Çox fazlı axınlar


UÇUCU OLMAYAN NEFTLƏR ÜÇÜN MODEL



Yüklə 1,02 Mb.
səhifə3/26
tarix25.11.2022
ölçüsü1,02 Mb.
#70484
1   2   3   4   5   6   7   8   9   ...   26
C fakepathfontan yeni(mьhazir )-1

UÇUCU OLMAYAN NEFTLƏR ÜÇÜN MODEL.

Uçucu olmayan neftlərə tərkibində həll olmuş qaz olan neftləri aid etmək olar. Bu tip neftlərin rəngi tünd olub və sıxlıqları 825 kq/m3- dir. Onların xassələrini sabit tərkibli modellərin köməyi ilə ifadə etmək olar.


Əgər neftin tərkibində qaz olarsa, modelə əlavə neftdə həll olmuş qazı nəzərdə tutan parametr daxil edilir və bu parametri laboratoriya şəraitində tapıb, empirik düsturla ifadə etmək olar.
Əgər proses zamanı sistemin temperaturu böhran nöqtəsinə yaxın olarsa belə modeldən istifadə etmək məqsədə uyğun deyildir.
Bundan əlavə neftin həcminin kiçilməsi və genişlənməsi parametrini də hesabata daxil etmək lazım gəlir. Bu parametr neftin həcmi əmsalı adlanır. Neftin həcmi ondan ayrılan qazın həcmindən və istilikdən genişlənməyə görə dəyişir. Lakin ən çox bu prosesə neftdə həll olmuş qaz təsir edir. Neftin həcm əmsalını laboratoriya tətqiqatları ilə və ya empirik tənliklərlə təyin etmək olar.
Əsas parametrləri bilməklə verilmiş tənliklərdəki sıxlığı və sistemi təşkil edən digər parametrləri təyin etmək olar.
Bir çox quyularda neftlə birlikdə lay suyu da olur. Bu zaman yeni bir parametr suyun sistemə görə sulaşma əmsalını və suyun həcm əmsalını nəzərə almaq lazımdır. Tətqiqatlar göstərir ki, təbii qaz müəyyən qədər suyun tərkibində də həll olur. Lakin bu həll olma neftə görə çox az olduğu üçün onu hesabatda nəzərə almamaq olar. Ona görə də suyun həcmi əmsalı neftin həcmi əmsalından çox – çox kiçik olur.


KOMPOZİSİON MODEL

Uçucu neftlər və kondensatlar üçün, qaz – maye qarışıqlarının dəyişən tərkibli modeli daha dəqiq nəticələr verir. Əgər mayenin komponent tərkibi müəyyən edilərsə (komponentlərin miqdar tərkibi) bu metodla qarışığın miqdar tərkibini və buna əsasən qazın və mayenin qarışıqda həcm miqdarını da tapmaq olar. Alınmış nəticələrə görə səthi gerilmə qüvvəsini, sıxlığı, entalpiyanı və hər bir komponentin özlülüyünü təyin etmək olar.


Bu metod vasitəsi ilə kütlə ötürmə prosesini daha dəqiq öyrənmək mümkündür. Lakin qəbul etsək ki, kütlə ötürülməsi zamanı maye fazasının həcmi dəyişmir, onda belə neftlərin hidrodinamiki qanunları adi neftlərin hidrodinamiiki qanunları ilə ifadə oluna bilər.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin