Cü il tarixində əlavə edilmişdir. Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Gingivoektomiyaya göstəriş hansıdır?



Yüklə 1,59 Mb.
səhifə6/15
tarix26.11.2016
ölçüsü1,59 Mb.
#227
1   2   3   4   5   6   7   8   9   ...   15

314) Gingivoektomiyaya göstəriş hansıdır?
A) Kəskin parodontit

B) Diş ətinin hiperplaziyası

C) Diş boynunun kariyesi

D) Xroniki parodontit

E) Diş ətinin resessiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 375
315) Parodontitin yüngül dərəcəsində parodontal cibin dərinliyini təyin edin.
A) 4 mm artıq

B) 5 mm artıq

C) 2 mm qədər

D) 4 mm qədər

E) 1 mm qədər
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 371

316) Parodontitin orta dərəcəsində parodontal cibin dərinliyini təyin edin.
A) 2 mm qədər

B) 6 mm qədər

C) 6 mm artıq

D) 5 mm qədər

E) 4 mm qədər
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 371
317) Parodontitin ağır dərəcəsində parodontal cibin dərinliyini təyin edin.
A) 5 mm qədər

B) 2 mm qədər

C) 4 mm qədər

D) 6 mm qədər

E) 6 mm artıq
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 371
318) Paradontal cibinin hansı dərinliyi açıq küretaja göstərişdir?
A) 3 mm qədər

B) 4 mm artıq

C) 6 mm artıq

D) 4 mm qədər

E) 2 mm qədər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-509
319) Paradontal cibinin hansı dərinliyi bağlı küretaja göstərişdir?
A) 3 mm-ə qədər

B) 6 mm-ə qədər

C) 4 mm-dən artıq

D) 2 mm-ə qədər

E) 4 mm-ə qədər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-509
320) Gingivoplastika nədir?
A) Diş ətin konturunun bərpası

B) Dəri çapığının Z - plastikası

C) Retensiya olunmuş dişin üzərində olan diş ətinin götürülməsi

D) Diş implantatının üstünün açılması

E) Paradontal cibin aradan qaldırılması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
321) Radikal gingivektomiyaya göstəriş hansıdır?
A) Diş əti və sümük ciblərlə alveol sümüyün iltihab mənşəli rezorbsiyası

B) Hipertrofik gingivit

C) Sümük rezorbsiyasının olmaması

D) Üfüqi atrofiya

E) Dərinliyi 4 mm qədər olan paradontal ciblər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
322) Hansı somatik patologiya zamanı parodont toxumaları zədələnir?
A) Angina

B) Stenokardiya

C) Şəkərli diabet, revmatik (birləşdirici toxuma) xəstəliklər

D) Qrip


E) Arterial hipertenziya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
323) Paradontoloji cərrahiyyədə Vidmanın əməliyyatı nədən ibarətdir?
A) Dilim əməliyyatla açıq küretaj

B) Qapalı küretaj

C) Dişin çıxarılmasından sonar diş yuvasının kuryetajı

D) Küretaj və gingivoplastika

E) Gingivektomiya ilə küretaj
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
324) Gingiviti parodontitdən fərqləndirən əsas xüsusiyyət hansıdır?
A) Patoloji ciblərdən pioreya

B) Alveol sümüyünün rezorbsiyası

C) Diş - diş əti birləşməsinin itməsi

D) Diş - diş əti birləşməsinin zədələnməməsi

E) Diş ətinin hipertrofiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 371-372

Dental implantologiyanin cərrahi aspektləri. Əsas təməl

325) Diş implantatı nədir?
A) Ksenoplastik materialdan hazırlanmış, çənəyə sümükdaxili və ya sümüküstülüyüaltı bərkidilən süni diş köküdür

B) Çıxarılan və çıxarılmayan stomatoloji protezlərin dayağı kimi əng və çənə sümüyünə yerləşdirilən süni diş köküdür

C) Heteroplastik materialdan hazırlanmış, çənəyə sümükdaxili və ya sümüküstülüyüaltı bərkidilən süni diş köküdür

D) Yaxın qohumdan götürülüb pasientin çənəsinə bərkidilən diş transplantatıdır

E) Autoplastik materialdan hazırlanmış, çənəyə sümükdaxili və ya sümüküstülüyüaltı bərkidilən süni diş köküdür
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 653-657

326) Diş implantasiyasına göstəriş hansıdır?
A) Sağlam diş cərgəsində bir dişin itirilməsi (xüsusən frontal hissədə)

B) Dişlərin konvergensiyası

C) Çox saylı kariesli dişlərin olması

D) Diş cərgəsində dişlərin həddən artıq sıx olması

E) Dişlərin distopiyalı olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
327) Diş implantasiyasına göstəriş hansıdır?
A) Dişlərin distopiyası

B) Çoxsaylı kariesli dişlərin olması

C) 4 və ya daha çox hüdudlanan diş cərgəsi defekti

D) Dişlərin konvergensiyası

E) Diş sırasının dişlərin həddən artıq sıx olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
328) Diş implantasiyayasına göstəriş hansıdır?
A) Çoxsaylı kariesli dişlərin olması

B) Diş cərgəsində dişlərin həddən artıq sıx olması

C) Dişlərin konvergensiyası

D) Dişsiz çənələr, həmçinin alveol çıxıntının atrofiyaya uğraması

E) Dişlərin distopiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
329) Diş implantasiyayasına göstəriş hansıdır?
A) Çoxsaylı kariesli dişlərin olması

B) Dişlərin distopiyası

C) Diş cərgəsində dişlərin həddən artıq sıx olması

D) Dişlərin konvergensiyası

E) Tam adentiyada akrilat tərkibli protezlərə yüksək hissiyatın olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
330) Diş implantasiyasının ümumi nisbi əks göstərişi hansıdır?
A) Ətraf venalarının varikoz genişlənməsi

B) Kompensasiya olunmuş diabet

C) Hematoloji və immunoloji xəstəliklər

D) Xroniki qastrit və qastroduodeniti

E) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
331) Diş implantasiyasına ümumi nisbi əks göstəriş hansıdır?
A) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

B) Xroniki qastrit və qastroduodenit

C) Şəkərli diabet kompensasiya dövründə

D) Şəkərli diabet dekompensasiya dövründə

E) Ətraf venalarının varikoz genişlənməsi
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
332) Diş implantasiyasına mütləq əks göstəriş hansıdır?
A) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

B) Kəskin yoluxucu xəstəliklər

C) Xroniki qastrit və qastroduodenit

D) Ətraf venalarının varikoz genişlənməsi

E) Şəkərli diabet kompensasiya dövründə
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
333) Diş implantasiyasının nisbi əks göstərişi hansıdır?
A) Ətraf venalarının varikoz genişlənməsi

B) Xroniki qastrit və qastroduodenit

C) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

D) Kompensasiya olunmuş diabet

E) Çənə sümüklərinin osteoporozu
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
334) Diş implantasiyasının mütləq əks göstərişi hansıdır?
A) Ətraf venalarının varikoz genişlənməsi

B) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

C) Kompensasiya olunmuş diabet

D) Xroniki qastrit və qastroduodenit

E) Pasiyentin psixiki qeyri - stabilliyi
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
335) Aşağıdakılardan hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Xroniki qastrit və qastroduodenit

B) Aşağı ətrafvenalarının varikoz genişlənməsi

C) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

D) Alkoqolizm və narkomaniya

E) Kompensasiya olunmuş diabet
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
336) Hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

B) Xroniki qastrit və qastroduodenit

C) Kompensasiya olunmuş diabet

D) Birləşdirici toxumanın sistem xəstəlikləri

E) Ətraf venalarının varikoz genişlənməsi
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
337) Hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Kompensasiya olunmuş diabet

B) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

C) Xroniki qastrit və qastroduodenit

D) Ətraf venalarının varikoz genişlənməsi

E) Hamiləlik dövrü
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
338) Hansı diş implantasiyasının nisbi əks göstərişinə aiddir?
A) Çoxsaylı körpüvari protezlərin olması

B) Tütünçəkmə (gündə 20-dən artıq)

C) Çoxsaylı endodontik müalicə olunmuş dişlərin olması

D) Dişlərin distopiyası

E) Dişlərin konvergensiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
339) Hansı diş implantasiyasının nisbi əks göstərişinə aiddir?
A) Çoxsaylı körpüvari protezlərin olması

B) Ağız boşluğu gigiyenasının qeyri-kafi olması

C) Dişlərin konvergensiyası

D) Dişlərin distopiyası

E) Çoxsaylı endodontik müalicə olunmuş dişlərin olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
340) Hansı diş implantasiyasının nisbi əks göstərişinə aiddir?
A) Dişlərin distopiyası

B) Diş əti xəstəlikləri, parodontit, stomatit

C) Dişlərin konvergensiyası

D) Çoxsaylı endodontik müalicə olunmuş dişlərin olması

E) Çoxsaylı körpüvari protezlərin olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
341) Hansı diş implantasiyasının nisbi əks göstərişinə aiddir?
A) Çox saylı körpüvari protezlərin olması

B) Dişlərin distopiyası

C) Çox saylı endodontik müalicə olunmuş dişlərin olması

D) Parafunksional vərdişlər (bruksizm,dişlərin qısılması)

E) Dişlərin konvergensiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954

342) Hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Dişlərin distopiyası

B) Dişlərin konvergensiyası

C) Çoxsaylı endodontik müalicə olunmuş dişlərin olması

D) Qan xəstəlikləri

E) Çoxsaylı körpüvari protezlərin olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
343) Hansı diş implantasiyasının planlaşdırılmasının əsas məqsədinə aiddir?
A) Qoyulan implantların sayını maksimuma çatdırmaq

B) Protezləmənin optimal variantının təyin etmək

C) Xəstənin istəyini yerinə yetirmək

D) Ən bahalı implant növünü və protez növünü seçmək

E) Terapevtik müalicəni minimuma yendirmək
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
344) Diş implantasiyasının planlaşdırılmasının əsas məqsədi nədir?
A) Xəstənin istəyini yerinə yetirmək

B) Ən bahalı implant növünü və protez növünü seçmək

C) Terapevtik müalicəni minimuma yendirmək

D) İmplantatların sayını və ölçülərini müəyyən etmək

E) Qoyulan implantların sayını maksimuma çatdırmaq
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954

345) Hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Kompensasiya olunmuş diabet

B) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

C) Ətraf venalarının varikoz genişlənməsi

D) Xroniki qastrit və qastroduodenit

E) Kəllə sümüklərinin inkişafının tam başa çatmaması (17 yaşa qədər)
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
346) Hansı diş implantasiyasında həlledici rol oynayır?
A) Diş implantlarının sistem növü

B) İmplant qouyulacaq yerdə sümük toxumasının həcmi və arxitektonikası

C) Üz- skeleti sümüklərinin konfiqurasiyası

D) Pasiyentin vərdişləri

E) Ağız boşluğunda kariesli dişlərin olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
347) İmplantatı hər tərəfdən əhatə edən sümüyün qalınlığı ən azı neçə mm olmalıdır?
A) 0, 5 mm

B) 1 mm


C) 3 mm

D) 5 mm


E) 2 mm
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
348) Yanaşı qoyulan iki implantatın mərkəzi arasındakı məsafəni təyin edin.
A) 9 mm

B) 8 mm


C) 5 mm

D) 7 mm


E) 6 mm
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
349) Xəstəliklərin Beynəlxalq Təsnifata(XBT) görə diş implantasiyası aşağıdakılardan hansına aiddir?
A) Heterotransplantasiya

B) Allotransplantasiya

C) Eksplantasiya

D) Autotransplantasiya

E) Homotransplantasiya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 653
350) Sümük toxumasının implantatının yivlərinə keçməsi prosesi necə adlanır?
A) Osteointeqrasiya

B) Sümük regenerasiyası

C) Osteogenez

D) Osteoporoz

E) Reparativ osteogenez
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 956
351) Diş implantasiyasına göstəriş hansıdır?
A) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar diş cərgəsində dişlərin həddən artıq sıx olması

B) Dişlərin konvergensiyası

C) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar dişlərin distopiyalı olması

D) Çoxsaylı kariesli dişlərin olması

E) Ənənəvi ortopedik müalicə metodları ilə diş - çənə sisteminin funksional və estetik bərpasının mümkün olmaması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 956
352) Diş implantasiyasına göstəriş hansıdır?
A) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar dişlərin distopiyalı olması

B) Dişlərin konvergensiyası

C) Dişlərin itirilməsi və çeynəmə funksiyasının pozulması ilə əlaqədar mədə - bağırsaq xəstəliyinin olması

D) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar diş cərgəsində dişlərin həddən artıq sıx olması

E) Çoxsaylı kariesli dişlərin olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
353) Diş implantasiyasına göstəriş hansıdır?
A) Tam adentiyada yüksək qusma refleksinin olması

B) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar dişlərin distopiyalı olması

C) Dişlərin konvergensiyası

D) Çoxsaylı kariesli dişlərin olması

E) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar diş cərgəsində dişlərin həddən artıq sıx olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
354) Diş implantasiyasına göstəriş hansıdır?
A) Dişlərin konvergensiyası

B) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar diş cərgəsində dişlərin həddən artıq sıx olması

C) Çoxsaylı kariesli dişlərin olması

D) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar dişlərin distopiyalı olması

E) Birtərəfli və ya ikitərəfli 3 və ya daha çox hüdudlanmayan diş cərgəsinin defekti
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954

Üz-çənə nahiyəsinin odontogen ilthabi xəstəlikləri periodontiti, periostiti və osteomiyeliti

355) Kəskin seroz odontogen periostit anlayışına nə daxildir?
A) Sümüküstü altı irinli ocağın formalaşması

B) Sümüküstü toxumanın proliferativ proseslər nəticəsində qalınlaşması

C) Ağız boşluğunun selikli qişasının kəskin kataral dəyişiklikləri

D) Sümüküstü toxumanın kəskinləşmiş periodontitə uyğun olan reaktiv iltihabı

E) Sümüküstü toxumanın nekrozu
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 195
356) Kəskin irinli odontogen periostit zamanı irinin yayılma yollarını təyin edin.

A) Zədələnmiş üz dərisi vasitəsilə

B) Fallopi kanalları vasitəsi ilə

C) Folkman və havers kanalları boyunca

D) Çənəətrafı yumşaq toxumalar vasitəsi ilə

E) Ağız boşluğunun zədələnmiş selikli qişası vasitəsilə


Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 195
357) Kəskin irinli odontogen periostit zamanı irinin yayılma yollarını təyin edin.
A) Ağız boşluğunun zədələnmiş selikli qişası vasitəsi ilə

B) Çənəətrafı yumşaq toxumalar vasitəsilə

C) Zədələnmiş üz dərisindən

D) Fallopi kanalları vasitəsi ilə

E) Destruksiya olunmuş alveol çıxıntısının divarından
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 195
358) Kəskin irinli odontogen periostitin əsas əmələ gətirici amilini təyin edin.
A) Stafilokoka qarşı mikrob sensibilizasiyası

B) Xəstənin cinsi

C) Çənələrin vaskulyarizasiyası

D) Xəstədə mövcud olan böyrək patologiyası

E) Xəstənin yaşı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 195
359) Hansı bakterial agent kəskin irinli odontogen periostiti əmələ gətirir?
A) Difteriya çöpləri

B) Qeyri - patogen stafilokok

C) Vərəm çöpləri

D) Qonokok

E) Bağırsaq klostridiləri
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 195
360) Paraallergik reaksiyalara aid olmayan amili göstərin.
A) Bakterial sensibilizasiya

B) İstilənmə

C) Emosional gərginlik

D) Soyuma

E) Fiziki gərginlik
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 196
361) Kəskin irinli odontogen periostit zamanı əmələ gələn yumşaq toxumaların ödeminin həcmi nədən asılıdır?
A) Diş köklərinin anatomiyasından

B) Diş tacının dağılma dərəcəsindən

C) İrinli ocaq nahiyəsində venoz kələfin strukturundan

D) İrinli ocaq nahiyəsində sinir kələfinin strukturundan

E) Pulpa kamerasının həcmindən
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 196
362) Çənələrdə sümüküstü toxumanın magistral növ venoz kələfinin mövcud olduğu nahiyəni təyin edin.
A) Əngin frontal nahiyəsi

B) Sərt damaq

C) Əng sinusunun ön lövhəsi

D) Çənənin bucaq nahiyəsi

E) Orbitanın aşağı kənarı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 196
363) Kəskin odontogen periostit zamanı iltihabi kontrakturanın dərəcəsini tapın və uyğunluğu təyin edin.

I. dərəcə

II. dərəcə

III. dərəcə

1 – ağzın açılması 1 sm qədər məhduddur

2 – ağzın açılması zəif məhduddur

3 – ağzın sərbəst açılması qeyri - mümkündür
A) I – 2; II – 1; III – 3.

B) I – 2; II – 3; III – 1.

C) I – 3; II – 1; III – 2.

D) I – 1; II – 3; III – 2.

E) I – 1; II – 2; III – 3.
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 196
364) Damaq absesi hansı növ patologiyaya aiddir?
A) Kəskin odontogen haymorit

B) Yumşaq toxumaların irinli-nekrokit prosesləri

C) Kəskin odontogen periostit

D) Yumşaq toxumaların fleqmonaları

E) Kəskin odontogen osteomielit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 197
365) Kəskin odontogen periostit zamanı irinli ocağın hansı lokalizasiyası zamanı kollateral ödem hesabına sifətin assimetriyası qeyd olunmur?
A) Göz yuvasının aşağı kənarında

B) Əngin frontal nahiyəsində

C) Əng sinusunun ön lövhəsində

D) Sərt damaq nahiyəsində

E) Çənənin bucaq nahiyəsində
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 197
366) Kəskin odontogen periostitdən fərqli olaraq xroniki periodontitin kəskinləşməsi zamanı aşağıdakılardan hansı qeyd olunmur?
A) Dişin müsbət perkussiyası qeyd edilir

B) Yumşaq toxumalarının kollateral ödemi baş verir

C) Ağrılar üçlü sinirin şaxələri boyunca yayılır

D) İltihab prosesi yalnız səbəbkar dişin kök zirvəsində lokalizasiya edir

E) İltihab prosesi səbəbkar dişdən sümüküstü toxumaya yayılır
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 197
367) Çənənin daxili səthində lokalizasiya olunan kəskin irinli odontogen periostit hansı növ patologiya ilə oxşardır?
A) Yanaq nahiyəsinin kəskin odontogen absesi

B) Aşağı molyarların kəskin qanqrenoz pulpiti

C) Dil kökünün fleqmonası

D) Dilaltı tüpürcək vəzisinin kəskin iltihabi prosesi

E) Aşağı kəsici dişlərin generalizasiya olunmuş paradontiti
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 197


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin