türk mənşəli addır və mənası möhkəm dayaq kimi olan dost, doğma oğul və Türkün mifik rəmzi olan
boz qurd kimi ağıllı, cəsarətli, diqqətli deməkdir.
Kozis -
“Oruz, Kozis, Aran (Ərən), Zober, Abukaz, Kazan, Esvaqen, Xurs, Sato, Davtak, Aratan,
Qemanasan, Xosken, Mide, Manas və başqaları” [9, s.46].
Kozis
sözündəki
Koz
morfemi haqqında Baskakov N. A. yazır:
Koza -koz-qozu-kozı
(cəm halda)
türk
dillərində quzu sözündəndir və bu sözdən digər ev heyvanlarının adları törəmişdir. Quzu-qoyun cinsinə yaxın
olan
kozı, kozlenka
sözündən
kozel
sözü əmələ gəlmişdir. Bu formada gedən prosesin sonunda isə digər ev
heyvanlarının adlarının yaranışını görürük. Məsələn,
Kozel- osel.
Bununla da belə qənaətə gəlirik ki, Kozlov
və Kozin soyadları tük mənşəlidir (Баскаков, 1985: c.130). Deməli, keçi mənasında olan
Koza-kozel-kozı
sözü həm də
dalaşqan, vuruşqan
anlamındadır
Mənbədə antroponimlər şəxsin sinfi təbiəti, varlı və yoxsul zümrəyə mənsub olması, peşəsi,
məşğuliyyəti və s. haqqında müəyyən informasiya verir. Bu antroponimlərin yaranmasında və təşəkkülündə
rol oynamış dil vahidləri ən qədim fonetik, leksik, leksik - semantik və qrammatik elementləri özündə əks
etdirir. Bunların konkret olaraq Azərbaycan xalqının və Azərbaycan dilinin formalaşmasında iştirak etmiş türk
dillərinə məxsus vahidlərlə eyni olduğunu müəyyənləşdirmək mümkündür. Tədqiqat olunan antroponimlərdə
Albaniyada hökmranlıq etmiş bir çox türk etnosların, eləcə də həmin dövrlərdə bu əraziyə yürüş etmiş
barsillərin, peçeneqlərin, avarların, qıpçaqların dillərinə məxsus ünsürlərə də təsadüf etmək olur. Mənbədəki
antroponimlərin çox hissəsi eyni zamanda türkün poetik təfəkkürünü yaşadır. Mənbənin antroponimlər
sisteminə üslubi - linqvistik yöndən baxılarsa, türk təfəkkürünün süzgəcindəm keçmiş adlarda dərin fəlsəfi -
psixoloji məna ilə yanaşı emosionallıq, ekspressivlik, ahəngdarlıq və poetikliyin qaynayıb qarışmış şəkildə
olduğu aydınlaşacaqdır.
Ədəbiyyat
1.
Баскаков Н.А. (1985). Имена собственные гуннов, булгар, хазаров, сабиров и аваров в исторических источниках. //
Советская тюркология, №4. – 129c.
2.
Древнетюркский словарь. (1969). – M.: Изд. “Наука” Ленинградское отделение. – 677 с.
3.
Ərəb və Fars sözləri lüğəti. (1985). I hissə Azərbaycan SSR Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. – Bakı: Yazıçı.
–1035 s.
4.
Əsgərov N. Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri, Bakı: Elm, 2005, 484 s.
5.
Hacıyev T. Vəliyev K.H. Azərbaycacn dili tarixi, oçerklər və materiallar, Maarif nəşriyyatı, Bakı:1983, 186s.
6.
Hacıyev T. Budaqova Z. Azərbaycan dili. Bakı: Elm, 1992, 199 s.
7.
Kaşğari M. Divanü Lüğat-it-Türk. Təcümə edən: Ramiz Əskər, Bakı: Ozan, 2006, I cild, 400 s.
8.
Kaşğari M. Divanü Lüğat-it-Türk. Təcümə edən: Ramiz Əskər, Bakı: Ozan, 2006, IV cild,760 s.
9.
Kalankatuklu M. Albaniya tarixi. Müqəddimə, tərcümə, qeyd və şərhlər Z.Bünyadovundr, Bakı: “Elm” ,1993, 269 s.
10.
Гасанов З. Царские скифы. Liberti Publiching hause, Nyu York, 2002,486с.
11.
Гукасян В.Л. Древние тюркизмы в удинском языке
,
Известия АН Азербайджанской ССР. Серия литературы, языка
и искусства, 1978, № 2, с 66-80.
|