Cü il tarixində əlavə edilmişdir. Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?



Yüklə 1,59 Mb.
səhifə4/15
tarix26.11.2016
ölçüsü1,59 Mb.
#227
1   2   3   4   5   6   7   8   9   ...   15

201) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?
A) Ağır dərəcəli anemiya

B) Kompensasiya dövründə stenokardiya

C) Yaşlı xəstələr

D) Yerli anestetikə allergiya

E) Ağız boşluğunda yerləşən şiş
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
202) Ümumi ağırsızlaşmaya aid ağırsızlaşma növü hansıdır?
A) Sakral anesteziya

B) Peridural anesteziya

C) İnfiltrasiya anesteziyası

D) Venadaxili narkoz

E) Spinal anesteziya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
203) Yerli ağrısızlaşdırma üsulu hansıdır?
A) İntratraxeal

B) Maskalı

C) Endotraxeal

D) Damardaxili

E) İnfiltrasiya anesteziyası
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 104-105
204) Premedikasiya nədir?
A) Pasiyentin cərrahi müdaxiləsi və anestezioloji tədbirin keçirilməsi üçün medikamentoz hazırlıq

B) Cərrahi əməliyyatın aparılması üçün ümumi ağrısızlaşdırma

C) Cərrahi əməliyyatın aparılması üçün yerli ağrısızlaşdırma

D) Dişin çıxarılması əməliyyatında istifadə olunan analgeziya

E) Xəstənin narkozdan sonra oyanması üçün keçirilən medikamentoz müalicə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 37
205) Premedikasiya kim tərəfindən aparılır?
A) Baş həkim

B) Həkim-anestezioloq

C) Əməliyyat tibb bacısı

D) Həkim-stomatoloq

E) Baş tibb bacısı
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 37
206) Relanium hansı qrup preparatların nümayəndəsidir?
A) Antihipoksantların

B) Trankvilizatorların

C) Statinlərin

D) Sitostatiklərin

E) Adrenoblokatorların
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
207) Ambulator şəraitdə ümümi anesteziyanın vacib şərtlərindən biri hansıdır?
A) Uzunmüddətli analgetik effekt

B) Uzunmüddətli sedasiya

C) Narkozdan sonra xəstənin tez bir zamanda reabilitasiyası

D) Uzunmüddətli qusmaya qarşı təsir

E) Uzunmüddətli ödemə qarşı təsir
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 39-41
208) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?
A) Ağız boşluğunda yerləşən şiş

B) Yaşlı xəstələr

C) Kompensasiya dövründə stenokardiya

D) Yerli anestetikə allergiya

E) Kəskin qaraciyər çatışmazlığı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98

209) Zədələnməyə qarşı reaksiyanın formalaşmasını orqanizmin hansı aparıcı sistemi təmin edir?
A) Əzələ

B) Sinir


C) Endokrin

D) Sümük


E) Tənəffüs
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 35
210) Ümumi anesteziya metodu neyroleptanalgeziyada hansı dərman preparatları istifadə edilir?
A) Neyroleptik və trankvilizitor

B) Neyroleptik və anestetik

C) Neyroleptik və barbiturat

D) Neyroleptik və periferik analgetik

E) Neyroleptik və narkotik analgetik
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
211) Neyroleptanalgeziyanın vacib komponenti hansı dərman preparatıdır?
A) Analgin

B) Droperidol

C) Relanium

D) Aminazin

E) Sibazon
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98

212) Ataralgeziyanın vacib komponenti hansı dərman preparatlarıdır?
A) Neyroleptiklər və anastetiklər

B) Trankvilizatorlar və anestetiklər

C) Analgetiklər və trankvilizatorlar

D) Analgetiklər və anestetiklər

E) Neyroleptiklər və analgetiklər
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
213) Vazokonstriktirlərin tətbiqinə əks göstəriş olan pasiyentlərdə yerli anesteziya zamanı hansı yerli anestetikə üstünlük verilir?
A) Artikainin 4% - li məhluluna

B) Lidokainin 1%- li məhluluna

C) Ubestezinin 4%- li məhluluna

D) Mepivakainin 3% - li məhluluna

E) Novokainin 0, 5%- li məhluluna
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 96
214) Hansı yerli anestetiklərin tərkibinə çox hallarda allergik reaksiyalara səbəb olan natrium bisulfat daxildir?
A) Tərkibində vazokonstriktorlar olmayan anestetiklərin

B) Bütün anestetiklərin

C) Amid tərkibli qrupa aid olan anestetiklərin

D) Tərkibində vazokonstriktorlar olan anestetiklərin

E) Efir tərkibli qrupa aid olan anestetiklərin
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 91-98
215) Yerli anesteziyanın yerli ağırlaşmalarına hansı aiddir?
A) Paresteziya

B) Hipertenziv reaksiya

C) Toksik reaksiya

D) Kollaps

E) Allergiya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 119-121

216) Yerli anesteziyanın ümumi ağırlaşmalarına hansı aiddir?
A) Toksik reaksiya

B) Hematoma

C) Paresteziya

D) Trizm


E) Üz sinirinin parezi
хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и дополненное, Киев. 2002 . с – 116-119

217) Yerli infiltrasiya və naqil tipli anesteziyalarda 2%-li lidokain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 6, 1 mq/kq

B) 7, 1 mq/kq

C) 8, 1 mq/kq

D) 2, 1 mq/kq

E) 5, 1mq/kq
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 95
218) 4%- li artikain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 7 mq/kq

B) 10 mq/kq

C) 12 mq/kq

D) 2 mq/kq

E) 5 mq/kq
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 50
219) 2%- li mepivakain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 10, 6 mq/kq

B) 2, 6 mq/kq

C) 4, 6 mq/kq

D) 6, 6 mq/kq

E) 8, 6 mq/kq
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 96
220) Müştərək anesteziya nədir?
A) Endotraxeal və venadaxili narkozun birgə tətbiqi

B) Müxtəlif yerli anesteziya üsullarının birgə tətbiqi

C) İnhalyasiya və qeyri-inhalyasiya narkozunun birgə tətbiqi

D) Yerli və ümumi ağrısızlasdırmanın hər hansı bir üsullarının birgə tətbiqi

E) Müxtəlif ümumi anesteziya üsulların birgə tətbiqi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98

221) Kombinə olunmuş anesteziya nədir?
A) İnhalyasion və qeyri - inhalyasion narkozunun birgə tətbiqi

B) Aplikasiya anesteziyası və venadaxili narkozun birgə tətbiqi

C) Naqil anesteziyanın və maskalı narkozun birgə tətbiqi

D) İnfiltrasiya anesteziyasının və maskalı narkozun birgə tədbiqi

E) Yerli və ümumi agrısızlasdırmanın hər hansı bir üsullarının birgə tətbiqi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98

222) Terminal halın ardıcıllığı necədir?
A) Klinik ölüm-terminal fasilə-preaqoniya-aqoniya-bioloji ölüm

B) Preaqoniya-terminal fasilə-aqoniya-klinik ölüm- bioloji ölüm

C) Preaqoniya-aqoniya-terminal fasilə-klinik ölüm-bioloji ölüm

D) Terminal fasilə-preaqoniya-aqoniya-klinik ölüm-bioloji ölüm

E) Klinik ölüm-preaqoniya-aqoniya-terminal fasilə-bioloji ölüm
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
223) Klinik ölümün əlamətlərinə hansı aiddir?
A) Yuxu arteriyasında nəbzin olmaması

B) Nəzərə çarpan bradikardiya

C) Nəzərə çarpan taxikardiya

D) Yuxu arteriyasında nəbzin zəifləməsi

E) Mil arteriyasında nəbzin olmaması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47

224) Klinik ölümün əlamətlərinə hansı aiddir?
A) Kəskin bradikardiya

B) Ürək tonlarının karlaşması

C) Ürək tonlarının olmaması

D) Arterial təzyiqin düşməsi

E) Göz bəbəklərinin genişlənməsi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
225) Bioloji ölüm haqqında aşağıdakılardan hansı doğrudur?
A) Reanimasiya tədbirləri fonunda şüur bərpa olunur

B) Reanimasiya tədbirləri fonunda ürək fəaliyyəti bərpa olunmur

C) Reanimasiya tədbirləri fonunda reflekslər bərpa olunur

D) Reanimasiya tədbirləri fonunda göz bəbəkləri daralır

E) Reanimasiya tədbirləri fonunda nəfəs bərpa olunur
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
226) Hamilə qadınlarda yerli anestetikin maksimal doyma dərəcəsi harada baş verir?
A) Böyrəküstü və mədəaltı vəzilərdə

B) Mədə - bağırsaq traktında

C) Qaraciyərdə

D) Ağciyərdə, onurğa beynində

E) Böyrəklərdə, baş beyində və miokardda
Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 111
227) Döldə yerli anestetikin maksimal doyma dərəcəsi harada baş verir?
A) Böyrəklərdə, baş beyində və miokardda

B) Ağciyərdə, onurğa beynində

C) Böyrəküstü və mədəaltı vəzilərdə

D) Mədə-bağırsaq traktında

E) Qaraciyərdə
Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 111
228) Üçlü sinirin göz şaxəsi göz yuvasına haradan daxil olur?
A) Oval dəlikdən

B) Yuxarı göz yuvası yarığından

C) Yuxu dəliyindən

D) Aşağı göz yuvası yarığından

E) Girdə dəlikdən
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
229) Əng siniri kəllə boşluğundan necə çıxır?
A) Cırılmış dəlikdən

B) Yuxu dəliyindən

C) Girdə dəlikdən keçməklə

D) Oval dəlikdən keçməklə

E) Bizvari-məməyəbənzər dəlikdən keçməklə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

230) Çənə siniri kəllə boşluğundan necə çıxır?
A) Bizvari-məməşəkilli dəlikdən keçməklə

B) Oval dəlikdən keçməklə

C) Yuxarı göz yuvası yarığından

D) Yuxu dəliyindən

E) Girdə dəlikdən keçməklə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

Tarix: 01.01.2011



231) Üz siniri kəllə-beyin sinirlərinin hansı cütüdür?
A) V

B) VII


C) X

D) VI


E) IX
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

232) Yanaq siniri hansı sinirin şaxəsidir?
A) Üz sinirinin

B) Dialtı sinirin

C) Dil-udlaq sinirinin

D) Üçlü sinirin

E) Azan sinirin
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
233) Tuberal anesteziya zamanı iynə hansı istiqamətdə selikli qişanı deşərək dərinliyə yeridilir?
A) Yuxarı, xaricə

B) Yuxarı, daxilə, irəli

C) Yuxarı, daxilə, geriyə

D) Yuxarı, irəli, xaricə

E) Yuxarı, xaricə, geriyə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108
234) Tuberal anesteziya zamanı iynə selikli qişanı deşərək hansı dərinliyə yeridilir?
A) 3.0 - 3.5 sm

B) 1.0 - 1.5 sm

C) 0. 5 sm-ə qədər

D) 2.0 - 2.5 sm

E) 4 - 5 sm
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108

235) Tuberal anesteziya zamanı ağrısızlaşdırma (keyləşdirmə) sahəsini təyin edin.
A) Yuxarı premolyarlar, həmçinin vestublyar tərəfdə alveol çıxıntısının selikli qişası

B) Yuxarı molyar və damaq tərəfdən selikli qışa

C) Yuxarı premolyar və molyarlar, həmçinin vestibulyar və damaq tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

D) Yuxarı premolyar və molyarlar, həmçinin vestibulyar tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

E) Yuxarı molyarlar və vestibulyar tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108
236) Böyük damaq siniri aşağıdakılardan hansının şaxəsidir?
A) Üçlü sinirin 1-ci şaxəsinin

B) Üçlü sinirin 3-cü şaxəsinin

C) Yuxarı alveol sinirinin

D) Qanad-damaq düyününün (qanqlion)

E) Qulaq düyününün (qanqlion)
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63

237) Burun - damaq siniri hardan çıxır?
A) Kəsici diş dəliyindən

B) Oval dəlikdən

C) Kiçik damaq dəliyindən

D) Girdə dəlikdən

E) Böyük damaq dəliyindən
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
238) Yanaq sinirini ağrısızlaşdırmaq üçün iynə hansı dişlər nahiyəsində keçid pərdəsinə selikli qişa altı vurulur?
A) Aşağı ağıl dişi

B) İkinci aşağı molyar

C) İkinci premolyar və birinci aşağı molyar

D) Birinci aşağı molyar

E) İkinci və üçüncü aşağı molyar arası
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 81
239) Berşe üsulu ilə mandibulyar anesteziya hansı qaydada aparılır?
A) İynə traqo - orbital xəttin ortası ilə, almacıq sümüyünün qövsünün altının kənarından 1,5 - 2 sm aşağı və çənə şaxəsinin xarici səthinə qədər yeridilir

B) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və iynəni 3 - 3,5 sm dərinliyə yeridilir

C) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və 2-2,5 sm dərinliyə yeridilir

D) İynə traqo - orbital xəttin ortası ilə, almacıq sümüyünün qövsünün altının kənarından 3 - 3,5 sm aşağı və aşağı çənənin şaxəsinin xarici səthinə qədər yeridilir

E) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və iynəni 4, 5 sm dərinliyə yeridilir
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 78
240) Hansı anesteziya zamanı diplopiya baş verə bilər?
A) Tuberal

B) Mandibulyar

C) İnsizival

D) İnfraorbital

E) Palatinal
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 69-71

Dişlərin çıxarılması

241) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) Hemorragik diatez

B) Kəskin periodontit

C) Kəskin pulpit

D) Konservativ müalicəyə tabe olmayan və vaxtaşırı iltihabi prosesə məruz qalan diş

E) Xroniki fibroz periodontit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
242) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) aktinomikoz, vərəm, sifilis ocaqları ilə əlaqəsi olan diş

B) hemorragik diatez

C) stomatit

D) dağılmış və ya sınıq xəttinə daxil olaraq repozisiyaya mane olan diş

E) gingivit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101

243) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) Epilepsiya

B) Düzgün yerləşməyən və ortodontik müalicə oluna bilməyən dişlər

C) Aktinomikoz,vərəm,sifilis ocaqları ilə əlaqəsi olan diş

D) Kəskin leykoz

E) Stomatit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
244) Dişlərin çıxarılmasına yerli əks göstəriş hansıdır?
A) Yoluxucu xəstəliklər(qrip, difteriya, qızılyel, pnevmoniya, kəskin respirator xəstəliklər)

B) Mərkəzi sinir sisteminin xəstəlikləri (beyin qan dövranın kəskin pozulması, meningit, ensefalit)

C) Parenximatoz orqanların kəskin xəstəliyi

D) Gingivit, stomatit, xeylit, tonzillit

E) Ürək - damar sistemi xəstəlikləri (miokard infarktı,hipertonik kriz,ürəyin işemik xəstəliyi,kəskin septik endokardit)
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
245) Miokard infarktı keçirdikdən sonra dişin planlı qaydada çıxarılması nə vaxt aparılır?
A) Üç - altı aydan sonra

B) Bir - iki ildən sonra

C) Bir- iki aydan sonra

D) Dörd - beş həftədən sonra

E) Altı - yeddi həftədən sonra
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
246) Dişlərin çıxarılmasına göstəriş olduqda hansı müayinələr aparılır?
A) Kompyuter tomoqrafiyası

B) Biokimyəvi

C) Vizual, klinik

D) İmmunoloji

E) Laborator
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 102
247) Dişlərin çıxarılması zamanı sinir sistemi labil olan pasiyentlərdə premedikasiyada hansı preparatlar istifadə olunur?
A) Ağrıkəsicilər

B) Antikoaqulyantlar

C) Hipotenziv preparatlar

D) Antibiotiklər

E) Trankvilizatorlar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 90-91
248) Düz kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı premolyarlar

B) Ağıl dişi

C) Yuxarı kəsici dişlər

D) Yuxarı premolyarlar

E) Yuxarı molyarlar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104-105
249) Yuxarı mərkəzi və yan kəsici dişlər üçün kəlbətinlər hansı xüsusiyyətinə görə fərqlənir?
A) Tutacaqlarının dərinliyinə görə

B) Tutacaqların zirvəsinin formasına görə

C) Tutacaqlarının ölçüsünün eninə görə

D) Tutacaqları arasındakı məsafəyə görə

E) Əl tutan dəstəsinə görə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104
250) Tutacaqları eyni formada, nisbətən ensiz dayaz, bir - birinə toxunmayan və kənarları yarımdairəvi olan S - vari kəlbətinlə hansı diş çıxarılır?
A) Yuxarı premolyarlar

B) Yuxarı molyarlar

C) Ağıl dişləri

D) Aşağı köpək dişləri

E) Aşağı premolyarlar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104
251) Tutacaqları enli, dərin sağ tutacağı üzərində dişcik olan, o biri tutacağı yarımdairəvi formada olan və tutacaqları arasındakı məsafə böyük olan S-vari kəlbətinlə hansı diş çıxarılır?
A) Sol yuxarı I və II molyarlar

B) Yuxarı premolyarlar

C) Aşağı köpək dişlər

D) Yuxarı kəsici dişlər

E) Aşağı molyarlar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104-105
252) Dəstəsi boyun hissədən uzadılmış, tutacaqları eyni formada, qısa, enli və yuxarıda dəyirmiləşmiş eyni zamanda bir qədər çuxur olan nizəvari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı III molyarlar

B) Aşağı premolyarlar

C) Yuxarı köpək dişlər

D) Yuxarı III molyarlar

E) Yuxarı yan kəsici dişlər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 105-106
253) Tutacaqları enli, dərin sol tutacağı üzərində dişcik olan, o biri tutacağı yarımdairəvi formada olan və tutacaqları arasındakı məsafə böyük olan S-vari kəlbətinlə hansı diş çıxarılır?
A) yuxarı sağ I - II molyarlar

B) yuxarı köpək dişləri

C) aşağı premolyarlar

D) yuxarı kəsici dişlər

E) yuxarı ağıl dişləri
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104-105
254) Aşağı dişlər əsasən hansı alətlə çıxarılır?
A) S-vari kəlbətinlə

B) Düz kəlbətinlə

C) Krampon kəlbətinlə

D) Dimdikvari kəlbətinlə

E) Nizəvari kəlbətinlə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107
255) Tutacaqları ensiz və bir-birinə toxunmayan dimdikvari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı kəsici dişlər

B) Yuxarı kəsici dişlər

C) Aşağı premolyarlar

D) Yuxarı molyarlar

E) Aşağı molyarlar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107
256) Tutacaqları enli və aralarındakı məsafə nisbətən böyük olan dimdikvari kəlbətinlə hansı diş çıxarılır?
A) Yuxarı kəsici dişlər

B) Yuxarı molyarlar

C) Aşağı köpək dişləri və premolyarlar

D) Yuxarı premolyarlar

E) Aşağı molyarlar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107
257) Tutacaqları çox enli, aralarındakı məsafə böyük və hər iki tutacağı üzərində dişcik olan dimdikvari kəlbətinlə hansı diş çıxarılır?
A) Yuxarı premolyarlar

B) Aşağı molyarlar

C) Aşağı kəsici dişlər

D) Aşağı premolyarlar

E) Yuxarı molyarlar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin