. (Çev. A. Kazancıgil). İstanbul: Kabalcı Yayınevi.
18.
Roux, J.P. (2003). Orta Asya’da Kutsal Bitkiler ve Hayvanlar
. (Çev. A. Kazancıgil ve L. Arslan). İstanbul: Kabalcı Yayınevi.
19.
Versluis, A. (1994). Elements of Native American Traditons. Rockport: Element.
MUSA KALANKATUKLUNUN” ALBAN TARİXİ” ƏSƏRİNDƏ BƏZİ TÜRK MƏNŞƏLİ ADLAR. Mehdiyeva Gülbəniz Hacıbaba qızı Filologiya üzrə fəlsəfə doktoru
, baş müəllim
Bakı Slavyan Universiteti, Azərbaycan
Orcid id: 0000-0002-2561-1591
Abstract : Musa Kalankatuklu's "History of Alban" has a special place in the history of the Turkic
peoples. Antrhoponyms of Turkic origin take up a special place in the historical monuments, rich in Chabanku,
Gavanshir, Viro, Dawdaq, Abaz, Asparox, Abikaz, onomastic units. The main goal of this article is to find and
reveal traces of such female names.
Key-words: Antrhoponyms, written article, etimologi, origin,analysis
M.Kalanktuklunun “Albaniya tarixi” kitabının onomastikası onun lüğət tərkibinin mühüm hissəsini
təşkil edir. Bu dövrdə yaranmış adlar maraqlı quruluşu ilə diqqəti çəkir. Belə ki, ilk baxışda sadə görünən bu
qədim antroponimlərin çoxu mürəkkəb quruluşa malikdir. Əsərdə xüsusi adların böyük bir qismi quruluşunu
və tələffüzünü qoruyub saxlamışdır.
Qeyd etmək istəyirdik ki, əsər boyu bəzən şəxsin iki və ya üç adı olduğuna rast gəlirik. Təbii ki, bu
şəxsin ilk adı ulu alban – qədim türk mənşəli olmasından irəli gəlir. Sonra xristian olduğundan verilən adlar.
Sonda isə islam dinini qəbul etdikdən sonra onlara verilən adlardır.Mənbənin 299- cu səhifəsində Çabanku
antroponimnə rast gəlirik.
Çabanku – “...Sonra Albaniyanın baş sipəhsaları Cavanko sonra çar nəslindən olan Vardan və onun
qardaşı Qavik, Vahtanqe Varazmaneyan -onların cədləri Mehranilər soyundan olan Vardan Kaç idi” [9,s.299]
Q.Qeybullayevə görə, Çabanku Cavanko şəxs adının qədim ermənicə yazılışıdır və türk - monqol dillərində
çaban, şaban, şeyban “ knyaz” və “şahzadələr” üçün titul bildirən “ku” sözlərindən ibarətdir. [12,s.83]. Farsca
çoban və ərəbcə şaban sözləri ilə əlaqəsi yoxdur
Çab “Qədim türk lüğəti”ndə - “şan”, “şöhrət”, “məşhur”
anlamında işlənib.
Ça- bənzətmə ədatıdır, ban isə ərəb-fars lüğətində ilkin mənası söyüd ağacı ikinci mənası
isə qəddi-qamətli kimi verilmişdir. “ku”morfeminin izahını isə bir-neçə sətir yuxarıda vermişik. (Ərəb və
Fars sözləri lüğəti, 1985: I hissə, s 28)
Cavanşir – “Bu vaxt böyük knyaz Cavanşir dağ mahalına gedib ilin bayram günlərini şadlıqla və
mahir xalq mahnıları ustalarının arasında kecirmək istəyirdi” [9,145] Yuxarıda qeyd etdiyimiz Cavanşir
antroponiminin tərkibində də
cav/çav/çaf kökü “şan”, “şöhrət”, “məşhur” anlamındadır. An şəkilçisinə
gəldikdə cəmlik və ya mənsubiyyətlik bildirən morfemdir [2,142] Qədim Türk lüğətində mənası məlum
olmayan Çava antroponimi vardır (Древнетюркский словарь, 1969: s.142). Qədim Türk lüğətinin 642 –ci
səhifədə cavan/cuvan gənc mənasında olan söz də vardır. “...M.Seyidova görə “...şir/şirt/sir/yar - işıq
mənasındadır” [16,297]. “Ərəb və fars sözləri lüğəti”ndə
Şir sözünün fars mənşəli olduğu göstərilmiş və I