Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə95/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   91   92   93   94   95   96   97   98   ...   357
Eskisehir-25.03.23

 
 
Edqar Allan Ponun hekayə ilə bağlı qeyd etdiyi tərif bu janrın konseptualizminin aşkar olunması 
baxımından daha uyğun hesab olunur: “Möhtərəm bir ədəbi sənətkar fikirlərini öz həyat təcrübələrinə 
uyğunlaşdırmalıdır; lakin bu diqqətlə düşünülərək mütləq mükəmməllik və sadə təsirlə işlənməlidir; o 
(sənətkar) daha sonra bu hadisələri həzm-rabedən keçirir və əsas məqsədini icra etmək üçün bu hadisələri 
yaradıcılıq dühasına uyğun formada birləşdirir” (Poe, 1914: s. 31).
 


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---75--- 
E.A. Ponun interpretasiyası müasir kiçik həcmli nəsrə (başqa sözlə hekayəyə) son dərəcə uyğun üç 
nüansı diktə edir: Planlama və sənətkarlıq bacarığını ilkin mərhələ kimi qeyd edən yazıçı, daha sonra, bütövlük 
(və ya tamlıq), qısalıq və təsirlilik kimi prisipləri vurğulayır. 
Professor Henri Kenbi “İngilis dilində hekayə” adlı kitabında qeyd edir ki, “Edqar Allan Po təhkiyədə 
bütün diqqəti kulimanisiyaya yönəltməklə öz əsərlərində uğur qazanıb, bu səbəbdən də oxucular təhkiyənin 
yalnız bütöv təsirini görür və hiss edir. Əgər hekayə yazmaq üçün xüsusi yazı texnikası lazımdırsa E.Po onu 
artıq kəşf edib” (Canby, 1909: s. 229).
Hekayə ustası kimi öz bacarığını sübut etmiş E.A.Po həmçinin poetik nümunələr də yazdığından bir 
çox hallarda şeirlə hekayəni müqayisə etmişdir. Yazıçıya görə, bəzi şeirlər kimi hekayələr də qısa və lakonik 
olmağına baxmayaraq “ikinci” dəfə oxunmağı tələb edə bilər. Birinci oxu mövzunun, fikrin və təhkiyənin 
axınını müəyyənləşdirmək üçündürsə, ikincisi mütləq diqqətli oxu olub motiv, məqsəd və mənanı aşkar etməyə 
xidmət etməlidir.
“Kiçik nəsr”in “kiçik məkanında” xarakterlərin inkişafı mümkün olmadığı təqdirdə, özünü ifadəsi 
qüsursuz olmalıdır. Yalnız bir-biri ilə oxşar obrazlar və hadisələr məhdud çərçivəyə yerləşdirilə bilər. Bu 
səbəbdən bir günə sığa biləcək sadə epizodlar, obrazlar, uyğun hadisələr və ya əhvalatlar kontekstə daha uyğun 
hesab olunur. Geniş mənzərəli xəyallar silsiləsinə, epizodik əfsanələrə zidd olaraq kiçik həcmli nəsr 
nümunələri şəxsi təcrübələri və bacarıqları göstərmək, “az sözlə çox şey ifadə edə bilmək” baxımından ən 
məqsədəuyğun ədəbi forma hesab olunur. Bu baxımdan “kiçik nəsr”in təhkiyə quruluşunda qısalığın və 
lakonikliyin qorunması əsas norma hesab olunur.
Alan Qardner və Loyd Smitə görə “norma olmadan qeyri-adilikləri dərk etmək mümkün deyil” 
[Gardner, Smith, 1989: s. 9). Başqa sözlə, qeyri-adiliyi anlamadan və hiss etmədən normanı yaratmaq mümkün 
deyil. Tədqiqatçı K.F. Rouson bu fikrə bir başqa aspektdən yanaşaraq qeyd edir ki, “kanonlaşma təbii olaraq 
normanın yaradılması prosesidir, çünki o düşüncənin sərhədlərini və standartlarını tələb edir və bu da normaya 
riayət etməyən yazıçılar üçün ciddi çətinliklər yaradır” (Rawson, 2010: s. 42).
Hekayəni digər kiçik həcmli nəsr nümunəsi hesab olunan nağılla müqayisə etdikdə iki vacib fərq 
ortaya çıxır. Birincisi, mürəkkəblik dərəcəsi ilə əlaqədardır. Nağıl sadə təhkiyədən, əhvalatın başdan sona düz 
xətli inkişafından ibarətdir. Hekayə isə daha intellektual və daha düşündürücü təhkiyəvi struktura malikdir. 
İkinci əsas fərq isə istər nağıl, istərsə də hekayədə təhkiyənin həcmi məsələsi ilə əlaqədardır.
ad kimi müraciət etsək “kiçik həcmli nəsr” anlayışının daxilində nağıl, qısa hekayə və bu kimi həcmi 
qənaətbəxş hesab olunan ədəbi janrları tapmaq mümkündür. Təhkiyənin həcm baxımından bölgüsünün düzgün 
aparılması üçün kiçik həcmli nəsr və ya hekayə 
(short story, short fiction)
, novella və roman janrının bölgüsü 
məqsədəuyğun hesab olunur (Curtler, 1960: s. 7). 
Müasir “kiçik nəsr” necə olmalıdır? sualına “qısa, yazıçının şəxsi mülahizələrinə əsaslanan hadisənin 
və ya xarakterin real təcəssümünün cəlbedici və anlaşıqlı nəql olunması” fikri ən uyğun cavab hesab olunsa 
da, ədəbi sferada kiçik həcmli nəsrin bitdiyi novellanın başladığı yeri müəyyənləşdirmək olduqca 
mürəkkəbdir. Məsələn, rus yazıçısı L.Tolstoyun “İvan İliçin ölümü” əsəri həm “kiçik nəsr” nümunəsi kimi, 
həm də novella kimi qəbul edilə bilər.
Çağdaş Amerika ədəbiyyatında hekayə ustası sayılan C.K. Outsun fikrincə, “qısa hekayə fantaziyanın 
yayılmasını yox, bir nöqtəyə fokuslanmağı təmsil edir” (Rüstəmov, 2017: s. 173). Başqa sözlə desək, hekayədə 
hadisələrin bir-biri ilə əlaqələndirilməsi yox, hadisələr vasitəsilə mənanın və poetikliyin qüvvətləndirilməsi 
əsas hesab olunur. Hekayənin statik süjeti obrazların düşüncə dinamikası ilə vəhdət təşkil etməlidir. 
Təxminən yüz il əvvəl tənqidi müqavimətlə qarşılaşan hekayə yazarları bu janrı ədəbi standartlara 
uyğun olaraq bir qədər dəyişməyə müvəffəq olmuşdurlar. E.Ponun nəzəriyyəsindən əldə edilən müvəffəqiyyət, 
qısa hekayənin müəyyən bir ədəbi növ olaraq qəbul edilməsinə gətirib çıxartdı və eyni zamanda, onun 
komponentlərinin müəyyənləşdirilməsi O. Henri kimi məşhur yazıçılar tərəfindən işlənən bir formaya 
çevrilməsinə səbəb oldu. 
Ötən əsrin tənqidindən fərqli olaraq müasir dövrdə romanın, dramın və poeziyanın kölgəsində öz 
mövcudluğunu davam etdirən hekayə janrının renesans yaşayacağı fikri aktualdır. 1989-cu ildə yazdığı 
antologiyanın ön sözündə tənqidçi Patrisia Hampl qeyd edir ki, “ədəbiyyat zamanın tələbinə uyğun növləri və 
janrları seçir. Bizim dövrümüz hekayə janrına xüsusi önəm verir və onun möhtəşəm formada təkmilləşəcəyinə 
inanır. Günümüzün hekayəsi qısa olsa da, bəsit olmayan ədəbi janrdır” (Hampl, 1989: s. 7) 
Janrın mahiyyətinin müəyyən edilməsində bir çox hekayələr müəllifi olan Tobias Vulfun da fikrinə 
müraciət etmək məqsədəuyğun hesab olunur. T.Vulf müsahibələrinin birində qeyd etmişdir ki, “hər zaman 
məndən niyə çox insanın hekayə oxumadığını soruşurlar. Biz zamanın qarışıqlığı içərisində yaşayırıq. Bu 
(hekayə janrı) bizim mədəniyyətimizə ən uğun məntiqli ədəbi forma hesab oluna bilər. Mən düşünürəm ki, 
bunun səbəbi insanların şeir oxumamasının səbəbi ilə eynidir. Çünki hekayə “tələbkardır”. Hekayənin labirint 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin