Cü il tarixində əlavə edilmişdir. Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Çənənin odontogen periostitinin əmələ gəlmə səbəbi hansı ola bilməz?



Yüklə 1,59 Mb.
səhifə8/15
tarix26.11.2016
ölçüsü1,59 Mb.
#227
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

418) Çənənin odontogen periostitinin əmələ gəlmə səbəbi hansı ola bilməz?
A) Çətinliklə çıxan dişlər

B) İrinləmiş radikulyar kista

C) Zədələnmiş orqanlardan qanla yayılan infeksiya

D) Periodontitin ağırlaşması

E) Paradontitin ağırlaşması
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
419) Çənənin odontogen periostitin əmələ gəlmə səbəbi hansı ola bilməz?
A) Periodontitin ağırlaşması

B) Üz dərisinin infeksyalaşmış yarası

C) İrinləmiş radikulyar kista

D) Paradontitin ağırlaşması

E) Çətinliklə çıxan dişlər
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
420) Çənənin odontogen periostitinin əmələ gəlmə səbəbi hansı ola bilməz?
A) Periodontitin ağırlaşması

B) Paradontitin ağırlaşması

C) Çətinliklə çıxan dişlər

D) Üz toxumalarının güllə yaralanması

E) İrinləmiş radikulyar kista
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 173-174
421) Kəskin irinli periostitin müalicəsi zamanı nə vaxt antibiotiklər əlavə edilir?
A) Ağrı yarandıqda

B) Bədən hərarəti 38 °C-dən aşağı olduqda

C) Bədən temperaturu 37 °C olduqda

D) Bədən temperaturu 37,5 °C olduqda

E) Bədən temperaturu 38 °C -dən yüksək olduqda
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 180-183
422) Kəskin irinli periostitin müalicəsində hansı halda mütləq antibiotiklər əlavə edilir?
A) Kişilərdə

B) Qadınlarda

C) Bədən hərarəti 38 °C aşağı olduqda

D) Ağrılar zamanı

E) Uşaqlarda
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 180-183
423) Kəskin irinli odontogen periostit zamanı irinin yayılma yollarını təyin edin.
A) Fallopi kanalları vasitəsi ilə

B) Üzün yumşaq toxumalarından

C) Sümükdaxili limfa yolları ilə

D) Travma nəticəsində zədələnmiş sümükdən

E) Zədələnmiş ağız boşluğunun selikli qişası vasitəsi ilə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с195
424) Kəskin irinli odontogen periostit zamanı irinin yayılma yollarını təyin edin.
A) Diş ətrafı sümük toxumasının rezorbsiya uğramış sahələrindən

B) Fallopi kanalları vasitəsi ilə

C) Zədələnmiş ağız boşluğunun selikli qişası vasitəsi ilə

D) Travmaya uğramış zədələnmiş sümükdən

E) Üzün yumşaq toxumalarında olan iltihabı prosesdən
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с195
425) Aşağı premolyar və molyarlar dişlərdən əmələ gələn kəskin irinli odontogen periostit digər nahiyələrin periostitlərindən hansı klinik əlamətin olması ilə fərqlənir?
A) Ağrıların üçlü sinirin şaxələri boyunca irradiasiyası

B) Keçid büküşündə olan şişkinlik

C) “ Vensan ” simptomu

D) “ Pillə ” simptomu

E) Dişin “ uzanma ” hissi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 196
426) Kəskin irinli odontogen periostit zamanı əmələ gələn yumşaq toxumalarının ödeminin həcmi nədən asılıdır?
A) Diş köklərinin anatomiyasından

B) İrinli ocaq nahiyəsində damar şəbəkəsinin vəziyyətindən

C) İrinli ocaq nahiyəsində sinir şəbəkəsinin vəziyyətindən

D) Pulpa kamerasının həcmindən

E) Diş tacının dağılma dərəcəsindən
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 196
427) Əng sümüküstülüyün magistral növ venoz kələfi hansı nahiyədə yerləşir?
A) Sərt damaq

B) Çənənin mental nahiyəsi

C) Əng sinusunun ön lövhəsi

D) Əngin tuber nahiyəsi

E) Əngin frontal nahiyəsi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 196
428) Çənə sümüküstülüyün magistral növ venoz kələfi hansı nahiyədə yerləşir?
A) Əngin frontal nahiyəsi

B) Sərt damaq

C) Çənənin bucaq nahiyəsi

D) Əng sinusunun ön lövhəsi

E) Gözyuvasının aşağı kənarı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 196
429) Kəskin odontogen periostit zamanı irin sümüküstülüyünü dağıdarsa, ilk növbədə hansı növ abses formalaşar?
A) Sümüküstü

B) Selikli qişa altı

C) Fassiya arası

D) Əzələarası

E) Sümükdaxili
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с196
430) Çənənin dil tərəfində olan kəskin irinli odontogen periostit hansı patologiya ilə oxşardır?
A) Dil kökünün fleqmonası

B) Aşağı molyarların kəskin qanqrenoz pulpiti

C) Yanaq nahiyəsinin kəskin odontogen absesi

D) Aşağı kəsici dişlərin generalizə olunmuş paradontiti

E) Dilaltı tüpürcək vəzisinin kəskin iltihabi prosesi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 197-198
431) Kəskin periostitin kompleks müalicəsinə aşağıdakılardan hansı daxildir?
A) Antibakterial terapiya

B) Fizioterapiya

C) Manual terapiya

D) Hipotenziv terapiya

E) Sedativ müalicə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 199
432) İrinli periostitlərdə ilkin olaraq irin kütləsi harada yerləşir?
A) Çənənin xarici kortikal lövhəsi altında

B) Əzələ altında

C) Diş əti altında

D) Sümüküstlüyünün altında

E) Dəri altında
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с195-196
433) Periostitin müalicəsi zamanı yaraya drenaj nə vaxt qoyulur?
A) Kəsik aparılılr, drenaj qoyulmur

B) Kəsik aparıldıqdan 1 gün sonra

C) Kəsik aparıdıqdan 2 gün sonra

D) Kəsik aparıldıqdan dərhal sonra

E) Kəsik aparıldıqdan 3 gün sonra
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с199
434) Çənə periostitlərini aşağıdakılardan hansı ilə differensiasiya etmək lazımdır?
A) Xroniki periodontitin kəskinləşməsi ilə

B) Kəskin sialodenit ilə

C) Diş ətinin fibroması ilə

D) Xroniki haymorit ilə

E) Dişlərin sınıqları ilə
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 178-180
435) Çənə periostitlərini aşağıdakılardan hansı ilə differensiasiya etmək lazımdır?
A) Xroniki haymorit ilə

B) Kəskin sialodenit ilə

C) Epulitlərlə

D) Kəskin osteomielit ilə

E) Dişlərin sınıqları ilə
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 178-180
436) Çənənin kəskin irinli periostiti ilə müraciət zamanı hansı taktika seçilməlidir?
A) Fizioterapevtik müalicə təyin etmək

B) İrinli ocağı cərrahi yolla açmaq

C) Antihistamin müalicə aparmaq

D) Novokainlə blokada etmə

E) İynərefleksterapiyanı başlamaq
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 180-182
437) Periostitin müalicəsində, operativ müdaxilə zamanı kəsik hansı nahiyədə aparılır?
A) Retromolyar nahiyənin selikli qişa yarılır

B) Keçid büküşü üzrə selikli qişa və sümüküstlüyü yarılır

C) Şişkinliyə uyğun dəridə horizontal istiqamətdə

D) Çənə bucağı nahiyəsində

E) Orta xətt üzrə xüsusi çənəaltı nahiyədə
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 180-182
438) Kəskin periostitin kompleks müalicəsinə nə aiddir?
A) Krioterapiya

B) Rentgenoterapiya

C) Elektrokoaqulyasiya

D) Kimyaterapiya

E) Fizioterapiya
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 180-182
439) Kəskin irinli periostitin ağırlaşması zamanı kompleks müalicəyə hansı əlavə edilir?
A) Şüa müalicəsi

B) Manual terapiya

C) Sedativ müalicə

D) Hipotenziv müalicə

E) Antibakterial müalicə
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 180-182
440) Kəskin periostitin kompleks müalicəsinə hansı aiddir?
A) Kimyaterapiyası

B) Antihistamin preparatları

C) Manual terapiya

D) Hipotenziv preparatlar

E) Sedativ terapiya
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 180-182
441) Kök zirvəsinin rezeksiyası əməliyyatına əks göstəriş hansıdır?
A) Xroniki qranuləedici periodontit

B) Diş kanalının zirvəyə qədər doldurulmaması

C) Xroniki qranulomatoz periodontit

D) Dişin ikinci dərəcəli laxlaması

E) Kistaqranuloma
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 168-169
442) 34- cü diş kökünün zirvəsinin rezeksiyası zamanı aşağıdakı ağrılaşmalardan hansı baş verə bilər?
A) Aşağı alveol sinirinin zədələnməsi

B) Haymor cibinin perforasiyası

C) Burun boşluğunun perforasiyası

D) Venoz kələfin zədələnməsi

E) Selikli qişanın bor vasitəsi ilə zədələnməsi
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 172-173

443) Birköklü dişlərin peridontitlərinin cərrahi müalicəsi zamanı kanal boş olarsa nə etmək lazımdır?
A) Dişin replantasiyasını aparmaq

B) Diş kökünü amputasiya etmək

C) Kanalı retroqrad yolla doldurmaq

D) Diş kökünün 1/2 hissəsini rezeksiya etmək

E) Dişi hemiseksiya etmək
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 170

444) Qranulyasiyaedici və qranulamatoz periodontit necə differensasiya edilir?
A) Laborator müayinə ilə

B) Rentgenoloji müayinə ilə

C) Keçid büküşünün vəziyətinə görə

D) Biopsiyaya əsasən

E) Anamnezə görə
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 161-163
445) Çənənin məhdudlaşmış odontogen ostomielit zamanı iltihabi ocaq hansı nahiyəni əhatə edir?
A) çənənin cisim və ya şaxə nahiyəsi

B) çənənin tac çıxıntısı

C) çənənin yarısı

D) 2-3 diş nahiyəsi

E) çənənin oynaq çıxıntısı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 203
446) Aşağıdakılardan hansı çənələrin odontogen osteomielitini təsvir edir?
A) Çənələrətrafı limfa düyünlərinin yayılmış irinli iltihabı

B) Çənələrin sümük toxumasının irinli-nekrotik prosesi

C) Dişin periodont toxumalarını zədələyən iltihabı proses

D) Çənələrin alveol çıxıntısı sümüküstlüyünün irinli iltihabı

E) Çənələrətrafı yumşaq toxumalarının infeksion irinli iltihabı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 201-203
447) Çənələrin sümük toxumasının yoluxucu irinli-nekrotik prosesi necə adlanır?
A) Haymorit

B) Adenofleqmona

C) Periostit

D) Osteomielit

E) odontoma
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 201-203
448) Kəskin odontogen osteomielitin törədicilərinə aşağıdakılardan hansılar aiddir?

1. Stafilakoklar

2. Spiroxetlər

3. Xlamidiyalar

4. Fuzobakteriyalar

5. Damcılı parazitlər
A) 3, 5

B) 1, 3


C) 4, 5

D) 1, 4


E) 2, 3
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 184-185

449) Osteomielitin patogenezinin əsaslandırılmış nəzəriyyəsi hansıdır?
A) Vazomator nəzəriyyə

B) İrsi-keçiricilik nəzəriyyəsi

C) Yoluxucu-allergik nəzəriyyə

D) Endokrin nəzəriyyə

E) Sinir-somatik nəzəriyyə
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 185-187
450) Çənələrin osteomielitinin patogenezinə aid olmayan nəzəriyyə hansıdır?
A) İrsi-keçiricilik nəzəriyyəsi

B) Yoluxucu-embol nəzəriyyəsi

C) Yoluxucu-allergik nəzəriyyə

D) Neyro-trofik nəzəriyyə

E) İmunoloji-reaktivlik nəzəriyyəsi
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 185-187
451) Çənələrdə iltihabi prosesin yayılmasına görə osteomielit neçə qrupa bölünür?

A) Kəskin,yarımkəskin,xroniki

B) Yüngül, orta, ağır

C) Destruktiv,destruktiv-produktiv,produktiv

D) Məhdud ,ocaqlı,yayılmış

E) Sekvestr əmələgətirən,yuvalı,hiperostoz


Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 201
452) Klinik gedişatına görə osteomielitin hansı dövrləri ayırd edilir?

A) Yüngül, orta, ağır

B) Sekvestrəmələgətirən,yuvalı,hiperastoz

C) Destruktiv,destruktiv-produktiv,produktiv

D) Məhdud ,ocaqlı,yayılmış

E) Kəskin,yarımkəskin,xroniki


Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 204
453) Kəskin osteomielit iltihabi prosesin xarakterinə görə necə olur?
A) Destruktiv, destruktiv-produktiv, produktiv

B) Sekvestr əmələgətirici, hiperplastik ,ossifikasiyaedici

C) Normaergik, hipoergik, hiperergik

D) Litik, yuvalı, hiperostoz

E) Fibroz, qranulyasiyaedici, qranulomatoz
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 191
454) Xroniki osteomielitin hansıı klinik variantları mövcuddur?

A) Yüngül, orta, ağır

B) Məhdud, ocaqlı ,yayılmış

C) Seroz, serroz-irinli ,irinli

D) Destruktiv, destruktiv-produktiv, produktiv

E) Fibroz, qranulyasiyaedici ,qranulomatoz


Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 196
455) Xroniki osteomielitin klinik gedişində hansı proses iştirak etmir?
A) Maliqnizasiya

B) Yuvalı ostomielit

C) Sekveztrasiya

D) Hiperostoz

E) Hiperplastik ostomielit
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 195-197
456) Çənələrin odontogen osteomieliti hansı yaşlarda daha çox rast gəlinir?
A) 3-5 yaşlar arası

B) yeniyetmə dövründə

C) qocalıq dövründə

D) 40-60 yaşlar arası

E) 20-40 yaşlar arası
Ədəbiyyat: Хирургическая стоматология.// Издание второе переработанное и дополненное. Под редакцией проф. Робустовой Т.Г.Москва, «Медицина», 2000. c 184
457) Çənələrin osteomielitin kəskin dövründə patoloji-anatomik dəyişikliklərinin ardıcıllığını göstərin.

1. Sümük iliyinin irinli əriməsi

2. Sümüyün osteoklastik rezorbsiyası

3. Dişlərin periodontunun leykositoz infiltrasiyası

4. Osteonların stazı, trombozu, əriməsi

5. Sümük iliyinin irinli infiltrasiyası
A) 1,4, 5, 3, 2

B) 3, 5, 1, 4 ,2

C) 3, 4, 2, 5, 1

D) 4, 3, 2, 5, 1

E) 5, 1, 4, 2, 3
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
458) Osteomielitin kəskin dövründə patoloji-anatomik dəyişikliklərin ardıcıllığını müəyyən edin:

1. Subperiostal abseslərin yaranması

2. Sümük toxumasının nekrozu

3. Sümüyün çoxsaylı sekvestrlərlə destruksiyasi

4. İrinin ətraf yumşaq toxumalara yayılması

5. Periostun irinli infiltrasiyası
A) 3, 5, 1, 4, 2

B) 1, 4, 5, 3 ,2

C) 3, 4, 2, 5 ,1

D) 5, 1, 4, 2, 3

E) 4, 3, 2, 5, 1
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
459) Aşağıdakılardan hansı osteomielitin yarımkəskin dövrundə baş verən: iltihab əlamətlərinin sönməsi, qranulasiyon toxumaların yaranmasından başqa baş verən patoloji-anatomik dəyişikliklərə aiddir?

A) Yeni sümük toxumasının yaranması

B) İrinin çənəətrafı yumşaq toxumalara yayılması

C) Sekvestrlərin hərəkətliliyi və ayrılması

D) Fistul yolunun yaranması

E) Alveol çıxıntısının sümüküstlüyünün infiltirasiyası


Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
460) Osteomielitin yarımkəskin dövrü üçün hansı patoloji-anatomik dəyişiklik xarakterik deyil?
A) Sümük iliyinin irinli əriməsi

B) İltihab əlamətlərinin sönməsi

C) Sekvestrasiyanin başlanması

D) Fistul yolunun formalaşması

E) Qranulasion toxumanın inkişafı
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
461) Sekvestrlərin hərəkətliliyi, ayrılması və endostda yeni sümük toxumasının yaranması hansı xəstəlik üçün xarakterikdir?
A) Çənə-qanadvari nahiyənin fleqmonası

B) Çənəaltı nahiyənin fleqmonası

C) Lyudviq anginası

D) Xroniki odontogen periostitit

E) Xroniki odontogen osteomielit
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-225
462) Uyğunluğu müəyyən edin.

I. Kəskin irinli osteomielit

II.Yarimkəskin osteomielit

III. Xroniki osteomielit

1. Fistul yolunun yaranması

2. Sekvestrlərin hərəkətliyi və ayrılması

3. Subperiostal absceslərin yaranması
A) I-1, II-2, III-3

B) I-3, II-1, III-2

C) I-2, II-1, III-3

D) I-2, II-3, III-1

E) I-1, II-3, III-2
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-233
463) Uyğunluğu müəyyən edin.

I. Kəskin odontogen osteomielit

II. Yarimkəskin odontogen osteomielit

III. Xroniki odontogen osteomielit

1. Qranulasiyon toxumaların inkişafı

2. Yeni sümük toxumasının yaranması

3. İltihab əlamətlərinin şiddətlənməsi
A) I-1, II-2, III-3

B) I-2, II-3, III-1

C) I-3, II-1, III-2

D) I-1, II-3, III-2

E) I-2, II-1, III-3
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-233
464) Osteomielitin yarımkəskin dövründə irinlik özbaşına ağız boşluğuna açılırsa yerində aşağıdakılardan hansı yaranır?
A) Sekvestral kapsul

B) Fistul yolu

C) Ağrılı infiltrat

D) Dərialtı qranulema

E) Subperiostal abses
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 223-230
465) Odontogen osteomielitin kəskin dövründə rentgenoji müayinədə nə aşkar edilir?
A) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları

B) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları

C) Xroniki periodontitə xas olan əlamətlər

D) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqları

E) Sümük toxumasının endoostal və periostal dəyişikliyi,skleroz
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 229-230
466) Odontogen osteomielitin yarımkəskin dövründə rentgenoji müayinədə aşkar olunur:
A) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz

B) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqları

C) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər

D) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları

E) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 230
467) Odontogen osteomielitin destruktiv formasında rentgenoji müayinədə görünür:
A) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları

B) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz

C) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları

D) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər

E) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqlari
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234
468) Odontogen osteomielitin destruktiv-produktiv formasında rentgenoji müayinədə görünür:
A) Çoxsaylı kiçik sekvestrlər olan destruksiya ocaqları

B) Sümük toxumasının endoostal və periostal qalınlaşması,skleroz

C) Mərkəzində sekvestrin kölgəsi olan bir və bir necə rezorbsiya ocaqları

D) Sümük toxumasinda sərhədləri dəqiq olmayan rezorbsiya ocaqları

E) Diş kökü zirvəsində xroniki periodontitə xas olan əlamətlər
Ədəbiyyat: Безрукова В.М.Робустова Т.Г. "Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии" 2000 tom I,səh 233-234


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin