Çox fazlı axınlar



Yüklə 1,02 Mb.
səhifə5/26
tarix25.11.2022
ölçüsü1,02 Mb.
#70484
1   2   3   4   5   6   7   8   9   ...   26
C fakepathfontan yeni(mьhazir )-1

ÇƏKI ƏMSALI

Qaldırıcıda qaz – maye qarışığının hərəkəti zamanı qaz fazası daha çevik hərəkət edərək, qaldırıcı boyu mayeyə görə daha tez hərəkət edir. Buna səbəb qazın mayeyə görə sıxlığının və özlülüyünün az olmasıdır. Nəticədə aşağıdan yuxarı hərəkət zamanı qazın sərfi quyu ağzında çoxalır ki, bu da öz növbəsində quyu ağzında maye sərfinin azalmasına səbəb olur. Beləliklə, qaldırıcı boyu maye sərfinin azalması və qaz sərfinin artması müşahidə olunur. Yeni bir anlayış meydana gəlir, yəni qazın həcmi sərfinin qaz – maye qarışığının həcmi sərfinə olan nisbəti həcmi qaz saxlama əmsalı adlanır.



burada Qq və Qn – uyğun olaraq qazın və mayenin həcmi sərfləridir.
Uyğun olaraq maye üçün də

yazmaq olar.
Hər iki parametr ölçüsüz parametr olub, hissə və ya faizlə hesablanır.
Lakin tətqiqatlar göstərir ki,təkcə bu əmsalla qaz və maye arasında yaranan sürətlər fərqini öyrənmək olmaz. Ona görə həqiqi qaz saxlama əmsalı anlayişından istifadə olunur. Boruda qazın tutduğu sahənin borunun ümumi sahəsinə olan nisbətinə həqiqi qaz saxlama əmsalı deyilir.

burada Sq –qazın boruda olan sahəsidir;
S – borunun en kəsik sahəsidir.
Əgər boruda neftlə birlikdə lay suyu da olarsa, onlar arasında da nisbi sürət yaranır. Tətqiqatlar göstərir ki, bu zaman yaranan nisbi sürət qazla maye arasında yaranan nisbi sürətdən cox – çox az olur. Lakin kiçik sürətlərdə bu nisbi sürət özünü daha çox göstərir. Əgər su – neft qarışığının hərəkəti zamanı nisbi sürət nəzərə alınmayırsa onda suyun həcmi su saxlama və ya sulaşma əmsalı belə təyin olunur.

Həqiqi sulaşma əmsalı isə aşağıdakı kimi ifadə olunar:

Sulaşma əmsalını bildikdə neftlə doyma əmsalı su – neft qarışığı üçün belə hesablanacaqdır.
S = Ss + Sn

Sn və Ss – neftin və suyun tutduğu sahələrdir.
Əgər sonuncu tənliyin sağ və sol tərəfini borunun en kəsik sahəsinə bölsək, onda alarıq

buradan

və ya

Beləliklə,tənlikdən göründüyü kimi nisbi sürəti nəzərə almadıqda həqiqi sulaşma əmsalını həcmi sulaşma əmsalına bərabər götürürlər.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin