Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə89/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   85   86   87   88   89   90   91   92   ...   357
Eskisehir-25.03.23

Açar sözlər:
yaradıcılıq, hekayə, nəsr, poetizm, obrazlı təhkiyə 
 
 
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də xalq yazıçısı Ənvər 
Məmmədxanlıdır. Onun şərəfli yaradıcılıq yolu özünəməxsus orijinal bədii nümunələrlə, roman, povest, 
hekayə, tərcümələrlə və s. işıqlanmışdır.
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 29-da Göyçay şəhərində dünyaya göz açmışdır. Onun həyat 
yolu zəngin fəaliyyət dairəsi ilə seçilir. Ədib müxtəlif sahələrdə çalışsa da, yaradıcılıq fəaliyyətini daima ön 
plana çəkmişdir. Onun Azərbaycan nəşriyyatında tərcüməçi, “Azərbaycanfilm” kinostudiyasında ssenari 
şöbəsinin rəisi, daha sonra isə həmin şöbənin baş redaktoru vəzifəsində çalışmağı bilavasitə yaradıcılıq yolu 
ilə həmahəng səsləşir. 
Ölməz sənətkar II Dünya müharibəsi dövründə geniş fəaliyyət proqramı ilə ədəbiyyat və 
incəsənətimizi zinətləndirmişdir. O, cənub-qərb cəbhəsində “Qızıl ordu” cəbhə qəzetinin Azərbaycan 
redaksiyasının xüsusi müxbiri kimi Stalinqrad, Şimali Qafqaz cəbhələrində, 416-cı diviziyada fəaliyyət 
göstərmişdir. 
1943-44-cü illərdə Azərbaycan Radio verilişləri Komitəsində redaktor kimi çalışmışdır. Həm Qafqaz 
cəbhəsində, həm də hərbi xidmətə göndərildiyi İranda ədəbi fəaliyyətini davam etdirərək “Vətən yolunda” 
(“Təbriz”) qəzeti redaksiyasında işləmişdir. Müharibədən sonra isə o, yenidən “Azərbaycanfilm” 
kinostudiyasında fəaliyyətini davam etdirmişdir.
Yazıçı ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Onun qələmə aldığı “Şərqin səhəri” əsəri 
oxucular tərəfindən sevilməklə yanaşı, o zamankı yüksək mükafata — SSRİ Dövlət mükafatına layiq 
görülmüşdür. 
Müharibə dövründə ədibin yaradıcılığı orijinal üslubu ilə seçilirdi. O, təkcə “Buz heykəl” əsəri ilə 
özünə oxucu qəlbində əbədi heykəl qoydu. Onun “Analar yollara çıxdılar”, “Silahlı dağlar”, “Qərb 
cəbhəsindən məktub “, “Qanlı möhür”, “Haralısan, əsgər qardaş”, “Od içində” və s. əsərləri müharibə illəri 
yazdığı ən yaxşı əsərlərdəndir.
Ə.Məmmədxanlının ədəbi yaradıcılığı öz dil və üslubuna görə fərqlənir. Ədibin əsərlərində təbiət 
təsvirləri o qədər canlı, bədiilik baxımından ifadəlidir ki, oxuyan hər kəs sanki təsvir olunanları öz gözləri ilə 
görür. Bu əsərlərdə yurdumuzun təbii gözəllikləri, müharibənin dəhşətləri, cənublu soydaşlarımızın acı həyatı 
öz əksini tapmışdır.
Ədibin yaradıcılıq üslubunda dil gözəlliyi heyranedicidir. Onun əsərlərində təbiət gözəlliyinin təsviri 
bənzərsizliyi ilə seçilir. “Qızıl qönçələr” hekayəsində sanki rəssam fırçası ilə çəkilmiş lövhələr son dərəcə 
canlı və təbii görünür. Eləcə də təbiət təsvirlərinin insan portretləri ilə həmahəng uyğunluğu mövzunun təsir 
gücünü daha da artırır. ”Buz heykəl” əsərində ana fədakarlığına qoyulan əbədi heykəl nə zamandır ki, oxucu 
qəlbini riqqətə gətirir.



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin