Cü il tarixində əlavə edilmişdir. Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?



Yüklə 1,59 Mb.
səhifə1/15
tarix26.11.2016
ölçüsü1,59 Mb.
#227
  1   2   3   4   5   6   7   8   9   ...   15
Üz–çənə cərrahiyyəsi ixtisası üzrə nümunəvi test sualları
06.05.2014-cü il tarixində əlavə edilmişdir.

Bölmə 1. Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri

1) Çənə oynağının çıxığının əsas səbəbi nədir?
A) Alt makroqnatiyası

B) Dişləmin hündürlüyün azalması

C) Çənə-gicgah oynağının bağ aparatının və oynaq kapsulunun zəifliyi

D) Dərin kəsicilərin üstünün örtülməsi

E) Çənə-gicgah oynağın artriti
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
2) Çənə oynağının çıxığının əsas səbəbi nədir?
A) Çənə-gicgah oynağın artriti

B) Dişləmin hündürlüyün azalması

C) Oynaq qabarcığın hündürlüyün azalması

D) Alt makroqnatiyası

E) Dərin kəsici üstü örtülmə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
3) Çənə oynağının çıxığı zamanı əsas simptom hansıdır?
A) Dişləmin hündürlüyün azalması

B) Dişlərin bir birinə bağlanmasının mümkün olmaması

C) Alt çənənin hərəkətliliyinin məhdudlaşması

D) Bədən temperaturunun qalxması

E) Gözyaşının axması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
4) Çənə oynağının çıxığının müalicəsi nədən ibarətdir?
A) Antibiotiklərin verilməsi

B) İmmobilizasiya etmək

C) Oynaq qabarcığının rezeksiyası

D) Oynaq başının oynaq çuxuruna qoyulması

E) Alt çənənin kondilus çıxıntılarının rezeksiyası
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
5) Çənə oynağının çıxığında aşağı azı dişlərinə təzyiq hansı istiqamətdə aparılır?
A) Mental nahiyədə olan dişlərə tərəf

B) Yuxarı

C) Aşağdan yuxarı

D) Aşağı


E) Yana
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
6) Çənə-gicgah oynağının kəskin artritini aşağıdakılardan hansı ilə differensiasiya etmək lazımdır?
A) Qulaqətrafı - gicgah hiperhidrozu ilə

B) Alt çənə nahiyəsinin fleqmonası ilə

C) Çənənin oynaq çıxıntısının sınığı ilə

D) Üst çənənin sınığı ilə

E) Kəskin haymoritlə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
7) Gicgah - çənə oynağının ankilozunun əsas simptomu nədir?
A) Ağrı simptomu

B) Alt çənənin hərəkətinin kəskin məhdudlaşması

C) Qulaqda gurultu

D) Udqunmanın pozulması

E) Çox sayda olan kariyes prosesi
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
8) Gicgah-çənə oynağının ankilozunun əsas səbəbi nədir?
A) Qulaqətrafı-gicgah hiperhidrozu

B) Şiş


C) Mastoidit

D) Qulaqətrafı-yanaq nahiyəsinin fleqmonası

E) Artrit
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
9) Çənələrin odontogen osteomieliti zamanı sümük toxumasının zədələnmə həcminə təsir etməyən amil hansıdır?
A) Çənələrin topoqrafik anatomik xüsusiyyətləri

B) Bədənin immunoloji reaktivliyinin dərəcəsi və orqanizmin sensibilizasiya dərəcəsi

C) Xəstənin cinsi

D) Mikrofloranın virulentliyi

E) Bədənin yerli immun sisteminin funksional vəziyyəti
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002. с.182
10) Gicgah-çənə oynağının qeyri-spesifik kəskin artritinin səbəbi nədir?
A) Qulaqətrafı-gicgah hiperhidrozu

B) Dişləmin dəyişməsi səbəbindən çənə-gicgah oynağının xroniki travması

C) Aktinomikoz

D) Kəskin zədələnmə

E) Leyşmanioz
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
11) Gicgah-çənə oynağının qeyri-spesifik xroniki artritinin səbəbi nədir?
A) Dişləmin dəyişməsi səbəbindən çənə-gicgah oynağının xroniki travması

B) Leyşmanioz

C) Kəskin zədələnmə

D) Qulaqətrafı-gicgah hiperhidrozu

E) Aktinomikoz
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
12) Gicgah-çənə oynağının spesifik artritinin səbəbi nədir?
A) Revmatik hücum

B) Aktinomikoz

C) Leyşmanioz

D) Çənə-gicgah oynağının xroniki travması, dişləmin dəyişməsi

E) Qulaqətrafı-gicgah hiperhidrozu
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
13) Çənə-gicgah oynağının spesifik artritinin səbəbi nədir?
A) Çənə-gicgah oynağının xroniki travması, dişləmin dəyişməsi

B) Qulaq ətrafı hiperhidroz

C) Revmatik həmlə

D) Vərəm


E) Leyşmanioz
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
14) Gicgah-çənə oynağının kəskin artritinin başlanğıc mərhələsində xarakter simptom nədir?
A) Onurğa sütununun boyun hissəsində ağrı

B) Bədən temperaturunun qalxması

C) Ağrı, ağızın açılmasının məhdudlaşması

D) Çeynəmə əzələrin trizmi

E) Qulaq ətrafı hiperhidroz
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
15) Aşağıdakılardan hansı gicgah-çənə oynağının ankilozunun növüdür?
A) Kataral

B) Yapışqan

C) Fibroz

D) İrinli

E) Atrofik
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
16) Aşağıdakılardan hansı gicgah-çənə oynağının ankilozunun növüdür?
A) Yapışqan

B) İrinli

C) Atrofik

D) Sümüklü

E) Kataral
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
17) Gicgah-çənə oynağının fibroz ankilozunun klinikasının əlavə simptomu nədir?
A) Səhərlər oynaqda hərəkin çətinləşməsi

B) Udqunmanın pozulması

C) Qulaqda qurultunun olması

D) Ağrı simptomunun olması

E) Çox sayda kariyesli dişlərin olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
18) Gicgah-çənə oynağının iki tərəfli sümüklü ankilozunun klinikasının əsas simptomu nədir?
A) Çox sayda kariyesli dişlərin olması

B) Alt çənənin tam hərəkətsizliyi

C) Ağrı simptomunun olması

D) Qulaqda qurultunun olması

E) Udqunmanın pozulması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
19) Gicgah-çənə oynağı ankilozunun diaqnostikasının səmərəli müayinə üsulu hansıdır?
A) Qanın biokimyəvi müayinəsi

B) Mioqrafiya

C) Audiometriya

D) Kompüter tomoqrafiyası

E) Elektrodiaqnostika
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

20) Gicgah-çənə oynağının iki tərəfli sümük ankilozu ilə olan xəstənin xarici görünüşü hansı cəhətlə səciyyələnir?
A) Alt makroqnatiya

B) Üst mikroqnatiya

C) Quş sifəti profili ilə

D) Üst retroqnatiya

E) Çeynəmə əzəllərin assimetrik hipertrofiyası ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
21) Gicgah-çənə oynağının fibroz ankilozunun ilkin müalicəsi nədən ibarətdir?
A) Artroplastika

B) Yalançı oynağın yaradılmasında

C) Redressasiya

D) Alt çənənin osteotomiyası

E) Otoplastika
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
22) Alt çənə çıxığının yerinə salınması zamanı çənəaltı nahiyədən təzyiq hansı istiqamətdə olmalıdır?

A) Aşağıdan yuxarı və arxaya

B) Aşağıya

C) Bayıra

D) Bayıra və arxaya

E) Yuxarıya


Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
23) Alt çənə çıxığının yerinə salınması zamanı nə zaman ümumi anasteziyaya göstəriş yaranır?
A) Alt çənənin vaxtaşırı çıxıqları zamanı

B) Ağızda çoxlu hipersalvasiya olduqda

C) Çeynəmə əzələsinin reflektor kontrakturası zamanı

D) Birincili çıxıq zamanı

E) Vidaci venanın trobofellitindən şübhələndikdə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

Bölmə 2. Üz-çənə nahiyəsinin şiş və şişəbənzər xəstəlikləri

24) Follikulyar kistanı hansı xəstəliklə differensasiya etmək lazımdır?
A) Sementoma ilə

B) Diş kökü qranuloması ilə

C) Ameloblastoma ilə

D) Bərk odontoma ilə

E) Odontoma ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
25) İltihabi proses qoşulmadıqda radikulyar kistanın punksiyasının xarakteri necə olur?
A) Limfaya bənzər

B) Xolesterinəbənzər qatı maye

C) Qatı maye

D) Qana bənzər

E) Xolesterin kristalları ilə sarımtıl, şəffaf maye
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
26) Böyük olmayan çənə kistasının əsas müalicəsi hansıdır?
A) Sklerozlaşdırma

B) Kriodestruksiya

C) Sistektomiya

D) Çənənin hissəvi rezeksiyası

E) Hemimandibuloektomiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
27) Radikulyar kista olduqda nə zaman oronazal sistotamiya aparılır?
A) Kista simfiz nahiyəsində yerləşdikdə

B) Alt çənənin böyük kistalarında

C) Kista mandibulyar kanalı sıxdıqda

D) Kista haymor boşluğuna doğru inkişaf etdikdə

E) Kista burun boşluğuna keçdikdə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
28) Radikulyar kistaların residivinə nə səbəb olur?
A) Odontogen infeksiya

B) Uzun müddət kistanın olması

C) Əməliyyatdan sonra yarada iltihabın olması

D) Kista qişasının tam çıxarılmaması

E) Hematoma
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
29) Sistoektomiya əməliyyatına hazırlıq üçün hansı dişləri müalicə etmək lazımdır?
A) Bütün dişləri

B) Yandakı dişləri

C) Yalnız səbəbkar dişi

D) Kökü kista boşluğuna keçmiş bütün dişləri

E) Antoqonist dişləri
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
30) Çənələrin qeyri-odontogen kistaları zamanı əsas müalicə metodu hansıdır?
A) Hemimandibuloektomiya

B) Çənənin hissəvi rezeksiyası

C) Kriodestruksiya

D) Sistoektamiya

E) Sistotomiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
31) Ağız boşluğu selikli qişa şişlərinin inkişafında əsas etioloji faktor hansıdır?
A) Hissəvi adentiya

B) Hipersalivasiya

C) Selikli qişanın xroniki zədələnməsi

D) Diş çoküntüləri

E) Mədə-bağırsaq traktının xəstəlikləri
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
32) Ağız boşluğu selikli qişa şişlərinin inkişafında əsas etioloji faktor hansıdır?
A) Hissəvi adentiya

B) Mədə-bağırsaq traktının xəstəlikləri

C) Xərçəngönü xəstəliklər

D) Kariyes

E) Hipersalivasiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
33) Üz-çənə nahiyəsinin “bədxassəli şişi” diaqnozu ilə olan xəstə hansı həkimin qəbuluna göndərilməlidir?
A) Üz-çənə cərrahının

B) Ümumi cərrahın

C) Radioloqun

D) Sahə terapevtinin

E) Onkoloqun
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
34) Üz-çənə nahiyəsinin “bədxassəli şişi” diaqnozunu dəqiqləşdirmək üçün aparılan əlavə müayinə üsullarına aiddir?
A) Klinik müayinə

B) Biokimyəvi müayinə

C) Angioqrafik müayinə

D) Immunoloji müayinə

E) Histoloji müayinə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
35) Çənə sümüklərinin periapikal toxmalarının iltihabı nəticəsində inkişaf edir.
A) Keratokista

B) Radikulyar kista

C) Insizivial kanalın kistası

D) Nazolabilal kista

E) Follikulyar kista
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
36) Çənə sümüklərində mina qatının inkişaf pozğunluğu nəticəsində inkişaf edir?
A) Nazolabilal kista

B) Follikulyar kista

C) Keratokista

D) İnsizivial kanalın kistası

E) Radikulyar kista
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
37) Çənə kistalarının əsas klinik əlaməti nədir?
A) Çənənin şişmiş şar formasında ağrısız deformasiyası

B) Udqunmanın pozulması

C) Vensan simptomu

D) Ağrının olması

E) Törəmənin sıx şaxələnməsi
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
38) Radikulyar kistanın rentgenoloji şəklində sümük toxumasının destruksiyası üçün nə səciyyəvidir?
A) “Əriyən qənd” şəklində boşluğun olması

B) Törəmə nahiyəsində dəqiq olmayan sərhədlərin olması

C) Dəqiq sərhədlərlə bir neçə boşluğun olması

D) Bir və ya bir neçə dişin zirvə nahiyəsində dəqiq sərhədlərinin olması

E) Nahamar sərhədlərin olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
39) Rentgenoloji olaraq follikulyar kistanı hansı oxşar xəstəliklə differensiasiya etmək lazımdır?
A) Odontoma

B) Sementoma

C) Bərk odontoma

D) Ameloblastoma

E) Eozinofil qranuloma
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
40) Çənədə orta ölçülü kistanın müalicə metodu hansıdır?
A) Hemimandibuloektomiya

B) Çənənin yarısının rezeksiyası

C) Sistektomiya

D) Kriodestruksiya

E) Sklerozlaşdırma
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
41) Çənədə böyük ölçülü kistanın müalicə metodu necədir?
A) Kriodestruksiya

B) Çənənin bir hissəsinin rezeksiyası

C) Hemimandibuloektomiya

D) Sistotomiya

E) Sistektomiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

42) Çənənin radikulyar kistasının sistektomiyasına göstəriş hansıdır?

A) Kistanın haymor boşluğu nahiyəsinə yayılması

B) Kistanın kiçik və orta ölçülü (üç dişə qədər) olması

C) Kistanın burun boşluğuna yayılması

D) Çənədə böyük sahədə bayır və daxili üz kortikal səhifənin destruksiyası

E) Kistanın böyük ölçüdə olması


Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

43) Çənənin radikulyar kistasında sistektomiyaya göstəriş nədir?
A) Kistanın böyük ölçülü olması

B) Çənədə böyük sahədə bayır və daxili üz kortikal səhifədə destruksiyanın olması

C) Bir köklü tək kista boşluğunun olması

D) Osteolizisin olması

E) Kistanın burun boşluğuna yayılması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
44) Sistektomiyanın yerli ağırlaşması müşahidə olunur.
A) Xolesistit ilə

B) Miozit ilə

C) Miokard infarkı ilə

D) Residiv ilə

E) Pankreatit ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
45) Çənənin radikulyar kistasının residivinin səbəbi nədir?
A) Yaranın əməliyyatdan sonrakı iltihabı

B) Kistanın mövcudolma müddəti

C) Odontogen infeksiyanı olması

D) Kista kisəsinin tam çıxarılmaması

E) Hematomanın olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

Tarix: 01.01.2011



46) Çənə kistası əməliyyatına hazırlıq zamanı kanalların plomblanması üçün aşağıdakılardan hansının tətbiqi əlverişlidir?
A) Amalqama

B) Rezorsin-formalin pastası

C) Simedent

D) Evqenol-timol pastası

E) Fosfat-sement
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
47) Sistotomiyadan sonra çənədə radikulyar kista residivinin səbəbi nədir?
A) Yaranın əməlliyatdan sonrakı iltihabı

B) Trepanasion dəliyin tez bağlanması

C) Tam götürülməmiş kista kisəsinin olması

D) Hematoma

E) Kistanın uzunmüddətli olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
48) Çənənin qeyri-odontogen kistasının əsas müalicə üsulu hansıdır?
A) Sistektomiya

B) Çənənin hissəvi rezeksiyası

C) Sistotomiya

D) Hemimandibuloektomiya

E) Kriodestruksiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

49) Çənənin qeyri-odontogen kistasının inkişaf səbəbi nə ilə əlaqədardır?
A) Üzün embriogenezin pozulması ilə

B) Diş kökünün formalaşmasının pozulması ilə

C) Dişin çıxmasının formalaşmasının pozulması ilə

D) Diş follikulunun inkişafının pozulması ilə

E) Diş kökünün zədələnməsi ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

50) Çənənin radikulyar kistasının davamlı müalicəsində “səbəbkar” dişə tətbiq olunur?
A) Kanalın plomblandıqdan sonra diş kökünün zirvə rezeksiyası

B) Ştiftləmə

C) Endodental elektroforez

D) Kanalın plomblanması

E) Diş tacının estetik bərpası
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
51) Fibroz toxuma mənşəli həqiqi şişlərə aiddir?
A) Damağın fibromatozu

B) Follikulyar kista

C) Bərk fibroma

D) Epulis

E) Radikulyar kista
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
52) Fibroz toxuma mənşəli həqiqi şişlərə aiddir?
A) Damağın fibromatozu

B) Radikulyar kista

C) Epulis

D) Yumşaq fibroma

E) Follikulyar kista
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
53) Bərk fibroma üçün xarakterikdir?
A) Sümük toxuması

B) Kollagenlə zəngin olan yetişməmiş fibroz toxuma

C) Yetişmiş fibroz toxuma

D) Piy toxuması

E) Kollagenlə kasad yetişməmiş fibroz toxuma
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

54) Yumşaq fibroma üçün xarakterikdir?
A) Sümük toxuması

B) Yalnız yetişmiş piy toxuması

C) Yalnız yetişmiş fibroz toxuma

D) Epitelinin hipertrofiyası

E) Yetişmiş piy və fibroz toxuma
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
55) Bərk və yumşaq fibroma əsasən ağız boşluğu selikli qişasında hansı nahiyədə yerləşir?

A) Retromolyar nahiyədə

B) Dodaq nahiyəsində

C) Yanaq nahiyəsində

D) Ağız boşluğunun dibində

E) Dildə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998


56) Fibromanın əsas müalicə üsuluna aiddir?
A) Şüa terapiyası

B) Fibromanın sağlam toxuma hududlarında götürülməsi

C) Fibromanın hissəvi rezeksiyası

D) Kimyəvi terapiya

E) Kombinəolunmuş şüa terapiyası
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
57) Fibromatoz aiddir.
A) Qranulyomalara

B) Fistullara

C) Kistalara

D) Şişəbənzər törəmələrə

E) Həqiqi şişlərə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
58) Fibromatoz adətən ağız boşluğu selikli qişasında yerləşir.
A) Yanaqda

B) Üst dodaqda

C) Ağız boşluğunun dibində

D) Dildə


E) Diş ətində vestibulyar tərəfdən
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
59) Fibromatozun əsas müalicə üsullarına aşağıdakılardan hansı aiddir?
A) Törəmənin sümüküstlüyü ilə birlikdə götürülməsi

B) Qarışıq (kombinəolunmuş) şüa-kimyəvi müalicə

C) Antibiotikoterapiya

D) Kimyəvi terapiya

E) Şüa terapiyası
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
60) Lipomanın əsas mualicə üsuluna aiddir?
A) Şüa terapiya

B) Kimyəvi terapiya

C) Kriodestruksiya

D) Qarışıq (kombinəolunmuş) şüa-kimyəvi müalicə

E) Kapsulla birlikdə çıxarılması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
61) Ağız boşluğunun xərçəngönü xəstəliklərinin əsas etioloji yaranma faktoru nədir?
A) İnfeksion xəstəlik

B) Üz skeleti sümüklərinin kəskin iltihabi prosesi

C) İkincili adentiya

D) Ağız boşluğunun selikli qişasının xroniki zədələnmələri

E) Üzün yumşaq toxumaların kəskin iltihabı prosesi
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
62) Ağız boşluğunun xərçəngönü xəstəliklərinin əsas etioloji yaranma faktoruna aşağıdakılardan hansı aiddir?
A) Üzün yumşaq toxumasının kəskin iltihabi prosesləri

B) İnfeksion xəstəlik

C) Pis vərdişlər və peşə zədələnmələri

D) İkincili adentiya

E) Üz skeleti sümüklərinin kəskin iltihabi prosesi
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

63) Dodağın qırmızı haşiyəsinin ziyilli xərçəngönü hiperkeratozunun klinik şəkli necədir?
A) Ətraf toxumalara infiltrasiya, və eroziv səthin mövcud olması

B) Qanaxmaya və epitelizasiyaya meyilli olmayan 2-3 eroziyanın mövcud olması

C) “Coğrafi “ şəklində olan qabıqla örtülmüş atrofik sıxılmış qabarıqların mövcud olması

D) 3-5 mm epiteldən yüksəlmiş, nahamar səthli ağrılı düyünün mövcud olması

E) Nazik və sıx pulcuqla örtülmüş,buynuzlaşmış məhdud sahənin mövcud olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
64) Xərçəngönü hiperkeratozun klinik şəkli necədir?
A) “Coğrafi “ şəklində olan qabıqla örtülmüş atrofik sıxılmış qabarıqların mövcud olması

B) 3-5 mm epiteldən yüksəlmiş, nahamar səthli ağrılı düyünün olması

C) Nazik və sıx pulcuqla örtülmüş,buynuzlaşmış məhdud sahənin mövcud olması

D) Qanaxmaya və epitelizasiyaya meyilli olmayan 2-3 eroziyanın olması

E) Ətraf toxumaların infiltrasiyası ilə eroziv səthin mövcud olması
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
65) Dodağın qırmızı haşiyəsinin ziyilli xərçəngönü hiperkeratozunun əsas müalicə üsulu necədir?
A) Antibiotikoterapiya

B) Şüa Terapiyası

C) Cərrahi üsul

D) Kimyəvi terapiya

E) Kombinəolunmuş şüa-kimyəvi terapiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

66) Dodağın qırmızı haşiyəsinin məhdud xərçəngönü hiperkeratozunun əsas müalicə üsulu necədir?
A) Kriodestruksiya

B) Şüa terapiyası

C) Kimyəvi terapiya

D) Antibiotikoterapiya

E) Kombinəolunmuş şüa-kimyəvi terapiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
67) Abraziv xərcəngönü Manqanotti xeylitinin əsas müalicə üsulu hansıdır?
A) Şüa terapiya

B) Antibiotikoterapiya

C) Kombinəolunmuş şüa-kimyəvi terapiya

D) Kimyəvi terapiya

E) Kriodestruksiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
68) Fibroz epulisin əsas müalicə üsulu necədir?
A) Kriodestruksiya

B) Törəmənin cərrahi yolla çıxarılması

C) Kombinəolunmuş şüa-kimyəvi terapiya

D) Şüa terapiyası

E) Kimyəviterapiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

69) Ameloblastoma aşağıdakılardan hansına aiddir?
A) Bədxassəli odontogen şişlərə

B) Şişəbənzər törəmələrə

C) Xərçəngönü xəstəliklərə

D) İltihabi xəstəliklərə

E) Xoşxassəli odontogen şişlərə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

70) Ameloblastomanın rentgenoloji şəkli necə səciyyələnir?
A) Dəqiq səhədli sümük arakəsmələri ilə ayrılmış çənənin kortikal səhifəsinin rezobsiyasının olması ilə

B) “Nahamar şüşə” tipli sümük dəyişiklərinin olması ilə

C) Çənənin süngəri maddəsi boyu diffuz destruksiyanın olması ilə

D) “Ərimiş şəkər” tipli sümük dəyişiklərinin olması ilə

E) Çoxlu ocaqlar şəklində sümük destruksiyasının olması ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998
71) Ameloblastomanı aşağıdakılardan hansı ilə differensasiya etmək lazımdır?
A) Paradontit ilə

B) Odontoma ilə

C) Xondroma ilə

D) Radikulyar kista ilə

E) Sementoma ilə
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998

72) Ameloblastomanın əsas müalicə üsulu hansıdır?
A) Şüa terapiyası

B) Kimyəvi terapiya

C) Çənənin rezeksiyası

D) Törəmənin qişasının qaşınması

E) Sistektomiya
Ədəbiyyat: Робустова Т.Г. "Хирургическая стоматология" 1998


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin