258) Ağızın açılması məhdud olduqda aşağı ağıl dişi (III molyar) hansı alət ilə çıxarılır?
A) Krampon kəlbətinlə
B) S-vari kəlbətinlə
C) Düz kəlbətinlə
D) Nizəvari kəlbətinlə
E) Horizantal kəlbətinlə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107
259) Yuxarı kəsici, köpək və premolyar dişlərin kökləri hansı alət ilə çıxarılır?
A) Dimdikvari kəlbətinlə
B) Horizontal kəlbətinlə
C) Tutacaqları toxunan,ensiz nazik düz və S-vari kəlbətinlə
D) Tutacaqları toxunmayan S-vari kəlbətinlə
E) Bucaqlı elevatorla
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 106
260) Aşağı ağıl dişi sümükdən tam çıxmışdır,vertikal vəziyyətdədir və tacın ön qabarcığı üzərini örtən qalın papaqcıq altından hissəvi görünür, tez-tez perikoronaritlə ağırlaşır. Müalicə taktikasını seçin.
A) Antibiotiklər təyin olunur
B) Diş çıxarılır
C) Diş tacını tam açmaqla üzərindəki papaqcıq kəsilib götürülür
D) Ağız boşluğu antiseptiklərlə işlənilir
E) Diş tacı ətrafındakı selikli qişaya 2%-li yod məhlulu çəkilir
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
261) Aşağı ağıl dişi mezioanqulyar vəziyyətdədir, tacı sümükdən tam çıxmayıb və öndən 7- ci dişin boynuna söykənir. Tez-tez perikoronaritlə və retromolyar abseslə ağırlaşır. Ağıl dişinin çıxarılma üsulunu seçin.
A) Əvvəl düz və Leklyuz elevator ilə qaldırılır sonra isə horizontal kəlbətinlə laxladılaraq çıxarılır
B) Çəkic və iskənə ilə ağıl dişi bölünərək çıxarılır
C) Əvvəl düz və Leklyuz elevator ilə qaldırılır sonra isə dimdikvari kəlbətinlə laxladılaraq çıxarılır
D) Əvvəl 7-ci diş çıxarılır və sonra isə ağıl dişi çıxarılır
E) Üstündəki sümük papaqcıq və 7-ci dişə söykənən ağıl dişinin tac hissəsi borla tamamilə götürülür, sonra düz ya Leklyuz elevator ilə ehtiyatla qaldırılaraq çıxarılır
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
262) Ağıl dişi mezioangulyar vəziyyətdədir, sümükdən tam çıxıb, lakin tacın mezial hissəsi 7-ci dişin tacına söykənir və papaqcıqlala örtülüdür, vaxtaşırı perikoranaritlə ağırlaşır, 6-cı dişin tacı tam dağılmış vəziyətindədir. Müalicə taktikasını seçin.
A) Antibakterial terapiya
B) Ağız boşluğu antiseptiklərlə işlənilir
C) Papaqcıq kəsilib götürülür və 6-cı diş çıxarılır
D) Ağıl dişi çıxarılır
E) Papaqcıq kəsilib götürülür
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
263) Ağıl dişi vertikal vəziyyətdədir, lakin tacın arxa hissəsi retromolyar nahiyədə çənə sümüyünün kənarına söykənir. Mezial qabarcıq görünür, tacın üzəri papaqcıqla örtülüdür. Tez-tez perikoronaritə səbəb olur, 7-ci diş sağlamdır. 6-cı dişin tacı tamamilə dağılmışdır. Müalicə taktikasını seçin
A) Papaqcıq kəsilib götürülür və 6-cı diş çıxarılır
B) Antibakterial müalicə təyin olunur
C) Ağıl diş çıxarılır
D) Ağız boşluğu antiseptiklərlə işlənilir və tac üzərindəki selikli qişaya 2%-li yod məhlulu çəkilir
E) Papaqcıq kəsilib götürülür
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
264) Ağıl dişi vertikal vəziyyətdədir, lakin tacın arxa hissəsi çənə şaxəsindədir. 6-cı və 7-ci dişlər intakdır. Diş tacının üzəri papaqcıqla örtülüdür. Tez-tez iltihabi ağırlaşmalara səbəb olur. Müalicə taktikasını seçin.
A) Antibakterial müalicə təyin olunur
B) Papaqcıq kəsilib götürülür
C) Ağıl dişi çıxarılır
D) Ağız boşluğu antiseptiklərlə işlənilir
E) Tac ətrafı selikli qişaya 2%-li yod məhlulu çəkilir
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
265) Ağıl dişi distoanqulyar vəziyyətdədir. Diş tacının ön qabarcığı sümükdən çıxmışdır. Tacın qalan hissəsi çənə şaxəsinin ön kənarı ilə örtülüdür. Diş tacı papaqcıqla örtülüdür.Tez-tez ağrılara və iltihabi ağırlaşmalara səbəb olur. Müalicə taktikasını seçin.
A) Papaqcıq kəsilib götürülür
B) Antibakterial müalicə təyin olunur
C) Ağız boşluğu interferonla işlənilir
D) Diş tacı ətrafı selikli qişaya 2%-li yod məhlulu çəkilir
E) Ağıl dişi çıxarılır
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
266) Ağıl dişi horizontal vəziyyətdə sümüyün daxilindədir, tez-tez ağrılara səbəb olur. Müalicə taktikasını seçin.
A) Selikli qişaya 2%-li yod məhlulu çəkilir
B) Antibakterial müalicə təyin olunur
C) Ağrıkəsicilər təyin olunur
D) Papaqcıq kəsilib götürülür
E) Ağıl dişi çıxarılır
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
267) Dişlərin çıxarılması zamanı dərhal baş verən ağırlaşmalara hansı aiddir?
A) Alveolit
B) Periostit
C) Diş kökünün və tacın sınması
D) Haymorit
E) Osteomielit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
268) Dişlərin çıxarılması zamanı dərhal baş verən ağırlaşmalara hansı aiddir?
A) Haymor cibinin dibinin perforasiyası
B) Üçlü sinirin nevralgiyası
C) Gicgah - çənə oynağının ankilozu
D) Gicgah - çənə oynağının artriti
E) Parotit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 133
269) Dişlərin kəlbətinlə çıxarılması zamanı dərhal baş verən ağırlaşmalara nə aiddir?
A) Dərialtı emfizema
B) Gicgah-çənə oynağının artriti
C) Parotid
D) Çənə sınığı
E) Üçlü sinirin nevralgiyası
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 132
270) Aşağı III molyarı çıxararkən dərhal hansı ağırlaşma baş verə bilər?
A) Sinusit
B) Alveolit
C) Periostit
D) Çənə sınığı
E) Osteomielit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 132
271) Dişlərin çıxarılması zamanı baş verən ağırlaşmalar hansıdır?
A) Osteomielit
B) Alveolit
C) Parodontit
D) Dişin udulması və ya tənəffüs yollarına düşməsi
E) Periostit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137
272) Dişlərin çıxarılması zamanı baş verən ağırlaşmalar hansıdır?
A) Dişin və ya diş kökünün yumşaq toxumalara yeridilməsi
B) Sinusit
C) Alveolit
D) Osteomielit
E) Üçlü sinirin nevralgiyası
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
273) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Sinusit
B) Hipertonik kriz
C) Osteomielit
D) Alveolit
E) Çənənin sınması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
274) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Şok
B) Osteomielit
C) Sinusit
D) Periostit
E) Alveolit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
275) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Sinusit
B) Alveolit
C) Haymor cibinin perforasiyası
D) Osteomielit
E) Bayılma
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
276) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Sinusit
B) Alveolit
C) Osteomielit
D) Periostit
E) Kollaps
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
277) Dişlər çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Qonşu dişin çıxığı və çıxarılması
B) Sinusit
C) Osteomielit
D) Periostit
E) Parotit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
278) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Alveolit
B) Antoqonist dişin tacının zədələnməsi
C) Osteomielit
D) Parotit
E) Periostit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
279) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Osteomielit
B) Sinusit
C) Alveol çıxıntısının bir hissəsinin sınması
D) Alveolit
E) Periostit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 131
280) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Kollaps
B) Sinusit
C) Əng qabarının sınması
D) Osteomielit
E) Alveolit
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 155
281) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Diş ətinin və ağız boşluğunun yumşaq toxumalarının zədələnməsi
B) Alveolit
C) Osteomielit
D) Sinusit
E) Periostit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 131
282) Dişlərin çıxarılması zamanı baş verən yerli ağırlaşmalara hansı aiddir?
A) Perikoronorit
B) Osteomielit
C) Otit
D) Çənənin çıxığı
E) Bayılma
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 132
283) Aşağı molyar dişlərin çıxarılması zamanı baş verən yerli və yaxın ağırlaşmalara nə aiddir?
A) Periostit
B) Bayılma
C) Alveolit
D) Aşağı alveol və ya dil sinirinin zədələnməsi
E) Sinusit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 136
284) Dişlər çıxarıldıqdan sonra baş verən qanaxmaya yerli səbəb nə sayılır?
A) Yumşaq toxumaların və sümük toxumasının zədələnməsi
B) Diş kökünün bir hissəsinin yuvada qalması
C) Atrerial hipertenziya
D) Hemofiliya xəstəliyi
E) Qaraciyərin kəskin sirrozu
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137
285) Dişlər çıxarıldıqdan 1 - 2 saat sonra baş verən qanaxmanın yerli səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Atrerial hipertenziya
B) Trombositopenik purpura
C) Anestetikin tərkibində olan adrenalin-hidroxlorid və ya epinefrin
D) Leykoz
E) Verlqof xəstəliyi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137
286) Dişlər çıxarıldıqdan sonra qanaxmanın ümumi səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Ürəyin işemik xəstəliyi
B) Enterokolit
C) Xroniki bronxit
D) A avitaminozu
E) C və K avitaminozları
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138
287) Dişlər çıxarıldıqdan sonra qanaxmanın ümumi səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Hemofiliya xəstəliyi
B) Yumşaq toxumların zədələnməsi
C) Xroniki qastrit
D) A vitamininin avitaminozu
E) Ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138
288) Dişlər çıxarıldıqdan sonra qanaxmaya ümumi səbəb nə sayılır?
A) A vitamininin avitaminozu
B) Sümük toxumasının zədələnməsi
C) Öd daşı xəstəliyi
D) Xroniki pankreatit
E) Verlqof, Osler - Randyu sindromu
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138
289) Dişlər çıxarıldıqdan sonra qanaxmanın ümumi səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Trankvilizatorların qəbulu
B) Antibiotiklərin qəbulu
C) Yuxu gətirici preparatların qəbulu
D) Antikaoqulyantların qəbulu
E) Antihistamin preparatların qəbulu
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138
290) Dişlər çıxarıldıqdan sonra baş verən yerli ağırlaşmalara nə aiddir?
A) Çənənin sınması
B) Əng cibi dibinin açılması
C) Alveolit, alveolonevrit
D) Əng qabarının sınması
E) Diş kökünün yumşaq toxumalara yeridilməsi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141
291) Dişlərin çıxarılmasından sonra baş verən yerli ağırlaşmalara nə aiddir?
A) Çənənin çıxması
B) Çənənin sınması
C) Diş yuvasının məhdud osteomieliti
D) Ağız boşluğunun yumşaq toxumalarının zədələnməsi
E) Əng qabarının sınması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 143
292) Sağ əli ilə işləyən həkim aşağı sağ kiçik və böyük azı dişlərini çıxaran zaman harada dayanır?
A) Xəstənin önündə solunda
B) Xəstənin sağında və bir qədər arxasında
C) Xəstənin arxasında
D) Xəstənin önündə sağında
E) Xəstənin solunda, arxasında
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 118-119
293) Hər iki çənədə çox saylı diş çıxarılmasının icra edilmə ardıcılığını təyin edin.
A) Əvvəlcə aşağı dişlər hər iki tərəfdə
B) Əvvəlcə aşağı dişlər bir tərəfdə, yuxarı dişlər əks tərəfdə
C) Əvvəlcə yuxarı dişlər bir tərəfdə , aşağı dişlər əks tərəfdə
D) Əvvəlcə aşağı dişlər bir tərəfdə sonra yuxarı dişlər eyni tərəfdə
E) Əvvəlcə yuxarı dişlər bir tərəfdə sonra aşağı dişlər eyni tərəfdə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 110-114
294) Aşağı dişləri çıxararkən yerləşmədə pasiyentlə həkimin qarşılıqlı vəziyyətini təyin edin.
A) Həkimin aşağı sallanmış qolunun bilək oynağı aşağı dişlərin okklüziya səviyyəsində
B) Həkimin yuxarı qaldıldırılmış qolunun dirsək oynağı aşağı dişlərin okklüziya səviyyəsində
C) Həkimin çiyin oynağı aşağı dişlərin okklüziya səviyyəsində
D) Həkimin aşağı sallanmış qolunun dirsək oynağı aşağı dişlərin okklüziya səviyyəsində
E) Həkimin başı aşağı dişlərin okklüziya səviyyəsində
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 113-114
295) Yuxarı dişləri çıxararkən yerləşmədə pasiyentlə həkimin qarşılıqlı vəziyyətini təyin edin.
A) Həkimin yuxarı qaldıldırılmış qolunun dirsək oynağı yuxarı dişlərin okklüziya səviyyəsində
B) Həkimin yuxarı qaldıldırılmış qolunun bilək oynağı yuxarı dişlərin okklüziya səviyyəsində
C) Həkimin çiyin oynağı yuxarı dişlərin okklüziya səviyyəsində
D) Həkimin başı yuxarı dişlərin okklüziya səviyyəsində
E) Həkimin aşağı sallanmış qolunun dirsək oynağı yuxarı dişlərin okklüziya səviyyəsində
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 113
296) Retensiya olunmuş yuxarı ağıl dişini çıxaran zamanı baş verən ağırlaşmalara hansı aiddir?
A) Dişin göz yuvasına itələnməsi
B) Periostit
C) Haymorit
D) Dişin haymor cibinə itələnməsi
E) Dişin qanad - damaq çuxuruna itələnməsi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 135-136
297) Retensiya olunmuş aşağı ağıl dişi hansı vəziyyətdə olduqda onu çıxarmaq üçün kəsik hansı ağız xarici yolla aparılır?
A) Çənə kanarından aşağıda və çənə kənarında
B) Bukko - linqval
C) Horizontal
D) Mezo – anqulyar
E) Disto – anqulyar
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-244
298) Diş çıxarıldıqdan sonra yuvadakı qranulasion toxuma, qranuloma, sümük və diş qırıntıları hansı alətlə təmizlənir?
A) Düz elevatorla
B) İskənə ilə
C) Əyri elevatorla
D) Hamarlayıcı ilə
E) Kiçik, iti cərrahi qaşıqla
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 128-129
299) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Çənənin sınması
B) Dərialtı qranuloma
C) Alveolit
D) Üz sinirinin parezi
E) Diplopiya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141
300) Normada diş çıxarıldıqdan sonra sıxıcı tampon altında yuva qan laxtası ilə dolur və qanaxma nə vaxta dayanır?
A) 20 - 25 dəqiqəyə
B) 12 - 15 dəqiqəyə
C) 26 - 30 dəqiqəyə
D) 16 - 18 dəqiqəyə
E) 5 - 10 dəqiqəyə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 138-139
301) Diş çıxarıldıqdan sonra qanaxmanın yerli dayandırılması üsulu hansı hesab edilə bilməz?
A) Yuvanı yodoform turunda ilə tamponada etmək və yara kənarlarına sıxıcı tikiş qoymaq
B) Yuvanı trombinli bioplastik və ya epsilon(Σ) – aminokapron turşusu ilə isladılmış turunda ilə tamponada etmək
C) Kökarası çəpəri krampon ya nizəvari kəlbətinlə sıxmaq
D) Yuvaya adrenalin məhlulunda isladılmış piltə qoymaq
E) Yuvanı hemostatik, jelatin və ya kollagen süngər ilə tamponada etmək
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-141
302) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Diplopiya
B) Çənəaltı tüpürcək vəzisinin sialoadeniti
C) Üz sinirinin parezi
D) Gicgah - çənə oynağının artriti
E) Çənənin sınığı
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141-145
303) Nə zaman diş çıxarıldıqdan sonra yuva antiseptiklərlə yuyulur və bir qat yodoform piltə qoyulur?
A) Alveolun kənarı sındıqda
B) Alveolun kənarı açıq qaldıqda
C) Qonşu dişlər infeksiyalaşmış olduqda
D) Diş əti zədələndikdə
E) Yuva infeksiyalaşmış olduqda
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 128-129
304) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Çənənin osteomieliti
B) Üz sinirinin parezi
C) Trizm
D) Çənə sınığı
E) Çənənin follikulyar kistası
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130-146
305) Düzgün yerləşən üçüncü molyarın perikoronitlə ağırlaşmasında müalicə üsulu hansıdır?
A) Dişin devitalizasiyası
B) Dişin çıxarılması
C) Keçid büküşündə kəsik
D) Papaqcığın götürülməsi
E) Papaqcığın lidokainlə aplikasiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 244-248
306) Düzgün yerləşməyən üçüncü molyarın perikoronitlə ağırlaşmasında müalicə üsulu hansıdır?
A) Keçid büküşündə kəsik
B) Dişin çəkilməsi
C) Papaqcığın götürülməsi
D) Dişin devitalizasiyası
E) Papaqcığın lidokainlə aplikasiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 244-248
307) Üçüncü aşağı molyarın distopiyası zamanı cərrahi kəsik necə aparılır?
A) Dil tərəfdən keçid büküşündən
B) Vestibulyar tərəfdən keçid büküşündən
C) Dil tərəfdən ikinci molyarın ortasından aşağı keçid büküşünə doğru
D) Vestibulyar tərəfdən birinci molyarın ortasından aşağı keçid büküşünə doğru
E) Vestibulyar tərəfdən ikinci molyarın ortasından aşağı keçid büküşünə doğru
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-244
Periodontal cərrahiyyə
308) Aşağıdakı toxumalardan hansı parodontal toxumaya aid deyil?
A) Dentin
B) Sement
C) Periodont
D) Sümük toxuması
E) Diş əti
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
309) Periodontal cərrahiyyə nədir?
A) Ağız boşluğunda protez yatağının cərrahi yolla protezlənməyə hazırlanmasıdır
B) Diş çıxarılmasından sonra diş yuvasının cərrahi işlənməsidir
C) Ağız boşluğu selikli qişasının xərçəngönü xəstəliklərinin cərrahi müalicəsidir
D) Periodontitin cərrahi müalicəsidir
E) Parodont xəstəliklərinin səbəbinin aradan qaldırılması və diş sırası sağlamlığının uzunmüddətli qorunmasıdır
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
310) Protezönü cərrahiyyə anlayışı nədir?
A) Periodontitin cərrahi mülicəsidir
B) Diş çıxarılmasından sonra diş yuvasının cərrahi işlənməsidir
C) Parodont xəstəliklərinin səbəbinin ardan qaldırılması və diş sırası sağlamlığının uzunmüddətli qorunmasıdır
D) Ağız boşluğunda protez yatağının cərrahi yolla protezlənməyə hazırlanmasıdır
E) Ağız boşluğu selikli qişasının xərçəngönü xəstəliklərin cərrahi müalicəsidir
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
311) Protezönü cərrahiyyədə frenuloplastika əməliyyatının məqsədi nədir?
A) Dilin və dodağın hərəkətlərinin sərbəstləşməsi
B) Protezləmədən sonra nitqin korreksiyası
C) Protezlə travmanın profilaktikası
D) Tam çıxan protezin sabit fiksasiyası
E) Pasiyentin tam çıxan protezə qısa vaxtda öyrəşməsi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
312) Damaq torusunun əmələ gəlməsinin səbəbini göstərin.
A) Odontogen əng sinusiti
B) Uşaqlıqda ortodontik müalicəsinin aparılması
C) Anadangəlmə qüsur
D) Tam çıxan protezlə xroniki travma
E) Travmatik diş ekstraksiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 377-381
313) Parodontal xəstəliklər zamanı cərrahi əməliyyatın aparılmasında əsas məqsəd nədir?
A) Diş protezləməsinin yaxşılaşdırılması
B) Parodontal cibin aradan qaldırılması
C) Dişlərin müalicəsinin yaxşılaşdırılması
D) Kariyesin profilaktikası
E) Estetikanın yaxşılaşdırılması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 376
Dostları ilə paylaş: |