Çox fazlı axınlar



Yüklə 1,02 Mb.
səhifə6/26
tarix25.11.2022
ölçüsü1,02 Mb.
#70484
1   2   3   4   5   6   7   8   9   ...   26
C fakepathfontan yeni(mьhazir )-1

SÜRƏT PARAMETRİ

Qeyd olunduğu kimi ayrı -ayrı fazaların və komponentlərin sürətləri bir - birlərindən fərqlənir. Lakin elə rejim və strukturlar vardır ki, bu zaman sürətlər fərqini nəzərə almamaq olar.


Belə strukturlara turbulent rejimdə hərəkət edən qabarcıqlı strukturu göstərmək olar.
Bəzi hallarda böyük sürətli həlqəvari strukturlu axınlarda da nisbi sürəti nəzərə almamaq olar. Bu halda borunun mərkəzində qaz, boru divarlarında isə maye hərəkət edir. Belə quruluşa bir fazalı qarışıq kimi baxmaq olar. Bütün digər hallarda fazalar arası nisbi sürəti nəzərə almamaq olmaq. Qərarlaşmış rejimdə orta sürət anlayışı iki cür ifadə edilir. Birinci halda sürət gətirilmiş, ikinci halda isə sürət həqiqi sürət kimi götürülür. Laydan gələn mayenin həcmi və ya kütlə sərfi empirik düsturlar və ya mexaniki modellərin köməyi ilə təyin olunur. Əsas korrelyasiya parametri kimi gətirilmiş orta sürət anlayışından istifadə olunur. Borudan axan mayenin həcmi sərfinin borunun en kəsik sahəsinə olan nisbətinə orta gətirilmiş sürət deyilir. Bu parametr həm maye və həm də qaz fazası üçün aşağıdakı kimi ifadə olunar:
(1)

(2)
Onda qaz – maye qarışığının orta sürəti isə

kimi təyin oluna bilər.

Əgər qaz və maye arasında nisbi sürət yoxdursa, onda hər iki faza qarışığın sürəti ilə hərəkət edəcəkdir. Qaz – maye qarışığı hərəkət edərkən fazalar arası nisbi sürət olduqda isə qaz sanki mayeyə görə sürüşür və nəticədə qaldırıcı boyu en kəsiklərdə sürətin paylanması baş verir. Bunu nəzərə alaraq fazaların sürətini xarakterizə etmək üçün həqiqi sürət anlayışından istifadə olunur. Bu parametrləri ya empirik düsturlar ilə, ya da zamana görə ortalaşmış fazaların sürəti kimi tapmaq olar.


Həqiqi qaz saxlama əmsalı olduğu üçün
və ya .
Onda maye və qaza görə həqiqi sürətlər belə ifadə olunur.
və ya
Deyilənləri nəzərə alaraq gətirilmiş sürət ilə həqiqi sürət arasındakı asılılığı aşağıdakı kimi tapmaq olar.


 = 



Fazalar arası nisbi sürət
V = Vq - Vn
olar.
Çox fazalı sistemlər üçün başqa sürətləri də tapmaq olar. Belə sürətlərə qabarcığın qalxma sürətini, mərmivari strukturda mərmi və qabarcıq arası sürətləri, həlqəvari strukturda divar boyu qalxan maye təbəqəsi ilə qazın arasındakı sürəti göstərmək olar.
Məsələ: Neft quyusundan 1590 m3 neft bir gündə çıxarılır. Əgər qaz faktoru 178 m3/m3 və qaz hasilatı 283 000 m3/sut. olarsa tələb olunur ki, layda hərəkət edən fazaların həcmi hasilatlarını və boru kəmərində hərəkət edən maye və qazın gətirilmiş sürətini 117 bar və 82oC tapmaq tələb olunur. Bundan əlavə, qarışığın sürətini və maye tutumu həcmi parametrini tapmaq tələb olunur. PVT bombasında maye və qazın fiziki xassələri verilmişdir.
B0 = 1.197 m3/m3
Bq = 0.0091 m3/m3
Rs = 50.6 m3/m3
d = 0.1524 m.
Əvvəlcə verilmiş parametrlərə görə borunun en kəsik sahəsini hesablayaq.

İndi neftin həcmi hasilatını hesablayaq.

Alınmış qiymətə əsasən orta gətirilmiş sürəti hesablayaq.

Verilmiş qiymətlərə əsasən qazın həcmi hasilatını təyin edək

Alınmış qiymətlərə əsasən qazın gətirilmiş sürətini hesablayaq.

Tapılmış qiymətlərə əsasən neft – qaz qarışığın orta sürətini hesablayaq.

Indi tapilmiş qiymətlərə görə maye saxlama əmsalini hesablamaq tələb olunur.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin