The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---67---
mənada erkək aslan, II mənada isə igid, qorxmaz olduğu verilmişdir (Ərəb və Fars sözləri lüğəti, 1985: s. 787].
“Qədim türk lüğəti”ndə isə bu sözə xüsusi mürəkkəb ad şəklində rast gəlirik:
Şiri sanskrit dilində mənası
məlum olmayan xüsusi addır [2, 523].
Deməli, Cavanşir – “qorxmaz”, “igid”, “dövlətli”, “varlı”, “nurlu başçı”, “rəhbər”, “knyaz” həm də bu
antrponimin semantikasında şahzadə mənaları da cəmləşmişdir.
Viro –Lakin şah qəti and verdi ki, nə qədər ki, özü sağdır, Viro heç vaxt ölkəsinə qayıtmayıb sarayda
həbsdə olacaq, amma katolikos rütbəsi ondan alınmayacaq və onun gəlirləri müsadirə olunmayacaq [9, s.172].
Musa Kalankatuklunun yazdığında məlum olur ki, Viro təkcə katalikos yox, həm də dövlət xadimi,
diplomat, şair, misilsiz natiq, filoloq olub.
Bu ad “Qədim türk lüğəti”ndə (sanskrit dilindən) xüsusi isim kimi Viro/Viru (daki) şəklində
verilmişdir ((Древнетюркский словарь, 1969: s.639). Viro/Viru/Vruni-Varuna mənası naməlum, mənşəyi
sanskritcə olan xüsusi addır [2,s.634].Təəssüf ki, Vironun ədəbi irsindən, eləcə də bizə məlum olan başqa alban
yazıçılarının yaradıcılığından əlimizdə heç nə yoxdur. Ancaq bir şey aydındır: VII - VIII yüzilliklərin
başlanğıcı alban ədəbiyyatı və yazısının zirvə dövrü olmuşdu.
Dəvdək - “Elə bu vaxt bədii üslubu bilən, bilikli, şeir sənətində mahir və məşhur təfsirçisi Davdaq
adlı bəlağət ustası ayağa qalxdı” [9,s. 241].
“İndiyədək Davtak şəxs adı aydınlaşdırılmayıb. Fikrimizcə, bu ad türk mənşəlidir və türk dillərindəki
“tay”, “day” (Azərbaycan dilində dayı - ananın qardaşı və tək Azərbaycan dilində - “dək”) sözlərindən
ibarətdir. Türk dillərində tək (dək) sözü oxşarlıq, bənzərlik bildirir. Bu addakı “y” səsinin “v” kimi yazılması
aydın deyil” [12,s.50]. “Dək” morfemindən fərqli olaraq “dəv” morfeminin izahı bir az mübahisə yaradır. Əgər
Q.Qeybullayevin irəli sürdüyü müddəaya əsaslansaq, sözü dəvə tək kimi də anlamaq olar.Qeyd etmək istərdik
ki, türk dillərində
tağay -dayı sözü mövcuddur. Sözün birinci morfemi Dəv/dev yəni div mənasında olub
nəhəng anlamındadır. M.Kaşğaridə
“dayaq qoymaq” “dayaq vermək” mənasında olan
taya sözü vardır.
[8,519]. Yenə M. Kaşğaridə oğuzca və onlara uyanların dilincə
Dəvəy -dəvə sözü mövcuddur[8, 535]. Bu
söz
dəv morfeminin fonetik tərkibinə uyğun gəlir. Düşünürük ki, Dəvdək sözündə
div kimi yaxud dəvə kimi nəhəngin dayağı və yaxud da
nəhəng dayaq ,
arxa mənası vardır.
Abas – “Katolikos Abas. O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə
köçürmüşdür [9, 37].
“Abas/Abaz adı qədim türklərdə çox geniş yayılmışdı. Türk tayfalarından birinin adı
abazdır” (Баскаков, 1985: c.226). Sonradan məlum olmuşdur ki, bu tayfa kiçik ordanın bir hissəsi olmuşdur.
Abas/Abaz şəxs adı tatarlarda da vardır. Lakin “Qədim türk lüğət”ində Abas antrotoponimi Abbaz şəklində və
ərəb mənşəli göstərilmişdir (Древнетюркский словарь, 1969: s.788)
Tədqiqatçıların fikrincə, “...eynən bu şəkildə xəzər tayfa adı abas/avas kişi adı kimi sonralar Abbasla
eyniləşdirilmişdir, halbuki Abas və Abbas mənşəyinə görə müxtəlif adlardır” [4,23]. Qədim Türk lüğətində
Aba morfemi əcdad anlamında verilmişdir [2, 1]. M.Kaşğaridə “Aba”morfemi haqqında belə verilmişdir: “
Aba morfemi,Karluq türkmənləri bu sözü “p” ilə
apa deyirlər
. Oğuzca “Ana” , Qıpçaqca “ayı” . Tibet dilində
“ata” deməkdir. Bu soz onlara ərəbcədən kecmişdir. Onlar Bəni- Sabit nəslindəndirlər. Yəməndən bir şəxs turk
olkəsinə qacıb gəlmiş, tibetlilər onun nəslindən torəmişlər” [7,150]. Qədim Türk lüğətində –z səsi isə isimlərə
artırılan şəkilçidir (Древнетюркский словарь, 1969: s.668). Deməli, Abaz/Abas antroponimi əcdad, ana, ata
valideyin mənasında dərk edilən sözdür.
Abikaz – “Mən, Albaniya çarı Vaçaqan və Bərdənin baş yepiskopu Şuphalişo, Qəbələnin yepiskopu
Manase, Haşunun yepiskopu Yunan, Uti vilatlərinin yepiskopları Ananiya və Sahaq Kalankatuk kəndinin
keşişi İosif, Bərdənin keşişi Toma, Göqçay keşişi Matte, Sazbaday keşişi Abikaz, Ayrmanuşay keşişi Urbat,
keşişlər Uovel, Pərmudə və Yaqub Arsax vilayətinin əyan və qəbilə başçıları, Kalankatuk qəbiləsinin başçısı
Bakur və bir çox başqaları mənim məclisimə Aquen adlı yaylağıma gəldilər” [9,120].
Abikaz türk sözü olan
obuqaz “kiçik qardaş” mənası ilə çox bağlıdır [15,95]. N.A.Baskakova görə isə
koz/kaz morfemi quzu sözündəndir (Баскаков, 1985: c.130). Deməli, Abikaz antroponimindəki
kiçik sözü
quzu sözü ilə daxili bağlantisi olduğundan
quzu kimi
kiçik qardaş mənasında dərk edilir.
Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud”da da Kan-Abikaz antropinimi diqqəti cəlb edir [17,46].
M.Kaşğaridə Kan /qan mənasındadır[7, 241] Düşünürük ki, Kan- Abikaz antrponimi də qanla bağlı, quzu,
doğma, kiçik qardaş mənalarını əks etdirir.