Cü il tarixində əlavə edilmişdir. Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Çənənin dil tərəfində lokalizasiya olunan kəskin irinli odontogen periostit zamanı hansı anatomik struktur heç vaxt zədələnmir?



Yüklə 1,59 Mb.
səhifə7/15
tarix26.11.2016
ölçüsü1,59 Mb.
#227
1   2   3   4   5   6   7   8   9   10   ...   15

368) Çənənin dil tərəfində lokalizasiya olunan kəskin irinli odontogen periostit zamanı hansı anatomik struktur heç vaxt zədələnmir?
A) Sümüküstü nahiyə

B) Volkman kanalları

C) Dilaltı tüpürcək vəzisi

D) Çənənin daxili kortikal səthi

E) Selikli qişa
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 197
369) Çənənin kəskin seroz periostiti zamanı səbəbkar diş funksional və estetik əhəmiyyət daşımırsa, mütləq aparılan manipulyasiyanı göstərin.
A) Səbəbkar dişin tacının estetik bərpası

B) Yalnız periostotomiya

C) Fizioterapevtik müalicənin aparılması

D) Yalnız səbəbkar dişin çıxarılması

E) Səbəbkar dişin çıxarılması və periostotomiya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 199
370) Çənənin kəskin irinli periostit zamanı səbəbkar diş funksional və estetik əhəmiyyət daşımırsa, mütləq hansı manipulyasiya aparılır?
A) Səbəbkar dişin çıxarılması və periostotomiya

B) Yalnız səbəbkar dişin çıxarılması

C) Səbəbkar dişin tacının estetik bərpası

D) Yalnız periostotomiya

E) Fizioterapevtik müalicənin aparılması
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 199
371) Damaq absesi olduğu halda cərrahi müdaxilə çərçivəsində hansı xüsusi cərrahi manevr aparılmalıdır?
A) Lentvari drenaj piltənin əmələ gəlmiş boşluğa yeridilməsi

B) Yaranın antiseptik məhlullarla yuyulması

C) İltihabi ocağa uyğun olaraq selikli qişada və sümüküstü toxumada kəsiyin aparılması

D) İltihabi ocaq üzərindəki selikli qişanın üçbucaq şəklində eksiziyası

E) Yerli keyləşdirmənin aparılması
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 199
372) Sadə xroniki periostitin anlayışına aşağıdakılardan hansı uyğundur?
A) Patologiya zamanı əmələ gələn sümüyün ossifikasiyası hiperostozla nəticələnir

B) Patologiya zamanı çənənin kortikal səthinin və sümüküstü toxumasının dağılması qeyd olunur

C) Patologiya zamanı regionar və sümüküstü daxili limfatik kələfdaxili dəyişikliklər baş verir

D) Patologiya sümüyün nəzərə çarpan rezorbsiya və restrukturizasiya ilə xarakterizə olunur

E) Patologiya zamanı əmələ gəlmiş yeni osteoid toxuması aparılan müalicədən sonra reqressiya olunur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
373) Sümükləşən (ossifikasiya edən) xroniki periostit anlayışı hansıdır?
A) Patologiya zamanı regionar və sümüküstü daxili limfatik kələfdaxili dəyişikliklər baş verir

B) Patologiya zamanı əmələ gələn sümüyün ossifikasiyası hiperostozla nəticələnir

C) Patologiya zamanı əmələ gəlmiş yeni osteoid toxuması aparılan müalicədən sonra reqressiya olunur

D) Patologiya zamanı çənənin kortikal səthinin və sümüküstü toxumasının dağılması qeyd olunur

E) Patologiya sümüyün nəzərə çarpan rezorbsiya və restrukturizasiya ilə xarakterizə olunur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
374) Rarefikasiya edən xroniki periostit anlayışına aşağıdakılardan hansı uyğundur?
A) Patologiya sümüyün nəzərə çarpan rezorbsiya və restrukturizasiya ilə xarakterizə olunur

B) Patologiya zamanı əmələ gəlmiş yeni osteoid toxuması aparılan müalicədən sonra reqressiya olunur

C) Patologiya zamanı çənənin kortikal səthinin və sümüküstü toxumasının dağılması qeyd olunur

D) Patologiya zamanı əmələ gələn sümüyün ossifikasiyası hiperostozla nəticələnir

E) Patologiya zamanı regionar və sümüküstü daxili limfatik kələfdaxili dəyişikliklər baş verir
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
375) Aşağıdakılardan hansı xroniki periostitə aiddir?
A) Mürəkkəb

B) Nekrozlaşan

C) Perforativ

D) Sadə


E) İdiopatik
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
376) Xroniki periostitə aid olan anlayışı göstərin.
A) Perforativ

B) Nekrozlaşan

C) Ossifikasiya edən

D) İdiopatik

E) Skeletizasiya edən
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
377) Xroniki periostitə aid olan anlayışı göstərin.
A) Kontakt

B) Rarefikasiya edən

C) İdiopatik

D) Buynuzlaşan

E) Skeletizasiya edən
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
378) Sadə xroniki periostitin əsas səbəbini göstərin.
A) Stomatit

B) Qlossit

C) Kəskin periostit

D) Sialodenit

E) Limfadenit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
379) Sümükləşən xroniki periostitin əsas səbəbini göstərin.
A) Qlossit

B) Stomatit

C) Kəskin periostit

D) Sialodenit

E) Limfadenit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
380) Rarefikasiya edən xroniki periostitin əsas səbəbini göstərin.
A) Sialodenit

B) Limfadenit

C) Travma

D) Qlossit

E) Stomatit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
381) Rarefikasiya edən xroniki periostit zamanı ocaq sərhədlərində olan dişlərin perkusiyasının nəticəsini təyin edin.
A) Müsbətdir

B) Zəif - müsbətdir

C) Kəskin ağrılıdır

D) Qonşu dişlərə yayılır

E) Mənfidir
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
382) Rarefikasiya edən xroniki periostitinin patogenetik mexanizmini göstərin.
A) Travma – selikli qişanın zədələnməsi – yaranın iltihablaşması

B) Travma – dişin laxlaması – patoloji periodontal cibinin əmələ gəlməsi

C) Travma – hematoma – iltihablaşma

D) Travma – hematoma – orqanizasiya

E) Travma – alveol çıxıntısının sınığı – hərəkətlilik
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
383) Xroniki periostit hansı patologiya ilə oxşardır?
A) Xroniki pulpit

B) Xroniki sialodoxit

C) Xroniki odontogen osteomielit

D) Xroniki periodontitin kəskinəşməsi

E) Kəskin odontogen periostit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
384) Xroniki periostit aşağıdakı hansı patologiya ilə oxşarlıq təşkil edir?
A) Xroniki travmatik osteomielit

B) Xroniki sialodoxit

C) Xroniki periodontitin kəskinəşməsi

D) Kəskin odontogen periostit

E) Xroniki pulpit
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 200
385) Kəskin irinli odontogen periostitdən fərqli olaraq xroniki periostitin müalicəsində hənsı cərrahi manevr aparılır?
A) Yara tam tikilir

B) Patoloji ocaq təftiş olunur

C) Estetik və funksional əhəmiyyət daşımayan diş çıxarılır

D) Yerli keyləşdirmə aparılır

E) Selikli qişada kəsik aparılır
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 201
386) Çənənin məhdudlaşan odontogen ostomieliti zamanı iltihabi ocaq hansı nahiyəni əhatə edir?
A) Çənənin oynaq çıxıntısı

B) 2-3 diş nahiyəsi

C) Çənənin cismi və ya şaxə nahiyəsi

D) Çənənin yarısı

E) Çənənin tac çıxıntısı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 203
387) Çənənin ocaqlı odontogen ostomieliti zamanı iltihabi ocaq hansı nahiyəni əhatə edir?
A) Çənənin yarısı

B) Çənənin tac çıxıntısı

C) Çənənin cismi və ya şaxə nahiyəsi

D) Çənənin oynaq çıxıntısı

E) 2-3 diş nahiyəsi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 203
388) Çənənin diffuz odontogen ostomieliti zamanı iltihabi ocaq hansı nahiyəni əhatə edir?
A) Çənənin oynaq çıxıntısı

B) Çənənin tac çıxıntısı

C) Çənənin yarısı

D) 2-3 diş nahiyəsi

E) Çənənin cismi və ya şaxə nahiyəsi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 203
389) Periodontitlərin hansı formasında yalnız rentgenoloji müayinə əsasında düzgün diaqnoz qoyula bilməz?
A) Kistoqranulomalarda

B) Xroniki qranulyasiya edici periodontitdə

C) Kəskin periodontitlərdə

D) Xroniki qranulamatoz periodontitdə

E) Xroniki fibroz periodontitdə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 195-199
390) Aşağıdakılardan hansı dişi saxlamaq şərti ilə aparılan cərrahi müalicə üsullarına aid edilə bilməz?
A) Diş kökünün amputasiyası

B) Diş kökü zirvəsinin rezeksiyası

C) Dişin replantasiyasi

D) Dişin hemiseksiyası

E) Dişin allotransplantasiyası
Ədəbiyyat: Хирургическая стоматология. Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 165-166
391) Aşağıdakılardan hansı dişi saxlamaq şərti ilə aparılan cərrahi müalicə üsullarına aid deyil?

A) Diş kökünün amputasiyası

B) Кoronoradikulyar separasiya

C) Dişin replantasiyası

D) Diş implantasiyası

E) Dişin hemiseksiyası


Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 166-167
392) Dişi saxlamaq şərti ilə cərrahi müalicə üsullarına aşağıdakılardan hansı aiddir?
A) Koronoradikulyar separasiya

B) Diş implantasiyası

C) Dişin endodontik müalicəsi

D) Dişin çıxarılması

E) Dişin allotransplantasiyası
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 167-168
393) Dişi saxlamaq şərti ilə cərrahi müalicə üsullarına aşağıdakılardan hansı daxildir?
A) Dişin çıxarılması

B) Dişin endodontik müalicəsi

C) Diş kökünün amputasiyasi

D) Diş implantasiyası

E) Diş allotransplantasiyası
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168
394) Dişi saxlamaq şərti ilə aparılan cərrahi müalicə üsullarna aşağıdakılardan hansı aiddir?
A) Dişin endodontik müalicəsi

B) Dişin allotransplantasiyası

C) Diş implantasiyası

D) Dişin hemiseksiyası

E) Dişin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 167-168
395) Aşağıdakılardan hansı dişi saxlamaq şərti ilə aparılan cərrahi müalicə üsullarına aiddir?
A) Dişin allotransplantasiyası

B) Dişin replantasiyası

C) Diş implantasiyası

D) Dişin endodontik müalicəsi

E) Dişin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164-165
396) Dişi saxlamaq şərti ilə icra edilən cərrahi müalicə üsullarına aşağıdakılardan hansı aiddir?
A) Dişin autotransplantasiyası

B) Dişin endodontik müalicəsi

C) Diş allotransplantasiyası

D) Diş implantasiyası

E) Dişin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 165
397) Qranulyasiya edici və qranulematoz periodontitlər necə differensasiya edilir?
A) Keçid büküşünün vəziyətinə görə

B) Rentgenoloji müayinə ilə

C) Pasiyentin şikayətlərinə əsasən

D) Xəstəliyin başlanması vaxtına görə

E) Biopsiyaya əsasən
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 161-163

398) 23-cü diş kökü zirvəsinin rezeksiyası zamanı aşağıdakı ağrılaşmalardan hansı baş verə bilməz?
A) Selikli qişanın bor vasitəsi ilə zədələnməsi

B) Haymor cibinin perforasiyası

C) Burun boşluğunun perforasiyası

D) Qan damarının zədələnməsi

E) Aşağı alveol sinirinin zədələnməsi
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 172-173
399) Dişlərin hemiseksiyasına göstəriş hansıdır?
A) Xroniki periodontitli tək köklü dişlər

B) Çox köklü dişlərin kəskin irinli pulpiti

C) Çox köklü dişlərin kəskin seroz periodontiti

D) Qalan diş tacı hissəsinin dayaq kimi ortopedik konstruksiya üçün yararlı olması

E) Qalan diş yuvasının diş implantasiyası üçün yararlı olması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 167-168
400) Dişlərin replantasiyasına əks göstəriş hansıdır?
A) Təsadüfən çıxarılan dişlər

B) Çənələrin kəskin odontogen periostitləri, xroniki periodontitin kəskinləşməsi

C) Çox köklü dişlərin xroniki qranulyasiya edici və qranulamatoz periodontitləri

D) Dişlərin çıxarılması zamanı diş tacının dağılması

E) Çox köklü dişlərin xroniki periodontitlərində konservativ müalicə zamani baş vermiş fəsadlar
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164-165
401) Diş köklərinin amputasiyası əməliyyatına göstəriş hansıdır?
A) Konservativ müalicəyə tabe olmayan infeksiyanın xroniki mənbəyi bütün köklərə nüfuz etdikdə

B) Xroniki odontogen haymoritin səbəbi diş kökü zirvəsi əng sinusunda yerləşdikdə

C) Xroniki odontogen ostomielitə səbəb olan tək köklü dişlər mövcud olduqda

D) Diş tacının dayaq kimi ortopedik konstruksiya üçün yararlı olmadığı dişlərdə

E) Konservativ müalicəyə tabe olmayan infeksiyanın xroniki mənbəyi yalnız bir kök ətrafında yerləşdikdə
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168
402) Koronoradikulyar separasiya nədir?
A) Çox köklü dişlərdə köklərin biri tac hissəsi ilə birlikdə götürülür

B) Diş tacı bölünür və kökarası sahədə küretaj aparılır

C) Çıxarılan dişlər öz alveoluna qaytarılır

D) Çox köklü dişlərdə diş tacınin saxlanılması ilə köklərinin biri çıxarılır

E) Diş zirvəsi rezeksyası olunur
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 194
403) Koronoradikulyar separasiya göstəriş hansıdır?
A) Tək köklü dişlərin xroniki qranulyasiya edici və qranulamatoz periodontiti

B) Çox köklü dişlərdə tac hissəsinin dağılması

C) Dişin bifurkasiya sahəsində dişin sərt toxumalarının və ətraf sümüyün destruksiyası

D) Çox köklü dişlərin xroniki qranulyasiya edici və qranulamatoz periodontitləri

E) Diş kökü zirvəsində xroniki infeksiya mənbəyinin olması
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 194

404) Replantasiya zamanı dişin alveolla ən əlverişli birləşməsi hansıdır?
A) Periodontal-fibroz

B) Periodontal

C) Fibroz

D) Osteoid

E) Fibroz-osteoid
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164-165
405) Replantasiya zamanı dişin alveolla ən əlverişsiz birləşməsi hansıdır?
A) Fibroz-osteoid

B) Periodontal-fibroz

C) Fibroz

D) Osteoid

E) Periodontal
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164-165
406) Dişlərin hemiseksiyası hansı dişlərdə aparılır?
A) Aşağı molyarlarda

B) Çətin çıxan dişlərdə

C) Əngin frontal dişlərində

D) Ektopiya olumuş dişlərdə

E) Çənənin frontal dişlərində
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 167-168
407) Dişlərin replantasiyası nədir?
A) Çox köklü dişlərdə köklərin birinin tac hissəsi ilə birlikdə götürülməsi

B) Diş köklərinin ayrılması

C) Çıxarılan dişlərin öz diş yuvasına qaytarılması

D) Diş zirvəsinin rezeksyası

E) Çox köklü dişlərdə diş tacının saxlanılması ilə köklərinin birinin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164
408) Dişlərin hemiseksiyasına aşağıdakılardan hansı aiddir?
A) Çıxarılmış dişin dərhal yerinə qoyulması

B) Çıxarılmış dişin bir neçə gündən sonra yerinə qoyulması

C) Diş zirvəsinin çıxarılması

D) Çox köklü dişlərdə diş tacının saxlanılması ilə köklərinin birinin çıxarılması

E) Çox köklü dişlərdə köklərin birinin tac hissə ilə birlikdə götürülməsi
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 164
409) Diş kökünün amputasiyası nədir?
A) Diş kökü zirvəsinin çıxarılması

B) Çıxarılmış dişin yenidən öz yuvasına qoyulması

C) Tək köklü dişlərdə diş tacının və diş kökünün bir hissəsinin çıxarılması

D) Dişin kökünün ona məxsus tac hissə ilə çıxarılması

E) Çox köklü dişlərdə diş tacının saxlanılması ilə köklərinin birinin çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168
410) Diş kökünün amputasiyası hansı formada aparılılr?
A) Çıxarılmış diş yenidən öz yuvasına qaytarılır

B) Diş tacının saxlanılması ilə köklərinin biri çıxarılır

C) Diş kökü zirvəsi çıxarılır və yeri sümükəvəzedici ilə doldurulur

D) Diş kökü çıxarılır və yerinə implantat qoyulur

E) Dişin kökünün ona məxsus tac hissə ilə birlikdə çıxarılır
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168
411) Diş kökü zirvəsinin rezeksiyası planlaşdırıldıqda diş kökü kanalının plomblanması nə vaxt aparılılır?
A) Əməliyyatdan əvvəl

B) Əməliyyatdan dərhal sonra

C) Əməliyyatdan 1 həftə sonra

D) Plomblamaya ehtiyac olmur

E) Əməliyyatdan 10 gün sonra
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168-170
412) Çənənin periostiti nədir?
A) Alveol çıxıntısının iltihabı

B) Diş yuvasının iltihabı

C) Çənə sümüyü iliyinin iltihabı

D) Alveol çıxıntısının və çənə cisminin iltihabı

E) Alveol çıxıntısının və çənə cisminin sümüküstlüyünün iltihabı
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173
413) Çənənin odontogen periostitinin əmələ gəlmə səbəbi hansıdır?
A) Periodontitin ağırlaşması

B) Xora nekrotik stomatitinin ağırlaşması

C) Üz toxumalarının güllə yaralanması

D) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya

E) Üz dərisinin infeksyalaşmış yarası
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174

414) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansıdır?
A) Üz dərisinin infeksyalaşmış yarası

B) Xoralı nekrotik stomatitin ağırlaşması

C) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya

D) Çətinliklə çıxan dişlər

E) Üz toxumalarının güllə yaralanması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
415) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansıdır?
A) Üzün toxumalarının güllə yaralanması

B) İrinləmiş radikulyar kista

C) Üz dərisinin infeksyalaşmış yarası

D) Xora nekrotik stomatitinin ağırlaşması

E) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
416) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansıdır?
A) Paradontitin ağırlaşması

B) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya

C) Xoralı nekrotik stomatitin ağırlaşması

D) Üz dərisinin infeksiyalaşmış yarası

E) Üz toxumalarının güllə yaralanması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
417) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansı ola bilməz?
A) Çətinliklə çıxan dişlər

B) Periodontitin ağırlaşması

C) Xoralı nekrotik stomatitin ağırlaşması

D) İrinləmiş radikulyar kista

E) Paradontitin ağırlaşması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin