[1,95]. Hacıyev T. yazır:
Budaqov L. “Türk-tatar dillərinin müqayisəli lüğəti” kitabında bu sözün qazax və qıpçaq dillərinə aid olduğunu
qeyd edir.[5, 12]
Bütöv halda bu ad türk sozü olan “es” yəni ağıl, dərrakə mənasını verən Esbiroq kimi səslənmişdir.
Birok isə “yalnız biri” ümumi mənasının (yalnız ağıllı) kimi tərcümə olunan bir sözdür. Bu ad Şimali
Dağıstanda avar xanının adı Asparux ilə müqayisə oluna bilər [108,s.464]. Bir başqa mənbədə isə “Asparoğ /
İşbaroq - II əsrdə sarmat sərkərdəsinin adıdır. O, etnik mənşəyinə görə skif sayılır”[10,80] N.A.Baskakova
görə söz bu hissələrdən ibarətdir: “eş/es (dost, yoldaş) + börü (canavar) və yəqin ki, + oq” [1,30] yəni adın
birinci komponenti “dost” və “yoldaş” sözlərindən, ikinci komponenti isə “canavar” sözündən ibarətdir. Lakin
burada canavar – “vəhşi heyvan” mənasında deyil, igid türkləri təmsil edən “boz qurd” mənasında verilmişdir.
Oq/ög qədim türkcə “ana”, “doğma” deməkdir (Древнетюркский словарь, 1969: s.108). “Qədim türk
lüğəti”ndə isə “oq” kök morfeminin bir neçə mənası verilmişdir: 1) özül, dayaq; 2) mirasın 3) təsdiq - ayrılma
anlamı verən ədatdır və s. [2, 369] .Belə qənaətə gəlirik ki, “oq” kök morfeminin mənası “möhkəm dayaq”
anlamını verir. Yəni möhkəm, etibarlı, dost (türk olan dost) deməkdir. “Asprakos (Albaniyada feodal adı, V
əsr) adının sonundakı “os” şəkilçisi erməni dilinə yunanlardan keçmiş adlıq hal şəkilçisidir. Asprak və Asparux
türk adının ermənicə yazılışıdır. Asparux (Bolqar hökümdarları Asparux,VII əsr) “aspar” və “uk” hissələrindən
ibarətdir; aspar titul bildirən sözdür - qədim türklərdə
İşbari xan
;
uk
-oğul, varis deməkdir [14, 383]. Deməli,
Asparoks
Dostları ilə paylaş: