The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---74---
İstifadə edilmiş ədəbiyyat: 1.
Məmmədxanlı Ə. (2005). Seçilmiş əsərləri. – Bakı: AVRASİYA PRESS. – 416 s.
2.
Məmmədxanlı Ə. (2013). Seçilmiş əsərləri. – Bakı: Təhsil. – 184 s.
UOT: 821.111 (73)
ABŞ “KİÇİK NƏSR”İNİN NƏZƏRİ-İDEOLOJİ ƏSASLARI Məcidova İlahə Adil qızı Dissertant, müəllim
Azərbaycan Dillər Universiteti, Azərbaycan
Orcid id: 0000-0002-0858-2020
Abstract : A short story is a piece of prose fiction that typically can be read in one sitting and focuses
on a self-contained incident. Short stories have deep roots and the power of short fiction has been recognized
in modern society for hundreds of years. The genre of a short story was neglected until the second half of the
19th century. In general, when looking at the historical stages of development of the short story, it is advisable
to first look at the essence of the genre in order to eliminate the inconsistency between past and present forms
of this concept, to give a full idea of its genesis and essence. That’s why this article is devoted to the etymology
of the genre of short story in American literature. There were given some important and useful ideas of
outstanding critics and writers.
Key words: short story, theory, conceptualism, narrative structure, tradition, innovation
ABŞ ədəbiyyatında özünəməxsus bədii-estetik fenomen olan və ən aktual janrlardan biri hesab olunan
hekayə janrının yaranması və inkişafı Avropanın poetik ənənəsinə əsaslanır. Novellanın hələ İntibah
dövründən gələn tarixi təcrübəsi, mövcud janr qanunları, bütövlükdə Qərb mədəniyyətinə xas estetik meyarlar
və ədəbi-fəlsəfi prinsiplər Amerika ədəbiyyatına, həmçinin kiçik həcmli nəsr nümunələrinə də xas idi. Lakin
Amerikanın ictimai fikri, formalaşmaqda olan yeni həyat tərzi və həyat idealı, milli şüurun qaynaqlandığı
etnik-mədəni zəminin rəngarəngliyi, gerçəkliyin, hadisələrin fərqliliyi ilə müəyyənləşən orijinal xüsusiyyətlər
hekayənin həm genezisində və poetikasında, həm də funksiyalarında təzahür edirdi.
Professor
Blis
Perriyə görə, “hekayə danışmaq ənənəsi ilk insanlar odun ərtafında toplaşanda başlayıb. Komparativ folklor
tədqiqatları göstərir ki, kainatı, ətraf aləmi dərk etməyin oxşarlığı, dünyaya baxışın universallığı instinktiv
səciyyəyə malik olmuşdur. Buna görə də, biz müasir ədəbiyyatı araşdırarkən şifahi ədəbi ənənələrin izlərini
təkzib edə bilmərik. Məsələn, C.Çoser və ona bənzər İtalyan ədiblərinin əsərlərində müasir ədəbiyyatdakı
orijinallığa, kreativliyə və bu kimi digər ölçü meyarlarına rast gəlindiyindən, C.Çoserin öz deyimi ilə “Köhnə
olmayan heç bir yenilik yoxdur” (Bliss, 2008: s. 302) desək səhv etmiş olmarıq.
Hekayə janrı ilə bağlı tez-tez rast gəlinən Şervud Anderson və “Ən yaxşı Amerikan hekayələri”
toplusunun müəllifi Edvard Cozef Obrayanın mülahizəsidir: “Hekayə çox uzun olmayan nəsr nümunəsidir.”
(Foley, 1952: s. 2)
Bu tərifin üstün cəhəti ondan ibarətdir ki, bu fikrə uyğun olmayan hekayə demək olar ki,
yoxdur. Digər tərəfdən isə, bu mülahizə hekayə janrının mahiyyətini tam şəkildə ifadə etməkdə acizdir.
E.C.Obrayanın fikrinə zidd olaraq “təhkiyənin uzunluğu onun dəyərini müəyyənləşdirmək üçün tək
meyar ola bilərmi” sualına Henri Devid Toronun cavabı məqbul hesab oluna bilər: “Problem hekayənin uzun
olması deyil, onu qısaltmaq üçün keçən vaxtın uzun olmasıdır” (Rüstəmov, 2017: s. 172).
Tarixi ziddiyyətlərlə dolu olan hekayə janrının inkişafına iki əsas xüsusiyyət təsir göstərmişdir. Bir
tərəfdən hekayə ədəbi fəaliyyətin əsas janrı kimi təlqin edilir, digər tərəfdən isə onun ədəbi kanonları pozduğu
qeyd edilirdi. Romanın yazılma texnikasını tədqiq edən Amerikalı nəsr ustası Edqar Allan Po belə qənaətə
gəlmişdir ki, “hətta çətin hesab olunan romanların uzunluğu da mahiyyətin aşkar edilməsi baxımından
məqsədə uyğun hesab edilmir. Əgər əsər “bir oturuşda”
(at one sitting) oxunmursa nə qədər mükəmməl olursa
olsun bu onun keyfiyyətini aşağı salır. Diqqətli oxu zamanı dünyəvi maraqlar kitabdan alınan təəssüratlara
qarışaraq ya bir-biri ilə birləşir, ya da bir-birini inkar edir. Lakin oxu prosesindəki fasilələr bütünlüyü və
mükəmməlliyi dağıtmağa yönəlir. Hekayədə yazıçı öz məqsədini gerçəkləşdirməkdə azaddır, çünki yorğunluq
və fasilələr kimi kənar təsirlər olmadığından oxu prosesindəki qısa müddət ərzində oxucunun ruhu yazıçının
idarəsinə tabedir” (Cooper, 1917: s. 4).