Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə85/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   81   82   83   84   85   86   87   88   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---67--- 
mənada erkək aslan, II mənada isə igid, qorxmaz olduğu verilmişdir (Ərəb və Fars sözləri lüğəti, 1985: s. 787]. 
“Qədim türk lüğəti”ndə isə bu sözə xüsusi mürəkkəb ad şəklində rast gəlirik: 
Şiri 
sanskrit dilində mənası 
məlum olmayan xüsusi addır [2, 523].
Deməli, Cavanşir – “qorxmaz”, “igid”, “dövlətli”, “varlı”, “nurlu başçı”, “rəhbər”, “knyaz” həm də bu 
antrponimin semantikasında şahzadə mənaları da cəmləşmişdir. 
Viro
–Lakin şah qəti and verdi ki, nə qədər ki, özü sağdır, Viro heç vaxt ölkəsinə qayıtmayıb sarayda 
həbsdə olacaq, amma katolikos rütbəsi ondan alınmayacaq və onun gəlirləri müsadirə olunmayacaq [9, s.172].
Musa Kalankatuklunun yazdığında məlum olur ki, Viro təkcə katalikos yox, həm də dövlət xadimi, 
diplomat, şair, misilsiz natiq, filoloq olub. 
Bu ad “Qədim türk lüğəti”ndə (sanskrit dilindən) xüsusi isim kimi Viro/Viru (daki) şəklində 
verilmişdir ((Древнетюркский словарь, 1969: s.639). Viro/Viru/Vruni-Varuna mənası naməlum, mənşəyi 
sanskritcə olan xüsusi addır [2,s.634].Təəssüf ki, Vironun ədəbi irsindən, eləcə də bizə məlum olan başqa alban 
yazıçılarının yaradıcılığından əlimizdə heç nə yoxdur. Ancaq bir şey aydındır: VII - VIII yüzilliklərin 
başlanğıcı alban ədəbiyyatı və yazısının zirvə dövrü olmuşdu. 
Dəvdək 
- “Elə bu vaxt bədii üslubu bilən, bilikli, şeir sənətində mahir və məşhur təfsirçisi Davdaq 
adlı bəlağət ustası ayağa qalxdı” [9,s. 241]. 
“İndiyədək Davtak şəxs adı aydınlaşdırılmayıb. Fikrimizcə, bu ad türk mənşəlidir və türk dillərindəki 
“tay”, “day” (Azərbaycan dilində dayı - ananın qardaşı və tək Azərbaycan dilində - “dək”) sözlərindən 
ibarətdir. Türk dillərində tək (dək) sözü oxşarlıq, bənzərlik bildirir. Bu addakı “y” səsinin “v” kimi yazılması 
aydın deyil” [12,s.50]. “Dək” morfemindən fərqli olaraq “dəv” morfeminin izahı bir az mübahisə yaradır. Əgər 
Q.Qeybullayevin irəli sürdüyü müddəaya əsaslansaq, sözü dəvə tək kimi də anlamaq olar.Qeyd etmək istərdik 
ki, türk dillərində 
tağay -dayı
sözü mövcuddur. Sözün birinci morfemi Dəv/dev yəni div mənasında olub 
nəhəng anlamındadır. M.Kaşğaridə 
“dayaq qoymaq” “dayaq vermək”
mənasında olan
taya
sözü vardır. 
[8,519]. Yenə M. Kaşğaridə oğuzca və onlara uyanların dilincə 
Dəvəy -dəvə
sözü mövcuddur[8, 535]. Bu 
söz 
dəv
morfeminin fonetik tərkibinə uyğun gəlir. Düşünürük ki, Dəvdək sözündə
 div kimi yaxud dəvə kimi 
nəhəngin dayağı
və yaxud da 
nəhəng dayaq

arxa
mənası vardır. 
Abas
– “Katolikos Abas. O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə 
köçürmüşdür [9, 37]. 
“Abas/Abaz adı qədim türklərdə çox geniş yayılmışdı. Türk tayfalarından birinin adı 
abazdır” (Баскаков, 1985: c.226). Sonradan məlum olmuşdur ki, bu tayfa kiçik ordanın bir hissəsi olmuşdur. 
Abas/Abaz şəxs adı tatarlarda da vardır. Lakin “Qədim türk lüğət”ində Abas antrotoponimi Abbaz şəklində və 
ərəb mənşəli göstərilmişdir (Древнетюркский словарь, 1969: s.788)
Tədqiqatçıların fikrincə, “...eynən bu şəkildə xəzər tayfa adı abas/avas kişi adı kimi sonralar Abbasla 
eyniləşdirilmişdir, halbuki Abas və Abbas mənşəyinə görə müxtəlif adlardır” [4,23]. Qədim Türk lüğətində
Aba morfemi əcdad anlamında verilmişdir [2, 1]. M.Kaşğaridə “Aba”morfemi haqqında belə verilmişdir: “
 
Aba
morfemi,Karluq türkmənləri bu sözü “p” ilə 
apa 
deyirlər
.
Oğuzca “Ana” , Qıpçaqca “ayı” . Tibet dilində 
“ata” deməkdir. Bu soz onlara ərəbcədən kecmişdir. Onlar Bəni- Sabit nəslindəndirlər. Yəməndən bir şəxs turk 
olkəsinə qacıb gəlmiş, tibetlilər onun nəslindən torəmişlər” [7,150]. Qədim Türk lüğətində –z səsi isə isimlərə 
artırılan şəkilçidir (Древнетюркский словарь, 1969: s.668). Deməli, Abaz/Abas antroponimi əcdad, ana, ata 
valideyin mənasında dərk edilən sözdür.
Abikaz
– “Mən, Albaniya çarı Vaçaqan və Bərdənin baş yepiskopu Şuphalişo, Qəbələnin yepiskopu 
Manase, Haşunun yepiskopu Yunan, Uti vilatlərinin yepiskopları Ananiya və Sahaq Kalankatuk kəndinin 
keşişi İosif, Bərdənin keşişi Toma, Göqçay keşişi Matte, Sazbaday keşişi Abikaz, Ayrmanuşay keşişi Urbat, 
keşişlər Uovel, Pərmudə və Yaqub Arsax vilayətinin əyan və qəbilə başçıları, Kalankatuk qəbiləsinin başçısı 
Bakur və bir çox başqaları mənim məclisimə Aquen adlı yaylağıma gəldilər” [9,120]. 
Abikaz
türk sözü olan
 obuqaz
“kiçik qardaş” mənası ilə çox bağlıdır [15,95]. N.A.Baskakova görə isə 
koz/kaz
morfemi quzu sözündəndir (Баскаков, 1985: c.130). Deməli, Abikaz antroponimindəki
 kiçik 
sözü 
quzu
sözü ilə daxili bağlantisi olduğundan
 quzu
kimi 
kiçik qardaş
mənasında dərk edilir. 
Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud”da da Kan-Abikaz antropinimi diqqəti cəlb edir [17,46]. 
M.Kaşğaridə Kan /qan mənasındadır[7, 241] Düşünürük ki, Kan- Abikaz antrponimi də qanla bağlı, quzu, 
doğma, kiçik qardaş mənalarını əks etdirir. 

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin