469) Odontogen osteomielitin produktiv formasında rentgenoji müayinədə görünür:
A) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz
B) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları
C) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər
D) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqlari
E) Mərkəzində sekvestrin kölgəsi olan rezorbsiya ocaqları
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
470) Uyğunluğu müəyyən edin:
I.Kəskin odontogen osteomielit
II.Yarimkəskin odontogen osteomielit
III.Xroniki odontogen osteomielit
1. Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları
2. Periodontətrafı toxumalarda xroniki periodontitə xas olan əlamətlər
3. Sümk toxumasında nekroz-sekvestr ocaqları
A) I-3, II-1, III-2
B) I-1, II-3, III-2
C) I-2, II-1, III-3
D) I-1, II-2, III-3
E) I-2, II-3, III-1
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
471) Uyğunluğu müəyyən edin:
I- Destruktiv xroniki odontogen osteomielit
II-Destruktiv-produktiv xroniki odontogen osteomielit
III- Produktiv xroniki odontogen osteomielit
1. Xroniki osteomielitin sekvestrəmələgətirici forması
2. Xroniki osteomielitin yuvalı forması
3. Xroniki osteomielitin hiperplastik forması
A) I-2, II-3, III-1
B) I-1, II-3, III-2
C) I-2, II-1, III-3
D) I-1 II-2, III-3
E) I-3, II-1, III-2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 232
472) Osteomielitin əng sümüyündə yüngül gedişatını nə ilə izah etmək olar?
A) Kompakt lövhədə çoxsaylı dəliklərinin olması və süngəri maddənin az olması
B) Sümükdə osteoklastik rezorbsiyanın sürətli və osteoblastik sintezin yavaş olması
C) Kifayət qədər qan təhcizatı olmaması nəticəsində osteon damarlarında durğunluğun olması
D) Sümük toxumasında süngəri və sərt maddələrin eyni miqdarda olması
E) Sümük toxumasında mineral elementlərin həddindən çox ifraz olunması
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
473) Osteomielitin çənədə ağır gedişı nə ilə izah etmək olar:
A) Sümük toxumasında mineral elementlərin həddindən çox ifraz olunması
B) Sümükdə osteoklastik rezorbsiyanın sürətli və osteoblastik sintezin yavaş olması
C) Sümük toxumasında süngəri və sərt maddələrin eyni miqdarda olması
D) Kompakt lövhədə azsaylı dəliklərinin və süngəri maddənin çox olması
E) Kifayət qədər qan təhcizatı olmaması nəticəsində osteon damarlarında durğunluğun olması
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
474) Əngin osteomieliti çənənin osteomielitindən fərqlənir:
A) Yüngül gedişi,kiçik sekvestrlərin olması ilə
B) Müxtəlif və tez-tez olan fəsadları ilə
C) Ağır gedişi, böyük sekvestrlərin olması ilə
D) Hər ikisi oxşar gedişi və lokalizasiyasi ilə
E) Alveol çıxıntısı nahiyəsində lokalizasiyasi ilə
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
475) Çənənin osteomieliti əngin osteomielitindən fərqlənir:
A) Ağır gedişi, böyük sekvestrlərin olması
B) Ağır gedişi, böyük sekvestrlərin olması ilə
C) Alveol çıxıntısı nahiyəsində lokalizasiyasi ilə
D) Müxtəlif və tez-tez olan fəsadları ilə
E) Hər ikisi oxşar gedişi və lokalizasiyasi ilə
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
476) Klinikaya çənənin kəskin odontogen osteomieliti diaqnozu ilə xəstə daxil olmuşdur.Çənənin kəskin osteomielitində hansı ən təhlükəli fəsadlar ola bilər:
A) Patoloji sınıq, yalançı oynaq
B) Odontogen haymorit,beyin absesi
C) Sepsis, mediastinit
D) Şeqren xəstəliyi,Mikulic sindromu
E) Çənələrin vərəmi,fibroz displaziya
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 242
477) Klinikaya əngin kəskin odontogen osteomieliti diaqnozu ilə xəstə daxil olmuşdur.Əngin kəskin osteomielitində hansı fəsadlar ola bilər:
A) Patoloji sınıq, yalancı oynaq
B) limfa vəzilərinə metastazlar
C) Odontogen haymorit,meningit
D) Çənələrin vərəmi,fibroz displaziya
E) Şeqren xəstəliyi,Mikulic sindromu
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 242
478) Çənənin xroniki osteomielitinin yerli fəsadları hansılardır?
1. Mikrostoma
2. Yalanci oynaq
3. Perikoronarit
4. Patoloji sınıq
5. Uz sinirinin iflici
A) 1,5
B) 1.2
C) 2,3
D) 2,4
E) 3.4
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 242
479) Odontogen osteomielitdə hansı əzələlərdə iltihabı kontraktura inkişaf edir və ağzın açılması məhdudlaşır:
A) Çənə-dilaltı əzələ, mental-dilaltı əzələ
B) Bayır qanadvari əzələ, çənəaltı əzələ
C) Boyuk almacıq əzələsi, mental-dil əzələsi
D) İkiqarinciqli əzələnin arxa qarıncığı, yanaq əzələsi
E) Xüsusu çeynəmə əzələsi, içəri qanadabənzər əzələ
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
480) Osteomielit zamanı hansı sinirlərin zədələnməsi nəticəsində alt dodağın paresteziyası,Vensan simptomu qeyd olunur?
A) Dərin gicgah siniri, çənə-dilalti siniri
B) Göz yuvasıaltı siniri, almacıq siniri
C) Aşağı alveol siniri, mental sinir
D) İçəri qanadabənzər sinir, çeynəmə siniri
E) Qanad-damaq siniri, böyük damaq siniri
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
481) Çənənin kəskin osteomielitində xəstələr bəzən alt dodaqda və ağız bucağında keylik hissinin olmasından şikayət edirlər. Bu nəyin nəticəsində baş verir?
A) Aşaği dodaq və ağız bucağında irinli fluktasiya ocağının olması nəticəsində
B) Aşağı alveol sinirinin irinli eksudatla sıxılması nəticəsində
C) Folkman və Havers kanalları ilə infeksiyanın yayılması nəticəsində
D) Diş periodontunda bağ aparatının pozulması nəticəsində
E) Qəbul edilən antibiotik,sulfanilamid preparatlarının əks təsiri nəticəsində
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
482) Odontogen osteomielitin kəskin hiperergik fazasında qanda hansı dəyişiklər baş verir?
A) Leykopeniya,, eritrositlərin çökmə sürətinin azalmasi, eozinofililiya, neytrofillərin sağa irəliləməsi, limfositoz
B) Leykopeniya, eozinopeniya, limfositoz, bazofiliya,hemoqlabinin artmasi, qanin tərkibində zülalın olmasi
C) Leykositoz, eritrositlərin çökmə sürətinin artması, hemoqlobinin azalması, eritrositlərin miqdarın azalması
D) Leykositlərin, monositlərin miqdarin artmasi, neytrofillərin sola irəliləməsi, qanda mielositlərin əmələ gəlməsi,eritrositlərin çökmə sürətinin azalması
E) Leykopeniya , eritrositlərin çökmə sürətinin azalması
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 228
483) Xəstə təcili yardımla yüksək temperatur ( 40°C ), üşütmə, ümumi zəiflik, çənənin sağ bucaq nahiyəsində ağrı şikayətləri ilə stasionara daxil olmuşdur.Tənəffus və nəbz tezləşib. Dəri isti və nəmdir. Ağızda kəskin iy var. Çənənin sağ tərəfində dişlər hərəkətlidir, perkusiya zamanı ağrılıdılr. Dişlər nahiyəsində diş əti və keçid pərdəsi şişkindir,hiperemikdir. Xəstəliyin müddəti 5 gündür. Diaqnozu müəyyən edin.
A) Kəskin odontogen osteomielit
B) Çənənin dərialti qranuleması
C) Poliossal fibroz displaziya
D) Xroniki odontogen periostit
E) Hiperostoz odontogen osteomielit
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 226
484) Xəstə həkimin qəbuluna çənənin sol cisim nahiyəsində irinli ifrazatı olan fistula müraciət edir. Müayinədə çəkilmiş 36-cı dişin alveol yuvasında inkişaf etmiş qranulasiyon toxuma görünür, yaxın yerləşən dişlər hərəkətlidir. Palpasiya zamanı çənənin sol cisim nahiyəsində periostal qalınlaşma hiss olunur. Rentqenoloji müayinədə 35, 36, 37-ci dişlərin sümük toxumasında sərhədləri aydın olmayan rezorbsiya qeyd olunur. Xəstənin ümumi vəziyyəti kafidir. Diaqnozu müəyyən edin.
A) Хroniki odontogen osteomielitin kəskinləşməsi
B) Kəskin odontogen haymorit
C) Xroniki odontogen periostit
D) Çənənin dərialti qranulyoması
E) Hiperostoz odontogen osteomielit
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 229-230
485) Xəstə əng nahiyəsində olan ağrısız şişginlikdən şikayət edir. Anamnezindən məlum olur ki,xəstə antibiotik, sulfanilamid preparatları qəbul edib, səbəbkar dişi çəkdirib. Buna baxmayaraq 3 ay müddətində şişkinlik kecməyib. Palpasiya zamanı əngin alveol çıxıntısında sümüküstlüyünün qalınlaşması hiss edilir. Rentgen müayinə zamanı sümük toxumasının endoostal ,periostal qalınlaşması və skleroz görünür. Diaqnozu dəqiqləşdirin.
A) Hiperplastik xroniki odontogen osteomielit
B) Poliossal fibroz displaziya
C) Seroz kəskin odontogen periostit
D) Qranulomatoz xroniki odontogen periodontit
E) Hipoerqik kəskin odontogen osteomielit
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 230-232
486) Kəskin odontogen osteomielitin müalicəsinin ardıcıllığını təyin edin:
1. Osteoperforasiya
2. Səbəbkar dişin çəkilməsi
3. Drenaj
4. Subperiostal abseslərin açılması
A) 1, 4, 3, 2
B) 2, 4, 1, 3
C) 4, 3, 2, 1
D) 3, 1, 4, 2
E) 3, 4, 2, 1
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
487) Xroniki odontogen osteomielitin müalicəsinin ardıcıllığını təyin edin.
1. Sekvestrektomiya
2. Səbəbkar dişin çəkilməsi
3. Hərəkətli dişlərin şinalanması
4. İrinli yaraların cərrahi işlənilməsi
A) 4, 3, 2, 1
B) 2, 4, 1, 3
C) 1, 4, 3, 2
D) 2, 3, 4, 1
E) 3, 1, 4, 2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
488) Kəskin osteomielitin cərrahi müalicəsinə aşağıdakılardan hansı aiddir?
A) Osteoperforasiya
B) Fizioterapiya
C) Çənələrin rezeksiyasi
D) Novokain blokadası
E) Hiperbarik oksiqenasiya
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
489) Xroniki osteomielitin konservativ müalicə üsullarını tamamlayın.
1. Antibiotikoterapiya
2. Dezintoksikasion terapiya
3. Desensibilizasiyaedici terapiya
4. ..................................
A) Sekvestrektomiya
B) Kimyaterapiya
C) Fizioterapiya
D) Nekroektomiya
E) Sklerozlaşdırıcı terapiya
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. “Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии” 2000 tom I,səh 239-241
490) Kəskin odontogen osteomielitin müalicəsində istifadə olunan osteotrop antibiotiklər hansılardır?
A) Oksasillin və ampisillin
B) Kanamisin və eritromisin
C) Linkomisin və floksan
D) Gentamisin və streptomisin
E) Ampisillin və penisillin
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
491) Xroniki odontogen osteomielitin müalicəsində istifadə olunan immunomodulyatorlara hansı aiddir?
A) Taveqil, fenkorol
B) Levamizol, timolol
C) Sibazon, diazepam
D) Metranidazol, trixopol
E) Disinon, aminokapron turşusu
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
492) Osteomielitin müalicəsi üçün ən səmərəli müalicə üsulu hansıdır?
A) Ağrısızlaşdırma, hemostatiklər, trankvilizatorlar
B) Ağrısızlaşdırma, cərrahi müalicə, antibiotik terapiyası
C) UVÇ-terapiya, hiperbarik oksigenasiya, elektrofarez
D) Ümumi narkoz, cərrahi müdaxilə, ximioterapiya
E) Ataralgeziya, autohemoterapiya, şüa terapiyası
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
493) Kəskin osteomielitin müalicəsində istifadə olunan dərmanların uyğunluğunu göstərin.
I. Osteotrop preparatlar
II .Sulfanilamid preparatları
III. Nitrofuran preparatları
1. Sulfadimezin və norsulfazol
2. Furazolidon və furadonin
3. Terramicin və klindamicin
A) I-1, II-2, III-3
B) I-2, II-1, III-3
C) I-1, II-3, III-2
D) I-2, II-3, III-1
E) I-3, II-1, III-2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 234-239
494) Xroniki osteomielitin müalicəsində istifadə olunan dərmanların uyğunluğunu göstərin.
I. Antihistamin preparatları
II. Antiseptiklər
III. Biostomulaedici preparatlar
1. Furasilin, xlorheksidin
2. Metilurasil, pentoksil
3. Dimedrol, suprastin
A) I-2, II-3, III-1
B) I-3, II-1, III-2
C) I-2, II-1, III-3
D) I-1, II-3, III-2
E) I-1, II-2, III-3
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
495) Ağızdaxili üsulla sekvestrektomiyanin mərhələləri hansı ardıcıllıqla aparılmalıdır?
1. Sekvestrin çıxarılması
2. Sümüküstlü selikli qişanın ayrılması
3. Fistul yolunun ayırd edilməsi
4. Selikli qişada kəsiyin aparılması
A) 3, 1, 4, 2
B) 2, 4, 1, 3
C) 2, 3, 4, 1
D) 1, 4, 3, 2
E) 4, 2, 3, 1
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
496) Ağızdaxili üsulla sekvestrektomiyanin mərhələləri hansılardır?
1.Yaraların qat-qat tikilməsi
2. Sümük boşluğunun küretajı
3. Autogen sümüklə tamponada
4. Sekvestrin çıxarılması
A) 1 ,4, 3, 2
B) 2, 3, 4, 1
C) 4, 2, 3, 1
D) 2, 4, 1, 3
E) 3, 1, 4, 2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
497) Ağızxarici üsulla sekvestrektomiyanin mərhələləri hansılardır?
1. Sekvestrin çıxarılması
2. Yumşaq toxumaların qat-qat ayrilması
3. Fistulun küretaj edilməsi
4. Dəridə kəsiyin aparılması
A) 4, 2, 3, 1
B) 2, 4, 1, 3
C) 3, 1, 4, 2
D) 2, 3, 4, 1
E) 1,4, 3, 2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
498) Aşağıdakıların hansında sekvestrektomiya ağızdaxili üsulla aparılır?
A) Çənənin alveol çıxıntısında
B) Əngin gözaltı nahiyəsində
C) Çənənin şaxəsində
D) Əngin almacıq nahiyəsində
E) Çənənin cisim və bucağında
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 239-241
499) Əksər hallarda aşağıdakılardan hansı odontogen limfadenitlərin törədicisidir?
A) Solğun treponema
B) Difteriya çöpləri
C) Şüa göbələkləri
D) Vərəm çöpləri
E) Qızılı stafilokok
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова «Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
500) Odontogen limfadenitlərin kliniki gedişə görə təsnifatı hansıdır?
A) Kəskin, yarım kəskin, xroniki limfadenitlər
B) Kəskin seroz, kəskin fibroz və xroniki limfadenitlər
C) Kəskin ocaqlı, xroniki yayılmış limfadenitlər
D) Kəskin ocaqlı, kəskin fibroz və xroniki limfadenitlər
E) Kəskin seroz, kəskin irinli və xroniki limfadenitlər
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
501) Limfa sisteminin odontogen iltihabi xəstəliklərində yalnız konservativ müalicə hansı nozoloji forma zamanı aparılır?
A) Bütün limfadenitlər
B) Xroniki hiperplastik limfadenit
C) Kəskin irinli limfangit
D) Seroz limfadenit
E) Adenofleqmona
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии» c. 291-300
502) Klinik göstəricilərdən asılı olaraq odontogen limfadenitlər hansı qruplara bölünür?
A) Birincili və ikincili
B) Odontogen, tonzillogen, rinogen
C) Spesifik və qeyri - spesifik
D) İnfeksion və qeyri - infeksion
E) Kəskin, xroniki, xroniki kəskinləşmiş
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии» c. 291-300
503) Odontogen limfadenitin təsnifatı haqqında aşağıdakılardan hansı səhvdir?
A) Xroniki hiperplastik
B) Kəskin irinli
C) Yarım kəskin
D) Xroniki kəskinləşmiş
E) Kəskin seroz
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии» c. 291-300
504) Çənəaltı limfa düyünüdə iltihabi proses tam aradan qaldırılmayıb, bunun səbəbi böyük ehtimalla aşağıdakılarddan hansı ola bilər?
A) Səbəbkar diş müalicə olunmayıb
B) Antibiotikoterapiya aparılmayıb
C) İmmunosupressiv terapiya aparılmayıb
D) Fizioterapiya aparılmayıb
E) Antihistamin preparatlarla müalicə edilməyib
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии» c. 291-300
505) Aşağıdakı hansı limfa düyünləri kəllə əsasının limfa düyünlərinə aiddir?
A) Çənə
B) Ənsə
C) Molyar
D) Burun - dodaq
E) Yanaq
Ədəbiyyat: В.М.Безруков, Т. Г.Робустова «Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c. 291-300
506) Kəllə əsası limfa düyünlərinə hansı limfa düyünləri aiddir?
A) Çənə
B) Molyar
C) Burun - dodaq
D) Dərin qulaqətrafı
E) Yanaq
Ədəbiyyat: В.М.Безруков, Т. Г.Робустова «Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
507) Xüsusi çənəaltı limfa düyünləri haradan limfa almır?
A) Ağız dibi toxumalarından
B) xüsusi çənəaltı nahiyənin sümüküstlüyündən
C) Dilin uc hissəsindən
D) Alt dodaqdan
E) Qulaq seyvanından
Ədəbiyyat: В.М.Безруков, Т. Г.Робустова «Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии» c.291-300
508) Burun - dodaq limfa düyünləri limfanı haradan alır?
A) Yanaq nahiyəsindən
B) Burunun yumşaq toxumalarından
C) Qaşüstü nahiyədən
D) Gözyuvasıaltı nahiyənin səthindən
E) Üst dodaqdan
Ədəbiyyat: В.М.Безруков, Т. Г.Робустова «Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии» c.291-300
509) Yanağın limfa düyünləri harada yerləşir?
A) Burun - dodaq büküşü nahiyəsində
B) Xüsusi çeynəmə əzələsinin ön kənarında
C) Yanaq və gözyuvasıaltı nahiyənin sərhədində
D) Yanaq nahiyəsinin aşağı hissəsində
E) Çənənin aşağı kənarında
Ədəbiyyat: В.М.Безруков, Т. Г.Робустова «Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии» c.291-300
510) Xroniki odontogen limfadenitlər hansı xəstəliklərlə differensasiya olunur?
A) Üzün və boyunun anadangəlmə kistaları və fistulası ilə, şiş xəstəlikləri ilə
B) Kəskin osteomielitlərlə, xroniki pulpitlərlə, şiş xəstəlikləri ilə
C) Xroniki osteomielitlərlə, kəskin sialodenitlərlə və xroniki qranulyasiyalaşan periodontitlərlə
D) Karbunkul və qarayara ilə
E) Aktinomikoz ilə, kəskin və xroniki osteomielitlərlə
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
511) Kəskin irinli odontogen limfadenitlərin cərrahi müalicə mərhələləri hansıdır?
A) İrinliyin açılması, drenaj qoyulması
B) İrinliyin açılması, fizioterapevtik prosedurların təyini
C) İrinliyin açılması, nekrotik toxumaların kənar edilməsi, drenajın qoyulması
D) İrinliyin açılması, antibakterial terapiya
E) İrinli ocağa elektroforezlə medikamentoz təsir
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
512) Odontogen kəskin və xroniki limfadenitlərin ilkin müalicə taktikası hansıdır?
A) İmmun sisteminin modulyasiyası
B) Odontogen infeksiya mənbəyinin aradan qaldırılması
C) Fizioterapiya
D) İrinliyin açılması
E) Antibakterial terapiya
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова «Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
513) Kəskin irinli limfadenit zamanı müalicə necə aparılır?
A) Şüa müalicəsi
B) Elektrofarez
C) İmmunnoterapiya
D) Yalnız antibakterial terapiya
E) İrinliyin açılması və medikamentoz terapiya
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
514) Kəskin irinli odontogen limfadeniti hansı xəstəliklərlə differensasiya etmək olar?
A) Lipoma, dermoid kista
B) Ateroma, karbunkul
C) Ateroma, furunkul
D) Aktinomikotik və vərəm limfadeniti
E) Miqrasiyaedici qranulyoma, karbunkul
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
515) Kəskin limfadenitdə iltihabın inkişafının ardıcıllığı necə olmalıdır?
A) Adenofleqmona, periadenit, irinli
B) İrinli, seroz, adenofleqmona, periadenit
C) Periadenit, seroz, irinli
D) Seroz, irinli, periadenit, adenofleqmona
E) Seroz, irinli,adenofleqmona, periadenit
Ədəbiyyat: В.М.Безруков, Т.Г.Робустова«Руководство по хирургической и стоматологии и челюстно-лицевой хирургии»c.291-300
Dostları ilə paylaş: |