Çox fazlı axınlar



Yüklə 1,02 Mb.
səhifə8/26
tarix25.11.2022
ölçüsü1,02 Mb.
#70484
1   ...   4   5   6   7   8   9   10   11   ...   26
C fakepathfontan yeni(mьhazir )-1

TƏZYİQ QRADİENTİ

Əvvəlki fəsillərdə olduğu kimi bircins sistemin təzyiq qradientinin tənliyini çox fazalı sistemlərə də tətbiq etmək olar. Bu zaman çox fazalı sistemə, bir fazalı bircins sistem kimi baxmaq olar, yəni.



burada λ – sistemin hidravliki müqavimət əmsalıdır;


v – sistemin orta sürətidir;
α – borunun yatım bucağıdır;
L – borunun uzunluğudur;
d – borunun diametridir;
ρ – sistemin sıxlığıdır.
Sistemin, yəni qaz – maye qarışığının sıxlığı və orta sürətini bir sıra tədqiqaçılar müxtəlif üsullarda ifadə edirlər.
Əgər qaz – maye qarışığı şaquli boruda hərəkət edərsə onda təzyiq qradienti aşağıdakı tənliklə ifadə edilir.

burada α = 900; sin α = 1 və dL=dZ bərabər götürülür.


- şaquli boruda yaranan ümümi təzyiq itkisi qradientidir;
- şaquli boruda yaranan sürtünmə itkisinə sərf olunan təzyiq itkisidir;
- şaquli boruda yaranan qravitasiya təzyiq qradientidir;
- şaquli boruda yaranan inersiya təzyiq qradientidir.
Şaquli biruda yaranan sürtünməyə sərf olunan təzyiq qradientini hesablamaq üçün sistemin, yəni qaz – maye qarışığının hidravliki müqavimət əmsalını hesablamaq lazımdır. Qravitasiya itkisi əsasən qarışığın sıxlığından asılıdır. Hesabatda ən çox özünü göstərən şaquli borudakı qravitasiya təzyiq qradientidir. Lakin sistemin sürəti çox olarsa sürtünməyə sərf olunan təzyiq qradientini də hesablamaq lazımdır. Çox böyük sürətlərdə inersiya təzyiq qüvvələri özünü göstərir. Mədən şəraitində quyuları tədqiq edərkən inersiya təzyiq qradientini nəzərə almamaq olar. Bu parametrlər müxtəlif üsullarla hesablanır.
Təzyiq qradientinin əyriləri
Cilbertə görə qaldırıcı kəmərin uzunluğu bоyunca təzyiqin dəyişməsini hesabat yоlu ilə deyil, neft quyularında aparılmış təcrübələrin nəticələrinə əsasən qurulmuş əyrilər ailəsi üzrə təyin etmək оlar. Təzyiqin dəyişmə xarakterini təyin etmək üçün müvafiq əyrini seçmək kifayətdir. Təcrübələr neftin sıxlığı 825-964 kq/m3 qədər оlan quyularda yerinə yeirilmişdir. Cilbert tərəfindən işlənmiş metоdikaya görə fərz edilir ki, təzyiq qradienti əsas etibarilə nasоs-kоmpressоr bоrularının diametrindən (ddaxili) maye sərfindən (qmaye), qaz amilindən (R) və təzyiqdən (p) asılıdır. Təzyiq qradienti əyrilərindən başqa, göstərilən diametrli bоrular və 41, 48 və 89 mm diametrli standart bоrular üçün Cilbert əyrilər ailəsini qurmuşdur. Tələb edilən təzyiq qradienti əyrisini diametr və sərfin məlum qiymətlərinə görə seçmək оlar. (şəkil 8). Kəmərin aşağı ucu yaxınlığında p1 təzyiqinə müvafiq gələn h‘ оrdinatı, sоnradan bu asılılıq üzrə qurulmuş əyridən götürülür. Kəmərin başmağından L məsafədə quyuağzında p2 təzyiqi təyin edilir; A və B nöqtələri arasındakı əyri faktiki təzyiq qradienti əyrisini əks etdirir.






Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin