Cü il tarixində əlavə edilmişdir 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?



Yüklə 1,79 Mb.
səhifə2/16
tarix25.11.2016
ölçüsü1,79 Mb.
#119
1   2   3   4   5   6   7   8   9   ...   16

74) Çətin keçilən kanalların kimyəvi genişləndirilməsi üçün nə istifadə edilir?

A) Çar arağı

B) Hidrogen peroksid

C) Xloramin

D) EDTA preparatı

E) Natrium-hipoxlorid


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
75) Pulpanın müdafiə funksiyasının əsasını nə təşkil edir?

A) Fibroblastik sıradakı hüceyrələrin iltihabi prosesi məhdudlaşdırmaq xüsusiyyəti

B) Toxuma immuniteti

C) Hüceyrələrin faqositar aktivliyi

D) Odontoblastların ikincili dentin əmələ gətirməsi

E) Lifli strukturların pulpanın pH-nı nizamlaması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
76) Kəskin ümumi pulpitlə üçlü sinirin nevralgiyasının diferensial diaqnostikasında aşağıdakılardan hansı həlledici rol oynayır?

A) Termometriya

B) Perkussiya

C) Ağrıların xarakteri

D) Elektrometriya

E) Zondlama


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
77) Səthi karies üçün aşağıdakı əlamətlərdən hansı daha xarakterikdir?

A) Qüsurun dibinin sərtliyi

B) Demineralizasiya

C) Qüsurun dibinin yumşaqlığı

D) Qüsurun oval formada olması

E) Boyalarla rənglənmə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
78) Tək köklü dişlərdə kəskin diffuz pulpitin müalicəsi zamanı sadalanan hansı metod tətbiq edilməlidir?

A) Vital amputasiya

B) Pulpanın devitalizasiyası

C) Dişin çıxarılması

D) Vital ekstirpasiya

E) Devital amputasiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
79) Xroniki fibroz pulpit zamanı hansı tədbir görülməlidir?

A) Devitalizasiya

B) Dişin çıxarılması

C) Vital ekstirpasiya

D) Bioloji müalicə

E) Vital amputasiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
80) Xroniki proliferativ pulpit zamanı hansı müalicə metodu daha rasional sayılır?

A) Dişin çıxarılması

B) Devitalizasiya

C) Bioloji müalicə

D) Vital amputasiya

E) Vital ekstirpasiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
81) Tac pulpanın qanqrenası zamanı ən rasional müalicə metodu hansı hesab olunur?

A) Vital amputasiya

B) Devitalizasiya

C) Diatermokoaqulyasiya vasitəsi ilə pulpanın devitalizasiyası

D) Yodla-elektroforez

E) Vital ekstirpasiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
82) Xroniki fibroz pulpitin və dərin kariesin diferensial diaqnostikasında hansı həlledici sayılır?

A) Vaxt faktoru

B) Elektrometriya

C) Ağrıların xarakteri

D) Zondlama

E) Termometriya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
83) Qanqrenoz pulpitin və xroniki periodontitin diferensial diaqnostikasında həlledici rolu nə oynayır?

A) Perkussiya

B) Ağrıların xarakteri

C) Zondlama

D) Termometriya

E) Elektrometriya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
84) Kanalları çətin keçilən dişlərdə pulpa qalıqları qaldıqda nə tətbiq olunur?

A) Yodla elektroforez

B) Antibiotik və kortikosteroidlər

C) Novokain blokadası

D) Mərgümüş və yaxud paraformaldehid pastası

E) Diatermokoaqulyasiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
85) Vital amputasiyadan sonra pulpa güdülünün tezliklə sağalması üçün nədən istifadə edilir?

A) Mərgümüş pastasından

B) Antibiotiklərdən

C) Evgenoldan

D) Kalsium hidroksiddən

E) Kortikosteroidlərdən


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
86) Pulpitin bioloji metodla müalicəsi zamanı ağrıların götürülməsi və iltihabi reaksiyanın zəifləməsi üçün ən yaxşı vasitə hansıdır?

A) Antibiotiklər

B) Yod

C) Evgenol



D) Kalsium hidroksid

E) Kortikosteroidlər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
87) Vital ekstirpasiya zamanı çətin keçilən kanallar əvvəllər nə ilə doldurulurdu?

A) Evgenol pastası

B) Rezorsin-formalin pastası

C) Antibiotik və kortikosteroid əsaslı pasta

D) Endometazon

E) Kalsium hidroksid


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
88) Nəyə görə tək köklü dişlərdə vital amputasiya aparmaq olmaz?

A) Dişlərin rəngi dəyişdiyinə görə

B) Boşluğun həcmi kiçik olduğuna görə

C) Boşluğun həcmi böyük olduğuna görə

D) Bu halda iltihab tezliklə kök pulpasına keçdiyinə görə

E) Tac və kök pulpa arasında kəskin sərhəd olmadığı üçün


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
89) Ekstirpasiyadan sonra kanaldakı qanaxmanı saxlamaq üçün ən yaxşı vasitə hansıdır?

A) Vaqotil

B) Hidrogen peroksid

C) Fosfat-sementin mayesi

D) Quru trunda

E) Aminokapron turşusu və ya kaprofer


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
90) Pulpitin bioloji metodla müalicəsi zamanı baş verən fəsadlar nə ilə bağlıdır?

A) Metodun həyata keçirilməsi texnikasının pozulması ilə

B) Plombun pis fiksasiyası ilə

C) Aseptika qaydalarının pozulması ilə

D) Dərman preparatlarının düzgün seçilməməsi ilə

E) Diaqnozdakı xətalarla


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Periodontit. Endodontiya
91) Aşağı çənədə periodontal yarığın eni nə qədərdir?

A) 0,05-0,1 mm

B) 0,3-0,4 mm

C) 0,5-0,7 mm

D) 0,15-0,22 mm

E) 0,8-1,0 mm


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
92) Yuxarı çənədə periodontal yarığın eni nə qədərdir?

A) 0,20-0,25 mm

B) 0,1-0,2 mm

C) 0,5-0,7 mm

D) 0,3-0,4 mm

E) 0,8-1 mm


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
93) Xroniki periodontitin destruktiv formalarında sümük toxumasında baş verən dəyişikliklərin bərpasının minimal müddəti nə qədərdir?

A) 1-2 ay

B) 6-9 ay

C) 2-6 ay

D) 18-24 ay

E) 12-18 ay


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
94) Periodontitlər zamanı kök kanallarının proteolitik fermentlərlə yuyulması nə məqsəd daşıyır?

A) Kanalların doldurulmasını asanlaşdırmaq

B) Kanalları genişləndirmək

C) Periapikal nahiyədə iltihab ocağına təsir etmək

D) Pulpanın qalıqlarını əritmək

E) Mikrokanallardakı patogen floraya təsir etmək


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
95) Plomblamadan əvvəl kök kanalının plomblamaya hazırlanması zamanı hansı alətdən istifadə edilir?

A) Kanal doldurucudan

B) Şarvari bordan

C) Hedstremdən

D) Plaqqerdən

E) Kök iynəsindən


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
96) Rentgenoqrafik apeksdən fizioloji zirvə dəliyinə kimi təxmini məsafə nə qədərdir?

A) 4-5 mm

B) 2-3 mm

C) 3-4 mm

D) 0,5-1 mm

E) 0,1-0,5 mm


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
97) Lateral kondensasiya üsulu ilə kök kanallarının plomblanmasında hansı sayda huttaperça ştiftindən istifadə olunur?

A) Dörd-beş

B) Bir

C) İki-üç



D) Bir-iki

E) Tələb olunan sayda


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
98) Heyts borları nə məqsədlə istifadə olunur?

A) Plomb materialının sıxlaşdırılması

B) Kök kanalının girəcəyinin genişləndirilməsi

C) Diş boşluğunun dibinin hamarlanması

D) Kök zirvəsinin rezeksiyası

E) Diş boşluğunun divarlarının işlənməsi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
99) Kök kanalının düzgün plomblanması hansı kriteriya ilə qiymətləndirilir?

A) Kök kanalının 1/2 hissəsinin dolması

B) Kanalın 2/3 hissəsinin plomb materialı ilə dolması

C) Kök kanalının 1/3 hissəsinin dolması

D) Plomb materialının zirvədən kənara çıxması

E) Kök kanalının bütünlükdə dolması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
100) Kök kanallarının işlənməsini asanlaşdırmaq üçün nədən istifadə edilir?

A) EDTA-dan

B) Fizioloji məhluldan

C) 1%-li xlor-heksidindən

D) Ortofosfor turşusundan

E) 3%-li hidrogen peroksiddən


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
101) Kök kanallarını doldurarkən kanal doldurucunun maksimal fırlanma sürəti dəqiqədə nə qədər olmalıdır?

A) 500


B) 200

C) 1000


D) 1500

E) 3000
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


102) Kök kanallarının girəcəyi nə ilə genişləndirilir?

A) Heyts bor ilə

B) Tərs konusşəkilli bor ilə

C) Almaz turbin bor ilə

D) Kanal doldurucu ilə

E) Drel-bor ilə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
103) Periodontun əsas funksiyası hansıdır?

A) Sensor

B) Dayaq (çünki periodont böyük təzyiqləri qəbul etmək və onu alveolun divarlarına ötürmək qabiliyyətinə malikdir)

C) Trofik (çünki o sementin qidalanmasını təmin edir)

D) Plastik (çünki periodont hüceyrələri kollagen və polisaxaridlər sintez etməklə periodont toxumasını bərpa edə bilir)

E) Müdafiə (çünki o iltihabla aktiv mübarizəni təmin edir)


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
104) Kəskin periodontiti daha çox pulpitin hansı forması ilə diferensiasiya etmək lazım gəlir?

A) Xroniki hipertrofik pulpitlə

B) Xroniki pulpitin kəskinləşməsi ilə

C) Qanqrenoz pulpitlə

D) Kəskin hissəvi seroz pulpitlə

E) İrinli pulpitlə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
105) Kəskin periodontit və pulpitin diferensial diaqnostikasında sadalananlardan hansı həlledici rol oynayır?

A) Termometriya

B) Perkussiya

C) Rentgenodiaqnostika

D) Ağrıların xarakteri

E) Elektroodontodiaqnostika


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
106) Apikal periodontit və parodontitin diferensial diaqnostikasında sadalananlardan hansılar həlledici hesab edilir?

1. Pulpanın elektrik qıcıqlanmasının təyini

2. Rentgenoqrafiya

3. Zondlama

4. Termometriya

5. Perkussiya

A) 2, 3


B) 3, 4

C) 1, 3, 4

D) 2, 3, 5

E) 1, 2, 5


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
107) Periodontitin müalicəsində diş hermetikliyə tab gətirmirsə, kanallar nə ilə işlənilməlidir?

A) Qlükokortikosteroid və antibiotiklərlə

B) İltihab əlehinə qeyri-steroid preparatlarla

C) Dezinfeksiyaedici məhlullarla

D) Fermentlərlə

E) Antibiotiklərlə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
108) Periodontitli dişdə zondlama zamanı ağrı və kanaldan qanaxma baş verdikdə hansı taktika seçilməlidir?

A) Diatermokoaqulyasiya aparılmalı və diş birbaşa plomblanmalıdır

B) Elektroodontometriya aparılmalıdır

C) Diş çəkilməlidir, çünki sonra qranulyasion toxuma dentini və kök sementini rezorbsiyaya uğradacaq

D) Mərgümüş pastasından istifadə etməli, çünki belə dişlər pulpit kimi müalicə olunmalıdır

E) Diş müalicəvi sarğı qoyulmaqla bağlanmalıdır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
109) Aşağıdakılardan hansı kök kanallarını doldurmaq üçün istifadə olunan materiallara qoyulan tələblərə aid deyil?

A) Rentgenokontrastlılıq

B) Bioloji tolerantlıq

C) Yaxşı hermetiklik və kanala asan daxil edilmə

D) Antimikrob və periodont toxumalarının regenerasiyasını stimulə edici təsirə malik olma

E) Tez bərkimə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
110) Nə üçün yaxşı keçilən kanalları rezorsin-formalin pastası ilə (katalizatorsuz) plomblamaq olmaz?

A) Prosesi kəskinləşdirdiyinə, bununla da sağalma prosesini sürətləndirdiyinə görə

B) Antiseptik və mumifikasiya edici təsir göstərdiyinə görə

C) Kanalın hermetikliyini təmin etdiyinə görə

D) Periodontu qıcıqlandırdığına və dişin rəngini dəyişdiyinə görə

E) Sağalma prosesini ləngitdiyinə görə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
111) Nə üçün xroniki periodontitlərin müalicəsi zamanı fosfat-sementin zirvə xaricinə yeridilməsi aktiv müalicə üsulu sayılmır?

A) Dişlərin rəngini dəyişdiyinə görə

B) Sümük toxumasının regenerasiyasını stimulyasiya etməsinə görə

C) Prosesin kəskinləşməsinə səbəb olduğuna görə

D) Bakteriosid təsirə malik olduğuna görə

E) Kök kanallarının tam hermetikliyini təmin etmədiyinə görə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
112) Kanal doldurulduqdan bilavasitə sonra baş verən ağrıları aradan qaldırmaq üçün ən yaxşı vasitə hansıdır?

A) Diadinamik elektrik cərəyanı

B) Antibiotiklərin inyeksiyası

C) Keçid pərdəyə hidrokortizon inyeksiyası

D) Dişin kökü səviyyəsində keçid pərdənin kəsilməsi

E) Keçid pərdəyə lidokain blokadası


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
113) Kanalı işləyərkən alət sındıqda ilk növbədə nə etməli?

A) Alətin çıxarılmasına cəhd göstərməli

B) Diş çıxarılmalıdır

C) Pasientə bu barədə məlumat verməli

D) Dişi rentgenoqrafiya etməli

E) Diş kökünü rezeksiya etməli


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
114) Kanalları doldurmaq üçün istifadə olunan materialların tərkibində ən çox istifadə olunan komponentlər hansılardır?

A) Sink oksid və antibiotiklər

B) Epoksid plastmasslar

C) Sink oksid və ortofosfor turşusu

D) Sink-oksid və evqenol

E) Sink oksid və formokrezol


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
115) Xroniki periodontitin müalicəsinə başlayarkən sadalanan taktikalardan hansı daha məqsədə uyğundur?

A) Retroqrad plomblama

B) Dişin anatomik boşluğunu açıb kanalın işlənəcək uzunluğunu qiymətləndirmək

C) Dişi okklyuziyadan çıxarmaq

D) Dişin anatomik boşluğunu açıb onu açıq qoymaq

E) Kök zirvəsinin rezeksiyası


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
116) Kanaldan qanaxma zamanı endodontiyada nədən istifadə edilir?

A) Fizioloji məhlul

B) Spirt

C) Hidrogen - peroksid

D) Evgenol

E) Yodinol


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
117) Periodontitlərin müalicəsi zamanı hansı əlamətə görə kanalı plomblamağa başlamaq olmaz?

A) Bakterioloji kontrolun mənfi nəticəsi

B) Pasient tərəfindən heç bir şikayətin olmaması

C) Xoşagəlməz qoxunun olmaması

D) Kanalda eksudatın olmaması

E) Kök kanalının tələb olunan tərzdə genişləndirilməməsi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
118) Ön dişlərin kanalları üçün aşağıdakılardan hansını işlətmək məqsədə uyğun deyildir?

A) Quttaperça

B) Тərkibinə 5% və ya 30% yodoform əlavə edilmiş material

C) Fosfat - sement

D) Rezorsin formalin pastası

E) Gümüş ştift


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
119) Fenolun təsirini neytrallaşdırmaq üçün nədən istifadə edilir?

A) Kreozot

B) Spirt

C) Natrium karbonat

D) Xloramin

E) Distillə olunmuş su


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
120) Hidrogen peroksid kök kanalındakı nekrotik qalıqlara nəyin hesabına təsir edir?

A) Dentini dekalsinasiya etməsinə görə

B) Aktiv oksigenin əmələ gəlməsi hesabına

C) Termiki effektinə görə

D) Qurulayıcı effektinə görə

E) Nekrotik toxumalarla kontakt zamanı turşu əmələ gətirməsi hesabına


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
121) EDTA–nın əsas təsir xüsusiyyəti hansıdır?

A) Endodontik alətlərin itiliyini artırmaq

B) Antiseptik

C) Dekalsinasiya

D) Kanalın qurudulması

E) Kanalın nəmləndirilməsi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
122) Kanalı doldurarkən plomb materialını hansı həddə kimi çatdırmaq lazımdır (zirvə dəliyi tam obturasiya olunmaq şərti ilə)?

A) Kanalın yarısına qədər

B) Kanalın orta 1/3-nə qədər

C) Dişin kəsici kənarına və yaxud dişin okklyüzion səthinə qədər

D) Bütün pulpa kamerasını

E) Kök kanalının ağzına qədər (girəcəyinə kimi)


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
123) Gümüş ştiftlərdən kanalın hermetik plomblanması məqsədi ilə hansı hallarda istifadə edilir?

A) Çətin keçilən və ya obliterasiya olunmuş kanallarda

B) Zirvəsi rezeksiya edilmiş kanallarda

C) Yaxşı keçilən, lakin dar və əyri kanallarda

D) Geniş kanallarda

E) Zirvəsi formalaşmamış kanallarda


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

Plomb materialları

124) Müvəqqəti plomb materialları hansı xüsusiyyətə malik olmalıdır?

A) Rəngin sabitliyi, mexaniki və kimyəvi cəhətdən davamlı olmalı

B) Tədricən bərkiməli, minanın rənginə uyğun rəngə malik olmalı

C) Kanala doldurulan materialların funksiyasını yerinə yetirməli

D) Rentgenokontrast xüsusiyyətə malik olmalı

E) Boşluğun divarlarına yaxşı yapışmalı, pulpaya zərərli təsir göstərməməli, boşluğa asan daxil edilib çıxarılmalı, sorulmamalı


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
125) Amalqamaların əsas çatışmayan cəhəti hansı hesab olunur?

A) Rütubətə yüksək həssas olması və həcmini dəyişməsi

B) Adgeziyanın olmaması, istilik keçirməsi və qızıl qapaqları korroziyaya uğratması

C) Selik qişanın potensial allergiyasını və mikrocərəyanlar əmələ gətirməklə paresteziyasını törətməsi

D) Mexaniki və estetik çatışmazlıq yaratması

E) Mikrocərəyan əmələ gətirməklə selik qişanın paresteziyasını törətməsi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
126) Sadalanan materiallardan hansı pulpaya daha çox qıcıqlandırıcı təsir göstərir?

A) Evikrol

B) Epakril

C) Stomadent

D) Silisin

E) Sinkpolikarboksilat sement


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
127) Amalqamdan qoyulmuş plomb hansı müddətdən sonra işlənə (cilalana) bilər?

A) 12 saat

B) 6 ay

C) 30 gün



D) 14 gün

E) 3-7 gün


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
128) Kök kanallarını quttaperç ştiftlə plomblayarkən nədən istifadə edilir?

A) Ştopferdən

B) Drelbordan

C) Plüqqerdən

D) Kök iynəsindən

E) Zonddan


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
129) Dərin kariesin müalicəsində istifadə edilən materiallar hansı xüsusiyyətə malik olmalıdır?

A) Plastik olmalıdır

B) Məsaməsiz olmalı, boşluğun divarına yaxşı yapışmalı, çökmə verməməlidir

C) Boşluğa asan daxil edilməlidir

D) Tez bərkiməlidir

E) Antimikrob və odontotrop təsirli olmalıdır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
130) Pulpitin amputasion üsul ilə müalicəsi zamanı devitalizasiyadan sonra hansı pastadan istifadə etmək məsləhətdir?

A) Sink-evgenol pastası (kalsium hidroksidlə)

B) Tərkibində formalin olan pastalar

C) Yuxarıda sadalananların hamısı

D) Tərkibində sulfanilamidlər, streptosid, norsulfazol, antibiotik və kortikosteroidlər olan pastalar

E) Timol, yodoform, timol-evgenol


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
131) Pulpitin vital amputasiyası zamanı hansı pastadan istifadə edilir?

A) Timol, yodoform

B) Tərkibində sulfanilamidlər olan pastalar

C) Tərkibində formalin olan pastalar

D) Timol-evgenol

E) Sink-evgenol pastası (kalsium hidroksidlə)


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
132) Pulpanın tam ekstirpasiyasından sonra kök kanalını nə ilə doldurmaq məsləhətdir?

A) Rezorsin-formalin pastası ilə

B) Kalsitlə

C) Endometazon ilə

D) Fosfat sementlə

E) Sink-evgenol pastası ilə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
133) Kök kanallarını doldurarkən kalsium pastanın tərkibinə kalsium-hidroksid nə məqsədlə qatılır?

A) Kanalların daha yaxşı dolması üçün

B) Bioloji həmrəylik xüsusiyyətinə görə

C) Rentgenokontrast olduğuna görə

D) İltihab əleyhinə təsirinə görə

E) Osteogenezi stimulyasiya etmək üçün


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
134) Tərkibində kalsium-hidroksid olan materiallar hansı hallarda işlədilir?

A) Parodont xəstəliklərində

B) Kariesdə izolə edici ara qat kimi

C) Pulpitlərdə pulpanı saxlamaq üçün

D) Pulpitlərdə pulpanın devitalizasiyası məqsədilə

E) Ahıl yaşlarda periodontitlərdə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
135) Kök kanallarını doldurmaq üçün istifadə olunan materiallara olan ən vacib tələbat hansı hesab olunur?

A) Osteo-dentino-sementogenezi stimulyasiya xüsusiyyəti

B) Bioloji həmrəylik

C) Kanala asan daxil edilib çıxarılması

D) Plombun hermetikliyi

E) Antimikrob aktivliyə sahib olması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
136) Kök kanallarını doldurmaq üçün nəzərdə tutulan materiallardan hansı daha çox bioloji həmrəylik xüsusiyyətinə malikdir?

A) Rezorsin formalin pastası

B) Sink-oksid-evgenol pastası

C) Endodent

D) Evgedent

E) Quttaperç ştiftlər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
137) İltihab əlehinə (ödem əleyhinə) effekt almaq məqsədi ilə kanal doldurularkən pastaların tərkibinə nə əlavə edilir?

A) Antiseptiklər

B) Kalsium hidroksid

C) Sulfanilamid preparatları

D) Antibiotiklər

E) Hormonal preparatlar


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
138) Quttaperç ştiftlərlə işləyərkən kanalın hermetikliyini təmin edən ən etibarlı üsul hansıdır?

A) Kanalın endodontik işlənməsi və sadəcə ştiftin kanala daxil edilməsi

B) Bərkiyən pastalarla plomblama

C) Vertikal kondensasiya

D) Kanalın əvvəlcə endodontik alətlərlə işlənməsi, sonra pastanın, axırda isə quttaperç ştiftin kanala daxil edilməsi

E) Plüqqer vasitəsi ilə plomblama


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin